Fələstİn İslam İnqilabının Böyük Rəhbəri həzrət Ayətullah Seyid Əli Xameneinin baxışında


Muxtar təşkilatın rüsvayçı razılaşması



Yüklə 1,24 Mb.
səhifə37/81
tarix30.06.2018
ölçüsü1,24 Mb.
#55352
1   ...   33   34   35   36   37   38   39   40   ...   81

Muxtar təşkilatın rüsvayçı razılaşması


Növbəti məsələ bu yaxınlarda sionistlərlə özlərini Fələstinin nümayəndəsi bilənlər arasında baş verən rüsvayçı razılaşmadır. Mən bu məsələnin təfərrüatına toxunmaq istəmirəm. Bunu radio və televiziya, ölkə məmurları, Xarici İşlər Nazirliyinin əməkdaşları və belə məsələlərin izahını öhdəsinə götürən digər şəxslər bizim xalqımıza aydınlaşdırmalıdırlar və xalqımız çox çirkin və təhlükəli olan bu məsələdən xəbərdar olmalıdır. Hələ təxminən iki il bundan öncə bağladıqları müqaviləyə əməl olunmamış gəlib məzlum Fələstin xalqının, Fələstin ölkəsinin, ərəb dünyasının və İslam dünyasının tam əleyhinə olan başqa bir müqavilə imzaladılar.

Amerika bu məsələ ilə ciddi məşğul oldu. Səbəb də bu idi ki, Amerika prezidentinin düçar olduğu şəxsi problemlərə və həmçinin Amerika diplomatiyasının Orta Şərqdəki rüsvayçılığına görə onların da bu məsələyə ehtiyacları vardı. Amerikalıların özləri dəfələrlə deyiblər ki, dırnaqarası Fələstin Azadlıq Təşkilatı ilə İsrail arasındakı sülh müqavilələri kağız üzərindədir və real deyil. Amerika diplomatiyasının bu işdə zəifliyi, Amerikanın gücsüzlüyü, bacarıqsızlığı Amerikanı dünyada rüsvay etdi. Digər çoxlu daxili və xarici məsələlər də var. Oturub bir neçə qısa həftə ərzində təcili bir işlə özünü Fələstin xalqının nümayəndəsi bilən şəxsdən bir müqaviləyə imza aldılar. O, əskik və xəyanətkar bir insandır, eqoizm və dünyagirlik bataqlığında o qədər batıb ki, Fələstin müqavimətinin üzvü sayılmağa ləyaqəti yoxdur, nəinki o müqavimətin rəhbəri olmağa. O əslində fələstinli mübarizələrin təqib məsuliyyətini öhdəsinə götürüb; yəni sionizm dövlətinin Fələstinin müsəlman inqilabçıları tərəfindən böyük problemini onun üzərindən götürmək və öz üzərinə almaq. Onun daşımalı olduğu yükü bu daşıdı və düşmənin işi asanlaşdı; Fələstin inqilabçıları üçün problemlər və başağrıları yaratdı, Amerikanın çirkin müdaxiləsini və amiranə fəaliyyətlərini artırdı. Bundan əlavə, sionistlərin və Ərəfatın dəm-dəsgahının ardıcıl olaraq iki həftədən bir bu işlərdən ötrü iclasları keçirilir. O, amerikalılarla da iclas keçirib onlara məruzə etməlidir ki, mən bu işləri gördüm, bu şəxsləri tutdum, bu şəxsləri həbs etdim, bu insanları cəzalandırdım. Əgər bir məhbusu azad etsə, amerikalılar ona etiraz edəcəklər ki, nə üçün inqilabçılardan olan bu məhbusu azad etdin, nə üçün səhlənkarlıq etdin, nə üçün filankəsi tutmadın. Burada İsrail məruzəçidir və siyahı verir, Amerika hakimdir və hökm edir, cənab Yasir Ərəfat da o hakimin hökmünün icraçısıdır. Ar olsun belə alçaq insanlara!

Əlbəttə, məsələnin zahiri tərəfi hələlik budur ki, bu muzdur qurum fələstinliləri tar-mar etməlidir. Lakin bu, məsələnin zahiri tərəfidir. Məsələnin məğzi budur ki, fələstinliləri malik olduqları qədər torpaqdan uzun müddət üçün məhrum etsinlər. Məsələnin zahiri budur ki, fələstinli mübarizlər əzilirlər, amma məğzi budur ki, sionizm hökuməti hətta fələstinlilərin bu qədər iştirakına da qane deyil. İşi o qədər çətinləşdirmək və ağırlaşdırmaq istəyir ki, rahat yaşamaq istəyən azad bir fələstinliyə israillinin nökərliyindən başqa yaşamaq imkanı qalmasın. O, Amerikanın ayağını açdı, CİA-nın ayağını əvvəlkindən daha artıq açdı. Onların müdaxilə imkanını genişləndirdi və mübarizlərin işini çətinləşdirdi. Əlbəttə, bunların hamısı onların xəyalında və gümanındadır.

Bu müqavilə ondan ötrüdür ki, bəlkə xain fələstinlilərin əli ilə özlərinə bu təhlükəsizliyi yarada bilsinlər. Çünki təcrübə etdilər və özləri bacarmadılar. İstəyirlər Ərəfatın vasitəsi ilə təhlükəsizliyə nail olsunlar. Lakin mən deyirəm ki, Fələstin xalqı sionistlərlə düşməndir. Yasir Ərəfat olmuş olsa belə, sionistlərin nökərləri ilə də şiddətli düşməndir.


İsraillə müzakirə sözünü təkrarlamaq – onun qəbahətinin sınmasının səbəbkarı


Mən düşünürəm ki, bu sözlərin onlar tərəfindən təkrar edilməsi də pis işdir. Bu mənim fikrimdir. Mənim fikrimcə, bir günahı əməldə yaymaq üçün onun yollarından biri o günahı dillərdə əzbər etməkdir. O qədər desinlər ki, pisliyi aradan götürülsün. Siz bu Fələstin məsələsinə və bəzi fələstinlilərin özləri və Fələstin xalqı üçün qəbul etdikləri bu acı taleyə baxın. Bu gün bu, çox böyük təcrübə və dünyada böyük bir ibrətdir. Hər tərəfdə davamlı olaraq bir nəfər bir söz dedi, digərləri də ona qəzəblənmədilər, daim dedilər ki, bizim İsraillə söhbət etməyimizin nə eybi var? Daha iş o yerə çatdı ki, “işğalçı düşmən” demədilər. Demədilər ki, bu, işğalçı düşməndir. O, fələstinlilərin evində oturub. Nə müzakirəsi?! Onunla müzakirə budur ki, desinlər ay filan-filan olmuş, bizim evimizdən çıx. İşğalçı ilə müzakirə belə olur. Zalımla müzakirə budur ki, filan-filan olmuş, niyə bu qədər zülm edirsən? Müzakirə budur, dostcasına müzakirə aparmaq, getmək, demək, gülmək, onun bir söz deməsi, bunun bir söz deməsi, sonra çənə vurmaq yox. Bundan sonra "işğalçı ilə belə sözlərimiz yoxdur" deməyin nə mənası var?! Davamlı olaraq İsraillə müzakirədən söhbət açan şəxslərə heç kim etiraz etmədi. Nəhayət fikirlərdə onun pisliyi ortadan götürüldü. Sonu da bu acı və qara məsələlərə çatdı.

Fələstinə dair xəyanətkar konfransın səmərəsi


O xəyanət konfransı bitdi; sözlərini danışdılar, sionistləri və işğalçı rejimi praktiki olaraq rəsmən tanıdılar. Nəticə nə oldu? Fələstinlilər nə qazandılar? Ərəb dünyası nə qazandı? İşğalçı və yalançı İsrail rejimi belə bir hadisənin qırx neçə ildən sonra baş verməsini arzulayırdı. Eyni zamanda özünü buna həvəssiz göstərirdi; hey naz edirdi, şərt qoyurdu. Sonra da konfransa gedib ərəblərin qarşısında ən kəskin və ən həyasız sözlərini danışdı və konfransdan ayrılıb gəldi. Nə üçün ərəb hökumətləri belə hiylənin və belə yalanın qarşısında silahı yerə qoydular? Tarix bunlara nə deyəcək? Allah qiyamətdə bunlarla necə sorğu-sual edəcək? Xalqları bunlarla nə edəcək?

İsraillə müzakirə aparanlara müsəlman xalqların nifrət bəsləməsi


Mən güman etmirəm ki, bəzi qeyrətli ərəb hökumətləri bu rəzilliyə dözməyə razı olsunlar və dözməməlidirlər. Xalqlar əsla dözməyəcəklər. Əgər amerikalılar Orta Şərq məsələsini bu formada həll etmələrini güman edirlərsə, səhvdədirlər. Onlar bilsinlər ki, işğalçı sionizm rejimi ilə müzakirə stolu arxasında oturan hər bir rejimin xalqı arasındakı mövqeyi zəfiləyəcək və regionda təhlükəli vəziyyət günbəgün artacaq.

Xalqlar öz yollarını gedirlər. Xalqlara zidd olan rejimlər dünən Kemp Deyvid müzakirələrində gördüyümüz taleyi yaşayacaqlar.



Yüklə 1,24 Mb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   81




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin