Fələstİn İslam İnqilabının Böyük Rəhbəri həzrət Ayətullah Seyid Əli Xameneinin baxışında


Qüds günü - Fələstinin xəyanətkar hökumətlər vasitəsi ilə əriməsinə maneə



Yüklə 1,24 Mb.
səhifə50/81
tarix30.06.2018
ölçüsü1,24 Mb.
#55352
1   ...   46   47   48   49   50   51   52   53   ...   81

Qüds günü - Fələstinin xəyanətkar hökumətlər vasitəsi ilə əriməsinə maneə


Gələn həftə Qüds günüdür; bizim əzəmətli və mərhum imamımızın yeniliklərindən birini xatırladan gün. Bu günü uca tutun. İslam dünyası bu günü uca tutmalıdır. Müsəlman kütlələr bəzi satqın hökumətlərin vücuda gətirdiyi aram mühitdə və süni sükutda Fələstini az-az və an-an əridib unutdurmağa qoymamalıdırlar. İşğalçı rejimlə razılaşıb fələstinliləri qurban edən hökumətlərin xəyanəti unudulmamalı və yaddan çıxmamamalıdır. Bu məsələ kiçik məsələ deyil.

Qırx ildən artıqdır ki, İslam xalqı Fələstinin adını çəkir. Müsəlmanlar, İslam mütəfəkkirləri, yazıçılar və siyasətçilər milyon dəfə demişlər və bu yolda minlərlə insan şəhid olmuşdur. Məgər İslam dünyasının ciyərparəsini bu şəkildə düşmənlərin ixiyarında qoymaq olarmı ki, onu ələ keçirib xalqı öz evindən qovsunlar?! Məgər belə bir şey mümkündür?! Məgər İslam icazə verir?! Məgər İslam xalqları icazə verirlər?!

Dünyada Fələstinə qarşı bu hazırlıq, fəallıq, gözlənti və tələbkarlıq halı günbəgün artmalıdır. Fələstinin daxilində də bu müqəddəs şölə günbəgün alovlanmalıdır. O gənclər, o qadın və kişilər, o yeniyetmələr, Fələstin daxilində işğalçı rejimlə mübarizə aparan o fədakarlar bilməlidirlər ki, əsas nöqtə onların barmaqlarını qoyduqları nöqtədir. Bu, düşmənin məğlub olacağı yerdir. Təşkilatların Fələstin sərhədlərindən xaricdə müzakirə stolu arxasında oturmaları, yaxud tribunalarda Fələstin adı ilə özlərini göstərmələri problemi həll etməyəcək. Xaricdən İslam dünyasının ümumi dəstəyi və daxildən Fələstin xalqının həqiqi və hissolunan mübarizəsi - bu iki amil birlikdə problemi həll edəcək və Fələstinin düşməninin başını daşa vuracaq.

Qüds günü - mübarizlərin və İsrailin tutduğu əsirlərin ümidi


Qüds gününü uca tutun, onu böyük sayın. Əlbəttə, dünya mediası əks etdirmir; qoy etdirməsin. Fələstin türmələrində olan şəxslər bizə deyiblər ki, sizin şüarınızdan, sizin fəallığınızdan, sizin sadiq niyyətinizdən və iradənizdən xəbər verən düyünlənmiş yumruğunuzdan qüvvə və qüdrət alır, müqavimət göstərirlər. Fələstin zindanının divarları arxasında olan şəxs yalqız olduğunu hiss etməməli və dayanmalıdır. Beytülmüqəddəsin, Qəzzə zolağının və işğal olunmuş Fələstinin digər şəhərlərinin küçə və xiyabanlarında sionist quldurların hücumuna məruz qalan qadın və kişi sizin onların arxasında olduğunuzu hiss etməli və müqavimət göstərə bilməlidir. Sözsüz ki, hökumətlərin də üzərinə vəzifələr düşür. İslam Respublikası hökumətinin də üzərinə vəzifələr düşür, bu vəzifələrə əməl edir və yenə də edəcək. Milli, ümumi və xalq məsələsinin xüsusi rolu var və öz yerində yerinə yetiriləcək.

Müqavimət və yürüş - ümid nuru saçan amillər


Bu gün işğal olunmuş vətənlərinin şəhərlərində məzlumcasına öz qanları ilə küçə və xiyabanları rəngə boyayan gənclər, uşaqlar, qadınlar və kişilər, özlərinin həftəlik cümə toplantılarında ölüm kabusunu işğalçı və mühacir israillilərin başına vuran namaz qılanlar bütün Fələstinə elə ümid işığı saçmışlar ki, müqəddəs torpaq bütün qırxillik işğal dövründə və ondan öncə İngiltərənin təzyiq və şiddət dövründə heç zaman belə bir şey görməyib. Gələcək də bu iradəli və mübariz möminlərə məxsusdur.

Bu gün daha Fələstin xalqının zəiflik, təşəbbüssüzlük, və intizar dövrü bitmişdir. İslam o dəyərli xalqın dəyərli qüvvəsini ona qaytarmışdır. Bu gün vətəndaşların və çadırlarda yaşayanların dərdlərindən uzaq halda Fələstin sərvəti ilə siyasi və ticarət bazarlığına girən, Fələstini satan xəyanətkar və təslimçi fələstinli başçılar daha o ölkənin və xalqın taleyini həll edə bilməzlər. Fələstinin taleyi işğal olunmuş bütün torpaqların məscidlərində, cümə namazlarında, xiyabanlarında və meydanlarında həll olunur və bu, İslamın faydalarındandır.


Qüds günü - bizim ölkəmizin təhlükəsizlik dayağı


Qarşıdan Qüds günü gəlir. Qüds günü sözün həqiqi mənasında ümumdünya İslam günüdür. Elə bir gündür ki, İran xalqı bu gün xoşbəxtlikdən sayları çoxalmış digər müştaq xalqların köməyi ilə haqq sözünü ucalda bilir. Bu sözü gizlətmək və söndürmək üçün hegemonluq altmış ildir maya qoyur. Əlbəttə, ən azı altmış ildir; yəni işğalçı dövlətin təşkil olunduğu zamandan. Onun hazırlıqları isə bəlkə də yüz ildən də artıqdır. Altmış ildir Fələstini dünya coğrafiyasından silməyə çalışırlar.

Əlbəttə, böyük həddə müvəffəqiyyət də qazanmışdılar. İslam inqilabı bunların ağzından vurdu. İslam Respublikası quruluşunun yaradılması, Qüds gününün elan olunması və Tehrandakı işğalçı rejimin səfirliyinin Fələstin səfirliyinə çevrilməsi xəbərdarlıq verən, saxlayan və hücum edən bir hərəkət idi. O, hegemonluğun bu planının qarşısında dayandı. Bu gün xoşbəxtlikdən bu hərəkət günbəgün genişlənir.

Qüds günü bizim ölkəmizin də təhlükəsizlik dayağıdır. Bunu bizim əziz xalqımızın hamısı bilsin. Qüds günü küçəyə çıxan hər bir nəfər öz qədərincə ölkənin, xalqın təhlükəsizliyinə və inqilabının nailiyyətlərini qorumağa kömək edir. Qüds günü böyük bir gündür, mühüm bir gündür. İnşallah bu il də bizim ölkəmizdə və digər İslam ölkələrində bu gün həmişəkindən daha əzəmətli keçiriləcək.

Beşinci fəsil: İslam hökumətlərinin məsuliyyəti

Müsəlman xalqların və hökumətlərin vəzifəsi


Bu rejim davam edəsi deyil. Sionistlər güman edirlər ki, Fələstinə hakim ola bilmişlər və Fələstin əbədəlik onlara məxsusdur. Xeyr, belə deyil. Fələstinin taleyi bir gün mütləq Fələstin ölkəsi olmaqdır. Fələstin xalqı bu yolda qiyam etmişdir. Müsəlman xalqların və hökumətlərin vəzifəsi budur ki, bu məsafəni bacardıqca azaltsınlar və Fələstin xalqının o günə çatması üçün bir iş görsünlər.

Bu gün bizim hamımız Fələstin xalqını mənəvi və maddi baxımdan himayə etməyə borcluyuq.

Amerika təxribatının ən mühüm çarəsi işğal olunmuş torpaqlar daxilində və fələstinli mübarizlərin güclü əllərindədir. Lakin bütün müsəlmanlar bu cihadda iştirak etməyə və onlara sarı maliyyə, siyasi, informasiya, hərbi və texnika yardımlarını yönəltməyə borcludurlar. Fələstin xalqı tənhalıq hiss etməməlidir. Sionistlər və fələstinli mübarizlərin işgəncə və qətllərinin səbəbkarları dünyanın heç bir yerində təhlükəsizlik duymamalıdırlar. Dünyanın hər yerində hökumətlər və xalqlar tərəfindən mübariz fələstinlilərə yardım fondları və dəstək mərkəzləri təşkil olunmalıdır. İşğalçı dövlətə qarşı iqtisadi embarqo, onu rəsmən tanımamaq bütün müsəlman hökumətlərin vəzifəsidir və xalqlar bu məsələyə həssas yanaşmalıdırlar. Bu işlərlə və bütün mümkün işlərlə mövcud təxribata qarşı mübarizə aparılmalı və onun təsirinə maneçilik törədilməlidir. Hər halda Fələstin məsələsinin yalnız bircə həll yolu var. O da bütün Fələstin torpağında bir Fələstin hökuməti təşkil etməkdir.


Yüklə 1,24 Mb.

Dostları ilə paylaş:
1   ...   46   47   48   49   50   51   52   53   ...   81




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin