Fələstİn İslam İnqilabının Böyük Rəhbəri həzrət Ayətullah Seyid Əli Xameneinin baxışında



Yüklə 1.24 Mb.
səhifə5/81
tarix30.06.2018
ölçüsü1.24 Mb.
1   2   3   4   5   6   7   8   9   ...   81

Fələstin məsələsi - bugünkü bəşəriyyətin ən mühüm məsələsi


Bu günün ən mühüm məsələsi son yarım əsrdə həmişə İslam dünyasının və bəlkə də bəşəriyyətin ən mühüm məsələsi olan Fələstin məsələsidir. Burada söhbət bir xalqın əzablarından, didərginliyindən və məzlumluğundan gedir; söhbət bir ölkənin işğalından gedir; söhbət İslam ölkələrinin ürəyində, İslam dünyasının Şərq və Qərbinin bir-birinə qovuşduğu nöqtədə xərçəng vəzisinin yaradılmasından gedir; burada söhbət müsəlman Fələstin xalqının ardıcıl iki nəslini əhatə edən sürəkli zülmdən gedir. Bu gün Fələstin torpağında xalqa arxalanan qanlı İslam qiyamı vicdansız, insaniyyətdən uzaq və cinayətdən çəkinməyən işğalçılara həqiqi və ciddi təhlükəni xatırladır. Buna görə düşmənin üsulları həmişəkindən daha mürəkkəb və daha xəbərdaredicidir. Bütün dünyada olan müsəlmanlar məsələni həmişəkindən daha ciddi saymalı, onun üçün düşünməli və çalışmalıdırlar... Bu günün yeni xəbəri budur!

Fələstin və onun azadlığı barəsində müzakirənin məqsədi


Fələstin məsələsində məqsəd olan Fələstinin xilasıdır; yəni İsrail dövlətinin məhvi. 1988-ci ildən öncəki torpaqlarla sonrakı torpaqlar arasında fərq yoxdur. Fələstin torpağının hər bir qarışı müsəlmanların evinin bir qarışıdır. Fələstin ölkəsində Fələstin xalqının və müsəlmanların hakimiyyətindən başqa hər bir hakimiyyət işğalçı hakimiyyətdir. Söz əzəmətli və mərhum imamın buyurduğudur: “İsrail məhv olmalıdır!” Fələstin yəhudiləri əgər İslam dövlətini qəbul edirlərsə, orada yaşasınlar. Söhbət antisemitizmdən getmir, söhbət müsəlmanların evinin işğalından gedir. Müsəlmanların başçıları və rəhbərləri əgər beynəlxalq qüvvələrin təsiri altında olmasaydılar, bu mühüm məsələni həll edə bilərdilər. Lakin təəssüf ki, etmədilər.

Fələstin – İslamın bir parçası


Onlar işğal olunmuş Fələstinin bu üç həftədəki vəziyyətindən, gənclərin qiyamından, kişi və qadınların şücaətindən, o məzlum və qəzəbli xalqın uca iradəsindən və əzmkarlığından çox qəzəblənmişlər və günahı daim onun-bunun boynuna yıxmaq istəyirlər. Xeyr, cənab, Fələstin qiyamının amili İslam Respublikası deyil, Fələstin qiyamının amili Livan xalqı deyil, Fələstin qiyamının amili fələstinlilərin özləridirlər. Fələstin qiyamının və intifazəsinin amili bu gün ümid və həvəslə meydana çıxmış bu gənc nəslin vücudunda qalaqlanmış əzablar və qəmlərdir. Biz təbii ki, onları təqdir edirik. Biz onları özümüzdən bilirik. Biz Fələstini İslam dünyasının bir parçası bilirik, Fələstin xalqı ilə, Fələstin gəncləri ilə qardaşlıq və doğmalıq duyuruq. Lakin intifazəni edənlər onlardırlar.

Fələstin məsələsinin həll olmaması


Onlar Fələstin xalqının və Fələstin ölkəsinin bitdiyini güman etməkdə səhvə yol verdilər. Fələstin yaşayır, Fələstin xalqı yaşayır. Fələstin xalqının varlığının yanında böyük bir işğal da mövcuddur. Dünyanın müxtəlif yerlərindən bir dəstəni toplayıb qondarma və yalançı bir xalq təşkil ediblər, ona ad da qoyublar, onu güc vasitələri ilə təmin də ediblər. Bu məsələ bu gün Fələstin xalqının həqiqətinin yanında özünü göstərir. Bu həqiqəti Fələstin nəsli bu gün bütün vücudu ilə dərk edir. Birinci addım dərkdir. Bu dərki əldə etmiş və anlamışlar ki, qondarma varlıq bütün beynəlxalq hamilərinə rəğmən, məğlubedilməz deyil. Düzgün də anlamışlar. Odur ki, meydana qoşulmuşlar.

Bu dövrün mühüm məsələsi: Fələstin


Bu dövrün mühüm məsələsi Fələstin məsələsidir. Böyük Fələstin və Beytülmüqəddəs intifazəsi davam edir. Güc və təzyiqlə Fələstin xalqını özünün qəti haqqını tələb etməkdən daşındıra biləcəklərini güman edən şəxslər səhv etmişdilər. Onlar Fələstin xalqını bu yoldan döndərə bilmədilər və bilməyəcəklər. Susdurmaqla, təzyiq göstərməklə və qorxutmaqla bu nəsli bir neçə gün məcburi sükuta vadar edə bilərlər, lakin sionistlərin qəsb olunmuş Fələstin torpağında bundan sonra rahat hökmranlıq edə biləcəklərini düşünmələri gerçəkləşməyəcək şirin yuxudur.

Fələstinin qeyri-fələstinlilərin taleyi ilə əlaqəsi


Bu, Fələstinin vəziyyətidir. Fələstin məsələsi zarafat və başdansovdu bir şey deyil, bu gün İslam dünyasının ən əsas məsələsi və bütün İslam dünyasında qeyri-fələstinlilərin taleyi ilə əlaqəlidir. İslam ölkələrinin məmurları düşünməsinlər ki, əgər Fələstin xalqını düşmənlərinin qanlı caynağında buraxsalar, İsrail onları udandan və həzm edəndən sonra – sözsüz ki, belə bir şey heç zaman baş verməyəcək - müsəlman hökumətləri rahat buraxacaq.

Həcc İslam dünyasının diqqətini özünün böyük məsuluyyətinə yönəldə bilər. Həcc İslam xalqlarına bu dərki verə bilər ki, səhnədə olmaq və bu hadisədə qətiyyətli mövqe bildirmək onların öz maraqları ilə əlaqədardır. Bəzi adamlar elə bilirlər ki, Fələstin xalqını müdafiə etmək ölkələrin milli maraqlarından xaricdir. Bu çox böyük səhvdir. Bir müsəlman xalq digər xalqlara arxalanmasa və onlar tərəfindən müdafiə olunmasa, belə asanlıqla düşmənin hücumuna məruz qalar. Əgər İslam dünyası birləşsəydi, bir xalq bu şəkildə məzlum olmazdı. Bu talenin digər müsəlman xalqlar üçün də yaşanması mümkündür. Necə ki, bəzi yerlərdə xalqlar üçün yarandığını gördünüz. İslam birliyi İslam dünyasının və region xalqlarının düşmənləri və beynəlxalq soyğunçuların işini çətinləşdirir, onların istədikləri, seçdikləri və məsləhət gördükləri kimi bir müsəlman ölkəsinə və xalqına hücum etmələrinə icazə vermir. Deməli, İslam dünyasının Fələstin xalqını ümumi müdafiəsi əslində İslam dünyasının müsəlman ölkələrinin hər birini müdafiə etməkdir. Bu onların hamısının mənafeyinin zaminidir. Bu kiçik məsələ deyil. Həcc onlara bu dərki, birliyi, əzmkarlığı və qərarı verir. Buna əsasən, həcc məsələsi və Allahın bu əzəmətli vacib əməlinin bütün imkanlarından dünya müsəlmanlarının və bütün İslam ölkələrinin vəziyyətinin yaxşılaşması üçün istifadə etmək çox önəmlidir. Bu sahədə nə qədər işləmək, çalışmaq və xidmət göstərmək mümkün olsa, dəyərlidir.


Fələstinlə müharibə - əslində İslamın varlığı ilə müharibə


Bu gün siz baxın, aydın şəkildə görmək olar ki, bütün İslam ümməti əleyhinə - onun bir hissəsi əleyhinə yox - böyük və hərtərəfli bir müharibə başlamışlar. Bu müharibənin həm iqtisadi, siyasi, mədəni, hərbi və təhlükəsizlik tərəfləri var, həm də bugünkü nəhəng təbliğat imkanlarına malikdir. Bu gün sizin Fələstində, İraqda, yaxud Əfqanıstanda müşahidə etdikləriniz təkcə bir xalqın əleyhinə müharibə deyil. Əgər Fələstinlə vuruşurlarsa, əslində bu regionda İslamın varlığı ilə vuruşurlar. Əgər sionizm rejimini bütün vücudları ilə təsdiq etmək və gücləndirmək istəyirlərsə, İslam dünyasının birliyini və onun qüvvəsini böyük maneə ilə üz-üzə qoymaqdan ötrüdür. İslam dünyasının fəthinin dalanlarından biri Fələstinin fəthidir. Onun dalanlarından biri indi İraq olmuşdur. Onlar İslam dünyasını ələ keçirmək istəyirlər.


Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   81


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2017
rəhbərliyinə müraciət

    Ana səhifə