Beşinci fəsil: İsrail, ərəb və müsəlman hökumətləri İsraillə düşmənliyin onun himayədarları ilə dostluqla bir yerə sığmaması
Çox zaman İsrail adı ilə şüar verənlərin nəzərindən iki məqam uzaq qalır. Biz bu iki məqamı ixitsarla deyəcəyik. Bu iki məqamın biri budur ki, İsrail işğalçıları ilə düşmənlik onları hərtərəfli himayə edən şəxslərlə dostluqla bir yerə sığmır. Bu mümkün deyil. Amerika və müttəfiqlərinin yolu ilə Fələstini xilas edə bilmələrini güman edən şəxslər təəssüflü bir səhvdədirlər. İsrail hökuməti vasitəsi ilə Fələstini xilas etməyin mümkün olmadığı kimi, Amerika və müttəfiqlərinin vasitəsi ilə də Fələstini xilas etmək mümkün deyil. İşğalçı dövlətin himayədarlarına arxalanmaqla sonuclanan hər bir hərəkət şübhəsiz, bir yayınma və böyük bir səhvdir. İsrailə qarşı olduğunu şüar verən, amma bu məsələdə İsrailin müttəfiqləri ilə söhbət edən və onlara güvənən şəxs bilməlidir ki, yalan deyir. Belə bir şey mümkün deyil.
İsraili qidalandıran şəxslər İsrailin cəbhəsindədirlər. Hər hansı bir yolla İsrailə kömək edən şəxslər İsrailin cəbhəsindədirlər. Sionistlərlə müzakirə aparan şəxslər İsrailin cəbhəsindədirlər. Fələstin torpağını xilas etmək üçün aparılan mübarizə özünün həqiqi mənasına malik olmalıdır. Mübarizənin qarşı tərəfi barışıqdır. Bu məsələdə barışıq xəyanət, mübarizə isə vəzifədir. Heç kim barışığı mübarizə saymamalıdır.
İslam hökumətlərinin səhlənkarlığı - düşmənin geri çəkilmədən məqsədlərinə çatmasının amili
Hegemonluğun və onun əlaltılarının bu yekəxanalığına müsəlman xalqlar və fərdlər tərəfindən ümumi bir iradə və bir-birinə uyğun hərəkətlərlə cavab verilməlidir və hegemonluğun təxribatlarının şəri müsəlman xalqların başı üzərindən uzaqlaşdırılmalıdır. İslam hökumətlərinin işğalçı İsrail rejimi ilə mübarizədəki səhlənkarlığı Amerikanı ərəblərlə İsrail arasında birbaşa müzakirələr başlatmağa həvəsləndirdi və təəssüf ki, bəzi ərəb başçıları hegemonluğun bu zərbəsinin çox geniş cəhətlərinə diqqət yetirmədən sözügedən rəzilliyə boyun əydilər. Nəticə bu oldu ki, işğalçı İsrail hökuməti öz məqsədinə - yəni ərəb ölkələri tərəfindən tanınmağa nail oldu; halbuki özünün təcavüzkar mövqeyindən iynə ucu qədər də geri çəkilmədi.
İndi sionistlər terrordan, adam oğurluğundan, Fələstin və Livan torpaqlarını işğal etməkdən, fələstinliləri əzməkdən, özünün keçmişdəki kütləvi qırğınlarından və digər dəhşətli cinayətlərindən əlavə, gündəlik olaraq Livanın cənub kəndlərini özünün hava hücumları ilə yerlə-yeksan edir. Amerika və Avropa tərəfindən ona heç bir təzyiqin göstərilməyəcəyinə güvənməklə o bölgənin əhalisinə qarşı ən qəddar cinayətləri törədir. Ərəblərin İsraillə müzakirələri hətta sionistlərin təcavüz və cinayətlərinin qarşısını da ala bilməmişdir.
Bu, düşməni daha tələbkar və daha cəsarətli edən geri çəkilmələrdən bir nümunə idi.
Ərəb dövlət başçılarının xəyanətli sükutu və Fələstinə rəhbərlik iddiasında olanların rüsvayçı mövqeyi
Ərəb ölkələri başçılarının əksəriyyətinin bəzi yerlərdə hətta aşkar xəyanətlə birgə olan razılıqlı sükutu və Fələstin xalqına rəhbərlik iddiasında olanların rüsvayçı və xəyanətkar mövqeləri müsəlman Fələstin torpağını həmişəlik tutmaq, onun yaralı və məzlum xalqını həmişəlik əsir və didərgin etmək istəyən hiylə, zülm, təcavüz və xəyanət zəncirinin bitişik halqalarıdır.
İsraillə düşmənçiliyə dair İraq rejiminin başçıları tərəfindən başlanılan və Qərbin sionist mediasında da geniş işıqlandırılan yalançı ajiotaj hegemonluğun planlarının təkmili və ərəb hökumətlərinin sükutu ilə Fələstin məsələsinə qarşı baş verən xəyanəti örtmək üçün vasitə, həmçinin Sovet yəhudilərinin işğal olunmuş Fələstinə köçürülməsi kimi mühüm bir məsələni kölgədə saxlamaq vasitəsidir.
Müsəlman xalqların İsrailin cinayətlərinə etiraz etmək azadlığının olmaması
Bu gün İslam dünyasında müxtəlif ölkələrdə yaşayan müsəlmanların qəlbini qüssəyə qərq edən mühüm hadisələr baş verir. Onlar kədərlənirlər, ürəkdən yanırlar, amma bir söz deyə bilmirlər. Nə üçün? Çünki təəssüf ki, ölkələrinin bir çox başçıları İslam ümmətinə bu kədərləri yaratmaqda və İslam ölkələrində gənc təbəqələrin ümidlərini məhv etməkdə şərikdirlər. Bir məsələ məzlum Fələstin müsəlmanlarına aid məsələdir. Bunların hamısı dərddir. Öz ölkəmizə baxmayın ki, bu dərdləri ölkənin ən yüksək məmurlarından adi insanlara qədər hamı azad şəkildə söləyir, danışır, varlığını bildirir və ürək sözünü deyir. Təəssüf ki, digər ölkələrdə xalqa ən azı İslam ümmətinin bu əzəmətli hadisələrinə dair öz qüssələrini dilə gətirmək imkanı vermirlər. Siz baxın, ərəb ölkələrində nə qədər insanların qəlbi sionist düşmənlə sazişdən kədərlə doludur, amma bir söz deyə bilmirlər; düz keçmiş rejim dövründəki kimi. Biz burada sionistlərin əleyhinə bir söz deyə bilmirdik. O zaman bizim ürəyimiz dolu idi, amma bir söz deyə bilmirdik. Mən həmin illərdə bir dəfə tələbələr arasında Bəqərə surəsinin əvvəllərində Bəni-İsrailə adi ayələri təfsir edərkən bəzi sözlər demişdim. Sonra həbslərin birində məni sual və istintaq məngənəsinə saldılar ki, siz İsrailin adını çəkmisiniz. Bəni-İsrailə aid ayələrdən danışmışdım. Dedilər nə üçün İsrailin adını çəkmisiniz. Yəni Quranı təfsir edən şəxsin də Bəni-İsrail barəsində bir söz deməyə haqqı yox idi. Çünki o zaman İsraillə isti münasibətləri olan xəbis və xain rejimin müttəfiqinin acığına gələ bilər. Bu gün bəzi İslam ölkələrində vəziyyət elədir.
Muxtar təşkilatın xəyanəti
Fələstinlilərin adı ilə bu işi görən bu şəxslərin xəyanəti bu günə qədər Fələstinə olunmuş bütün xəyanətlərdən çirkin, ağır və pisdir. O xalq üçün də nə bir iş gördülər, nə də görə bilərlər. Amerikada yaşayan bir fələstinli ərəb yazıcı yazmışdır ki, Ərəfatın bu təşkilatı hələ Qəzzə şəhərinin zibillərini küçələrdən yığışdıra bilməmişdir. Amma həmin müddətdə xalqın casusluğunu etmək üçün beş təhlükəsizlik komitəsi təşkil etdilər. Bu oldu Fələstin dövləti? Bu oldu Fələstin xalqının qayıdışı? Bu oldu Fələstin hüququnun bərpası? Bunlar bu qədər həyasızdırlar. Bu şəxs israillilərlə ilk müzakirələrinə başlayanda mən dedim ki, o həm xaindir, həm də axmaq. Əgər xain, amma ağıllı olsaydı, bundan yaxşısını edərdi. Əlbəttə, mən tam bilmirəm, amma güman edirəm ki, amerikalılar və İsrailin casus şəbəkələri bunların zəif cəhətlərindən istifadə etdilər. Bunların zəif cəhətləri çoxdur, dünya adamıdırlar. İşdə din olmadıqda belə olur. Bunlar Fələstin Azadlıq Təşkilatını idarə etdikləri bu bir neçə ildə Allah bilir ki, maddi baxımdan, rəftar və əxlaq baxımından nə qədər problemləri olmuşdur. Onlar da deyəsən həmin nöqtələr üzərində dayanmışlar. Bir tərəfdən də yorulmaq, qırılmaq və amallardan imtina etmək bunları bu dəhşətli fəlakətə, həlakət, bədbəxtlik və əbədi lənət bataqlığına saldı. Siz elə bilirsiniz bunları ürəkdən lənətləməyən bir fələstinli ola bilərmi?! Yalnız bunların əlaltılarından və maraqlarda bunlarla şərik olanlardan ola bilər. Dörd-beş milyon fələstinli qaçqın Fələstindən bayırda, təxminən üç milyon fələstinli daxildədir. Baxmaq lazımdır ki, bunların Fələstin barəsində nəzərləri nədir. Bunların yumruqları möhkəmdir, bunların ürəkləri dağlıdır.
Dostları ilə paylaş: |