Fələstİn İslam İnqilabının Böyük Rəhbəri həzrət Ayətullah Seyid Əli Xameneinin baxışında


Ərəb hökumətləri arasında İsraillə rabitənin qəbahətinin aradan qaldırılması



Yüklə 1,24 Mb.
səhifə31/81
tarix30.06.2018
ölçüsü1,24 Mb.
#55352
1   ...   27   28   29   30   31   32   33   34   ...   81

Ərəb hökumətləri arasında İsraillə rabitənin qəbahətinin aradan qaldırılması


Bir zaman ərəb hökumətləri İsraillə söhbət etməyi və hətta İsrailin adını çəkməyi çox çirkin işlərdən bilirdilər. Bunlar bu məsələni ortaya qoymaqla onları bir-bir ərəb xalqının sıralarından xaric etdilər və günahı onun boynuna yıxdılar. Elə iş gördülər ki, tədricən bu məsələnin qəbahəti aradan qalxdı. Hətta İsrailin sərhədlərində olmayan və İsraildən heç bir təhlükə və zərər görməyən hökumətlər də öz evlərində oturub İsraillə müzakirədən danışırlar. Doğrudan buna nə lüzum var?! Amma edirlər; çünki qəbahət aradan qalxmışdır.

Fars körfəzi ölkələrinin İsraili rəsmən tanımaq xəyanəti


Bu gün Fars körfəzi hövzəsinin bəzi ölkələri öz tarixlərinə və ərəb ölkələrinin tarixinə ən böyük xəyanəti etdilər. Yəni bir İslam ölkəsini və bir ərəb xalqının ölkəsini işğal edən İsrailin zülmünü və işğalını təsdiqlədilər, onu müdafiə etdilər. İsraili tanımaq bu deməkdir. Onlar İsrailə qarşı embarqoları götürürlər və bu, İslam və ərəb xalqlarına xəyanət, Fələstin xalqına isə ən böyük xəyanətdir.

Fars körfəzi Əməkdaşlıq Şurasının üzvü olan ölkələrin hökumətləri bu xəyanətdən keçəcəklərmi? Bu ölkələrin xalqları başçılarının xəyanətinə göz yumacaqlarmı?

Dünya həqiqətləri siyasi oyunlarla ötəri və dövri hadisələrlə dəyişən deyil. Fələstin fələstinlilərə məxsusdur. Sionizm hökuməti işğalçı və yalançı bir dövlətdir. İsrailin yerli Fələstin xalqından başqa heç bir həqiqi vətəndaşı yoxdur. Dünyanın hər tərəfindən fələstinlilərin evlərinə sahib olmaq üçün toplaşanlar müsəlman xalqların səyi ilə bir gün bu evi öz sahiblərinə qaytarmağa məcbur olacaqlar. O günün tez, yaxud gec olması mümkündür, lakin mütləq və qaçılmazdır.

Ərəb hökumətlərinin geri çəkilməsi və işğalçı ilə rabitənin bərqərar edilməsi


Əvvəlcə İsraillə müzakirənin qəbahəti ortadan götürüldü. Allah adını çəkmək istəmədiyim bu Misir siyasətçisinin günahından keçməsin! Əlbəttə, uzun illər bu tribunadan ona çox lənət göndərilmişdir və mən bir daha adını çəkmək istəmirəm. Əvvəl bu adam işğalçı hökumətlə müzakirə apardı və onun qəbahətini ortadan götürdü. Əvvəlcə bayraqlarını gətirdilər. Sonra da yavaş-yavaş bir-bir ərəb ölkələrini və qonşuları – bu qədər övlad verən, bu qədər müsibət çəkən, bu qədər şüar verən və bu qədər iddia edənləri müzakirə stolu arxasına apardılar.

Biz o zaman da dedik ki, sionistlərin ərəblərlə bu müzakirələri hiylə üzərində qurulmuşdur. Sionistlər ərəblərlə problemlərini həll etmək istəmirlər. Öz gümanlarına əsasən şəri özlərindən azaltmaq və təcavüzlərini yenidən davam etdirmək istəyirlər. Çünki sionizmin təcavüzü bitməyib və hələ bundan sonra təcavüzlər olacaq. Coğrafi baxımdan möhkəmlənəndən sonra hələ növbə bu ərəb ölkələrinin həyati, maliyyə və iqtisadi sərvətlərinə əl uzatmağa çatacaq. Məgər bunlara nəfəs çəkməyə qoyacaqlar?! Qüvvələnən kimi evlərini yıxacaqlar. Təəssüf ki, ərəb ölkələrinin başçıları bu məsələlərə diqqət yetirmədilər, ölkələrinin və xalqlarının maraqları və gələcəkləri barədə düşünmədilər. Sözsüz ki, Amerikanın təzyiqi bu sahədə ən çox təsirə malik idi.


İslam hökumətlərinin İsraillə həmrəy olmalarına dair nigaranlıq


Mən bu günlərdə Mərakeşdə toplantı keçirən İslam konfransından nigaranam. Olmaya İslam ölkələrinin başçılarını toplayıb hiylə və kələklə bunlardan işğalçı sionizm rejiminin maraqları istiqamətində bir kəlmə söz almaq və İslam ölkələrinin belə razılığa gəldiyini söyləmək istəsinlər. Bu konfransda iştirak edən İslam ölkələri başçıları ayıq olsunlar. Düşmən adamlarının və İslam dünyasına xəyanət edənlərin öz işlərini görmələri mümkündür. Əlbəttə, bizim əmanətdar nümayəndəmiz - yəni Xarici İşlər Nazirimiz oradadır; əgər bu sahədə bir ümumi razılaşma elan etmək istəsələr, orada bizim qətiyyətli nəzəriyyəmizi elan edəcək. Amma həqiqətən İslam dünyası üçün belə təhlükələr var. İslam adı ilə bir konfrans təşkil olunsun, lakin müsəlmanların dərdlərinə əlac etmək yerinə Amerika və İsrailin istəklərinin və dərdlərinin ardınca getsin, onlara əlac qılmaq istəsin. Ümidvarıq ki, belə olmaz; Allah etsin belə olmasın!

Ya Fələstinlə, ya düşmənlərlə!


İkidən artıq cəbhə yoxdur: ya Fələstini və onun ədalətli mübarizələrini müdafiə, ya da qarşı cəbhədə durmaq.

İkinci bölmə: Məğlubiyyətlər və qələbələr

Birinci fəsil: İşğalın tarixcəsi və ibrətlər

İşğalın müxtəsər tarixcəsi


Siz bu gün Fələstin hadisəsi kimi bir hadisəyə baxın. Orada daha haqq və batil cəbhələri bəllidir. Bir xalqı öz ata-baba yurdundan - babalarının sümükləri bu torpaqda dəfn olunub və bütün tarix buranın onlarınkı olduğunu deyir - öz torpaqlarından, həyatlarından, evlərindən və öz ölkələrində seçim hüququndan məhrum etdilər. Avropadan, Şərqi Avropadan, Rusiyadan, Amerikadan və digər yerlərdən bir qrup əcnəbini toplayıb dedilər ki, siz buranı idarə edin. Əgər ortada başqa heç bir amil olmasaydı da, bunun özü haqq və batilin harada olduğunu göstərərdi, o ki qala işğalçı əcnəbi qrup müxtəlif növlü qəddar və yırtıcı üsullarla o torpağın sahibi olanları məhv edə; yəni vurur, əzir və öldürür. Daha bundan da aydın və ayırd olan haqq və batil varmı?! Siz görün bu regionda İsrailin tərəfdarları – Amerika, sionistlərin özü və digər hökumətlər bunun özünü dünyanın ümumi rəyində necə dəyişmişlər! Yəni ümumi rəyi elə dəyişmişlər ki, bu gün bu acı hadisələrin qarşısında dünyada mühüm hərəkət baş vermir.

İsrail - xərçəng vəzisi


Fələstin tarixi bir ölkədir. Tarix boyu Fələstin adlı bir ölkə mövcud olmuşdur. Dünyanın zalım qüvvələrinin dəstəyi ilə bir qrup gəlib bu xalqı ən kobud və ən şiddətli yolla bu ölkədən çıxarıb; öldürüb, sürgün edib, işgəncə verib, təhqir edib və bu milləti qovub. Bu gün işğal olunmuş Fələstinlə qonşu ölkələrdə və digər yerlərdə əksəriyyəti düşərgələrdə olmaqla bir neçə milyon fələstinli qaçqın yaşayır. Əslində gəlib ölkəni coğrafiyadan çıxardılar, xalqı bütünlüklə varlıqdan sildilər. Onun yerinə zorla qondarma və yeni bir inzibati vahid yaradıb adını İsrail qoydular. Görün məntiq nə tələb edir? Bizim Fələstin barəsində sözümüz bir şüar deyil, yüz faiz məntiqli bir sözdür.

Əvvəllər başında İngiltərənin durduğu, sonra da Amerikanın qoşulduğu və ardınca Qərb ölkələrinin gəldiyi qüdrətli bir qrup deyir ki, Fələstin ölkəsi və Fələstin xalqı məhv olmalı, onun yerinə İsrail adlı bir ölkə və İsrail xalqı adlı qondarma bir xalq yaranmalıdır. Bu bir sözdür. Bunun qarşısında başqa bir söz də var. O, imamın sözüdür; deyir ki, xeyr, bu qondarma və zorla yaradılmış vahid silinməlidir. Onun yerinə əsl xalq, əsl ölkə və əsl inzibati vahid iş başına gəlməlidir. Bu iki sözün hansı məntiqlidir? Süngüyə və məhvə söykənən, siyasi bir sistemi, bir neçə minillik keçmişi olan tarixi bir inzibati yeri bütünlüklə coğrafiydan silmək istəyən söz məntiqlidir, yoxsa bu əsl inzibati vahidin qalmasını, qondarma və zorla yaradılmış vahidin məhv olmasını deyən söz? İmam bunu deyirdi. İşğalçı İsrail və Fələstin məsələsi barəsində deyilməsi mümkün olan ən məntiqli söz budur. İmam bunu açıq söylədi. İndi əgər kimsə bu sözü işarə ilə desə, imamın xəttinin iddiaçısı olan bir qrup deyəcək ki, cənab, nə üçün bu söz deyildi. Bu, imamın sözüdür. Bu, imamın məntiqidir. Bu düzgün məntiqdir. Dünyanın bütün müsəlmanları, dünyanın bütün azad insanları və bitərəf xalqlar bu sözü qəbul etməlidirlər. Bu düzgündür. Bu, imamın mövqeyidir.



Yüklə 1,24 Mb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   81




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin