Bütün müsəlmanların və agah vicdanların vəzifəsi
İndi mənim müraciətim bütün dünyada olan siz müsəlman qardaş və bacılara və həmçinin hər bir ölkədən və xalqdan olan bütün vicdanlı insanlaradır: Çalışın sionist cinayətkarların toxunulmazlıq tilsimini sındırın. İşğalçı rejimin Qəzzə faciəsində rolu olan siyasi və hərbi rəhbərlərini mühakimə masasına çəkin, ədalətin və ağlın hökm etdiyi cəzaya çatdırın. Bu, lazım olan ilk addımdır. İşğalçı rejimin siyasi və hərbi başçıları mühakimə olunmalıdırlar. Əgər cinayətkar cəzalandırılsa, ona marağı və dəliliyi olanlar üçün cinayət yolu bağlanacaq. Böyük cinayətləri törədənlərin azad buraxılmasının özü digər cinayətlərin amili və həvəsləndiricisidir. Əgər İslam ümməti Livanın otuz üç günlük müharibəsindən və o dəhşətli faciələrdən sonra faciəni törədən sionistlərin cəzasını ciddi şəkildə tələb etsəydi, əgər bu haqlı tələb Əfqanıstanda toy karvanlarının qana boyanmasından sonra, İraqın "Blək Vater" cinayətlərindən sonra, Amerika əsgərlərinin Əbu Qüreybdəki rüsvayçılıqlarından və digər hadisələrdən sonra baş versəydi, bu gün biz Qəzzə Kərbəlasına şahid olmazdıq.
Biz müsəlman hökumətlər və xalqlar o hadisədə ağıl və ədalət qanununun hökm etdiyi vəzifəni yerinə yetirmədik və nəticəsi bu gün şahidu olduğumuzdur.
Fələstin xalqına yardım və onları tam dəstəkləmək - bütün müsəlmanlara yetərli vacib
Fələstin xalqına hərtərəfli yardım və onları tam dəstəkləmək bütün müsəlmanlara yetərli vacibdir. İran İslam Respublikasına və bəzi digər müsəlman ölkələrə Fələstinə yardımdan ötrü irad bildirən dövlətlərin özləri bu yardım və himayəni etsinlər ki, İslamın bu vacib əməli digərlərinin üzərindən götürülsün. Əgər buna iradələri, gücləri və şücaətləri çatmırsa, yaxşı olar ki, irad bildirmək və maneə törətmək əvəzinə digərlərinin məsuliyyətli və şücaətli hərəkətlərinin qədrini bilsinlər.
Mənəvi yardımın maddi yardımdan üstün olması
Mənəvi yardım maddi yardımdan üstündür. Çünki fələstinlilər xalqların onlarla olduğunu hiss edirlər. Bu günlərdə İslam dünyasında keçirilən bu nümayişlər çox dəyərli idi. Bu gün sizin Fələstin meydanında Fələstinin səfirliyi qarşısında yürüş etməniz çox dəyərli işdir. Bunların çox dəyəri var. Bunların xəbəri yayılır və məzlum Fəlsətin xalqı xalqların onların arxasında olduğunu duyurlar. Əlbəttə, Allaha həmd olsun ki, bizim xalqımız bu sahədə heç zaman əlindən gələni əsirgəməmişdir. Nə zaman bu məsələ üçün çağırılmışsa, iştirak edib mövqe bildirmişdir. Və nəhayət beynəlxalq təşkilatlar və Birləşmiş Millətlər Təşkilatı fəal olmalıdır. Həmişə, yaxud çox zaman imperialist məqsədlərin xidmətində duran bu insan hüquqları təşkilatları bir dəfə olsa belə, imperialist qüvvələrin istəyinin əksinə və xalqların xeyrinə iş görməlidirlər, dünyada ümumi rəyi özünə yönəltməli, zalım və təcavüzkarı məhkum, məzlum Fələstin xalqını isə təsdiq etməlidirlər. Əgər bu təzyiqlər baş tutsa, İranın Fələstinə dair layihəsi həyata keçəcək və təcavüzkar məcbur olacaq. Əgər ərəb dövlətləri, İslam dövlətləri, müsəlman xalqlar və beynəlxalq təşkilatlar hamılıqla bu yolda fəal olsalar, o iş baş tutacaq. Kim bu sahədə səhlənkarlığa yol versə, şühəsiz, xalqların nəzərində, tarixin nəzərində və ən üstünü, Allah-Taalanın yanında pisləniləcək və məzəmmət olunacaq. Hamımızın üzərinə vəzifə düşür.
Müsəlmanların və bütün insanların maliyyə dəstəyi vəzifəsi
Bu, yardım yollarından biri və çox təsirli yoldur. Digər yardım yolları da mövcuddur. Xalqlar maddi yardım göstərməlidirlər. Cümə namazında öz xalqımıza və digər xalqlara dediyimiz kimi, kömək etməlidirlər. Öz vətənini, oz dinini, Beytülmüqəddəsi və bir İslam xalqının heysiyyətini müdafiə edən, bu regionda hegemonluğun təsirini kəsmək istəyən bu məzlum xalqı müdafiə etmək lazımdır. Fələstinə qonşu dövlətlər, həmçinin xalq qüvvələri müqavimətlər və digərləri müdafiə etməlidirlər və edirlər də. Kim onlara kömək edə bilərsə, bu işi görməlidir. Bu hamının vəzifəsidir.
Bütün xalqlar bu məsələdə təsirli olub iştirak edə bilərlər. Bütün müsəlman xalqlar kömək edə bilərlər. Fələstinlilərə maddi yardım hökumətlərə məxsus deyil ki, filan hökumət "biz on milyon dollar, iyirmi milyon dollar, əlli milyon dollar vermişik" - desin. Bəlli də deyil ki, haraya veriblər, necə veriblər, kimə veriblər. Bu gün Fələstin xalqının yeməyə ehtiyacı var, dərmana ehtiyacı var. Fələstin xalqı dilənçi deyil, möhtərəm xalqdır, lakin düşmənin istismarı altındadır. Hamı ona kömək etməyə borcludur. Fərz edin əgər bütün İslam dünyasında - bizim ölkəmizdə və digər ölkələrdə xalqın hər bir nəfəri Fələstin xalqına təkcə min tümən yardım etsə, görün nə baş verər, bir milyard nəfərin min tüməni Fələstin xalqına və onun yaşayışına necə təsir göstərər!
Ailə üzvlərinin sayınca hər biri bu xeyir işə min tümən yardım etsin. Ən azı budur; kim artıq vermək istəsə, artıq versin və bunu Fələstin xalqına çatdırsınlar. Onlar üçün ərzaq, dərman, digər imkanlar, müqavimət və dirəniş üçün lazım olan hər bir şey alsınlar və göndərsinlər. Xalqlar bu işi görə bilərlər. Daha ehtiyac olmaz ki, filan hökumət "mən filan qədər verirəm" desin. Nə qədər verir, necə verir, verir, yoxsa vermir; sonra da təhdid altında qalır. Xalqlar bu işə qoşulsunlar. Xalqlara nə edə bilərlər?! Bizim ölkəmizdə xalq bu işi görmək istəsə, bu min tümənləri yardım mərkəzlərinə, misal üçün Qırmızı Aypara, İmdad komitəsi və bu kimi yardım fondlarına verə bilərlər. Bu böyük sərvət olub Fələstin xalqına kömək edə bilər.
Hamının vəzifəsi: fələstinlilərin yardım çağırışını eşitmək
Məzlum Fələstin xalqını, onların şücaətli və məzlum qiyamını müdafiə etmək bizim hamımızın dini vəzifəmizdir. Bu gün bir müsəlman xalq qanlı çöhrəsi ilə döyüş meydanının ortasından İslam ümmətini köməyə çağırır. Mən jurnalistin kamerası önündə özünün batmış səsi ilə "Ey müsəlmanlar!" - deyə qışqıran fələstinli qadının fəryadını unutmuram.
Bütün müsəlmanlar və ərəblər Fələstin xalqının mübarizələrinin qanuniliyini dəstəkləməlidirlər. Beynəlxalq təşkilatlarda bu məqam üzərində təkid göstərilməlidir ki, hüquqları əlindən alınan və işğal altında olan müdafiəsiz bir xalqın öz hüquqları uğrunda mübarizə aparmağa haqqı var. Buna görə Fələstin xalqının intifazəsini və müqavimətini davam etdirmək onların qanuni haqqıdır, beynəlxalq qanunlar da onu möhtərəm saymışdır. Hərçənd bu qanunlar təəssüf ki, adətən hegemonluğun və beynəlxalq qüvvələrin istəyi istiqamətində izah olunur.
Dostları ilə paylaş: |