Fələstİn İslam İnqilabının Böyük Rəhbəri həzrət Ayətullah Seyid Əli Xameneinin baxışında


İkinci fəsil: Qələbələr və dərslər



Yüklə 1,24 Mb.
səhifə39/81
tarix30.06.2018
ölçüsü1,24 Mb.
#55352
1   ...   35   36   37   38   39   40   41   42   ...   81

İkinci fəsil: Qələbələr və dərslər

Sionizm rejiminin uzunmüddətli bir qarşılaşma üçün gücsüzlüyü


Bu gün Hizbullah və onun tarixi qələbəsi Fələstin xalqının intifazəsinin dayağıdır və sözsüz ki, çox güclü dayaqdır. Sionizm rejiminin fələstinlilərlə davamlı və üzünmüddətli bir qarşılaşma üçün əsla lazımi gücü yoxdur. Yəhudiləri aldadıb bu ümidlə Fələstinə gətiriblər ki, ərəblər onlarla vuruşmayacaqlar və əgər bu fikrə düşsələr, Qərbin təzyiqi onların uzunmüddətli müqavimətinə mane olacaq. Belə puç ümidlə Fələstinə gələn şəxslərin öz canlarını sionizmin banilərinin siyasi məqsədlərinə qurban vermək hazırlıqları yoxdur. Məlumatlara əsasən, sionistlərin turizmi kəskin şəkildə zəifləyib və hətta əks-mühacirət prosesi başlanmışdır.

Qələbənin dəyərinə görə fəlakətlərə dözmək


Şübhəsiz, mübarizənin təəssüflü zərərləri də vardır; insanlar öldürülür, evlər dağıdılır, iqtisadi təzyiq xalqı sıxır və qəm-qüssəsi bizim ürəklərimizi heç zaman buraxmayan digər onlarla fəlakət. Amma görək bu fədakarlığın nəticəsi nədir? Qələbə o qədər qiymətlidir ki, onun dəyərini mütləq vermək lazımdır.

Fələstinlilərin qiyamı ilə İsrailin bütün proqnozlarının puç olması


Çox əhəmiyyətli olan ikinci məqam budur ki, bu qiyam işğalçı sionizm dövlətinin bütün proqnozlarını ruç etdi. Onların əsas proqnozları bu idi ki, əvvəldəki təzyiqdən sonra əsas Fələstin əhalisinin yarıdan çoxunun ölkə xaricinə sürgünündən və uzun illər ötdükdən sonra Fələstin xalqının daha mübarizə üçün gücü, hövsələsi, iradəsi, həvəsi və canı qalmayacaq. Hal-hazırda bu proqnozlar yanlış çıxmış və bu təməl dağılmışdır. Fələstinin özündə olan milyonlarla insan - Fələstinin əsl sərhədlərindən kənarda, Livanda, İordaniyada, yaxud digər yerlərdə olan fələstinli qruplar yox - o rejimlə mübarizə aparmağa qərar verəndə daha özləri üçün vəd olunmuş cənnət saydıqları və qeyri-fələstinli mühacirləri, yəni dünya yəhudilərini oraya çəkdikləri təhlükəsiz mühit daha mövcud olmayacaq. Bu gün proqnozlar pozulmuşdur. Odur ki, hökumətlərinin istefa verməyə məcbur olduğunu görürsünüz. Bu məcburilik və çarəsizlikdir. Əlbəttə, bu istefa üçün ən çox təzyiqi göstərənlərin radikallığın daha da artırılmasını və daha daşürəkli hökumətin iş başına gəlməsini xəyal etmələri mümkündür. Lakin bu da səhv bə xətadır. Məsələ kiçik məsələ deyil, böyük məsələdir. İslam dünyasının və bütün müsəlman ölkələrinin taleyidir. Xüsusən də bu təhlükə ocağına və bu fəsad vəzisinə daha yaxın olan ölkələrin taleyi onların taleyinə bağlıdır.

İsraillə müzakirənin onu öz cinayətlərindən döndərməməsi


Mən burada İslam dövlətlərinin siyasi başçılarına da deyirəm: Onlar düşünməsinlər ki, belə böyük bir məsələdə güzəştə getməklə işğalçı İsrail və onun arxasında duran Amerika öz təcavüzlərini dayandıracaqlar. Onlar bir addım önə gəldilər, təslim oldunuz, daha bir addım gəldilər. İndiyə qədər bu şüarı rəhbər tutanların bir silahı vardı. Nə üçün onu əldən verdilər? Hansı düzgün təhlillə? İran İslam Respublikası bu on beş ildə sözünü Böyük İmamının və İran xalqının dilindən demişdir. Söz yenə də həmin sözdür. Zamanın ötməsi ilə haqq köhnəlmir və nahaq olmur. Zülm də zamanın ötməsi ilə qanuniləşmir.

Məzlumluqla yanaşı Fələstin xalqının qüdrəti, qəddar və zalım sionistlərin acizliyi


Bu gün Fələstin xalqı məzlum olmaqla yanaşı, arxalarında Amerikanın durduğu qəddar və zalım sionistlərin qüvvəsini əngəllə üzləşdirmiş və onları aciz etmişdir. Bu gün İsrail hiss edir ki, fələstinli mübarizlərin qarşısında heç bir düzgün və məntiqli yolu yoxdur. Bu, o xalqın müqavimətinə görədir. Çünki o xalq dayanmışdır.

Bir gün onların düşməni bugünkündən daha zəif idi, amma Fələstin xalqına hakim ola bildi. Çünki müqavimət yox idi. Bu gün düşmənləri o zamandan yüz dəfə artıq güclüdür. Amma Fələstin xalqının qarşısında aciz qalmışdır. Çünki bu xalq dayanmış və qiyam etmişdir. Hansı nöqtədə olursa olsun, İslam ümmətinin müqavimətinin mənası budur. Bu gün gündəlik olaraq sionizm rejiminin fəlakətlərinə və qəddarlığına düçar olan məzlum Fələstin əhalisi o zalım və haqsız rejimi problemə düçar etməyi bacarmışdır. Bu gün bir çox ərəb ölkələri və Fələstinin qonşuları İsrailin hücumuna məruz qalmırlarsa, o məzlum xalqın müqavimətinə görədir. Onların bütün İslam ümmətinin və ərəb xalqlarının - xüsusən də Fələstinin qonşuları üzərində böyük haqları vardır.

Bu gün düşmən öz məqsədlərini açıq söyləyir. Açıq şəkildə deyir ki, İslam oyanışına qarşıdır və onu məhv etmək istəyir. Açıq şəkildə deyir ki, Orta Şərqin xəritəsini dəyişdirmək istəyir. Orta Şərqin xəritəsini dəyişdirmək nə deməkdir? Mənası budur ki, beynəlxalq hegemonluğun muzduru olan zalım sionistləri regionun sahibi etsinlər. Bu regionda sionistlərin istismar pəncəsində olmayan heç bir ölkə, hökumət, qüdrət və xalq olmasın. İslam ümməti bu məqsədlərin qarşısında dayanmalıdır.

Hər bir fədakar fələstinli gəncin bir qoşun qədər təhlükəsi


Bu gün Fələstin xalqının başladığı mübarizə bir ordunun digər ordu ilə mübarizəsi deyil ki, onun nə qədər tankı olduğunu, bunun nə qədər tankı olduğunu, onun daha çox, yaxud bunun daha çox imkanları olduğunu deyək. Bu, ölümdən qorxmayan insanların bədənlərinin, cisimlərinin və canlarının mübarizəsidir. İşğalçı rejim qarşısında dayanan hər bir fədakar gənc onları bir qoşun qədər təhdid edir. Bu insanın cavabını daha tank, raket, təyyarə və Apaçi helikopteri vermir. Yalqız olsa belə, bir insan ölümdən qorxmadıqda, özünü Allah və vəzifə yolunda fədakarlığa hazır etdikdə, insafsız dünya adamları üçün ən böyük təhlükə olur. Buna görə siz gördünüz ki, amerikalılar ən yüksək səviyyədə şəhadət istəyən bu gənclərin qarşısında açıq mövqe göstərdilər. Mən deyirəm ki, bu işlərin faydası yoxdur. Bu şəhadət istəyi emosiya üzündən deyil. İslama, qiyamət gününə və ölümdən sonrakı həyata etiqaddan irəli gəlir. İslam özünün həqiqi mənasında harada mövcud olsa, hegemonluq əleyhinə bu təhlükə mövcuddur. Hegemonluq Fələstinə hökmranlıq üçün İslamla mübarizə aparmağa məcburdur. İslamla mübarizə isə İslam dünyası ilə mübarizədir və bu mübarizənin faydası olmayacaq.


Yüklə 1,24 Mb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   81




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin