Fələstİn İslam İnqilabının Böyük Rəhbəri həzrət Ayətullah Seyid Əli Xameneinin baxışında


İsrailin cinayətləri qarşısında İslam ümmətinin fəryadının lazım olması



Yüklə 1,24 Mb.
səhifə45/81
tarix30.06.2018
ölçüsü1,24 Mb.
#55352
1   ...   41   42   43   44   45   46   47   48   ...   81

İsrailin cinayətləri qarşısında İslam ümmətinin fəryadının lazım olması


İslam ümməti fəryad qoparmalı, İslam hökumət başçıları işğalçı rejimə öz xalqlarının qəzəbini göstərməlidirlər. Amerika dövlətinin əli də məzlum Fələstin xalqının qanına bulaşmışdır. Sionistlər o hegemonçu və azğın dövlətin dəstəyi ilə cəsarətlənib bu bağışlanmaz cinayətləri törədirlər. İslam xalqları və hökumətləri məzlum fələstinlilərin məzlumiyyət nidasını bütün dünyaya çatdırmalı və yatmış vicdanları oyatmalıdırlar. Amerika xalqı onun başçılarının bütün bəşəri hörmətləri bu şəkildə sionistlərin ayaqları altında qurban etdiklərini bilirmi? Avropa xalqları sionist kapitalistlərin onların ölkələrinə hakim olmasından, onların siyasətçilərini hansı işlərə çəkdiyindən xəbərdardırlarmı?

İslam ümmətinin təhdidlər qarşısında Allahın müqəddəs vücudundan kömək istəməyə ehtiyacı


Belə bir şəraitdə İslam ümmətinin həmişəkindən daha çox ehtiyaclı olduğu məsələ Allaha diqqət, Allahın müqəddəs vücudundan kömək istəmək və qəlbi o tükənməz qüdrət mənbəyinə birləşdirməkdir. Allahın tükənməz qüdrəti ilə tanış olan qəlb düşmənlərin təhdidləri və gurultuları qarşısında yerindən oynamaz, qorxmaz, zəiflik duymaz, gələcəyə ümidsiz olmaz. Və bu yol sınaqdan keçmiş yoldur. İslam Respublikası otuz il hegemonçu qurumun düşmənlikləri, əngəlləri və xəbislikləri qarşısında qüdrətlə dayandı, müsəlman İran xalqı bütün səyləri, bütün iradələri ilə müxtəlif meydanlarda dayandı və Allahın lütfü ilə günbəgün irəlilədi. Bu inkişaf Allahın izni ilə, Allahın qüdrəti və qüvvəsi ilə günbəgün artacaq və bütün İslam dünyası inşallah İslamın izzət və əzəmət gününü görəcəklər.

İlahi hidayətlərin qədrini bilək! İlahi yardımların qədrini bilək! Fitr bayramı gününün qədrini bilək! Əllərini duaya qaldıran, üzünü qibləyə çevirən, müəyyən bir gündə ürəklərini Allaha birləşdirən və ünsiyyət quran bu əzəmətli toplumun qədrini bilək! Öz birliyimizi qoruyaq, öz səyimizi və iradəmizi qoruyaq və gələcəyə ümidimizi günbəgün artıraq!


Qəzzəyə dəniz karvanı yollamaqdan ibarət olan simvolik işin təkrarlanmasının lazımlığı


Fələstin daha nə yalnız ərəb məsələsi və nə yalnız İslam məsələsidir. Bu, müasir dünyanın ən mühüm insan hüquqları məsələsidir.

Qəzzəyə dəniz karvanı yollamaqdan ibarət olan simvolik və dəyərli iş onlarla başqa formada və tərzdə dəfələrlə təkrarlanmalıdır. Qaniçən sionizm hökuməti və onun himayədarları, xüsusən Amerika və İngiltərə dünyanın ümumi vicdanının, əzmkarlığının və oyanışının məğlubedilməz qüvvəsini öz qarşılarında görməli və hiss etməlidirlər.


Fələstinin vəziyyəti; İslam dünyasının zəifliyi


Bu gün siz Fələstinin vəziyyətinə baxın. Fələstin bir nümunədir. Əlbəttə, çox mühüm bir nümunədir, amma təkcə Fələstinə məxsus deyil. Fələstinə baxın; İslam ümmətinin vücudunda böyük bir yara var və bu, böyük Fələstin xalqı, tarixi və müqəddəs Fələstin torpağı məsələsidir. Bu torpağın başına nə müsibət gətirdilər? Bu xalqın başına nə müsibət gətirdilər? Bu xalqa qarşı nə edirlər? Məgər Qəzzə hadisəsi yaddan çıxasıdır?! Məgər İslam ümmətinin yaddaşından silinəsidir?! Bu günün özündə Qəzzə xalqına qarşı təzyiqlər, rəhmsizliklər, daşürəkliklər və zülmlər edilir. Hətta sionizm dövlətinin uğursuz qaldığı və öz məqsədlərini həyata keçirə bilmədiyini iyirmi iki günlük müharibədən sonra bu günə qədər Qəzzə xalqına bu zülm edilir və İslam ümməti onu müdafiə edə bilmir. İslam ümməti bu məsələ qarşısında elə dayanıb ki, sanki ona aid deyil, onun haqqı alınmayıb, ona zülm edilməyib. Biz nə üçün beləyik? Nə üçün İslam ümməti bu vəziyyətə düşmüşdür? İslamın və İslam ümmətinin düşmənlərinin əli ilə bu regionda qondarma sionsit İsrail dövləti adlı məhvedici və təhlükəli bir xərçəng vücuda gəlmişdir. Onun zülmünə və böyük günahlarına şərik olan himayədarları hələ də onu müdafiə edirlər, İslam ümməti isə özünü müdafiə edə bilmir. Bu bizim zəifliyimizdir. Nə üçün? İslama qayıtmaqla, əziz İslam Peyğəmbərinin (s) təlimlərini əsas götürməklə bu zəifliyi düzəltməliyik.

Yeni İslam Orta Şərqi qurmaqda xalqların məsuliyyəti


Qəzzə məsələsi bir parça torpaq məsələsi deyil. Fələstin məsələsi təkcə coğrafi məsələ deyil, bəşəriyyət məsələsidir, insaniyyət məsələsidir. Bu gün Fələstin məsələsi insani prinsiplərə boyun əymək, yaxud onlara qarşı çıxmaq arasında meyardır. Məsələ bu qədər əhəmiyyətlidir. Amerika da bu münasibətdən şübhəsiz, ziyan görəcək. Bu tarixi dəyişikliklərdə on il, iyirmi il və otuz il bir an kimidir, tez ötəcək. Şübhəsiz, Amerikanın tarixi və gələcəyi son 50-60 ildə amerikalıların Fələstin məsələsi ilə bağlı etdikləri bu hərəkətə məğlub olacaq. Fələstin məsələsi gələcəkdə uzun əsrlər boyunca Amerikanın bədnamlığına basi olacaq. Fələstin azad olacaq. Bunda heç bir şübhəniz olmasın. Fələstin qəti şəkildə azad olacaq və xalqa qaytarılacaq. Orada Fələstin hökuməti formalaşacaq. Bunlarda heç bir şübhə yoxdur. Amma Amerikanın və Qərbin bədnamlığı aradan qalxmayacaq. Bunlar eləcə bədnam olacaqlar. Şübhə yoxdur ki, Allah-Taalanın istəyi əsasında yeni bir Orta Şərq formalaşacaq. Bu Orta Şərq İslam Orta Şərqi olacaq; Fələstin məsələsinin bir İslam məsələsi olduğu kimi. Bütün xalqlar Fələstin qarşısında məsuliyyət daşıyırlar. Bütün hökumətlər Fələstin qarşısında məsuliyyət daşıyırlar; istər müsəlman hökumətləri, istərsə də qeyri-müsəlman hökumətəri. İnsaniyyət tərəfdarı olduğunu iddia edən hər bir hökumət məsuliyyət daşıyır. Lakin müsəlmanların vəzifəsi daha ağırdır. İslam hökumətlərinin üzərinə vəzifə düşür və bu vəzifəyə əməl etməlidirlər. Fələstin məsələsində öz vəzifəsinə əməl etməyən hər bir hökumət onun zərərini görəcək. Çünki xalqlar oyanmışlar və hökumətlərdən tələb edirlər. Hökumətlər bu məsələyə razı və təslim olmağa məcburdurlar.

Fələstinlilərin kömək çağırışına cavab - müsəlmanlığın şərti


Bu mühüm anda dünya müsəlmanları məsuliyyət hiss etməli, müsəlmanlığın onların üzərinə qoyduğu vəzifəni dərk etməlidirlər. Bu bir tərəfdən, İslam torpaqlarını qorumaq vəzifəsidir. Bu müsəlman fiqhinin zəruri məsələlərindəndir. Digər tərəfdən də, məzlum bir xalqın yardım istəyinə cavab verməkdir. Peyğəmbər (s) buyurmuşdur: “Kim bir müsəlmanın kömək çağırışını eşidib cavab verməsə, müsəlman deyil”. Bu gün isə bir fərd yox, bir xalq kömək çağırışı ucaltmışdır.

Yüklə 1,24 Mb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   ...   81




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin