Fələstİn İslam İnqilabının Böyük Rəhbəri həzrət Ayətullah Seyid Əli Xameneinin baxışında


Terrorizmlə rəftarda hegemonluğun ikili standartı



Yüklə 1,24 Mb.
səhifə26/81
tarix30.06.2018
ölçüsü1,24 Mb.
#55352
1   ...   22   23   24   25   26   27   28   29   ...   81

Terrorizmlə rəftarda hegemonluğun ikili standartı


Qondarma və yalançı İsrail dövlətinin sionist terrorçuluğu əlli ildən artıqdır Fələstin xalqını zülm altında saxlayır, sionist hərbçilərin təpikləri onları əzir, aşkar şəkildə evləri uçurur, xalqı öldürür, gəncləri məhv edir, kişiləri həbs edir, qadınları xar və təhqir edir. Bu aydın terrorizmdir. İsraillilərin özləri də onu inkar etmirlər, deyirlər ki, biz terror edirik. Bu cənab isə bunu görməzliyə vurur, amma öz şərəfini, öz evini müdafiə və təcavüzkar qarşısında kiçik qarşılıq üçün qəzəbli bir hərəkət edən fələstinli gənci terrorçu adlandırır. Onların terrorizm əleyhinə hərəkata tərəfdarlığı budur. Bunların məntiqində terrorizmin mənası da budur. Region xalqlarının qəlbi Amerikaya və onun avropalı törəməsinə, yəni İngiltərəyə nifrətlə doludur. Bu təkcə bizim xalqımıza məxsus deyil, regionun bütün xalqları bunlara nifrət edirlər. Bu nifrəti onların özləri vücuda gətirmişlər. Xalqların hüququna, istiqlaliyyətinə, izzətinə, namusuna və sərhədlərinə hücum edən şəxslərin özləri bu xalqları öz nifrətləri ilə doldururlar. Onlara nifrət etdiklərinə görə nə üçün gileylənirlər? Bəli, biz sizə nifrət edirik.

Amerika dövləti, ona bağlı media qurumlarının daim dünyanın rəhbərliyi, insan hüquqları və digər bu kimi məsələlərin lazım olması barədə ağız dolusu söylədiyi bütün iddialara rəğmən, İsrail dövlətinin arxasında dayanmışdır. İnsan doğrudan da dünyanın bəzi hegemonçu dövlət başçılarının həyasızlığına təəccüb edir. Bunu ədaləti müdafiə bilirlər, amma ədalətin mənasını anlamırlar. Amerika hökuməti ədalətin mənasını dərk etmir. Bunların hansı işi ədalətli olmuşdur? Bu cinayətləri bir ədalətli müharibə və terrorizmlə müharibə hesab edirlər, halbuki ən faciəli terrorçuluq işlərini aşkar şəkildə müdafiə edirlər. Doğrudan da xəcalətdən bəşəriyyətin alnı tərləyir.

Başqa bir nümunə işğal olunmuş Fələstindir. Bu gün israillilər dünya xalqının gözü önündə işğal edir, həbsə salır, işgəncə verir, məhkum edir, sürgün edir, bombalayır və dünya da heç bir söz demir. Bundan da maraqlısı odur ki, hegemonçu dünya o məzlumlara "nə üçün müdafiə edirsiniz?" – deyə qeyzlənir. Hegemonçu dünya - birinci növbədə hamısından quldur və xəbis olan Amerika və sonra Amerikanın ardıcılı olan digərləridir.

Hegemonçu dünya o işğalçıya "nə üçün işğal etdin" demək əvəzinə öz evlərini müdafiə edənlərə deyir ki, nə üçün müdafiə edirsiniz. Görün doğrudan da dünyaya necə çirkin yeni düzən hakimdir! Dedikləri yeni dünya düzəni budur? Fərz edin güclü və hegemonçu bir fərd bir qrup yetim uşağın evinə daxil olur, evi tutur, əşyalarını alır, ərzağı alır, rahat otaqları alır, evi tutur, uşaqları evin anbarında həbs edir, yaxud onlar üçün məhdudiyyət yaradır. Uşaqlar da fürsət tapıb fəryadlarını ucaltdıqda və "nə üçün" dedikdə işğalçı hegemonçu tez qaşlarını çatır ki, siz də həmişə mübarizədən dəm vurursunuz, sülh haraya getdi; sülh istəyin, siz nə qədər kobudsunuz".

Bir xalqın hüquqları işğal olunmuş Fələstinə daxil olan sionist mühacirlərin ayaqları altında qurban edildi. Bu qondarma dövlətin ömründən ötən əlli ilə yaxın müddətdə daim kobudluq, insan öldürmək, yalan, hiylə, təcavüz, insanlara və günahsızlara hücum onun həyat amili olmuşdur.

İsrail budur. Həqiqətən insan təəccüb edir ki, Amerikanın prezidenti xəcalət çəkmədən günün aydın çağında və dünyanın ümumi rəyi qarşısında dayanıb uca səslə "biz terrorçuluğun qarşısını almaq üçün İsraillə həmkarlıq etmək istəyirik" - deyir. İnsan həqiqətən təəccüb edir ki, bu mövqeyin adı nədir. Bunun adı qafillik, insafsızlıq, hegemonluq və zorakılıqdır. Bu sözün mənası nədir? Bu gün də dünyanın ən təhlükəli və ən çirkin terrorçuları işğal olunmuş məzlum Fələstin ölkəsində hakimiyyət başında olanlardır. Siz terrorizmin və terrorçuların qarşısında bunlarla həmkarlıq etmək istəyirsiniz? Hansı terrorçular? Öz vətənindən didərgin düşüb uzun illərdən sonra zülmdən cana doyan, əlini qaldırıb yumruğunu düyünləyən və fəryad qoparan şəxslər terrorçudurlar?

Mən zəiflik hissi keçirən şəxslərə həmişə deyirdim ki, siz təbliğata nə üçün aldanırsınız; nə üçün elə bilməlisiniz ki, Amerika insan hüquqlarından danışdıqda doğrudan da İranda insan hüquqlarının tapdanmasına nigarandır? Onlar insana ürək yandırmırlar. Onların özləri insan hüquqlarını ən çox tapdayanlardırlar. Onlar günün aydın çağında Amerika şəhərlərinin birində 80 nəfər insanı bir evdə yandıran və qaşlarını da əyməyən şəxslərdirlər. Onların insanla və insan hüququ ilə nə işləri var?! İnsan hüquqlarını nə tanıyırlar?!

Terrorçuluq yeni bir məsələ və son dövrlərin məhsulu deyil. Amma dəhşətli silahların yaranması, kütləvi və faciəli qırğınların asanlaşması bu çirkin məsələni yüz dəfələrlə qorxulu və təhlükəli etmişdir.

Başqa bir mühüm və heyrətləndirici məqam hakim qüvvələrin şeytani hesablarıdır. Onlar qanunsuz məqsədlərinə çatmaq üçün terrorçuluqdan istifadəni bir alət kimi öz siyasətlərinə və proqramlarına daxil etmişlər.

Bizim regionumuzun xalqlarının tarixi yaddaşı heç zaman unutmayacaq ki, müstəmləkəçi dövlətlər Fələstini işğal etmək və onun məzlum xalqını öz yurd-yuvalarından didərgin salmaq üçün Ümumdünya Sionist Təşkilatı və buna bənzər ondan artıq digər təhlükəki terrorçu qrupları necə idarə edib Deyr-Yasin və ona bənzər faciələri yaratdılar.

Sionizm rejimi yarandığı zamandan bu günə qədər Fələstin daxilində və xaricində aşkar terrorçu rəftarlarını davam etdirmiş və onları həyasızcasına elan da etmişdir. Sionizm rejiminin qabaqkı və indiki başçıları açıq şəkildə özlərinin terrorçu tarixləri və hətta bəzi yerlərdə terror əməliyyatlarında iştirakları ilə fəxr edirlər.

Amerika və onun davamçısı olan Avropa ölkələri isə öz torpaqlarının xilası üçün məzlumcasına mübarizə aparan fələstinli mübariz qrupları terrorçu adlandırırlar. Terrorizm haqqında bu çaşdırıcı tərif indiki dünyada terrorizm probleminin əsas təməllərindən biridir.

İstismarçı sistem başçılarına görə terrorizm onların qanunsuz maraqlarını təhdid edən hər hansı bir amildən ibarətdir. Onlar işğalçılar və müdaxiləçilər qarşısında özlərinin qanuni hüquqlarından istifadə edən mübarizləri terrorçu adlandırırlar. Amma özlərinin günahsız xalqın canının və təhlükəsizliyinin bəlasına çevrilmiş xəbis və muzdur qüvvələrini terrorçu saymırlar.

Sizin indiki toplantınızın əsas işlərindən biri terrorizm haqqında aydın və dəqiq tərifin ortaya qoyulması ola bilər.



Yüklə 1,24 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   81




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin