Fələstİn İslam İnqilabının Böyük Rəhbəri həzrət Ayətullah Seyid Əli Xameneinin baxışında


Qüds günü - müsəlman xalqların böyük imtahan günü



Yüklə 1,24 Mb.
səhifə49/81
tarix30.06.2018
ölçüsü1,24 Mb.
#55352
1   ...   45   46   47   48   49   50   51   52   ...   81

Qüds günü - müsəlman xalqların böyük imtahan günü


Fələstin və Qüds günü məsələsinə gəlincə isə, (deməliyəm ki,) Qüds günü yaxınlaşır. Qüds günü müsəlman xalqların böyük imtahan günüdür. Qüds günü müsəlman xalqların dünyada rəsmi şəxslərin vasitəsi olmadan sözlərini dedikləri gündür. Bu il də Qüds gününün böyük əhəmiyyəti var. Həm Qəzzə hadisəsinə görə - həqiqətən Qəzzədən geri çəkilmək sionistlərə böyük bir məğlubiyyət idi – həm Qəzzə məğlubiyyətindən sonra və o məğlubiyyətin əvəzini çıxmaq üçün amerikalılar, sionistlər və onların bəzi müttəfiqləri tərəfindən aparılan təxribatlara - yəni bəzi İslam və region dövlətləri arasında sionizm rejimlə çirkin rabitəni adiləşdirməyə görə. Buna razı olmamalıdırlar.

Fələstinin xatirəsini qorumaqda Qüds gününün rolu


İkinci xütbədə deməli olduğum ilk mətləb Qüds günü yürüşünə görə İran xalqına çox minnətdar olmaqdır. Həqiqətən demək lazımdır ki, eşq olsun İran xalqına! Siz öz milli əzəmətinizi, öz İslam mövqeyinizin əzəmətini və öz izzətinizi dünyaya göstərdiniz. Bu yürüşlərin rolu olduqca böyükdür. Müstəmləkəçilər Fələstini işğal etdiklərində məqsədləri Fələstinin adını və xatirəsini unutdurmaq idi; dünya əhalisi və sonrakı nəsillər ümumiyyətlə nə zamansa dünyada Fələstin adlı bir torpağın və bir ölkənin olduğunu unutsunlar. Məqsədləri bu idi. Bunu bacarmadıqda, Fələstin xalqının istər birinci intifazədə və istər Əqsa məscidi intifazəsindəki əzəmətli qiyamı bu şöləni dünyada yenidən alovlandırdıqda, xalqların qəlbini, insanları və dünyanın insaflı adamlarını özünə cəlb etdikdə çıxış yolunu fələstinli ərəb toplumu bu torpağın bir küncündə əslində həbs etməkdə və hasarlamaqda gördülər. Yəni Fələstinin sərvətli hissəsi və həssas bölgəsi sionistlərin tam ixtiyarında və sionizm kimliyi ilə saxlanılsın, ərəbləri isə Qəzzəyə və Qərb sahilinə sarı qovsunlar.

Qüds gününün dünyada ümumiləşməsi


Builki Qüds günü barəsində bir mətləb budur ki, bu əzəmətli hərəkət İslam dünyasında günbəgün daha oturuşmuş və genişlənmişdir. Bu il İslam dünyası əksər müsəlman xalqların bəzi hissələrinin nümayişinə şahid oldu; İslam dünyasının şərqindən - yəni İndoneziyadan tutmuş İslam dünyasının qərbinə - yəni Afrika və Nigeriyaya qədər. Müsəlman ölkələrində harada xalqa Qüds günü öz niyyət və iradələrini göstərmək icazəsi verildisə, xalqın toplumları gəlib bu məsələyə qarşı öz hisslərini bildirdilər. Hətta Avropada yaşayan müsəlmanlar, Avropa ölkələrinin və müəssisələrinin təəssübkeş təzyiqləri altında olan azlıqlar da Qüds gününü uca tutdular. Bu onu göstərir ki, Fələstinin işğalçılarının və onların himayədarlarının iradəsinin əksinə olaraq, Fələstin məsələsi İslam dünyasında günbəgün daha da canlanır. Onların niyyətləri bu idi ki, Fələstin adını müsəlman xalqların yaddaşından silsinlər. Onların iradəsi bu idi. Onların məqsədi bu idi ki, Fələstinin xəritəsini, Fələstin adlı bir xalqı bütünlüklə İslam dünyasının coğrafiyasından silib məhv etsinlər. Bu böyük faciədən ötən altmış ilin hamısında da özlərinin bütün fəaliyyətlərini bu məqsəd ətrafında mərkəzləşdirdilər. Lakin baş verən onların istədiklərinin və izlədiklərinin əksidir. Bu gün İslam dünyası Fələstin məsələsinə qarşı olduqca daha həssas və daha maraqlıdır. Səbəb budur ki, İslam dünyası oyanmışdır. Əgər bu oyanış 1948-ci ildə - Fələstinin rəsmən işğal olunub sionistlərə verildiyi zaman mövcud olsaydı, şübhəsiz, reallıqlar ayrı cür olardı və İslam dünyasının bu acı hadisəsi baş verməz, İslam ümmətinə bu dərin yara vurulmazdı. Bu gün müsəlmanlar oyaqdırlar, diqqətlidirlər və Allahın lütfü ilə günbəgün daha da oyanacaqlar. Mən deməyi lazım bilirəm ki, bu beynəlxalq dəstəyin və genişlənmənin ən mühüm amillərindən biri igid Fələstin xalqının dirənişi və müqavimətidir. Biz Fələstin xalqını salamlayırıq. Bu millət həqiqətən sübuta yetirmişdir ki, müsəlmanlıq adına və diri bir xalq adına layiqdir. Biz buradan siz müsəlman cəmiyyətin önündə Fələstin xalqına, Fələstinin qanuni hökumətinə və mücahid qardaşımız cənab Həniyyəyə deyirik: Bilin ki, İran xalqı sizi yalqız qoymamışdır və qoymayacaq!

Qüds günü - Fələstinin adının canlı qalmasının amili


Gələn cümə Qüds günüdür. Bu bizim əziz imamımızın ən dəyərli yadigarlarındandır. Bu, inqilabın və bizim xalqımızın şərafətli Qüds hadisəsinə və Fələstin məsələsinə sevgi əlamətidir. Qüds günü sayəsində biz bu adı hər il dünyada yaşada bildik. Hökumətlərin və siyasətlərin çoxu Fələstin məsələsinin unudulmasını istəyirdilər, buna çalışdılar, pul xərclədilər. Əgər İslam Respublikasının səyi olmasaydı, əgər İslam Respublikasının bütün qüvvəsi ilə bu xəbis siyasətin qarşısında müqaviməti olmasaydı, Fələstin məsələsini tədricən haşiyəyə çəkə bilmələri və ümumiyyətlə unutdurmaları mümkün idi. İndi də hegemonçuluğun və xəbis sionistlərin özləri etiraf edir, düşünür və narahatdırlar ki, İslam Respublikası Fələstin bayrağını ucaldıb və istədikləri sazişlərlə Fələstin məsələsini sıradan çıxarmağa qoymur. Qüds günü bu xatirənin və bu adın yaşadılması günüdür. Bu il də ilahi yardımla, ilahi hidayətlə bizim əzəmətli xalqımız Tehranda və digər rayonlarda Qüds gününü uca tutacaq, yürüş keçirəcək. Digər ölkələrdə də bir çox müsəlmanlar Qüds günündə İran xalqı kimi edirlər. Qüds günü Qüds məsələsinə aid bir gündür və eyni zamanda İran xalqının birlik əlamətidir. Ehtiyatlı olun ki, kimlərsə Qüds günündə bu toplantılardan təfriqə yaratmaq üçün istifadə etməsinlər. Təfriqədən qorxmaq lazımdır. Təfriqə ilə mübarizə aparmaq və vuruşmaq lazımdır. Təfriqə yaranmamalıdır. İran xalqı o zaman Qüds bayrağını fəxrlə ucalda bilər ki, bir olsun. Bütün bu illərdə bunu pozmağa çalışıblar, amma Allaha həmd olsun ki, bacarmayıblar. İnşallah bundan sonra da bacarmayacaqlar.

Qüds günü - haqqın batil qarşısında dirəniş simvolu


İkinci xütbədə deməyi özümə borc bildiyim birinci mətləb Qüds günündə dünyanın gözü qarşısında nümayiş etdirdiyi əzəmətə görə böyük İran xalqına təşəkkür və minnətdarlıq bildirməkdir. Bu illər boyunca haqqın batil qarşısında dirəniş simvolu olan Qüds gününü zəiflətmək üçün nə qədər çalışmışlar! Qüds günü haqq və batilin qarşıdurması, ədalətin zülm qarşısında dirənişinin göstəricisidir. Qüds günü təkcə Fələstin günü deyil, İslam ümmətinin günüdür, işğalçıların, müdaxiləçilərin və imperialist qüvvələrin təcavüzkar əli vasitəsi ilə İslam ümmətinin canına düşmüş öldürücü sionizm xərçəngi əleyhinə müsəlmanların uca fəryad günüdür. Qüds günü kiçik gün deyil. Qüds günü beynəlxalq bir gündür, onun beynəlxalq mesajı da var. O göstərir ki, İslam ümməti əvvəla zülmə boyun əyəməyəcək; bu zülm dünyanın ən böyük və ən qüdrətli dövlətlərinin dəstəyini qazansa da. Qüds gününü zəiflətmək üçün çox səy göstərdilər və bu il həmişəkindən daha artıq çalışdılar, amma İslam İranında və əzəmətli Tehranda keçirilən Qüds günü inqilabın və İran xalqının əqrəbinin hansı istiqamətə yönəldiyini, İran xalqının iradəsinin nə olduğunu bütün dünyaya göstərdi. Göstərdi ki, onların hiylələri, hoqqabazlıqları, pul xərcləmələri və siyasi xəbislikləri İran xalqının ruhiyyəsinə təsir göstərmir.

Yüklə 1,24 Mb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   ...   81




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin