Fələstİn İslam İnqilabının Böyük Rəhbəri həzrət Ayətullah Seyid Əli Xameneinin baxışında



Yüklə 1.24 Mb.
səhifə20/81
tarix30.06.2018
ölçüsü1.24 Mb.
1   ...   16   17   18   19   20   21   22   23   ...   81

Sionizm dövləti - palcığa batmış və işdə aciz


Əlbəttə, bu işlər sionistlərin düyününü açmayacaq; bu da məlum olsun. Bu gün sionizm dövləti elə palçığa batmış və aciz qalmışdır ki, nə iş gördüyünü bilmir. İşğalın, zülmün və zorakılığın aqibəti yaxşı olmur. Bu məsələlər işğalçı sionizm dövləti üçün qarşıya çıxmalı idi, daha pis günlər isə qabaqdadır. Onları qəzəbləndirən amil bu intifazədir. Sionistlərin, Amerikanın və onların siyasətlərinin bütün zəhmətləri, səyləri, əlaqələri, vurnuxmaları intifazəni yatırda bilmələri üçündür. İntifazə nədir? Yəni bir xalqın öz hüquqları uğrunda qiyamı. Elə bir xalq ki, torpağını tutublar, evini tutublar, mallarını alıblar, tarlalarını alıblar, onu təhqir ediblər, öz ölkəsi daxilində onunla başıqapazlı bir azlıq kimi rəftar edirlər. Bu xalq bir müddət səhlənkarlıq etmişdi, amma bu gün gəncləri meydana daxil olmuşlar. Bu gənclər mübarizə meydanında cürətlənmişlər, başdan-ayağa silahlı bir orduya qarşı daşla mübarizəyə qalxmışlar və eyni zamanda onları aciz etmişlər. Sionizm rejimi Əqsa məscidi intifazəsinin başladığı son bir il və bir neçə ayda həqiqətən aciz qalmışdır. Onların bütün səyi bu müqəddəs şöləni və haqlı qiyamı yatırtmağa yönəlmişdir. Bunun üçün xalqa təzyiq göstərirlər. Bu bir neçə gündə yazıq Fələstin xalqına və uşaq məktəblərinə müxtəlif qisimli hücumlar etmişlər.

Amerika dövlətinin və sionistlərin Fələstində tam çıxılmaz vəziyyətə düşmələri


Əgər kimsə Fələstin məsələlərini daha artıq və dərindən nəzərdən keçirsə, onun üçün bu məsələ daha çox aşkarlanar ki, Amerika dövləti və Fələstindəki sionistlər tam çıxılmaz vəziyyətə düşmüşlər; nə irəliyə yolları var, nə geriyə. Onlar məğlubiyyətə məhkumdurlar. Fələstinin yeni nəsli oyanmış və anlamışdır ki, işğalçı düşməndən qurtulmaq üçün mübarizədən başqa bir yol yoxdur. Anlamışdır ki, beynəlxlq toplantılarda iştirak etmək, işğalçıların və onların himayədarlarının istəyinə uyğun danışmaq Fələstinin xilas yolu deyil. Anlamışdır ki, müqavimət göstərməlidir, istəməlidir, iradə və fədakarlıq nümayiş etdirməlidir ki, məqsədə çatsın. Bunu Fələstin xalqı bütün vücudu ilə bilmiş və anlamışdır. Odur ki, müqavimət göstərir. Bu hiss dindən və tövhidə etiqaddan qaynaqlandıqda - bu gün Allaha həmd olsun ki, Fələstində belədir - heç zaman qurumayacaq. Ümidvarıq Allah-Taala fələstinlilərin qələbə gününü tezləşdirsin!

İsrailin Misirdə İslam oyanışından qorxuya düşməsi


Bu gün amerikalılar çox əl-ayağa düşmüşlər. İsraillilər isə onlardan da artıq əl-ayağa düşmüşlər. Misir məsələsində bir çıxış yolu axtarırlar, amma tapmayacaqlar. Aldatmaqla məşğuldurlar. Xalqa tərəfdar olmaqdan dəm vururlar. İndi amerikalıların da ona "gərək tez kənara çəkilib gedəsən" – dediyini söylədilər. Bu, Misir xalqının necə əməl etməsindən və qərar verməsindən asılıdır.

Regionun keçmişdə əsla görünməmiş bir vəziyyətdədir. Regionda vücuda gəlmiş İslam oyanışı və bu əzəmətli hadisə inqilabın əvvəlindən bu günə qədər İslam Respublikasının həyatında bənzəri, yaxud buna yaxın bir halın əsla görünmədiyi bir şeydir. Böyük hadisə baş vermişdir, böyük iş görülmüşdür. Misir xalqı kimi bir xalq bu əzəmətli hərəkəti etmiş, rejimi devirmiş, sonra İslam şüarı vermişlər. Regionun vəziyyəti qondarma yəhudi və sionist hökumətini bu şəkildə təhdid edir. Bunlar elə şeylərdir ki, ümumiyyətlə adi dəyərləndirmələrə sığmır, çox əzəmətlidir. Bəli, biz belə bir şəraitdəyik. Bu, İslam Respublikası üçün möhtəşəm və aydın bir üfüqü təsvir edir.


İslamın əmrindən irəli gələrək İsrail və Amerika ilə müxaliflik


Mərhum imamın həyatı dövründən indiyədək İslam İranı ilə düşmənliyin ən mühüm səbəbi odur ki, bu ölkədə bütün siyasətlər İslam meyarları ilə təyin olunur; seçilir, yaxud rədd edilir. Bütün siyasi mövqelər İslam əmrlərinə əsasən formalaşır.

Hökumətlərin sionizmlə sazişi rədd edilir. Çünki bu, Fələstin xalqının həmişəlik qaçqınlığı və Fələstinin düşmən tərəfindən həmişəlik işğalı deməkdir.

(İslam Respublikası) Fələstin xalqını və digər məzlum və müsəlman xalqları müdafiə edir. Çünki Quran məzlumları müdafiəni açıq şəkildə lazım bilmişdir: “(Ey müsəlmanlar!) Sizə nə olub ki, Allah yolunda: “Ey Rəbbimiz, bizi əhalisi zalım olan bu şəhərdən kənara çıxart, bizə öz tərəfindən mühafizəçi göndər, yardımçı yolla!” – deyə dua edən aciz və məzlum kişilər, qadınlar və uşaqlar uğrunda vuruşmursunuz?“

Amerikanın hökmranlığına, onun İslam ölkələrində və bütün məzlum ölkələrdə nüfuzuna və müdaxiləsinə qarşı çıxır. Çünki Quran buyurmuşdur: “Ey iman gətirənlər! Nə mənim düşmənimi, nə də özünüzün düşmənini dost seçin! Onlar sizə gələn haqqı inkar etdikləri halda, siz onlarla dostluq edirsiniz“. Öz ölkəsində İslam hökmlərini qanunvericiliyin qanyağı və meyarı seçmişdir. Çünki bir xalq üçün izzəti, istiqlaliyyəti, rifahı, maddi və mənəvi kamilliyi İslam hökmlərinə əməl etməkdə görür.

Bütün bunlar imperialist cəbhə başçılarının sionist təxribatçıların dəllallığı və şeytanlığı ilə İslam İranını özlərinin bir nömrəli düşməni bilmələrinə və imkanları qədərincə onunla düşmənçilik etmələrinə bais olmuşdur.

İsrailin zülmünü görmələrinə rəğmən, insan hüquqları və İslam mərkəzlərinin sükutu


Nə üçün dünya reaksiya vermir? Nə üçün müsəlman xalqlar bütün bu faciə və cinayətlərin qarşısında sükut edirlər? Məgər İsrail və sionist düşmən haraya arxalanır? Məgər Amerikanın nə qədər qüvvəsi və qüdrəti var ki, İslam ölkələrinin məsul şəxsləri və siyasətçiləri bu qədər qorxurlar? Xalqlar başlarını qaldırmalı və oyanmalıdırlar. Görürlər ki, bu gün dırnaqarası insan hüquqları, xeyirxah və humanist mərkəzlər başlığa, ada və tabloya uyğun heç bir qələt etmədilər və bütün iddiaları yalan çıxdı. Bunu görmürlər?!

Bir işğalçı, qəddar və zorakı dövlət bir qrup müdafiəsiz insanı, gəncləri, yeniyetmələri və azyaşlı uşaqları evlərinin daxilində və onlara məxsus olan küçələrdə qana boyayır, amma dünyadan heç bir səs çıxmır. Lakin bir fələstinli gənc reaksiya verəndə, iki-üç nəfəri cəhənnəmə vasil edəndə biri dünyanın bu tərəfindən, biri o tərəfindən qalxıb təəssüflənir. Nə təəssüfü?! Çox yaxşı edib, sağ olsun. Öz haqqını müdafiə edə bilməyən xalq başıqapazlı olmalıdır. Birinci gün fələstinlilər yatdılar, qafillik göstərdilər və düşmən onlara belə hakim oldu. Bu gün isə fələstinlilər oyanmışdır, Fələstində müsəlmanlar oyanmışlar.




Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   81


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2017
rəhbərliyinə müraciət

    Ana səhifə