Fələstİn İslam İnqilabının Böyük Rəhbəri həzrət Ayətullah Seyid Əli Xameneinin baxışında


İslam hərəkətlərini müşahidə etdikdən sonra düşmənlərin ciddiləşməsi



Yüklə 1,24 Mb.
səhifə19/81
tarix30.06.2018
ölçüsü1,24 Mb.
#55352
1   ...   15   16   17   18   19   20   21   22   ...   81

İslam hərəkətlərini müşahidə etdikdən sonra düşmənlərin ciddiləşməsi


Bu gün İslam inqilabı İslamın kəsərliliyini göstərdikdən sonra İslamın və müsəlmanların düşmənləri daha ciddiləşmişlər. İslam inqilabı İslam əleyhinə yeni cəbhələr vücuda gətirdi; yalnız buna görə ki, İslamı tanıtdırdı, İslamın zülmlə müxalif olduğunu göstərdi və həqiqi müsəlmanın quldurluğun, zülmün və beynəlxalq istismarçı quruluşun qarşısında təslim olmayan və boyunduruq altına düşməyən şəxsin olduğunu başa saldı. Bu, istismarçıları çox qəzəbləndirdi və İslamın qarşısında yeni cəbhələr vücuda gətirdi.

Bunun nümunələrini dünyanın hər yerində müşahidə edirsiniz. Həm Avropada müşahidə edirsiniz ki, müsəlman qrupların və fərdlərin əleyhinə hansı işlər görülür; həm Afrikada müşahidə edirsiniz ki, bu xristian müjdə hərəkətlərini yalnız əsl İslamla mübarizə üçün başlatmışlar; həm İslam ölkələrinin özündə müşahidə edirsiniz ki, İslam hərəkatı üzərində nə qədər təzyiq var; hər yerdə bir formadadır. Onun nümunələrini digər ölkələrdə, misal üçün, Hindistanda müşahidə edirsiniz. Bu Babiri məscidi hadisəsi həmin məsələlərdəndir; onun mövzusu bir məscid və bəlkə də bəzilərinə görə kiçik olsa da, kiçik deyil. Bu onu göstərir ki, İslam düşmənləri bir dəstə adamı İslam müqəddəsləri əleyhinə təhrik edib müsəlmanların həyatını zəhərləməyə qədər gedirlər.

Dünyanın hər yerində İslam əleyhinə yeni düşmənçi hərəkətlər var. Bu hərəkətlərdən alınmalı nəticə bir cümlədir: müsəlmanlar İslamı müdafiədə daha ciddi olmalı, özlərini sözün həqiqi mənasında İslamın əsgəri bilməli və bu əsgərliyin tələblərinə uyğun əməl etməlidirlər. Şübhəsiz, düşmən müsəlmanların ümumi hərəkəti qarşısında bir iş görə bilməyəcək. İslamı müdafiə üçün qərar verib qiyam edən müsəlmanlar və İslam şübhəsiz, qalib olacaq.

İsrailin məqsədinin indiki zəfərlərdən üstün olması


Fələstin torpağının işğalçılarına görə Qüds məsələsi bitməmiş bir məsələdir. Heç kəs xəyal etməməlidir ki, işğalçı sionistlər və onların beynəlxalq himayədarları Fələstini tutub hökumət qurmaq istəyirdilər; tutdular, hökumət qurdular və məsələ bitdi. Belə deyil. Fələstin torpağında işğalçı sionizm dövlətini təşkil etməkdə mövcud olan məqsədlər indiki İsraillə tam şəkildə təmin olunmur, məqsəd bundan üstündür. Məqsəd bu gün işğal olunandan daha böyük və daha çox əhalisi olan bir torpaqda ölkə qurmaqdır.

Gördünüz ki, İsrailin dövlət statistikası işğal olunmuş Fələstində müsəlmanların artımının o ölkəyə mühacirət edən sionistlərin artımından çox olduğunu göstərən kimi himayədar qüvvələrin və dövlətlərin köməyi ilə yenə mühacirət sahəsində öz köhnə planlarını gücləndirdilər və sürətləndirdilər. Buna əsasən, İsrail məsələsi bunlardan daha üstündür.


İsrailin yalnız bütün müsəlmanların köməyi ilə sıradan çıxarılması


Təsəvvür olunurdu ki, işğal olunmuş torpaqla qonşu olan ərəb və İslam dövlətləri bu xərçəng vəzisinin İslam dünyasının ürəyində, Asiya, Afrika və Avropa qitələrinin birləşdiyi yerdə genişlənməsinə mane ola biləcək, yaxud ən azı buna iradə göstərəcəklər. Əvvəldə fələstinlilər və bəlkə başqaları da bu təsəvvürü edirdilər. Lakin bu gün sübut olunmuşdur ki, bütün İslam məmləkətlərində olan xalqların hərəkətindən və müsəlmanların iradəsindən başqa heç bir yol yoxdur.

İsrailin heç bir insani prinsipə və beynəlxalq qanuna boyun əyməməsi


İsrail dövləti özünün Fələstin və Livanda cinayətkar əməlləri, düşərgələri vəhşicəsinə bombalaması, Fələstin sərhədləri daxilində və xaricində oğurluqla, adam oğurlamaqla və digər fəsadlarla göstərmişdir ki, (bu qanunlara) boyun əymir. Keçmişləri unudanlar sionistlərin Fələstində və Livanda dayanmadan davam edən gündəlik cinayətlərini necə görməzliyə vura bilərlər?!

İsrail rejimi - etimadsız bir rejim


İşğal olunmuş Fələstin torpağında qurulan sionizm rejimi millətçi bir rejimdir. Məgər millətçi bir rejimdən ədalət gözləmək olar?! Dünyanın siyasi və iqtisadi gücləri tərəfindən vücuda gəlmiş bir rejim ümumiyyətlə İslam dünyasının birlik görməməsi, izzət görməməsi və müsəlmanların əzəmətli bir vahidi təşkil edib təhlükəli olmamaları üçün yaranmışdır; ümumiyyətlə bunun üçün vücuda gəlmişdir. Ondan insaf və ədalət gözləmək olarmı?! Bu rejimlə müzakirə aparmağın mümkün olduğunu güman edənlər sadəlövhdürlər. Sionizm rejimi üçün hər bir müzakirə onun irəliləməsi üçün bir meydanı açmaq deməkdir. Dünən müzakirələrdə ona kömək etdilər, bu gün gəlib Əqsa məscidinə iddiaçı oldular. İnsan belə bir hegemonçu varlıqla necə rəftar etməsini bilmədikdə, Amerikanın, dünyanın güclü və pullu sionistlərinin təzyiqləri altında qərar qəbul etmək istəyəndə belə olur. Nəhayət xalqın özü meydana qoşuldu.

Müzakirənin İsrailin cinayətlərinə çəkindirici olmaması


Amerikanın icbarı və təzyiqi ilə təcavüzkar sionistlərlə müzakirə stolu arxasında oturduqda özlərini bu təcavüzkar və işğalçı ilə qarşıdurmadan qurtaracaqlarını xəyal edən şəxslər səhv edirlər. Bu işğalçı rejim onları rahat buraxmaz. Əgər buraxsaydı da, İsrailin təzyiqinə görə öz müzakirə və imzaları ilə müsəlmanlara və Fələstin xalqına məxsus olan torpaqdan keçmələrinə haqları yox idi.

İslam ümmətinin oyanışını söndürmək üçün düşmənin psixoloji silahdan istifadəsi


Hal-hazırda Fələstin xalqı bu yolun açılmasında və gedilməsində böyük bir rolu öhdəsinə götürmüşdür. Hamı o məzlum, qorxmaz və ayıq xalqa kömək etməlidir. Digər xalq və dövlətlər qəhrəman Fələstin xalqına kömək etməklə bu yolda öz rollarını ifa edə bilərlər.

İslam ümmətinin oyanışının qanunsuz tamahlarını və maraqlarını təhdid etdiyi hegemonçu düşmənin bu artan dalğa qarşısında əlində tutduğu ən mühüm silah psixoloji silahdır: məyus etmək, kimliyin təhqiri, özünün qüdrətini və maddi imkanlarını göstərmək. Bu gün və gələcəkdə müsəlmanları aydın gələcəyə ümidsiz edən, yaxud öz çirkli niyyətlərinə uyğun gələcəyə həvəsləndirən minlərlə təbliğat vasitəsi işə düşmüşdür və düşəcəkdir.


İsrailin cinayəti


Bu torpağın işğalının ildönümü düşmənlərin Fələstin xalqına qarşı ədavət və kinlərini artırmalarına səbəb olmuşdur. Fələstinə hakim olan sionistlərdən gözlənti yoxdur. Onlar gəldikləri zamandan bu cinayətləri və zorakılıqları başlatdılar, bu günə qədər də davam etdirdilər. Nə qədər ki, oradadırlar, onların varlığı şər və fəsaddan başqa bir şey yaratmayacaq.

Yüklə 1,24 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   81




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin