Fələstİn İslam İnqilabının Böyük Rəhbəri həzrət Ayətullah Seyid Əli Xameneinin baxışında



Yüklə 1.24 Mb.
səhifə25/81
tarix30.06.2018
ölçüsü1.24 Mb.
1   ...   21   22   23   24   25   26   27   28   ...   81

İslamla düşmənlikdə Amerika və sionizmin mənfur birliyi


Dünya müsəlmanları barəsində həqiqətən təəssüfə və ağrıya səbəb olan budur ki, müsəlmanlar bu gün hamıdan artıq ehtiyaclı olduqları məsələyə daha az diqqət yetirirlər. O, İslama qayıdışdan, İslamın qüvvəsinə güvənməkdən, müsəlmanlar arasında birliyin və vəhdətin möhkəmləndirilməsindən ibarətdir. Səbəb budur ki, İslam düşmənləri bu din qarşısında daha qəddar və daha aşkar mövqe seçmişlər. Keçmişdə də İslamla çox düşmənçilik olunmuş və vuruşulmuşdur. Amma bu gün bu düşmənlik həmişəkindən daha qəddar, daha aşkar və daha ədavətlidir.

Bu düşmənlərin başında Amerika və sionizmin mənfur birliyi durur. Amerika dünya hegemonluğunun başçısı kimi rəftar edir, sionizm də müsəlmanların bir-biri ilə münasibətlərində pozuculuq və siyasi fəsad amili, eləcə də xalqların, İslam xalqlarının və ölkələrinin inkişaf prosesinə maneə funksiyasinı yerinə yetirir. Bu iki qüvvə birləşmişlər. Təəssüf ki, ərəb regionu ölkələrinin başçılarının çoxunun vəziyyəti - gözlənilirdi ki, onlar Fələstinin işğalçılarına qarşı və bu rüsvayçı, aşkar və həyasızcasına təcavüz qarşısında düzgün mövqe seçsinlər - müsəlmanları günbəgün bu mənfur birlik qarşısında zəiflədən və o hökumətlərin özlərini də daha zəif və dayaqsız edən vəziyyətdir. Yaxşı olardı ki, İslam ölkələrinin başçıları onlara qüdrət, şəxsiyyət, istiqlaliyyət və hegemonçular qarşısında müqavimət gücü verən İslamın qədrini biləydilər. Təəssüf ki, müsəlman rəhbərlərin çoxu bu böyük nemətin qədrini bilmirlər.

İslam öz imanının, uca və nurlu təlimlərinin, mütərəqqi bilgi və hökmlərinin sayəsində İslam ölkələrində elə qüdrət vücuda gətirə bilər ki, heç kəs o xalqlara və ölkələrə hegemonluq edə bilməz, yekəxanalıq edə bilməz, onları nəyəsə məcbur edə bilməz. Nə üçün bu əzəmətli qüdrətdən istifadə etmirlər?

Qərb mətbuatının İsrailin cinayətləri barəsində ixtilafı


Əlbəttə, İslam ümmətinin vicdanı tufan qopardı. Bu sahədə maksimum səhlənkarlığı və təqsirkarlığı Qərb mətbuatı etdi. İsrail radiosundan və sionizm rejiminin mətbuatından bir gözlənti yoxdur. Onların özləri qatildirlər. Qatildən özünü məhkum etməsini gözləmək olmaz. Lakin dünyanın necə deyərlər, azad mətbuatı nə üçün bu qədər haqsızlıq edir? Nə üçün bu qədər sükut edir və hadisəni kiçik sayırlar?

Bu yaxınlarda Amerikada bir ərəb əlinə silah götürüb bir neçə nəfərə hücum etdi və səhv etməsəm, onlara bir o qədər də zərər yetirmədi. Siz görün Amerika mətbuatı son bir neçə gündə necə ajiotaj yaratdı. Bütün qəzetlər və Qərbin digər media qurumları bir müsəlman ərəbin hücum xəbərini bütün dünyada əks etdirdilər. Lakin o acı hadisə qarşısında sükut etdilər. Əgər desələr də, tam təhrif olunmuşdu. Onlar belə faciələri bir nəfərə aid edirlər. Bunların hamısı zülmdür. Amerikada və Qərb dünyasında mətbuat işçiləri və idarəçiləri həqiqətən nə qədər təəssübkeş, daşürəkli və iddia etdikləri azadlıqdan uzaq olmalıdırlar ki, bu hadisəyə qarşı bu şəkildə pis və etinasız davransınlar.


İsrailin cinayətlərinə qarşı hökumətlərin sükutu


Hökumətlər hansı münasibətlə özlərinə icazə verirlər ki, bir ölkəyə və bir xalqa bu şəkildə hücum və təcavüz etsinlər? Bu vəhşilik deyil?!

Onlardan soruşmaq lazımdır ki, "biz İraqı ağıllandırmağa qərar verdik" deməkdə dəliliniz nədir? Məgər siz kimsiniz? Dünyada sizi kim ağıllandırmalıdır? Əgər siz beynəlxalq məsələlərə belə müdaxilə etmək və öz xəyalınıza görə Təhlükəsizlik Şurasının qəyyumu olub onun qərarlarını icra etməyi öz haqqınız bilirsinizsə, nə üçün İsraillə belə münasibətdəsiniz? Nə üçün bu gün İsrailin fələstinlilərin əleyhinə törətdiyi cinayətin qarşısında gözləriniz bağlıdır?


Acı məqam: İşğalçıya dair məzlum siması və məzluma dair zalım siması yaratmaq


Fələstin məsələsi barəsində demək istədiyim budur ki, bu məsələdə çox acı bir məqam mövcuddur. Fələstinə aid olan bütün məsələlər acı olsa da, bu məqam həqiqətən çox üzücüdür ki, beynəlxalq təbliğatda Fələstinin işğalından ötən bütün bu qırx beş ildə, xüsusən də son bir-iki on illikdə gəlib Fələstini tutmuş yəhudiləri məzlum, hüquqlu, təzyiq, zülm və təcavüz altında olan bir xalq kimi göstərilməsinə çalışılmışdır. Lakin öz evlərini geri almağa çalışan ərəblər qəddar, hegemonçu və qanunlara boyun əyməyən xalq kimi göstərilir.

Dünyada Amerikanın və sionizmin təbliğatı bu böyük yalanı və bənzərsiz hiyləni inandırdı. Bu çox üzücü və acıdır. Onlar hətta film və şəkil göstərməkdə də aldadıcı nöqtələrə riayət edirlər. Misal üçün, öz jurnal və qəzetlərində ərəbləri göstərmək istədikdə bir qrup məzlum və qaçqın arvad-uşağı göstərən şəkilləri seçmirlər; yaxud zalım sionistlərin zülmündən tələf olan, dünya nemətlərindən və yer üzünün bütün xeyirlərindən məhrum olan gəncləri göstərmirlər. Başına şal atmış və əlində silah tutmuş kobud bir simanı göstərib deyirlər ki, fələstinlilər bunlardır.

Digər tərəfdən rus sionistlər və yəhudilər Fələstinə mühacirət etmək istəyəndə demirdilər ki, bunlar işğalçıdırlar, bunlar fələstinli deyillər, bunlar rusiyalıdırlar, ukraynalıdırlar, Avropa və Amerika ölkələrindəndirlər, öz torpaqlarında hər birinin yeri, məqamı, evi, sərvəti, pulu və imkanları var. Bununla yanaşı Fələstinə gedirlər ki, bir fələstinlinin haqqını tapdasınlar, onun evinə sahib çıxsınlar, sərvətini və torpağını işğal etsinlər, ailə qurmaq imkanını ondan alsınlar; bunları demirdilər. Bundan əlavə, sionizmin və Amerikanın muzdurları öz media qurumlarında bir qrup yorulmuş yəhudi arvad-uşağın şəkillərini göstərirlər; qoy dünya xalqı desin ki, işə bax, nə üçün ərəblər bu yazıqlarla belə rəftar edirlər.

Bunlar beynəlxalq hegemonluğun əlamətləridir. Amerikalıların dediyi yeni düzən budur. Yəni elə iş görsünlər ki, bütün dünya onların istədiyi kimi düşünsün və həqiqətləri əksinə anlasın. Fələstin hadisəsi elə hadisələrdəndir ki, mən bu formada onun üçün tarixdə bir bənzər tanımıram. Bir xalqı öz ölkəsindən və torpaqlarından necə qovmaq olar?! Fərz edin İraq rejimi bir qrup insanı öz ölkəsindən qovdu; təxminən 1-2 milyon nəfərlik bir cəmiyyəti. Amma bir xalqı bütünlüklə öz torpaqlarından qovmaq, torpaqlarının üzərindən onların adını götürmək, coğrafiyada və tarixdə o torpağın kimliyini məhv etmək - belə bir iş baş verməmişdir. Əgər bu iş bir qeyri-müsəlman ölkəsində baş versəydi, Avropa hökumətləri nə edərdilər? Əgər bu əməl İslam məntəqəsi kimi bu həssas məntəqədən digər bir yerdə edilsəydi, dünya hökumətləri nə edərdilər?

Bu, xəbər hegemonluğunun sionizm və Fələstinin işğalı məsələsi ilə davranış tərzidir. Mənim fikrimcə Fələstinin ən üzücü hadisəsi budur ki, həqiqətlər belə çevrilir və əksinə göstərilir.

Hadisənin həqiqəti budur ki, bir xalqı öz evindən və həyatından didərgin salıblar və bu xalqın qayıdıb öz evini geri almağa haqqı çatır. Bu mübarizə haqlı mübarizədir. Amerika bu mübarizəni terrorizm adlandırır, amma sionistlərin fələstinli mübarizlərə qarşı xəbisliyini terrorizm adlandırmır. Görün həqiqətlər bu gün bəşəriyyətin çobanlığına və dünyanın rəhbərliyinə iddiaçı olan şəxslərin zehnində və əməlində nə qədər əksinə çevrilmişdir! Görün onlar həqiqətdən və insaniyyətdən nə qədər uzaqdırlar! Görün bu siyasət nə qədər qeyri-insanidir! Sionistlər Livana daxil olub Seyid Abbas Musəvi kimi bir uca və ləyaqətli insanı şəhid edirlər. Təkcə onun özünü öldürmürlər, həyat yoldaşını və uşağını da öldürürlər. Halbuki onlar döyüş meydanında deyildilər. Onlar yolda avtomobillə hərəkətdə idilər. Amerikalılar bu cinayəti məhkum etmirlər. Deməli, bəlli olur ki, siz zülmün tərəfdarısınız. Nə üçün bunu inkar edirsiniz? Siz xəbisliyin tərəfdarısınız, təcavüzün tərəfdarsınız, terrorun tərəfdarısınız. Bundan üstün və aşkar terror yoxdur. Digər tərəfdən Fələstinin evləri olduğu bir neçə fələstinli gənc ayağa qalxıb fədakarlıqla işğalçı sionizm dövləti əleyhinə bir iş gördükdə deyirlər ki, bu terrorçu hərəkətdir. Siz hansı haqla tərsinə adlar qoyursunuz və özünüzü haqlı bilirsiniz?

Siz baxın, bu gün sionistlərin gördüyü iş Amerika tərəfindən təsdiqlənir. Hansı terrorçu hərəkət bundan daha qəddar və daha zülmkar ola bilər?! Bəzən televiziya xəbərlərində görürük ki, bir ölkədə xalq çaxnaşma yaradır və həmin ölkənin polisi onlara qarşı qəddarlıq edir. Belə mənzərələr bir çox ölkələrdə görünür. Amma heç bir ölkədə polisin xalqla rəftarı sionistlərin Fələstin xalqına qarşı kobudluğu, xəbisliyi və əsəbiliyi kimi deyil; halbuki Fələstin xalqına hücum edən polis əcnəbidir. Polisin tutub elə qəddarlıqla döydüyü gənc ev sahibidir.

Böyük təxribat budur ki, Fələstin məsələsində həqiqəti tərsinə göstərirlər. Fələstin məsələsinə - yəni öz evinə, özünün insani və milli haqqına dair bir iş görən şəxs dünya hegemonluğunun mətbuatında, hegemonluğa və sionizmə bağlı təbliğat maşınlarında terrorçu kimi tanıtdırılır. Böyük müsibət budur ki, bu faciələri sivil dünyanın qəbullluğu və təsdiqi ilə bir xalqın başına gətirirlər. Dırnaqarası sivil dünya, insan hüquqlarının dırnaqarası tərəfdarı olan dünya bir xalqın bütün bu insani, ilahi və qanuni hüquqlarını görməzdən gələn şəxslərin tərəfində durmuşdur.

Sionistlər gəlib fələstinlilərin evini işğal etdilər, onları ən ilkin hüquqlarından məhrum etdilər, onların torpağında onların əleyhinə olan bir dövlət yaratdılar. Bu gün dırnaqarası sivil dünya - Amerika və hegemonluğun səsucaldanları zülmə məruz qalmış xalqın yanında olmaq əvəzinə bu qırx beş il ərzində bu zülmləri törədən qurumun yanında durmuşlar. Doğrudan da bundan böyük müsibət varmı?! Biz bu böyüklükdə bir zülm tanımırıq. Bir xalqa belə böyük həcmdə zülm edirlər və sonra o xalq çarəsizlikdən bir hərəkət etdikdə, bir addım atdıqda, o addımı terrorizm və kobudluq adlandırıb vururlar. Bu gün dünyanın hegemonçu siyasətinin vəziyyəti belədir. Bu gün dünyanın qızıl və güc mərkəzləri Fələstin xalqının hüququnu tapdamaq üçün əl-ələ vermişlər. Onlar bu məsələnin insani cəhətini tamamilə görməzliyə vurmağa və hətta əksinə göstərməyə çalışırlar.

Amerika demokratiyadan danışdı, xalqların səsinin mötəbər olmasından danışdı, amma Fələstində hökumət seçmiş xalqın səsini görməzdən gəldi, heçə saydı, ona etina etmədi. Bu, xalqın zehnində hansı nəticəni yaradır? Məlumdur. Amerika Fələstin xalqının hüquqlarına, yəni on illərdir öz evindən, öz vətənindən zorakılıqla, qəddarlıqla və zülmkarlıqla qovulan bir xalqın - bunu hamı bilir; bu məchul tarix deyil, altmış il öncəyə aiddir. Fələstin xalqı bu vəziyyətdə öz hüquqlarından məhrum oldu və müxtəlif ölkələrə didərgin düşdü - hüququna heç bir diqqət göstərmədi, onları himayə etmədi, hətta əksinə, işğalçı rejimi yüz faiz himayə etdi. Əgər məzlum fələstinlilər etiraz etmək fikrinə düşdülərsə, o etirazı iğtişaş və pozucu fəaliyyətlər adlandırdı. Bu necə düzələcək?!




Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   81


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2017
rəhbərliyinə müraciət

    Ana səhifə