Fələstİn İslam İnqilabının Böyük Rəhbəri həzrət Ayətullah Seyid Əli Xameneinin baxışında


Amerikanın Böyük Orta Şərq layihəsi - Nildən Fərata qədər əfsanəsi sikkəsinin o biri üzü



Yüklə 1,24 Mb.
səhifə22/81
tarix30.06.2018
ölçüsü1,24 Mb.
#55352
1   ...   18   19   20   21   22   23   24   25   ...   81

Amerikanın Böyük Orta Şərq layihəsi - Nildən Fərata qədər əfsanəsi sikkəsinin o biri üzü


Bu gün imperializmin İslam dünyası üçün əsas planı tam hakim olmaqdır. Amerikalıların ortaya atdığı Böyük Orta Şərq layihəsi sionizm rejiminin mərkəzliyi ilə Orta Şərq adlı böyük bir ölkə yaratmağın başqa təbiridir. Bu ölkələrdə olan bütün dövlətlər İsrailin əlaltı dövlətinə çevrilməlidirlər. Böyük Orta Şərqin mənası budur ki, biz əzəmətli bir bəşəri sahəni İsrailin ixtiyarına verək, o da kapital qoyub ucuz istehsal etsin və daha da kökəlsin; əgər Nildən Fərata qədər əfsanəsini hərbi yollarla həyata keçirə bilmədisə, iqtisadi, siyasi, maliyyə və texniki üsullarla təmin etsin. Amerika və demək olar ki, Qərb bunu istəyir. İslam dünyasnı nə üçün belə bir istəyə təslim olmalıdır?!

Bu sahələrdə inkişafın düşüncəyə, ağla, götür-qoya və hikmətə ehtiyacı var. Qəlblərimizi bir-birinə daha artıq yaxınlaşdırmağımıza ehtiyacımız var. Əldə etməyə çalışmalı olduğumuz və uzaqda olan iksir müsəlman ölkələrinin müxtəlif sahələrdə birliyindən və həmrəyliyindən ibarətdir.

Böyük Orta Şərq məsələsi bir Amerika arzusudur. Onların dediyi Böyük Orta Şərq Orta Şərqdə İsrailin mərkəz olduğu böyük bir ölkədir. Sözsüz ki, onların məqsədi vahid bir dövlət təşkil etmək deyil. Xeyr, indiki coğrafi sərhədlərdə olan dövlətlər olsunlar, lakin amerikalıların əlində olan hökumətlər olsunlar. Xalq zahirdə onları seçsin, amma amerikalılar istəsinlər; necə ki, son aylarda Ukrayna və Gürcüstanda baş verdi.

Onlar istəyirlər ki, İsrail təbii sərvətlərlə dolu olan bu zəngin regionda dəyərli bir mərkəz olsun, Qərbin maddi sivilizasiyasının nümayəndəsi və bazası bu ölkələrdə əl-ayaq açsın, onların ucuz işçisindən istifadə etsin, onların pullarından istifadə etsin, öz iqtisadiyyatını genişləndirsin, öz əkinçiliyini inkişaf etdirsin və əslində özünü qidalandırsın. Sanki bir ağacın kökü qonşunun evinə daxil olur və oradan qidalanır; əslində ağacın meyvəsi o evin sahibinindir.

Bir dəfə hərbi güclə əldə etmək istədiklərini elan etdikləri Nildən Fərata qədər layihəsini indi əslində siyasi və iqtisadi güclə əldə etmək istəyirlər. Sözsüz ki, əsla bu məqsədə çatmayacaqlar; nə amerikalılar, nə sionistlər və Fələstinin işğalçıları.

Xalqlar oyaqdır. Biz oyaq olmalıyıq. İslam Respublikası oyaq olmalıdır. Bizim oyaqlığımız bir şüar deyil; diqqətimizi cəm etməliyik.


İsraili himayə etməkdə Amerikanın məqsədi


Düşmən Fələstini birdəfəlik İslam dünyasından ayırmaq və sionizmin lənətlənmiş ağacını müsəlmanların evində həmişəlik etmək istəyir. Amerika işğalçı rejimi möhkəmləndirməklə bu həssas regionun bütün idarəsini ələ keçirmək və özünü Orta Şərq və Afrikada İslam oyanışı nigaranlığından xilas etmək istəyir. İslamın düşmənləri özlərinin İslama olan köhnə kinlərini və son illərdə müsəlmanların oyanışı səbəbindən uğradıqları məğlubiyyətləri burada düzəltmək istəyirlər. Bu hadisə Orta Şərq barəsində son bir neçə ildə baş verən təxribatların heç biri ilə müqayisə olunası deyil. Burada söhbət bir ölkənin işğalından, bir xalqın əbədi didərginliyindən və İslam dünyasının bir parçasının, böyük İslam vətəninin coğrafi mərkəzinin və müsəlmanların ilk qibləsinin ayırmaq işinin yekunlaşdırılmasından gedir.

Amerikanın sionistlərin cinayətlərini müdafiəsi


Amerikanın mövqeyinə gəlincə isə, Amerika bu hadisədə ən pis mövqeyi seçdi. Daha bundan pisi ola bilməz. Bu hadisələrin həddən artıq gərginləşdiyi bu yeddi, səkkiz, on gündə Amerikanın prezidenti iki-üç dəfə çıxış etmişdir. Sonuncusu dünənki çıxış idi. Geniş çıxış oldu və təxminən başdan-ayağa İsrailin əməliyyatlarını və işlərini himayə etdi. O, ərizənin boş olmaması üçün çıxış əsnasında sionist cinayətkarlara dair çoxlu himayələrdən sonra bunu da yerləşdirdi ki, İsrail dövləti fələstinlilər yaşayan yerlərdə yəhudi qəsəbələri salmamalıdır. Bəli, özü bilir, bütün dünya da bilir ki, bu bir yalançı, formal və səthi tövsiyədir. Uzun illərdir beynəlxalq təşkilatlar qərar çıxarmış, beynəlxalq güc mərkəzləri və beynəlxalq siyasət də demişdir ki, israillilərin fələstinlilər yaşayan yerlərdə yəhudi qəsəbəsi salmağa haqları çatmır. Bu gün işğal olunmuş Fələstində hakimiyyətin başında duran bu yırtıcı Məskən naziri olan zaman bunların hamısının qarşısında dayandı və dedi ki, mən düzəldəcəyəm. Düzəltdi və indiyədək də davam edir. Bunların sözünə kim qulaq asır?! Özü də bilir ki, qulaq asmırlar. Başdan-ayağa sionistləri müdafiə; özü də zəif məntiqlə, səhv və dünyanın ümumi rəyi üçün qəbul olunmayan məntiqlə. Onun sözləri və mövqeyi dəqiqliklə beynəlxalq sülh və təhlükəsizliyin qarşı tərəfidir. Bunları kim idarə edir? Düşünmək lazımdır. Kim siyasət meydanına yeni qoşulmuş, vəzifəpərəst və mənəviyyatdan xəbərsiz adamları yaratdıqları vəziyyətə sarı yönəldir? Bu çox diqqətəlayiq məsələdir.

İmperializmin böyük səhvi: sionizm rejimini müdafiə


Beynəlxalq sahədə - qeyd etdiyimiz kimi - imperializm böyük səhvlərə düçar olur. Bu səhvlərdən biri bu gün Amerikanın sionizm rejimini müdafiəsində yaranan vəziyyətdir. Bu gün sionizm rejimində iki məsələni görmək olar: Biri həddindən artıq qəddarlıq və yırtıcılıqdır. Bu gün sionistlərin Fələstin torpağının sahiblərinə qarşı etdikləri vəhşilik doğrudan da qəribə, heyrətamiz və misilsiz bir sərgüzəştdir. İkinci məqam budur ki, sionizm rejimi tam çıxılmaz vəziyyətdə qalıb və heç bir yolu yoxdur. Amerikanın səhvi budur ki, bu vəziyyətdə aşkar şəkildə sionizm rejimini müdafiə edir, İsrailə və onun məsul şəxslərinə boş çek verib ki, nə qələt istəsələr, etsinlər, hansı cinayəti istəsələr, törətsinlər. Bu, amerikalıların düzəldilməsi mümkün olmayan səhvlərindəndir və onlar bunun altını çəkəcəklər. Fələstin xalqı göstərib ki, layiqli və möhkəm bir xalqdır; göstərib ki, boş əllə İsrail rejimi kimi iqtidarlı, silahlı, rəhmsiz və qəddar bir rejim qarşısında dayanıb müqavimət göstərə bilir. Bu da digər xalqlara bir dərsdir. Bu gün Fələstin xalqını mənəvi və maddi cəhətdən dəstəkləmək bizim vəzifəmizdir.

Əlbəttə, bu gün Amerika İsrailin cinayətinə şərikdir. Özünü vasitəçi kimi tanıtdıran Amerika prezidenti açıq şəkildə deyir ki, İsraili müdafiə etmək bizim xarici siyasətimizdəndir. O, ərəb dünyasının qarşısında, ərəb ölkə başçılarının və İslam ümmətinin qarşısında belə aşkar şəkildə və həyasızcasına Fələstin torpağının işğalçısı olan İsrailə qarşı öz tərəfdarlığını göstərir.



Yüklə 1,24 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   81




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin