Düşmənin şiddəti - zəiflik əlaməti
Düşmənin şiddəti çox zaman onun zəifliyinin və plansızlığının əlamətidir. Fələstin səhnəsinə, xüsusən də Qəzzəyə baxın. Düşmənin Qəzzədəki bəşəri zülmlər tarixində bənzəri az görünən rəhmsiz və cəlladcasına hərəkətləri boş əllə işğalçı rejim və onun himayədarları - yəni Amerikanın böyük qüdrəti qarşısında dayanıb onların Həmas hökumətindən üz çevirməkdən ibarət olan istəklərini ayaq altına atan o kişilərin, qadınların, gənclərin və uşaqların möhkəm iradəsinə qalib gəlməkdə zəifliyinin əlamətidir. Allahın salamı olsun o müqavimətli və böyük xalqa! Qəzzə xalqı və Həmas hökuməti Quranın bu həmişəyaşar ayələrini izah etdilər: "Əlbəttə, Biz sizi bir az qorxu, bir az aclıq, bir az da mal, can və məhsul qıtlığı ilə imtahan edərik. (Ey Rəsulum! Belə imtahanlara) dözən şəxslərə müjdə ver!"; "Əlbəttə, siz malınız və canınızla imtahan ediləcəksiniz. Sizdən əvvəl kitab verilmiş kimsələrdən və (Allaha) şərik qoşanlardan bir çox əziyyətli sözlər eşidəcəksiniz. Əgər dözüb Allahdan qorxsanız, əlbəttə, bu, məqsədə müvafiq (dəyərli) işlərdəndir".
Haqq və batilin bu döyüşündə son qalib yalnız haqdır. Bu məzlum və dözümlü Fələstin xalqı nəhayət düşmən üzərində qələbə çalacaq: "Allah yenilməz qüvvət sahibi, qüdrət sahibidir!". Bu günün özündə də fələstinlilərin müqavimətini sındırmaqda uğursuzluqdan əlavə, siyasi sahədə də azadlıq, demokratiya və insan haqları şüarlarının yalan çıxması ilə Amerika rejiminə və daha çox Avropa rejimlərinə bu tezlikdə düzəldilməsi mümkün olmayan ağır zərbə vurulmuşdur. Hörmətsiz sionizm rejimi həmişəkindən daha üzüqaradır. Bəzi ərəb rejimləri də bu möhtəşəm imtahanda özlərinin olan-qalan hörmətlərini də uduzdular: "Zülm edənlər isə hansı dönüşə dönəcəklərini mütləq biləcəklər!"
Üçüncü bölmə: Məsuliyyətlər Birinci fəsil: Fələstin xalqının məsuliyyəti Fələstinlilərin vəzifəsi
İntifazəni davam etdirməyin birinci yolu Fələstin xalqının müqavimətidir. Allaha həmd olsun ki, indiyə qədər möhkəm dayanmışlar. Bu müqavimətin zirvəsi bu şəhadət əməliyylatlarıdır. Bir kişinin, bir gəncin, bir oğlanın və bir qızın xalqının və dininin maraq və məsləhətləri uğrunda öz canını fəda etməyə hazır olması fəxrin, şücaətin və igidliyin son həddidir. Bu, düşmənin qorxduğu amildir. Buna görə siz gördünüz ki, Amerika prezidentindən tutmuş bütün dünyada Amerika xəttində işləyənlərin və çalışanların hamısı rişxəndlə, məzəmmətlə və özlərindən fəlsəfə çıxarmaqla şəhadət əməliyyatlarını dayandırmağa çalışdılar. Xeyr, şəhadət əməliyyatları bir xalqın əzəmətinin zirvəsi və qəhrəmanlığın uca nöqtəsidir. Bir hərbi qüvvənin tam fədakarlıqla öz vətənini müdafiə etməsi məgər şəhadət əməliyyatı deyil?! Zalım bir ordunun bir ölkəyə təcavüz etdiyində, o ölkənin xalqının həmin ordu qarşısında dayanması məgər şəhadət əməliyyatı deyil?! Kim bu işi məhkum edə bilər?! Bu işin vicdanlı və insaflı insanların gözündəki əzəmət və dəyərini kim azalda bilər?! Şəhadət əməliyyatları onların əzəmətinin zirvəsidir. Qoy bəziləri oturub özləri üçün danışsınlar, yazsınlar, əlli ildir keçmişdəkilərin səhlənkarlığından, özlərindən qabaqkı nəslin uzunmüddətli maraqlara diqqət yetirməməsi səbəbindən bu gün öz canı ilə meydana atılıb hüquqlarını bərpa etməyə məcbur olan xalqı qınasınlar. Məgər bu o xalqa təsir edər?! Fələstin xalqı yaşayır, oyaqdır və irəliləyir.
Fələstinlilərin birliyi qorumaq vəzifəsi
Fələstin xalqının daxili birliyi və Fələstinin müxtəlif cərəyanlarının vəhdəti önəmli bir məsələdir. Yolun yayınmasına və əsas düşmənə diqqətsizliyə səbəb olan heç bir şey şübhəsiz, Fələstin amalının xidmətində durmayacaq. Allaha həmd olsun ki, fələstinlilər bu əlli il boyunca bu imtahandan başıuca çıxıb öz püxtəliklərinin göstərmişlər. Gördük ki, mücahidlərin arasında ixtilaf yaratmaq üçün İsrailin bütün səyləri uğursuz qaldı. Bütün əsas cərəyanlar, mücahid və mübariz hərəkatlar fərqli təmayüllərinə rəğmən, inqilabçı dözümü ilə düşmənin istəyinin həyata keçməsinə mane oldular. Bundan sonra da belə olmaq lazımdır.
Sayıqlığı və birliyi qorumağın lazımlığı
Bütün xalqlar sayıq olmalıdırlar. Bizim xalqımız, Livan xalqı və Fələstin xalqı sayıq olmalıdır. Regionun ərəb xalqları, İraq xalqı və digər müsəlman xalqlar da sayıq olmalıdırlar. Ehityatlı olsunlar, Amerika və sionizmin yeni xəyanətkar planlarının müvəffəqiyyəti istiqamətində bir hərəkət etməsinlər. Bu gün Amerika dövləti və İsrail rejimi üçün müvəffəqiyyət sayılan işlər bütün İslam ölkələrinin ziyanınadır. Belə deyil ki, bəziləri zərər görsünlər, bəziləri isə fayda. Əsla! Bu regiona təcavüz edənləri, onu qarət edənləri və ona tamah salanları sevindirən iş bu regionun bütün xalqlarını qəmli və kədərli edəcək. Əgər qısa müddətdə ona diqqət yetirməsələr də, orta müddətdə şübhəsiz, ona düçar olacaqlar. Ölkələr ehiyatlı olub öz birliklərini qorusunlar, xalqların daxilində milli birliyi qorusunlar. Müxtəlif cinah və qruplardan olan fələstinli qardaşlar bilsinlər ki, onların birliyi bu gün bütün qələbə amillərindən mühümdür. Olmaya Fələstinli qruplar arasında ixtilaf yaratmaq istəyən düşmənin istəyi ilə bir-biri ilə ixtilafa girsinlər və düşmənlərin onlar üçün cızdığı plandan qafil olsunlar!
Fələstin xalqının müqavimət vəzifəsi
Orada zəhmətlərə qatlaşan əziz fələstinli qardaşlarımıza deyirik: Əgər müqavimət göstərsəniz və dözsəniz, həm ilahi savabı və həm qələbəni əldə edəcəksiniz. Qələbə həmişə dözümlə və Allah yolunda hərəkətlə yanaşıdır: "Allah Ona yardım edənlərə, şübhəsiz ki, yardım edər. Həqiqətən, Allah yenilməz qüvvət, qüdrət sahibidir!" Bunda şübhə yoxdur. Buna görə qələbə olacaq, lakin dözmək lazımdır.
Bu həssas və mühüm mübarizənin mehvəri məzlum və qorxmaz Fələstin xalqıdır. O fəlakətləri bütün vücudu ilə dərk etmişdir və indi İslama sarınmaqla, qəsb olunmuş vətən daxilində özünün fədakar mübarizəsi ilə düşmənə əzəmətli təhlükə yaratmışdır. Hegemonluğun böyük hiyləsi bu mübarizəni yatırtmağa yönəlmişdir. Lakin Allahın güc və qüvvəsi, şücaətli fələstinlilərin iradəsi, müsəlman xalqların və hökumətlərin köməyi ilə bu şölə günbəgün alovlandırılmalıdır ki, düşmənin bütün zəif quruluşunu udsun. Bu baş verəcək və Allahın yardımı onlara nazil olacaq: "Allah Ona yardım edənlərə, şübhəsiz ki, yardım edər. Həqiqətən Allah yenilməz qüvvət, qüdrət sahibidir!"
Dostları ilə paylaş: |