Fələstİn İslam İnqilabının Böyük Rəhbəri həzrət Ayətullah Seyid Əli Xameneinin baxışında


Sionistlərin günahı Amerika rejiminin boynunda



Yüklə 1,24 Mb.
səhifə24/81
tarix30.06.2018
ölçüsü1,24 Mb.
#55352
1   ...   20   21   22   23   24   25   26   27   ...   81

Sionistlərin günahı Amerika rejiminin boynunda


Sionistlərin və işğalçı dövlətin işlərinin günahı böyük həddə Amerika rejiminin boynuna düşür. Siz bunu bilin. Bunların iş başında olduğu bu əlli il boyunca BMT-nin Təhlükəsizlik Şurasında İsrail əleyhinə 29 qətnamə qəbul olunmuşdur. Amerika bu 29 qətnamənin hamısına veto qoymuşdur. İndi də keçmiş SSRİ-nin dağılmasından sonra indiyədək ötən on ildə Təhlükəsizlik Şurasında İsrail əleyhinə heç bir qətnamənin qəbul olunmasına icazə vermir. Deməli, bu cinayətlərin günahı Amerikanın boynuna düşür. Bu qədər sülhsevərlik siması göstərən və bəzən bütün xalqlara - o cümlədən bizim şərafətli və məzlum xalqımıza zəhərli təbəssümlər nümayiş etdirən Amerika Fələstin məsələsində birinci dərəcəli cinayətkardır. Günahlarının biri budur. Bu gün Amerikanın əli dirsəyə qədər fələstinlilərin qanına batmışdır. Bunlar region ölkələrini təhdid edirlər. Əlbəttə, Suriya, Livan və orada olan digər ölkələrin çətinlikləri və problemləri var. Hökumətlərin söhbəti xalqların söhbətindən ayrıdır. Xalqların hər yerdə ürəyi doludur. Hökumətlər də bəzi təzyiqlər altında bəzi sözləri deməyə, müzakirələri aparmağa və mövqeləri seçməyə məcbur olurlar.

Hegemonluğun İsrailə dəstəyi - onun yaşamasının zəmanətçisi


Əgər hegemonluğun və onun başında duran Amerikanın Fələstin işğalçılarına və İslam ölkələrinin ürəyində mərkəzləşmiş beynəlxalq terrorçulara - yəni qondarma İsrail dövlətinin indiki hakimlərinə dəstəkləri olmasaydı, yaşaya bilməzdilər. İndi də belədir.

Amerikalılar Fələstin məsələsində vasitəçi ola bilməzlər. Onlar münaqişə tərəfidirlər, İslam hökumətləri və İslam xalqları qarşısında dururlar. Son bir neçə ildəki hadisələrdə də bunu göstərdilər. İndinin özündə sionistlərin törətdikləri bu böyük faciədə - yəni əslində Beytülmüqəddəsin və müsəlmanların qibləsinin ikinci işğalında da bunları cürətləndirən amil Amerikanın himayəsidir; yoxsa bunlar cürət etməzdilər. Əgər Amerikanın himayəsi olmasaydı, İslam hökumətləri bu azğın zümrə ilə bacarardılar. İndi də əgər İslam ölkələri və İslam hökumətləri bir olsalar, bacararlar.

Amerikanın İslam İranı ilə əsas düşmənliyi iki amilə görədir: biri İslama bağlılıq, digəri isə Fələstin məsələsi qarşısında qətiyyətli mövqe. Bunu sizin hamınız bilin, dünyada hamı bilsin: Amerikanın İslam İranı qarşısında bu qədər cəsarətli, cürətli, qəzəbli və inadkar olmasını səbəbi bu iki məsələdir: İslam və Fələstin hadisəsindəki mövqe; inqilabın birinci günündən bu günə qədər dəyişməyən, günbəgün aydınlaşan və aşkarlanan açıq və qətiyyətli mövqe. İslam İranına göstərilən bütün təzyiqlər bu iki məsələyə görədir: İslamdan əl çəkmək, İslamın müqəddəs hökmlərinin hakimiyyətindən daşınmaq və Fələstin məsələsində mövqeni dəyişdirmək. Nə qədər ki, bizim bu mövqeyimiz var, Amerikanın ürəyi bizimlə düzəlməyəcək. Son zamanlar müşahidə olunan bu zahirən mülayim tonların bir qədəri adi, siyasi və riyakar işdir, bir qədəri də İranın daxili vəziyyətinə dair yanlış təhlildən doğur. İranda nə baş verdiyini bilmirlər, səhv təhlillər edirlər, səhv təsəvvürlər edirlər, səhv bölgülər aparırlar.

Sionistlərin və Amerikanın məqsədi: Fələstinin adını silmək


İndi bəlkə də iki həftədən çoxdur ki, Fələstin torpağında işğalçı sionizm rejimi tərəfindən yeni faciələr törədilməkdədir və məzlum Fələstin xalqı öz evində Amerikanın dəstəyi ilə ona qarşı istədiyini edən işğalçıların vəhşiliyinə düçar olmuşdur.

Nə üçün bu işi görə bilməlidirlər? Nə üçün müsəlman xalqlar bütün dünyada vahid hərəkətə başlamasınlar? Nə üçün Amerika ilə mübahisə edib, sözlərini ağır yuxuya getmiş Amerika rəsmilərinin qulaqlarına çatdırmasınlar? Nə üçün İslam hökumətləri belə bir həssas məsələdə lazımi vəhdəti, birliyi və həmrəyliyi yaratmırlar? Bu, qələbənin əvvəlindən bugünədək İslam Respublikasının fəryadıdır.

Necənci dəfədir Fələstin xalqına qarşı bu işi görürlər. Fələstin xalqının öz evində yaşamaq istəməsindən başqa günahı yoxdur; yalnız budur. İstəyir ki, öz evində yaşasın, evi ona məxsus olsun, düşmən öz evində ona hücum etməsin, qanını tökməsin, təhlükəsizliyini pozmasın. Belə bir həqiqi, doğruçu və haqlı ehtiyaca rəğmən, amerikalılar qollarını çırmayıb öz xəyallarına görə Fələstin məsələsini bütünlüklə unutdurmaq, Fələstin adını dünya xalqının yaddaşından tamamilə silmək üçün sülh formulu, sülh müzakirələri və danışıqlar stolu düzəltdilər. Bir neçə il də özlərini məşğul etdilər. Məgər olasıdır?!

Məgər elə tarixi keçmişə malik olan bir coğrafi ərazini yer üzündən silmək mümkündür? Məgər bir çox qədim tarixi sivilizasiyaların vətəni olan, Allahın böyük peyğəmbərlərinin tövhid bayrağını və ədalət nidasını ucaltdığı Fələstini dünya xəritəsindən silib onun yerinə İsrail adlı yalançı və qondarma bir ölkəni qoymaq olar?! On il, iyirmi il, qırx il və əlli il ötdükdən sonra tarixi həqiqətləri unutdurmaq olmaz. Səhv etdilər, elə bildilər ki, bacararlar. Gördünüz ki, işğalçıların özü yenidən belə bir qalmaqalın yaranmasına səbəb oldular. Fələstin xalqını daha ağır təzyiqə məruz qoydular. Bəllidir ki, xalq fəryad ucaldır, qiyam edir və nəsillər oyanır.


Qərbin paradoksu: heyvanları xilasına çalışmaq, insanların qətli qarşısında sükut


Bu gün şeytan qüvvələr - yəni sizin hegemonluq adlandırdığınız və nümunəsi Amerika olanlar bəşəriyyətin və insani dəyərlərin əleyhinə qiyam etmişlər. Bunlar üçün milyonlarla insanın canının əhəmiyyəti yoxdur. Siz gördünüz ki, 15-16 gün ərzində on minlərlə insanı öldürdü, yaraladı, didərgin saldı, dağladı, lakin beynəlxalq hegemonluğun qaşı da əyilmədi. Bir pişik filan evin quyusuna düşəndə bunlar riyakarcasına təşkilatlarını səfərbər edir və pullar xərcləyirlər ki, bir heyvan olan bu pişiyi quyudan xilas etsinlər. Yaxud bəzən humanistlik nümayiş etdirirlər. Bunları yaxşı tanıdığımızdan biz hərdən doğrudan da şübhə edirik ki, maraqlıdır, görəsən bütün bu qayğıkeşliklər səmimidir. Onlar bu qədər riyakarlıq edirlər.

Fələstinlilərin qətli qarşısında bəzi hökumət və siyasətçilərin biganəliyi


Çox təəssüflüdür ki, dünyanın bəzi hökumətləri və siyasətçiləri əxlaqi məsələlərdən və vicdan mühakimələrindən çox uzaqdırlar. Onlar üçün iyirmi iki gündə Qəzzədə 1350-dən artıq insanın qətliamı, təxminən 5500 silahsız insanın və çoxlu uşaqların yaralanması heç bir həssaslıq oyatmır. Qatillər və cinayətkarlar nəinki cəzalandırılmır, hətta mükafat da alırlar. Qaniçən rejimin təhlükəsizliyi müqəddəs bir iş sayılır; hər bir halda onu müdafiə etmək lazımdır. Məzlum tərəf - həm xalqın böyük səs çoxluğu ilə iş başına gəlmiş hökumət, həm də o hökuməti iş başına gətirmiş xalq müttəhim və məhkum olur. Əxlaqla, vicdanla və dəyərlə münasibəti olmayan siyasət divanının hökmu budur. Bu hökumətlər ictimai rəyin özlərinə qarşı dərin nifrətini müşahidə etdikdə onun aşkar səbəbini görmək yerinə yenə də siyasətbazlığa sarı gedirlər və bu nöqsanlı vəziyyət davam edir.

Bütün İslam dünyasından olan əziz qardaşlar və bacılar! Təcrübələrdən dərs alaq. Bizim böyük ümmətimiz bu gün İslam oyanışı sayəsində əzəmətli qüdrətə malikdir. İslam ölkələrinin çoxlu problemlərinin həllinin açarı bu möhtəşəm toplumun iradəsində və birliyindədir. Və Fələstin məsələsi İslam dünyasının ən təcili məsələsidir.



Yüklə 1,24 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   81




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin