Fələstİn İslam İnqilabının Böyük Rəhbəri həzrət Ayətullah Seyid Əli Xameneinin baxışında


Fələstinlilərin vəzifəsi - müqavimət və vəhdəti qorumaq



Yüklə 1,24 Mb.
səhifə42/81
tarix30.06.2018
ölçüsü1,24 Mb.
#55352
1   ...   38   39   40   41   42   43   44   45   ...   81

Fələstinlilərin vəzifəsi - müqavimət və vəhdəti qorumaq


Mən fələstinli qardaş və bacılara deyirəm: Cihadınızı davam etdirin, müqavimətinizi davam etdirin. Bilin ki, heç bir xalq müqavimət və mübarizə olmadan öz şərəfini, şəxsiyyətini və müstəqilliyini əldə edə bilməz. Düşmən yalvardığına görə heç bir xalqa bir şey verməyəcək. Heç bir xalq düşmən qarşısında zəif olmasına və boyun əyməsinə görə bir şeyə nail olmaz. Dünyada hansı xalq bir yerə çatmışsa, əzmkarlığa, iradəyə, müqavimətə, sinəsini sipər etməyə və başını uca tutmağa görə çatmışdır. Bəzi xalqların bu gücü yoxdur, amma İslama etiqadı olan, Qurana etiqadı olan, Allahın vədəsinə etiqadı olan, Allahın Ona və Onun dininə kömək edənlərə təkidlə kömək edəcəyinə etiqadı olan xalqın bu gücü vardır.

Mənim digər tövsiyəm budur ki, bu gün düşmənin bütün səyi Fələstin qüvvələri arasında ixtilaf yaratmağa yönəldilmişdir. Hətta düşmənlə həmkarlıq edən fələstinli xain qüvvələr də ixtilaf yaratmağa çalışırlar. Düşmənin bu təxribatına təslim olmayın. Həmas, İslam Cihadı və Fəth qüvvələri - bu meydana yeni qoşulmuş Fəth gəncləri bu meydanı buraxmasınlar və hamı birgə olsun. Düşmənin xeyrinə danışan və fərman verən rəislərinin və sərkərdələrinin əmrləri dinləməyə layiq deyil. Fələstin xalqı ixlaslı, mömin və fədakar qüvvələrin ətrafında toplaşsınlar. Bu gün İslam dünyasının gözünün dikildiyi Fələstin xalqı bilsin ki, İslam ümmətinin qəlbi onları alqışlayır və onlar üçün dua edir. Əgər kömək yolu açıq olsaydı, bu gün İslam ümməti öz köməklərini yollayardı; istər hökumətlər razı olub istəsinlər, istər istəməsinlər. İslam ümməti Fələstindən əl çəkməz, Fələstin xalqından əl çəkməz, Fələstin gənclərinə göz yummaz.


Düşmənlərin məqsədi: Fələstində təfriqə yaratmaq


Bu gün düşmənlər İraqda, Fələstində, Livanda və İslam dünyasının bacardıqları hər bir nöqtəsində alov yandırır, müxtəlif məzhəb, millət, partiya və digər bəhanələrlə müsəlmanları bir-birinin qarşısında dayanmağa və qardaş qırğınına təhrik edirlər. Müsəlmanlar bu rəzil və təhlükəli məqsəddə onlara yardım etməməlidirlər.

Müqavimət - qələbənin yeganə yolu


Qeyd etdiyimiz kimi, bir tərəfdən bu qələbə (Hizbullahın otuz üç günlük müharibədəki qələbəsi) və bir tərəfdən məğlubiyyət böyük hadisə idi və ibrətləri vardı. Xalqlar - düşmənlər istəsə də, istəməsə də - bu ibrətlərdən istifadə edəcəklər. Yəni Fələstin xalqı, İraq xalqı, İran xalqı və digər xalqlar öz gözləri ilə gördülər ki, müqavimət və dirəniş yolu qələbənin yeganə yoludur, başqa bir yol yoxdur; müqavimət göstərən kiçik bir qrup olsa da, qarşı tərəfdəki qüvvə dünyanın birinci dərəcəli ordusu olsa və Amerika tərəfindən himayə olunsa da. Nə olsa, bu bir ilahi sirr və qanundur.

Müqavimət qələbə amilidir. Lakin müqavimət göstərənlər müqavimətin təhlükələrindən qorxmamalıdırlar. Əgər qorxsalar, müqavimətlərində nöqsan yaranacaq və qələbə əldə olunmayacaq. Bu, yolun ortasında qorxuya düşən əksər xalqların və qrupların təhlükəsidir. Əgər müqavimət göstərmək istəyən qrup, xalq və toplum həyatın ləzzətlərinin olmamasından, həyatın olmamasından və rahatlığın olmamasından qorxmasa, narahat olub təşvişə düşməsə və irəliləsə, şübhəsiz, müqavimət qələbəyə nail olacaq. Bu müqavimət imanla olduqda davam edəcək. Buna görə həmişə deyirik və demişik ki, müqavimətlə yanaşı olan imanın ardınca qələbə gəlir. Bizim məqsədimiz təkcə dini iman da deyil, burada söhbət hər hansı bir prinsipə inancdan gedir. Əlbəttə, əgər dini iman olsa, o zaman Allah-Taala təbiətin və tarixin bütün qanunlarını bu müqavimətçilərin xidmətində qoyacağına söz vermişdir: "Hər kəs fani dünyanı istəsə, dilədiyimiz şəxsə istədiyimiz neməti orada tezliklə verərik." Bu, dünyanı istəyən şəxslərə aiddir; niyyətləri dünyadır, amma iradələri var, istəyirlər və Allah da verir. Din iradəsinə malik olan şəxs də belədir: "Onların və bunların hər birinə Rəbbinin nemətindən verərik". Bu, ilahi qanundur.


Fələstinlilərin yumruq və daşdan odlu silahlara keçməsinin lazımlığı


Sionistlərin Fələstin xalqına qarşı öz vəhşilikləri qarşısında heç bir reaksiya görmədikləri gün ötdü. Bu gün əgər zərbə vursalar, bir zərbə də Fələstin xalqı tərəfindən onlara vurulacaq. Bu gün əgər işğalçı dövlət Fələstin xalqı qarşısında dayanmalı olduğunu hiss edirsə, Fələstin xalqı da onun qarşısında dayanmalı olduğunu hiss edir. Mən bilmirəm bu nə zaman baş verəcək, amma şübhəm yoxdur ki, Fələstin xalqı həmişə daş və yumruqla kifayətlənməyəcək. Fələstin xalqı çarəsiz qalıb öz varlığını, öz şərəfini, öz vücudunu, öz evində yaşamaq haqqını odlu silahlarla olsa belə, müdafiə etməyə məcbur olacaq.

İkinci fəsil: İslam ümmətinin məsuliyyəti

Fələstinə qarşı biganə qalan müsəlman hökumətlərin üzrünün qəbul olunmaması


Bu gün Fələstin məsələsinə qarşı biganə qalan müsəlman hökumətlərinin heç bir üzrü məqbul deyil. İşğalçı dövlət vəhşiliyi və heyvanlığı ən uca dərəcəsinə çatdırıb və sübut etmişdir ki, özünün ekspansionist və təhlükəli məqsədləri yolunda hər bir cinayəti törətməyə hazırdır. Fələstin xalqının İslam qiyamı da hamıya höccəti tamamlayır və göstərir ki, düşmənin hərtərəfli təzyiqlərinə və dost iddiaçılarının xəyanətinə rəğmən, müqavimət ağacı qurumamış, daha artıq kök atmış və meyvə vermişdir. Buna görə Fələstin İslam məsələsini sədaqətlə özlərinin birinci dərəcəli məsələləri sırasında bilmək və imkanları daxilində ona kömək etmək bütün xalqların və hökumətlərin borcudur.

Cihad hərəkətlərinə maddi, mənəvi və siyasi dəstəklərin artması


Bu gün cihad və intifazə hərəkətlərinə maddi, mənəvi və siyasi dəstəklər artmaqdadır. Bu gün insan hüquqlarının yalançı iddiaçılarının səsi təsirsiz olmuş, İsrailin himayədarlarının rüsvayçılıq təbli çalınmış və onların muzdur mahiyyəti aşkara çıxmışdır. Belə ki, onların çoxu bu cinayətləri məhkum etməkdən çəkinə bilmirlər.

Müqavimətin sütunları


Qurtuluş yolu dirəniş və müqavimətdir; fələstinlilərin söz tövhidi və cihad hərəkatının tükənməz ehtiyatı olan tövhid sözü ilə. Bu müqavimətin sütunları bir tərəfdən Fələstinin mücahid qrupları, o ölkənin daxilində və xaricində olan mömin və müqavimətli xalq və digər tərəfdən bütün dünyada olan müsəlman hökumətlər və xalqlar, xüsusən də dini alimlər, ziyalılar, siyasi elita və universitet nümayəndələridir.

Əgər bu iki sütun möhkəm şəkildə öz yerində dursa, hegemonluğun və sionizmin xəbər imperatorluğunun təbliğat tilsiminin dəyişdirdiyi düşüncələr, qəlblər və ayıq vicdanlar şühbəsiz, dünyanın hər bir yerində haqq sahibinin və məzlumun köməyinə tələsəcək, hegemonçuları düşüncə, hiss və əməl tufanı qarşısında qoyacaqlar.

Bu həqiqətin nümunəsini son günlərdə Qəzzənin möhtəşəm müqavimətində hamımız gördük. Bir beynəlxalq yardım təşkilatının qərbli rəsinin media kameraları qarşısında ağlaması, humanist təşkilatların fəallarının acıları bölüşməsi, Avropa paytaxtlarının və Amerika şəhərlərinin ürəyində xalqın böyük və səmimi nümayişləri, Latın Amerikasında bir neçə dövlət başçısının şücaətli hərəkəti göstərir ki, qeyri-müsəlman dünya da hələ fəsad və fəlakət yaradan qüvvələr - Quranda bunların adı şeytandır - tərəfindən tam şəkildə ələ alınmayıb və həqiqət üçün meydan hələ açıqdır.

Bəli, Fələstin mücahidlərinin və xalqının müqaviməti, dözümü və bütün İslam ölkələrindən onlara hərtərəfli yardım və dəstək Fələstin işğalının şeytan tilsimini sındıra bildi. İslam ümmətinin əzəmətli enerjisi İslam dünyasının problemlərini, o cümlədən gərgin və təcili Fələstin problemini həll edə bilər.



Yüklə 1,24 Mb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   81




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin