Fələstİn İslam İnqilabının Böyük Rəhbəri həzrət Ayətullah Seyid Əli Xameneinin baxışında


Qüds gününü uca tutduğuna görə İran xalqına təşəkkür



Yüklə 1,24 Mb.
səhifə48/81
tarix30.06.2018
ölçüsü1,24 Mb.
#55352
1   ...   44   45   46   47   48   49   50   51   ...   81

Qüds gününü uca tutduğuna görə İran xalqına təşəkkür


Dünya və müsəlman xalqları fələstinli məzlum mübarizləri dəstəklədilər. Bizim əziz xalqımız özünün bütün fəryadı ilə Fələstin xalqının hərəkətinə qarşı öz dəstəyini göstərdi. Mən Qüds gününün əzəmətli yürüşündə və cümə namazının möhtəşəm izdihamında çox əzəmətlə parlayan siz əziz xalqın səyinə görə bütün varlığımla təşəkkür etməyi lazım bilirəm.

Bizim əziz xalqımız həmişəki kimi öz ölkələrini, öz tarixlərini və ölkə məmurlarını başıuca etdi. Bu il bütün İslam dünyasında Qüds günü xüsusi tərzdə keçirildi. Belə keçirələcəyi qabaqcadan da proqnoz verilirdi. Bu, Fələstin xalqının məzlumcasına fəryadının haqq olduğuna görədir. Ümidvarıq ki, hökumətlər də öz xalqları ilə beləcə həmkarlıq etsinlər və Fələstin xalqına kömək göstərsinlər. Ən daşürəkli və ən yırtıcı düşmənlər tərəfindən mühasirə olunmuş o məzlum xalqın köməyə ehtiyacı var. Həm bizim xalqımız, həm bizim hökumətimiz, həm digər müsəlman xalqlar və hökumətlər bacardıqları qədər bu məzlum xalqa kömək etməyə borcludurlar. Bu bir dini, insani və əqli vəzifədir; ağıl buna hökm edir. Bu həm də tarixi bir vəzifədir; tarix onun barəsində mühakimə yürüdəcək.

İran xalqının təqdirəlayiq olan iki işinə görə təşəkkür və minnətdarlıq etmək lazımdır. Birinci iş mübarək ramazan ayının son cüməsində Qüds günü münasibəti ilə xalqın əzəmətli yürüşüdür. Bu səhnə bütün dünyada olan dostlar üçün fərəhli və ümidverici idi; fələstinli mübarizləri sevindirdi, ürəklərini bərkitdi. Düşmənlər üçün də bir zərbə idi; istər Fələstin məsələsini bütünlüklə xalqların yadından çıxarmaq, müsəlmanlara ümumiyyətlə belə bir mühüm məsələnin mövcud olduğunu və indi də olmasını unutdurmaq istəyən düşmənlər, istərsə də İran xalqının əsaslı İslam və inqilab məsələləri ilə məşğul olmaq yerinə dəyərsiz işlərlə məşğul olmasını, ixtilaflara və şəxsi məsələlərə qoşulmasını istəyən düşmənlər. Canlı, lazım olanda sayıq və səhnədə olan bu xalq hər bir şəraitdə lazımi hərəkəti edir.

Mən öz əziz xalqımıza və mübarək ramazan ayının Ümümdünya Qüds Günü olan son cüməsində öz fəallığı ilə Qüds gününü dünyada bir daha yaşadan digər xalqlara təşəkkür etməliyəm; baxmayaraq ki, Qüds məsələsi həmişə yaşayır.

Həmçinin lazım bilirəm ki, hələlik bu münasibətlə Qüds günü yürüşündə möhtəşəmlik göstərən və əzəmət təcəssüm etdirən əziz xalqımıza səmimi təşəkkürümü və minnətdarlığımı bildirim. Həqiqətən bu il Qüds günü İran xalqının fəallığına və maraqlarına bir simvol oldu. Bu, regiona ümid verir və xalqları müqavimətə vadar edir.

Lazım bilirəm ki, Qüds günü yürüşündə dəyərli və təntənəli iştirakına görə şərafətli və əziz xalqımıza təşəkkür edim. Mən bu böyük xalqa təşəkkür etməyə layiq deyiləm, bir şeyin sahibi də deyiləm; xalqın özünə məxsusdur. Özləri üçün etdilər və düzgün addım atdılar. Bu ümumi agahlığa, bu ümumi iradəyə, müsəlman qadın və kişilərin qəlbində olan bu böyük marağa görə bizim Allaha şükür etməyimiz lazımdır. Bu il Qüds günü çox möhtəşəm keçdi. Regionda baş verən hadisələr bəzi başqa müsəlman xalqların da bu il bu böyük imtahanda bu əzəmətli antiimperialist hərəkətə ötən illərdən artıq dəstək vermələrinə bais oldu. Ümidvarıq Allah-Taala zalım və qaniçən sionistlərin şərini fələstinlilərdən və məntəqədən uzaqlaşdırsın.


Soyuqda və istidə Qüds günü yürüşündə iştirak etmək - xalqın İslam Respublikası quruluşuna etimadının dəlili


Dünyada İran xalqının İslam Respublikası quruluşuna qarşı göstərdiyi etimadı öz hökumət quruluşlarına qarşı göstərən az ölkə var. Bu etimadın dəlili də hamının gözü önündə olan bu aydın məsələlərdir. Yenə bəzilər bunları görmür, daim xalqın etimadsızlığından dəm vururlar. Xeyr, xalqın quruluşa etimadı var. Bir dəlil iki il öncəki seçkilərdir. Səsvermə hüququ olan və səs verməyə qadir olan əhalinin səksən faizindən çoxu seçkilərdə iştirak etdi. Dünyanın harasında belə bir şey var?! Bir nümunə bizim hər il keçirdiyimiz bu iki yürüşdür: 22 bəhmən (11 fevral) yürüşü və Qüds gününün yürüşü. Bu yürüşlər quruluşa aiddir. Heç bir hökumətə və heç bir xüsusi cərəyana aid deyil, quruluşunkudur. Siz görün xalq bu əzəmətli hərəkətdə nə edirlər; 22 bəhmənin soyuğunda və ramazan ayında oruc ağızla, istər hava soyuq olanda, istər indiki kimi isti olanda. İnşallah Qüds günündə xalqın necə əzəmət göstərəcəyini yenə görəcəksiniz. Bu, xalqın quruluşa sevgisinin göstəricisidir. Quruluşa bundan yaxşı və aydın etimad ola bilməz. Bu fəallıq çox mənalı fəallıqdır.

Qüds günü - xalqların təzyiq amili


Mən sizə deyirəm: Mənim əzizlərim! Əziz İran xalqı! Bütün müsəlman xalqlara da deyirəm: Bütün sahələr kimi burada da təyinedici ola bilən amil xalqların və ictimaiyyətin qərarıdır. Xalqlar öz istək və tələb təzyiqləri ilə hökumətləri bu hərəkətə vadar edə bilərlər. Qarşıdan Qüds günü gəlir. Bu il Qüds günündə müsəlman xalqlar sionizm rejiminə və himayədarlarına qarşı qəzəbli olduqlarını, bu məsələyə laqeyd yanaşanlara və o istiqamətdə olan hər bir siyasətə qarşı qəzəbli olduqlarını və qəzəbli rəftar edəcəklərini göstərməlidirlər.

Şanlı Qüds günü - Böyük İmamın unudulmaz yadigarı


Mən əminəm ki, bizim Böyük İmamımızın unudulmaz yadigarı olan şanlı Qüds günü ötən il qabaqkı illərdən izdihamlı keçirildiyi kimi, inşallah bu il də həmişəkindən izdihamlı və geniş keçiriləcək, İslam dünyası işğalçı sionizm qarşısında öz mövqeyini aydınlaşdıracaq, sionistlərin məhvi daha yaxınlaşacaq. Bu qüdrətlər həqiqi qüdrətlər deyillər. İşğalçı dövlət günbəgün və tədricən öz istibdad və hegemonluğundan yaranan ömrünün sonuna yaxınlaşır və inşallah İslam dünyası Fələstinin Fələstin xalqı tərəfindən idarə olunacağı günü görəcək.

İlahi qüdrətin əli - Qüds günü yürüşündə iştirak etmək üçün ürəkləri cəlb edən amil


Sonra növbə Qüds günündə xalqın siyasi iştirakına çatır. İnsan yenə ilahi qüdrətin əlini müşahidə edir. O bu şəkildə xalqın qəlbini cəlb edib isti havada oruc ağızla küçələrə çıxarır; inqilaba və onun amallarına öz vəfadarlıqlarını göstərirlər, fəryad ucaldırlar; qoca kişi gəlir, kiçik uşaq gəlir, qadınlar gəlirlər, kişilər gəlirlər.

Biz səhv edirik, bəzən bu ilahi mərhəməti anlamırıq, müxtəlif hadisələrdə başımız üzərinə qoyulan ilahi mərhəmət əlini görmürük. Bəzən də bu cəhətdən səhv edirik: elə bilirik ki, bu işləri görənlər bizik, halbuki biz deyilik: "Əgər sən yer üzündə nə varsa, hamısını xərcləsəydin belə, yenə də onların ürəklərini birləşdirə bilməzdin. Lakin Allah onları birləşdirdi"; "Möminin qəlbi Allahın iki barmağı arasındadır". Kim bu möminləri çəkib bu meydanlara gətirir və bu şəkildə Allaha yönəldir? Bu, ilahi əldən və ilahi qüdrətdən başqa bir şey deyil. Bunlar bizi ümidvar edir.



Mən təkcə olanları izah etmək istəmirəm. Bəli, bu hadisəni hamımız görməkdəyik. Mən bu nəticəni almaq istəyirəm: "O səni Öz köməyilə və möminlərlə müdafiə edib möhkəmlətdi". Allah-Taala öz yardımını möminlərin köməyinin yanında qoyur. Güman ki, burada mənəvi köməklər nəzərdə tutulur. Misal üçün, "Mən sizin imdadınıza bir-birinin ardınca gələn min mələklə çataram!" və sair. Möminlər köməyə səbəb olurlar. Quruluşu ayaqda saxlayan möminlərdir. Müxtəlif meydanlarda yolu açıb İslam quruluşunun böyük işlər görməsinə səbəb olanlar möminlərdir. Biz bunları "Bu mənə yalnız məndə olan elm sayəsində verilmişdir" təsəvvür etməməliyik. Güman etməməliyik ki, işi görən bizik. Bunları Allah etməkdədir. Bu birinci məqam. Mənim fikrimcə, bizim xalqımız ilahi yardım və Rəbbin mərhəməti sayəsində yaxşı xalqdır. Yaxşılıqları da onların imanına, vəfadarlıqlarına və imanın qəlblərdə möhkəmliyinə görədir.

Yüklə 1,24 Mb.

Dostları ilə paylaş:
1   ...   44   45   46   47   48   49   50   51   ...   81




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin