Fələstİn İslam İnqilabının Böyük Rəhbəri həzrət Ayətullah Seyid Əli Xameneinin baxışında


Dördüncü fəsil: Qərb, Amerika və sionizm



Yüklə 1,24 Mb.
səhifə21/81
tarix30.06.2018
ölçüsü1,24 Mb.
#55352
1   ...   17   18   19   20   21   22   23   24   ...   81

Dördüncü fəsil: Qərb, Amerika və sionizm

İsraili yaratmaqda imperializmin məqsədi


Beynəlxalq imperializm və müstəmləkəçi dövlətlər əvvəldən bu günə qədər işğalçı İsrail rejimini regionun ərəb və İslam ölkələrinə təzyiq vasitəsi kimi yaratmış və saxlamışlar. Onlar bu zəhərli xəncəri həmişə İslam dünyasının yanında saxlamaq istəyirlər. Bu gün böyük şeytan bu öyrədilmiş itin cilovunu əlində tutmuşdur. Deməli, beynəlxalq qanunların ardıcıl pozulması, insan hüquqlarının ən faciəli şəkildə və sürəkli tapdanması, qonşu ölkələrə ardıcıl təcavüzlər, terrorçu əməliyyatları, aşkar şəkildə insan oğurluğu, atom və ona bənzər silahların günbəgün daha artıq əldə olunması - Amerika və digər böyük dövlətlərlə ərbab və rəiyyət rabitəsində olmayan ölkələrin hər hansı birində bunların hər biri böyük hadisə sayılır - sionistlərdən qəbul olunur, dünyanın imperialist şəbəkəsində, xüsusən də böyük şeytanda heç bir ciddi etiraz oyatmır.

Qərb dövlətlərində sionistlərin nüfuzu


İnsanın keçirdiyi ilk hiss bəşəriyyətdən xəcalət hissidir. Avropa və Qərb hökumət başçıları bəşəriyyətdən xəcalət çəkməlidirlər ki, sionistlərin bu qədər nüfuzu altındadırlar. Öz xalqlarından da xəcalət çəkməlidirlər. Məgər dünyada digər dövlətləri qəbul etməyən, onların siyasi kimliyini inkar edən dövlətlər yoxdur?! Məgər ürəyində başqa bir ölkənin başçısının məhv olmasını arzulayan ölkə başçıları dünyada azdır?! Dilləri ilə deyirlər də, təkrar da edirlər. Harada belə bir həssaslıq yaranır?! Sionistlərin Qərb və Avropa dövlətləri üzərindəki nüfuzu təəssüf ki, belə ajiotajlar yaradır. Sonra da fürsətdən istifadə edib bunu atom enerjisi məsələsinə bağladılar. İlk dəfə bu sözü deyib bunu atom enerjisi hadisəsinə bağlayan nadan anlamadı ki, atom silahı hökumətləri, sistemləri və rejimləri məhv etmək üçün deyil. Sistem və rejimlər atom silahı ilə məhv olmurlar. Atom silahı yalnız insanları və məmləkətləri məhv edə bilir. Rejimləri məhv edən isə xalqların müqavimət qüvvəsi, əzmkarlığı və mübarizəsidir. Bu əzmkarlıq və mübarizə Fələstində mövcuddur və Allahın lütfü ilə mütləq sionizm rejiminin məhvi ilə nəticələnəcək.

Sionistlərin Avropa ölkələrinə nüfuzu


Bunlar (Amerika və İsrail) bizim əsl düşmənlərimizdirlər. Sözsüz ki, dünyanın digər yerlərində də bizim əleyhimizə düşmənlik və xəbislik olunur, amma bunların o qədər də əhəmiyyəti yoxdur və əsas məsələ deyil. Sionistlərdən ötrü çox çirkin və nifrət oyadan bir hərəkət edən Almaniya məhkəməsinin son hadisələri bu qədildəndir. Əlbəttə, Almaniya hökuməti özünü kənara çəkir və deyir ki, bu, ölkəsinin məhkəmə sisteminə aiddir. Həm biz bilirik, həm də onlar bilirlər ki, belə deyil və Almaniya hökuməti ölkəsinin məhkəmə sisteminə hakimdir. Nüfuzlarını işlətdikləri bəzi yerlərdən bizim özümüz xəbərdarıq. Bu, əslində sionistlərin Almaniya hökumətinə və o ölkənin məhkəməsinə təzyiqidir. Amma mühüm deyil. Bunlar bizim hökumətimizin və öz Xarici İşlər Nazirliyimizin həll etməli olduğu işlərdir. Allaha şükür olsun ki, gözəl şəkildə xidmətlə məşğuldurlar, işləyirlər və həll də edəcəklər. Bunlar xalq üçün bir problem sayılan məsələlər deyil. Xalq üçün mühüm olan məsələ işarə vurduğum məqamdır; yəni Amerika və İsrail məsələsi. Əsas məsələ budur.

Hegemonluğun məqsədi - hər bir müqavimət qüvvəsini sıradan çıxarmaq


Bunlar istəyirlər ki, bu regionda heç bir müqavimət qüvvəsi mövcud olmasın. Əsl müqavimət qüvvəsini İslam Respublikası bilirlər. Əlbəttə, bunu düzgün anlamışlar. Bura müqavimətin mərkəzidir. Bura elə bir yerdir ki, heç bir addım atmasaq, heç bir söz danışmasaq da, İslam Respublikasının varlığının özü region xalqlarına ilham verir. Bütün hegemonçu qüvvələrin iradəsinin əksinə və onların acığına, bu regionda bir varlıq bu şəkildə qamət ucaldıb və günbəgün möhkəmlənir, günbəgün güclənir. Bu əzəmətli və möhtəşəm varlığın özü imperializmin gözünün tikanı və xalqların ümididir. Bəli, bura müqavimətin mərkəzidir, bunda heç bir şübhə yoxdur. Digərləri də buradan ilham aldılar, lakin bu müqaviməti sındırmaqdan ötrü zəif halqanı birinci hədəf seçdilər; Qəzzədə xalq tərəfindən seçilmiş Həmas hökumətini. Onu məzlum görüblər, onu əzməkdədirlər. İslam dünyasında hər kəs bu gün Qəzzə məsələsini regional, şəxsi və lokal bir məsələ bilsə, indiyə qədər xalqların evini yıxan həmin dovşan yuxusuna düçar olmuşdur. Xeyr, bu Qəzzə məsələsi yalnız Qəzzənin məsələsi deyil, məntəqənin məsələsidir. Hələlik orada daha zəif nöqtə var; hücumu oradan başlayıblar. Əgər uğur qazansalar, məntəqədən əl çəkməyəcəklər. O bölgənin ətrafında yerləşib kömək etməli olan və edə bilən, lakin etməyən müsəlman ölkələrin hökumətləri kömək etmirlər və səhvə yol verirlər. İsrailin mismarı bu regionda nə qədər dərinə batsa, hegemonluğun hökmranlığı artsa, bu hökumətlərin bədbəxtliyi, zəifliyi və xarlığı daha da artacaq. Nə üçün başa düşmürlər? Hökumətlər xalqları da öz arxalarınca xarlığa sarı çəkirlər. Xar, itaətkar və asılı bir hökumət bir xalqı itaətkar, xar və asılı edir. Buna görə xalqlar özlərinə gəlməlidirlər.

Amerikanın himayəsi və ərəb hökumətlərinin səhlənkarlığı - İsrailin daxili zəifliyini əvəzləyən amil


Xalqlar İran xalqı kimi İsrail rejimini regionda qondarma və zorla yaradılmış bir rejim bilirlər. Əlbəttə, hökumətlər xalqların yanında deyillər və təssüf ki, İsraili gücləndirən də budur. Sionizm rejiminin öz daxilindən qüdrəti yoxdur, öz ayağı üstə dayanmaq bacarığı yoxdur. Bu gün iki amil sionizm rejimini ayaqda saxlamışdır: biri Amerikanın bu mənfur rejimi qeyd-şərtsiz və həyasızcasına himayəsi, digəri isə ərəb və İslam hökumətlərinin Fələstin xalqını müdafiə etməməsi. Təəssüf ki, müsəlman hökumətlərin və dövlətlərin bir çoxu bu gün Fələstin qarşısında özlərinin vəzifələrinə layiqincə əməl etmir və xalqlarının səsinə səs vermirlər. Əgər onlar öz xalqları ilə həmfikir olsalar və məzlum Fələstin xalqını müdafiə etsələr, regionda vəziyyət bütünlə dəyişiləcək. Bu, xalqların ümumi istəyi və bizim Böyük İmamımızın xəbər verdiyi güclənmədir.

Amerikanın və onun əlaltılarının İsrailin məğlubiyyətlərinə şərik olmaları


Bu otuz üç günlük müharibənin bir qalib tərəfi vardı, bir məğlub tərəfi. Məğlub tərəf sözsüz ki, sionistlər idilər, qondarma İsrail dövləti idi. Amma dünyada Amerikanı da məğlub tərəflərdən saymayan bir kəs qalmadı. Avropalılar da bunu açıqca söylədilər, digərləri də dedilər. Amerikalıların özləri də lal dili ilə müxtəlif formalarda dedilər. Bu hadisədə Amerika da məğlubiyyətə uğradı. Bəllidir ki, regionda bunların müxtəlif səviyyələrdə əlaltıları var; onlar da məğlub olmuş cinahdan sayılırlar.

Yüklə 1,24 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   81




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin