Fələstİn İslam İnqilabının Böyük Rəhbəri həzrət Ayətullah Seyid Əli Xameneinin baxışında



Yüklə 1,24 Mb.
səhifə44/81
tarix30.06.2018
ölçüsü1,24 Mb.
#55352
1   ...   40   41   42   43   44   45   46   47   ...   81

Müsəlmanların vəzifəsi


Bu gün bizim sözümüz və işimiz budur ki, Fələstin məsləsi İslam baxımından bütün müsəlmanlar, o cümlədən bizim üçün əsaslı bir məsələ və vacib əməldir. Bütün qədim şiə və sünni alimləri açıq şəkildə söyləmişlər ki, əgər İslam vətəninin bir hissəsi İslam düşmənləri tərəfindən işğal olunsa, müdafiə edib işğal olunmuş torpaqları qaytarmaq hamının vəzifəsidir. Hər kəs bacardığı tərzdə və bacardığı keyfiyyətdə Fələstin məsələsi qarşısında məsuliyyət daşıyır. Əvvəla İslam baxımından məsuliyyət daşıyır; torpaq İslam torpağıdır, İslam düşmənlərinin işğalındadır və qaytarılmalıdır.

İkincisi isə səkkiz milyon müsəlmanın bəzisi qaçqındır, bəzisi işğal olunmuş torpaqlar daxilində vəziyyətləri qaçqından da pisdir. Nə özlərinin adi get-gəllərini etməyə cürətləri var, nə öz sözlərini danışmağa icazələri var, nə öz ölkələrinin idarəsində nümayəndələrinin olmasına. Çox zaman namaz qılmalarının da qarşısı alınır. Müsəlmanların qibləsi olan Əqsa məscidini təhdid etdilər. İllər öncə bir dəfə onu odladılar. Sonra da orada guya qazıntı işləri apardılar. Qanunsuz işlər görür və müsəlmanların qibləsi olan Əqsa məscidini ümumiyyətlə İslam formasından çıxarmaq istəyirlər. İslam baxımından bunların hamısı müsəlman üçün məsuliyyət yaradır. Heç bir müsəlman bu məsuliyyətin altından qaça bilməz; bacardığı qədər öz vəzifəsinə əməl etməlidir.


Müsəlmanların əli ilə əlac


Bu təhlükənin həqiqi əlacı müsəlmanların əlindədir. Onlar müsəlman mübarizlərə həqiqi köməklə Fələstin ölkəsinin daxilindəki qiyamı gücləndirib daha təsirli edə bilərlər; həmçinin müxtəlif yollarla region hökumətlərinin Amerikanın istəyini və məcburiyyətini qəbul edib İsraillə sülhə razılaşmasına imkan verməyə bilərlər. Quldur sionistləri və himayədarlarını dəfələrlə geri çəkilməyə məcbur edən başıuca Livan müsəlmanlarının fədakar və qəhrəman addımları mömin xalqların və gənclərin bir çox böyük işləri görməyə qadir olduqlarına doğruçu şahiddir.

Müsəlmanların mübarizlərə dəstək və yardım vəzifəsi


Bu bizim vəzifəmizdir. Bu bütün İslam ölkələrinin vəzifəsidir. Fələstin məsələsi təkcə ərəblərə və Fələstin qonşularına aid deyil. Dünyanın harasında olursa olsun, bütün müsəlmanlar Fələstin məsələsinə qarşı məsuliyyət hiss keçirməlidirlər. Daxildə, yaxud xaricdə işğalçı sionizm hökuməti ilə həqiqətən vuruşan şəxslər - əlləri Amerikanın və İslam düşmənlərinin əlində olan azadlıq iddiaçıları yox - bizim xalqımız və hökumətimiz, eləcə də digər müsəlman xalqlar və hökumətlər tərəfindən pulla, silahla və təbliğatla yardım edilməlidir. Bu gün mümkün olan hər bir yolla kömək göstərilməlidir. Bizim özümüz Fələstinlə qonşu olub işğalçılarla üz-üzə mübarizə apara bilmədiyimizdən, həmçinin qonşu olmayan digərləri, yaxud qonşu olub hər hansı bir səbəbdən mübarizə aparmaq imkanı olmayanlar mübarizləri təchiz etməlidirlər. Bu bütün müsəlmanlar üçün qəti bir şəriət vəzifəsidir. Bu vəzifəyə əməl olunmayınca Fələstin məsələsi həll olunmayacaq. Əgər əməl olunsa, şübhəsiz, sionistlər və himayədarları məğlub olacaqlar.

İslam dünyasının ictimai rəyi də bilsin ki, Amerika və hegemonçu dövlətlər qayğıkeş, xeyirxah və vasitəçi mövqeyində durub bizim ölkələrimizin hadisələrinə müdaxilə edə bilməzlər. Onların mövqeyi düşmənçilik, zalım və təcavüzkarları himayə mövqeyidir. Bizim vəzifəmiz bitmir. Bu vəzifə qalası və hamının öhdəsinə düşən vəzifədir. Müsəlman xalq Fələstinin müsəlman xalqını təchiz etməli, ona kömək göstərməli və ruh yüksəkliyi verməlidir ki, özünün şücaətli cihadını davam etdirsin. Əlbəttə, sizə deyim: Bu gün Fələstin xalqı özünün müqaviməti, dirənişi, şücaəti və yorulmazlığı ilə sübut etmişdir ki, qan xəncər qarşısında dayana bilər. Və inşallah sübut edəcək ki, qan xəncərə qalibdir.


Siyasi, maddi və beynəlxalq yardımlar


Bu gün bütün müsəlmanların üzərinə vəzifə düşür. Bu vəzifə nədir? Bu vəzifə yardımdan ibarətdir. Yardım necədir? Bunun müxtəlif formaları var; siyasi yardımlar, maddi yardımlar, beynəlxalq yardımlar. Onlara müxtəlif növlü yardımlar etmək olar. Buna İslam dünyasının yüksək təşkilatlarında qərar verilməlidir. Buna İslam dünyasının məsul və iqtidarlı şəxsləri qərar verməlidirlər. Əgər onlar qərar verməsələr, o zaman müsəlman xalqlar vəzifənin birbaşa özlərinə yönəldiyini hiss edəcəklər.

Müsəlmanların Fələstinə köməyi - Qurana əməl etmək


Əgər müsəlmanlar onlara kömək etsələr - bu hamının Qurandan irəli gələn vəzifəsidir - şübhəsiz, bu yol qısalacaq. Əgər müsəlmanlar da kömək etməsələr, onların özləri müqavimət göstərsələr, yenə də qalib olacaqlar. Lakin qürbət və yalqızlıq halında qələbə çətin olur. Bizim xalqımız da yalqız şəkildə müqavimət göstərdi. Şərq və Qərb ona qarşı idi. Bizim əleyhimizə yaradılan məcburi müharibədə bütün güc mərkəzləri bizim əleyhimizə çıxdılar. Biz qərib şəkildə müqavimət göstərdik, qürbətə dözdük, lakin müqavimətdən əl çəkmədik. Allah-Taala da bizi qalib etdi. Fələstin xalqı da belədir. Layiqli insan həyatına nail olmaq üçün mübarizə lazımdır. Bütün müsəlmanların vəzifəsi bu mübarizədə iştirak etmək və İslam torpaqlarının düşmənin əlində olan hissəsini geri almaq üçün kömək göstərməkdir. Qurana əməl etməyin bir nümunəsi budur. Əgər müsəlmanlar bu bir qanuna və bir əmrə əməl etəsələr, çoxlu işlər düzələcək.

İsrailin cinayətləri qarşısında müsəlmanların vəzifəsi


Dünyanın hər bir yerində olan müsəlman xalqlardan gözlənilir ki, Fələstin xalqını unutmasınlar, bu xalqı həmişə öz gözləri önündə canlandırsınlar və onların vəziyyətindən xəbərsiz qalmasınlar. Müsəlman xalqların bir müsəlman xalqını unutmaları yolverilməzdir.

İslam dünyasında hər bir təfriqəçi hərəkətin tarixi günah olması


Bu gün İslam dünyasında hər bir təfriqəçi hərəkət tarixi günahdır. Müsəlmanların böyük hissələrini inadkarcasına puç bəhanələrlə kafir bilənlər, batil gümanlarla müsəlman firqələrinin müqəddəslərinə hörmətsizlik edənlər, İslam ümmətinin başucalığına səbəb olan fədakar Livan gənclərinə arxadan xəncər vuranlar, Amerikanın və sionizmin xoşuna gəlmək üçün "Şiə hilalı" adlı xəyali təhlükədən danışanlar, İraqda müsəlman və xalq hökumətinin məğlubiyyəti üçün təhlükəsizliyi və qardaş qırğınını genişləndirənlər, Fələstin xalqının sevib seçdiyi Həmas hökumətini hər tərəfdən təzyiq altında saxlayanlar... - istər bilsinlər, istər bilməsinlər - İslam tarixinin və gələcək nəsillərin nifrətlə yad edəcəyi və qəddar düşmənin muzdurları biləcəyi günahkarlar sayılırlar.

Yüklə 1,24 Mb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   81




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin