İslam dünyasının indisi və gələcəyi üçün ən böyük təhlükə - işğalçı sionizm dövləti
Beləliklə bu gün işğalçı sionizm dövləti İslam dünyasının indisi və gələcəyi üçün ən böyük təhlükədir. Müsəlmanlar bu təhlükəyə əlac qılmaq və bu böyük zülmü aradan qaldırmaq üçün çarə düşünməlidirlər.
İsrailin dünya hadisələrindən sui-istifadə etməsi
Siz öz işinizi bir təcavüzlə başladınız, maraqlarınız Amerikanın maraqları ilə toqquşdu və ikiniz bir-birinizin canına düşdünüz. Nəticədə isə İraq xalqı və region əhalisi zərər çəkir. Bu hərəkətdən kim istifadə edir? Xəbis İsrail.
O torpağa bir neçə raket düşdü və onlar raketin ləzzətini bir qədər daddılar, bu məzlum fələstinlilərin necə zülm altında olduğunu anladılar. Bu, İsrailin sui-istifadə etməsinə, özünün ekspansionist məqsədlərini daha artıq izləməsinə və Fars körfəzindəki bu dava və döyüş qalmaqalında işğal olunmuş Fələstin torpaqlarına sarı mühacirət seli yaratmasına bais oldu. İraq rejiminin gördüyü iş şübhəsiz, İslam düşmənlərinin və İsrailin xeyrinə, İraq xalqının və regionun müsəlman xalqlarının zərərinədir. Mənfəət üstündə iki nəfər bir-biri ilə vuruşduqda bir dəstə günahsız adam tapdanacaq, əziləcək; insan necə deyə bilər ki, mən sizi müdafiə bayrağını götürmüşəm. Məgər belə bir şey olar?! Bu söz yalandır.
Siz baxın, bu regionda ictimai rəy üçün bir məşğulluq düzələn kimi, yəni İraq Küveytə hücüm edən, Amerika və digərləri Fars körfəzi regionuna ordu yeridən və buralarda bir qapı taxtaya dəyən kimi o yeddibaşlı və təhlükəli ilan və çirkli xərçəng tez öz pəncələrini açıb evlərinin sionistlər tərəfindən işğal olunduğu müsəlmanlarla belə rəftar edir.
Məncə fələstinli gənclər tərəfindən sionizm dövlətinə qarşı daxili təzyiq olmasaydı, sionizmin bu xəbis başçıları Fars körfəzindəki bu hay-küydən istifadə edib indiyə qədər Livanın yarısını tutmuşdular. Əvvəl də başladılar, lakin daxili təzyiq – bu mömin və şücaətli gənclərin əliboş və məzlumcasına hücumu onları öz yerlərində oturtdu. Məsələnin başqa bir üzü budur. Yəni işğal olunmuş torpaqlar daxilində İslam hərəkətinin zirvəsinə görə sionistlərin qəzəblənməsi.
Fələstin məsələsi barəsində İslam dünyası bu məsələyə çox diqqət yetirməlidir: 11 sentyabr hadisəsindən, Nyu-York və Vaşinqtonda Amerika mərkəzlərinə hücumdan, xalqın diqqətinin o məsələlərə yönəlməsindən və bunun ardınca baş verən Əfqanıstan hadisələrindən sonra Fələstin məsələsi diqqətdən kənarda qaldı və sionizm rejimi bu diqqətsizlikdən maksimum sui-istifadə etdi. Sionizm rejimi son bir neçə ayın şiddətli təzyiqlərindən və ardıcıl cinayətlərindən sonra elə bir vəziyyət yaradıb ki, döyüş texnikaları və tankla Fələstin xalqının Fələstin şəhərlərindəki evlərinə daxil olur və çəkinmədən cinayət törədir. Sionistlər həmin hadisələrdən maksimum istifadə etdilər. İslam dünyası diqqət yetirməli və məsuliyyəti dərk etməlidir.
Fars körfəzinin son hadisələri İslam dünyasının Fələstin hadisələrindən bir qədər xəbərsiz qalmasına səbəb oldu. Bu xəbərsizlik sionistləri fürsətdən istifadə etməyə və Fələstin xalqına qarşı təzyiqləri artırmağa həvəsləndirdi. Əvvəla Fələstindən və müxtəlif ölkələrdən olan yadların və əcnəbilərin müqəddəs və müsəlman Fələstin torpağına sarı axışmasına bais oldu. İslam hökumətləri və xalqları qafil oldular. Qafil olmasaydılar da, bir çox dövlətlər bəlkə də əsla vəzifə hissi keçirməzdilər. Böyük bəla budur. İkincisi isə bu ixlaslı və sədaqətli mübarizlər, evlərində qərib olan bu məzlum müsəlmanlar, son 3 ildə Fələstin intifazəsini vücuda gətirən şəxslər ən ağır təzyiqlərə məruz qaldılar. Elə bir gecə və gündüz yoxdur ki, bu məzlum müsəlmanlara təzyiq göstərməklə İslam cəmiyyətinə zərbə vurulmasın.
Sözsüz ki, mübarizə davam edir, lakin mühüm olan budur ki, İslam dünyası Fələstin məsələsindən qafil olmasın. Xalqlar Fələstin məsələsini yaddan çıxarmasınlar, onu unutmasınlar. Amerika, imperializm və sionsitlərin daimi himayədarları müsəlmanlara bunu zorla unutdurmaq istəyirlər. Siz qoymamalısınız. İslam ümməti qoymamalıdır. İran xalqı qoymamalıdır.
İsrailin sülhə ehtiyacı
İsrailin məqsədi böyüməkdir. Sionizm dövləti indiki Fələstin torpaqları ilə qane olmur. Əvvəl bir qarış yer istəyirdilər, sonra Fələstin torpağının yarısını tutdular, daha sonra bütün Fələstin torpaqlarını tutdular. Bundan sonra Fələstinin İordaniya, Suriya və Misir kimi qonşu ölkələrinə təcavüz etdilər, onların torpaqlarını tutdular. İndi də sionizmin əsas məqsədi Böyük İsrail yaratmaqdır. Əlbəttə, bu günlər bunun adını az çəkirlər, onu gizlətməyə çalışırlar. Yenə də ictimai rəyi aldadırlar. Nə üçün? Çünki indiki mərhələdə özlərinin ekspansionist məqsədlərini gizlətməyə ehtiyacları var.
Bu gün sionistlərin problemi sülhə ciddi ehtiyaclı olmalarıdır. Nə üçün? Çünki 1947-ci ildən 1967-ci ilə qədər mübarizə yox idi. Həmin 20 il yaxşı ötdü, sonra isə silahlı mübarizələr başlandı. Bu silahlı mübarizələr Fələstin torpağının xaricindən idi. Bu Fələstin Azadlıq Təşkilatının və digər qrupların mərkəzi İordaniyada, Suriyada, yaxud başqa yerlərdə idi; qruplar göndərir, hücum edir, zərbə vurur və geri çəkirdilər. Fələstin torpaqları daxilində mübariz təşkilat formalaşmamışdı. Fələstin daxilində xalq qorxur və heç bir iş görə bilmirdi.
Odur ki, bunlar indi region ölkələri ilə necə olsa, sülh məsələsini bitirib öz daxili məsələləri ilə məşğul olmağa məcburdurlar. Fələstin Azadlıq Təşkilatı ilə bu dırnaqarası sülh məsələsi və Ərəfat məsələsi də bunun davamıdır. Onlar sülh sazişi layihəsinə bir fələstinli ünsürü daxil edib bununla işğal olunmuş torpaqlar daxilindəki mübariz fələstinliləri sakit etməyə çalışdılar, amma bacarmadılar. Bu gün belə olan halda daha işğalçı sionizm dövləti özünün əsas məsələsini - Nildən Fərata qədər ekspansiya məsələsini irəli sürməyə cürət etmir. Batil gümanlarına əsasən sionistlərə vədə verilmiş torpaq Nil çayından Fərata qədər uzanır. Nə qədərini almayıblarsa, bundan sonra almalıdırlar. Proqramları budur, lakin ndi söyləməyə cürət etmirlər.
Sionistlərin ekspansionist xisləti
Bir gün işğalçı sionistlər dünyanın ozamankı müstəmləkəçi qüvvəsinin – yəni ingilislərin himayəsi ilə gəlib İslam ölkələrinin ürəyində və həssas Fələstin nöqtəsində bir küncü tutdular. Sonra da dövlət qurmaq iddiası edib ev sahiblərini qovdular. Ondan sonra daim ora-bura hücum və təcavüz etdilər, torpaqları genişləndirdilər və bütün Fələstin torpaqlarını, İordaniyanın, Livanın və Suriyanın bir hissəsini işğal etdilər.
Bu gün onların qəsbkar işğalı Fələstinə məxsus deyil. Əgər bacarsalar, bu təcavüzü və ekspansiyanı yenə də davam etdirəcəklər. Bu gün dünyada onlar üçün şərait münasib deyil. Hələlik səbir edirlər, amma şəraitin münasib olduğunu və bacaracaqlarını hiss edən kimi yenə təcavüzü davam etdirəcəklər.
Onlar bu gün əllərində olanlarla qane olmurlar. Onlar düşünürlər ki, o tərəfdən Mədinəyə, bu tərəfdən Fərata qədər ərazilər onlara məxsusdur. Onlar kifayət qədər su mənbələrinə malik olan əzəmətli ölkə istəyirlər. Onlar öz ətraf ölkələrinin hamısına və bütün Orta Şərq regionuna iqtisadi, siyasi, hərbi və ictimai baxımdan hakim olmaq fikrindədirlər. Onlar bu gün əllərində olanlarla qane olmurlar.
Bu gün işğalçı sionistlər Fələstin torpaqlarında özlərini ərəb ordularının hücum təhlükəsindən – bu, bir neçə il öncəyə qədər onları təhdid edirdi - xilas etdikdən sonra digər ölkələrin iqtisadi və siyasi zonalarına əl uzatmaq fikrinə düşmüşlər; o da yenə Amerikanın təzyiqi ilə. Amerika ixtiyarında olan müxtəlif rıçaqlarla, insan hüquqları kimi siyasi yollarla, beynəlxalq qurumlara və beynəlxalq iqtisadi fondlara müdaxilə kimi iqtisadi yollarla Fələstin bölgəsinin ətraf ölkələrinin və hətta ucqar ölkələrin hər birinə o qədər təzyiq göstərir ki, İsraillə rabitəsi olmayan zəif hökumətlər bu işğalçı rejimlə rabitə qurmağa, rabitəsi olanlar da onu gücləndirməyə məcbur olsunlar. Bu təzyiq ondan ötrüdür ki, yolu açsın və işğalçı İsrail ölkələrə daxil olsun, orada iqtisadi və ticarət fəaliyyətləri göstərsin, ölkələrin sərvət mənbələrinə hakim olsun. Bu böyük bir təhlükədir və bu gün müsəlmanları təhdid edir.
Əlbəttə, bəllidir ki, genişlənən bu xərçəng vəzisi işğalçı İsrail və sionizmdir. Ona kömək edən əl isə beynəlxalq hegemonluğun zirvəsi, yəni Amerika dövlətidir. Müsəlman xalqlar bu məsələni unutmamalıdırlar. Necə ki, bizim əziz, şücaətli, qeyrətli, agah və sayıq xalqımız sözlə, əməllə siyasi və digər lazımi səhnələrdə iştirak etməklə Amerikanın təzyiqinə dözmədiyini və onu zərbə formasında özə qaytardığını sübuta yetirmişdir.
Siz xalq Amerikaya, inqilab düşmənlərinə, Fələstinin və şərafətli Qüdsün adını zehinlərdən və yaddaşlardan silmək istəyən şəxslərə zərbə vurdunuz.
Dostları ilə paylaş: |