Fələstİn İslam İnqilabının Böyük Rəhbəri həzrət Ayətullah Seyid Əli Xameneinin baxışında


İsrailin formalaşdığı zaman edilən diqqətsizlik



Yüklə 1,24 Mb.
səhifə32/81
tarix30.06.2018
ölçüsü1,24 Mb.
#55352
1   ...   28   29   30   31   32   33   34   35   ...   81

İsrailin formalaşdığı zaman edilən diqqətsizlik


İslam dünyası bu böyük problemin və müsibətin yarandığı zaman diqqətsizlik etdi; bu problemə qarşı düzgün yol seçilmədi və işlədilmədi. Düzdür, Fələstində və Fələstindən bayırda dəyərli şəxsiyyətlər vardı. Onların zəhmətlərini görməzdən gəlmək olmaz; misal üçün, mərhum İzzəddin Qəssam, mərhum Hacı Əmin Hüseyni, mərhum Şeyx Məhəmməd Hüseyn Kaşif əl-Ğita. Bunların hamısı sionizm dövlətinin və hökumətinin bu regiondakı varlığının təhlükəsini duydular, söylədilər və mübarizə apardılar. Lakin İslam dünyası və onun vəzifəli şəxsləri öz rollarını düzgün ifa edə bilmədilər. Odur ki, Fələstin xalqının çox təhlükəli olan bu məsələ ilə mübarizəsində tarix boyu yıxılıb-durmalar olmuşdur.

Mübarizələr tarixi; işğalın əvvəli


Fələstinin işğalının əvvəlində Şeyx İzzəddin Qəssam və Hacı Əmin Hüseyni kimi mücahid alimlər Fələstini xilas etmək üçün müsəlmanları köməyə çağırdılar. Böyük təqlid müctəhidi olan mərhum Şeyx Məhəmməd Hüseyn Ali-Kaşif əl-Ğita sionistlər əleyhinə cihad hökmü verdi. Amma təəssüf ki, tədricən mübarizələrin İslam şəkli zəiflədi və onun milli rəngi çoxaldı.

Fələstinin fəthi - Qərbin köhnə arzusu


Bəzi Qərb qüvvələri Fələstin torpağı və şərafətli Qüdsə həmişə tamah salmışlar. Müsəlmanların əleyhinə olan uzun Xaç müharibələri onların bu müqəddəs torpağa qarşı tamahlarının bariz nümunəsidir. Osmanlı imperiyasının məğlubiyyətindən sonra Beytülmüqəddəsə girən müttəfiqlər ordusunun bəzi komandirləri belə dedilər: "Bu gün xaç müharibələri başa çatdı".

Sionizm dövlətini qurmaqda müstəmləkəçiliyin məqsədi


Ümumiyyətlə yəhudi dövlətinin, yaxud daha doğru desək, sionizm dövlətinin İslam dünyasının bu nöqtəsində təşkil edilməsi hegemonluğun uzunmüddətli bir məqsədi ilə vücuda gəldi. Ümumiyyətlə İslam dünyasının təxminən ürəyi olan bu həssas nöqtədə - yəni İslamın Afrikadan ibarət olan qərb hissəsini Orta Şərq və Asiyadan ibarət olan İslam şərqinə birləşdirən, Asiya, Afrika və Avropa arasında üç yol ayrıcı olan bir yerdə bu dövləti yaratmaq uzun müddət üçün başında İngiltərə dövlətinin durduğu ozamankı müstəmləkəçilərin İslam dünyasına hökmranlığını təmin etməkdən ötrü idi. Yəni əgər nə vaxtsa Osmanlı hökumətinin bəzi dövləri kimi iqtidarlı İslam dövləti vücuda gəlsə, müstəmləkəçilərin, İngiltərənin, Fransanın və digərlərinin bu regiona təsirinin qarşısını ala bilməsin. Odur ki, özlərinə bir baza düzəltdilər. Tarixi sənədlərə əsasən, orada sionizm hökumətini təşkil etmək yəhudi xalqının arzusundan çox İngiltərə dövlətinin müstəmləkəçi bir istəyi idi. Sənədlərə əsasən, o zaman çoxlu yəhudilərin fikri bu idi ki, bu dövlətə ehtiyac yoxdur, bu dövlət onların xeyrinə deyil. Odur ki, bundan qaçırdılar. Buna əsasən, bu bir yəhudi arzusu və ideyası deyildi, daha çox müstəmləkə və İngiltərə ideyası idi. Əlbəttə, sonralar dünya siyasətinin və imperializmin (idarəsi) amerikalıların vasitəsi ilə İngiltərədən alındıqda, bu da müstəmləkə mirasının tərkib hissəsi idi və Amerikaya çatdı. Amerikalılar da maksimum istifadə etdilər və indi də edirlər. Buna görə Fələstinin xilası və işğalçı sionizm dövlətinin məhvi bu regionun xalqlarının, o cümlədən bizim əziz İran ölkəmizin maraqları ilə əlaqədardır. İnqilabın ilk günündən proqramlarının birini sionistlərin nüfuzu və iqtidarı ilə mübarizə edənlər bu hesabla bu işi gördülər.

Fələstinin işğalının məqsədləri


Bu torpağın işğalı çoxcəhətli və mürəkkəb bir layihə əsasında hazırlanıb müsəlman birliyinin və yenidən güclü müsəlman hökumətlərinin təsis olunmasının qarşısını almaq məqsədi güdürdü. Mövcud dəlillər göstərir ki, sionistlər alman nasistlərlə yaxın münasibətdə olmuşlar. Yəhudilərin qətliamna dair şişirdilmiş rəqəmlər göstərməyin özü cəmiyyətin rəhmini qazanmaq, Fələstinin işğalı üçün şərati yaratmaq və sionistlərin cinayətlərini ört-basdır etmək üçün bir vasitə idi.

Hətta bəzi dəlillərə görə Şərqi Avropanın bir qrup qeyri-yəhudi quldur və oğrularını yəhudi adı ilə Fələstinə köçürdülər ki, şovinizm qurbanlarının övladlarını himayə adı altında İslam dünyasının ürəyində İslama düşmən bir hökumət qursunlar və 13 əsrdən sonra İslam şərqi və qərbi arasında ayrılıq salsınlar. Sionistlərin və onların qərbli himayədarlarının planlarının mahiyyətindən xəbərsiz olduqlarına görə müsəlmanlar əvvəldə çaş-baş qaldılar.


Sionist işğalçılığının üç təməli


Sionistlərin Fələstinə qarşı bu işğalçılığının üç təməli vardı:

Bir təməli ərəblərə qarşı qəddarlıqdan ibarət idi. Onların əsl sahiblərlə rəftarları daşürəkli, şiddətli və çox kobud rəftar idi; bunlarla heç cür yola getmirdilər.

İkinci təməl dünyanın ümumi rəyini aldatmaq idi. Dünyanın ümumi rəyini aldatmaq qəribə məsələlərdən biridir. Onlar yəhudilərin əlində olan bu sionist informasiya vasitələri ilə o qədər yalan dedilər ki, həmin yalanlara görə bəzi yəhudi kapitalistlərini tutdular. Çoxları da onların yalanlarına inandılar. Hətta özümüz gənclikdə bir müddət çox sevdiyimiz insan və insanlar növündən bu fransalı ictimai filosof və yazıçını - Jan Pol Sartrı da aldatdılar. Jan Pol Sartr bir kitab yazmışdı. Mən otuz il öncə onu oxudum. Yazmışdı: "Torpaqsız xalq, xalqsız torpaq"! Yəni yəhudilər torpağı olmayan xalq idilər. Onlar xalqsız torpaq olan Fələstinə gəldilər. Xalqsız nə deməkdir? Orada bir xalq vardı və işləyirdi; çoxlu dəlillər var. Bir xarici yazıçı deyir ki, bütün Fələstin torpaqlarında göz işlədikcə uzanan yaşıl dəniz kimi buğda tarlaları vardı. Xalqsız torpaq nə deməkdir? Dünyaya belə göstərdilər ki, Fələstin xaraba qalmış, boş qalmış və buraxılmış bir yer idi, biz gəlib buranı abadlaşdırdıq. İctimai rəyə yalan söyləmək budur! Həmişə özlərini məzlum göstərməyə çalışırdılar; indi də belədir. Bu Amerika jurnallarında, məsələn Taym və Nyusvikdə - mən hərdən bunlara baxıram - əgər bir yəhudi ailəsinə qarşı ən kiçik hadisə baş versə, öldürülənin şəklini, təfsilatını, yaşını və uşaqlarının məzlumluğunu böyüdürlər. Lakin işğal olunmuş Fələstində və Livanda fələstinli gənclərə, fələstinli ailələrə, fələstinli uşaqlara və fələstinli qadınlara qarşı yüzlərlə və minlərlə qəddarlıq nümunəsi baş verir, amma ən kiçik işarə belə etmirlər.

...İndi də sionizmin əsas məqsədi Böyük İsrail yaratmaqdır. Əlbəttə, bu günlər bunun adını az çəkirlər, onu gizlətməyə çalışırlar. Yenə də ictimai rəyi aldadırlar. Nə üçün? Çünki indiki mərhələdə özlərinin ekspansionist məqsədlərini gizlətməyə ehtiyacları var.



Üçüncü təməl də dəm-dəsgah, müzakirə və özləri demiş, lobbidir; otur bu hökumətlə, o şəxsiyyətlə, o siyasətçi ilə, o ziyalı ilə, o yazıçı ilə, o şairlə söhbət et və anlaş. Bunların işinin indiyədək üç təməli olmuşdur. Bu hiylə və kələklə bu ölkəni tuta bilmişlər. Xarici qüvvələr də bunların yanında olmuşdur. Əsas İngiltərə idi. Millətlər Təşkilatı və ondan öncə müharibədən sonra dırnaqarası sülh məsələləri üçün yaradılan Millətlər Cəmiyyəti bəzi yerlər istisna olmaqla həmişə bunları müdafiə etmişdir. Həmin 1948-ci ildə Millətlər Cəmiyyəti bir qətnamə qəbul edib dəlilsiz və səbəbsiz olaraq Fələstini böldü. Dedi ki, Fələstin torpaqlarının 57 faizi yəhudilərə məxsusdur. Halbuki ondan öncə Fələstin torpaqlarının təxminən beş faizi bunlara məxsus idi. Onlar da dövlət qurdular və sonra da müxtəlif hadisələr - kəndlərə, şəhərlərə, evlərə və günahsızlara hücum başlandı. Düzdür, ərəb hökumətləri də səhlənkarlığa yol verdilər. Bir neçə müharibə baş verdi. 1967-ci il müharibəsində israillilər Amerikanın və digər dövlətlərin köməyi ilə Misir, Suriya və İordaniyanın bəzi hissələrini ələ keçirə bildilər. Sonra 1973-cü ildə bunların başlatdığı müharibədə yenə də o qüvvələrin köməyi ilə müharibənin nəticəsini öz xeyirlərinə tamamlayıb digər yerləri ələ keçirə bildilər.

Yüklə 1,24 Mb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   81




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin