Fələstİn İslam İnqilabının Böyük Rəhbəri həzrət Ayətullah Seyid Əli Xameneinin baxışında


Fələstinı dəstək ilahi və siyasi vəzifə kimi



Yüklə 1,24 Mb.
səhifə51/81
tarix30.06.2018
ölçüsü1,24 Mb.
#55352
1   ...   47   48   49   50   51   52   53   54   ...   81

Fələstinı dəstək ilahi və siyasi vəzifə kimi


Fələstin xalqının əzabları bizim əzablarımız, dərdlərimiz və əziyyətlərimizdir. Bu gün Fələstin xalqının "ey müsəlmanlar" fəryadı ucalmışdır. Bu fəryada cavab vermək İslam hökumətlərinin hər bir məmuruna vacibdir. Allah-Taala onlardan sorğu-sual edəcək. Bizim hamımız buna borcluyuq. Bu, siyasi mülahizələrdən üstün bir şeydir; baxmayaraq ki, siyasi ağıl da bu gün bütün İslam dünyasının arxa-arxaya və əl-ələ verib işğalçı və təcavüzkar sionizmin qarşısında durmalarını tələb edir. Bu təhlükə bütün İslam dünyası üçündür. Hətta işğalçı sionizm dövləti ilə əlaqələrinin onların xeyrinə olduğunu güman edən hökumətlər üçün də sionistlərin varlığı daha çox zərərlərinədir. Orada yerləşdirilmiş bu xərçəng vəzisi və xəbis ağac bu gün bütün İslam ölkələrinin və hökumətlərinin varlığı və kimliyi əleyhinə bir təhdiddir. Fələstinə kömək göstərilməlidir; bundan başqa yol yoxdur. Əgər biz bunu etməsək, şübhəsiz, bu işi görən kimlərsə tapılacaqlar: "Allah (onun yerinə) elə bir tayfa gətirər ki, (Allah) onları, onlar da (Allahı) sevərlər". Bu, Allahın qanunudur.

İslam hökumətlərinin vəzifəsi: İsraili məhv etmək üçün nefti bir aylıq kəsmək


Bizim dediyimiz bu neftin bir aylıq kəsilməsi məsələsi əsaslı bir məsələdir. Buna dayaz yanaşmaq olmaz. Əlbəttə, bir nümayişkarlıq məsələsi də deyil ki, bir hökumət təkcə dayanıb desin ki, mən öz neftimi kəsirəm. Bəlli deyil ki, necə kəsəcək, yaxud kəsməyəcək. Bu ciddi və həqiqi bir məsələdir və hamı buna qərar verməlidir.

Gəlib dedilər ki, nefti kəsmək onu kəsən ölkələrin zərərinədir; halbuki belə deyil. Bu səhv qənaətdir. Nefti kəsmək xalqların zərərinə deyil, onların xeyrinədir. İndinin özündə siz görürsünüz ki, neft qiymətinin qalxıb-düşməsində bir neçə gün qiymət 24-25 dollara çatır. Amma bir neçə gündən sonra 15-16 dollara düşür. Qiymətlərin qalxıb-düşməsindən xalqlar bu qədər zərər görürlər; çünki ixtiyar digərlərinin əlindədir. Nefti bir aylıq kəsməklə bu qərar qüvvəsi İslam xalqlarına keçəcək. İslam xalqları və hökumətləri göstərəcəklər ki, beynəlxalq diktatorluğun və yalnız süngüyə arxalanan hegemonçuların istəyinin əleyhinə hərəkət edə bilirlər. Bu işi görməlidirlər. Bu zəruridir.

Əlbəttə, bəzi hökumətlər yaxşı mövqe seçdilər. Suriya və Livan hökumətləri şücaətlə dayandılar; mövqeləri yaxşıdır. Lakin bütün ərəb hökumətləri, bütün İslam hökumətləri və nefti ixrac və istehsal edən bütün hökumətlər özlərinin bu tarixi vəzifələrinə əhəmiyyətli yanaşmalıdırlar. Tarix gələcəkdə bu təyinedici addımlar üçün mühakimələr yürüdəcək. Bu gün də xalqlar mühakimə yürüdürlər. Bu gün xalqlar bunun əsasında öz hökumətlərinə, onların doğruluğuna, qayğıkeşliyinə və paklığına qərar verirlər.

Mən düşünürəm ki, ərəb hökumətlərinin görə biləcəyi mühüm işlərdən biri neft ixrac edənlərin neftdən istifadə etməsidir. Qərblilərin dünyada neft silahından istifadə etməməyə dair ortaya atdıqları söz düzgün deyil. Neft xalqlarınkıdır və onların xeyrinə istifadə olunmalıdır. Amerikalılar buğdadan və qida məhsullarından silah kimi istifadə etdilər. Dünyanın çoxlu yerlərində edirlər. Nə üçün İslam və ərəb ölkələri bu haqqa malik olmasınlar?! Bir ay, təkcə bir ay simvolik formada İsraillə yaxşı münasibətləri olan bütün ölkələrə neft ixracını dayandırsınlar. Bu gün dünya öz hərəkəti (zavodların hərəkətini), işığı və enerjini (elektrik enerjisini) və hərarəti - həyatın üç əsas elementini bizim neftimizdən əldə edir. Əgər bizim neftimiz onların ixtiyarında olmasa, zavodların hərəkəti dayanacaq, işıq və hərarət olmayacaq. Məgər bu azdır?! Ərəb hökumətləri özlərinə görə bu işi görsünlər. Daimi demirik, bir ay simvolik formada Fələstin xalqına dəstək üçün bu işi görsünlər. Dünya tərpənəcək. Bu onların görə biləcəyi işlərdəndir.


İsrailin məhvinin İslam dünyasının bütün imkanlarının işlədilməsində olması


Bir gün bu regionda nərə çəkib özünün bütün istəklərini ərəb xalqlarına diktə edən İsrail indi İslam müqaviməti qarşısında aciz qalmış və diz çökmüşdür. Bu müsəlman və ərəb xalqların gücünün kiçik bir hissəsidir. Şübhəniz olmasın ki, əgər İslam dünyasının bütün imkanları və hətta onun bir hissəsi bu yolda işlədilsə, biz sionizm rejiminin məhvinin şahidi olacağıq. İsrail Livanın cənubunda bir neçə min nəfərlik bir müqavimətə məğlub oldu. Düzdür, hizbullahın güclü xalq dəstəyi vardı və zərurət olduqda minlərlə və hətta on minlərlə qüvvəni səfərbər edə bilmişdir, amma sionist işğalçılarla vuruş yerlərində ardıcıl şəkildə yalnız bir neçə min və bəlkə də bəzən bir neçə yüz qüvvədən istifadə etmişdir. Yəni İsrail, onun bütün hərbi imkanları və Amerika topxanasına birləşmiş mütərəqqi silah texnologiyası müharibədə çox ibtidai silahlardan istifadə edən bir neçə yüz imanlı və fəal gəncə məğlub oldu. Əlbəttə, onların güclü və məğlubedilməz silahı iman idi.

Hökumətlərin vəzifəsi - müsəlman xalqların istəyi ilə razılaşmaq


Ümidvarıq ki, İslam hökumətləri, müsəlman xalqların ümumi istəkləri ilə razılaşsınlar, bu əzəmətli hərəkəti dəstəkləsinlər, işğalçı rejimlə hər bir rabitəni tam şəkildə kəssinlər, müxtəlif iqtisadi embarqolarla və digər vasitələrlə bu işğalçı rejimə qarşı mübarizə üçün istifadə etsinlər və xalq yardımlarını Fələstinin əsas məsələsinə - yaralıların müalicəsinə və xarabalıqların abadlaşdırılmasına sərf etsinlər. İran İslam Respublikası da bu hərəkətə və məzlum Fələstin xalqına öz dəstəklərini davam etdirəcək, Ümümdünya Qüds Günü tədbirlərini bütün müsəlmanlarla birgə hər il olduğundan daha əzəmətli keçirəcək və ümidvardır ki, hər gün haqq və ədalətin qələbəsinin, batil və işğalçılığın məğlubiyyətinin və rüsvayçılığının şahidi olaq.

Siz dünyanın dörddə birisiniz. Müsəlmanlar ən böyük güc imkanlarına malikdirlər. Bu gün dünya sizin neftinizə möhtacdır. Bu gün dünya sizin həssas həyat regionunuza möhtacdır. Nə üçün Amerika sizi nəyəsə məcbur edə bilir? Dözməyin, qəbul etməyin; bunlar şüar deyil, bunlar reallıqlardır. Əgər biz səy göstərsək və bu əzəmətli ilahi və insani vəzifədə sədaqətli rəftar etsək, həyata keçəsi və olasıdır.

Bu gün bir qrup fədakar müsəlman - Fələstin xalqının qocalardan, gənclərdən, kişi və qadınlardan ibarət seçilmiş şəxsləri müqəddəs Fələstin torpaqlarında mübarizə aparmaqdadırlar. Onlara kömək edin; yol budur. Fələstinə kömək, mübarizə aparan qüvvələrə kömək deməkdir. Fələstinə köməyin mənası bu deyil ki, ürəkləri Fələstin üçün yox, öz şəxsi maraqları üçün yanan sazişçi qüvvələrə kömək olunsun. Elə təşkilat məqbul və Fələstin xalqının həqiqi nümayəndəsidir ki, Fələstinin amalı yolunda mübarizə aparsın, gedib Fələstinin amalını düşmənə satan və onun üzərindən bazarlıq edən təşkilat yox.

Müsəlman xalqlar hərəkətə gəlməli və məsuliyyət hiss etməlidirlər. Mən bu gün deyilməsini və görülməsini lazım bildiklərimi bəyanatda demişəm, indi də deyirəm ki, müsəlman xalqlar bacardıqları yolla özlərinin müxtəlif yardımlarını Fələstin daxilində mübarizə aparan xalqa çatdırmalıdırlar. Bu bir şəriət vəzifəsi, ilahi və insani borcdur.

Əgər bu gün siz müsəlmanlar geri çəkilsəniz, bilin ki, düşmən bir səngər irəliyə gələcək. Düşmən qurtarmır, İsrail bir səngər irəliyə gələcək; İslam dünyasının düşməni olan Amerika bir səngər irəliyə gələcək. Əgər siz geri çəkilsəniz, onlar irəliləyəcəklər. Onlarla siz ümmətin arasındakı düşmənçilik bitməyəcək. Çünki imperializmin imperialist istəkləri bitmir.

Siz burada bir qətiyyətli hərəkət etməli və bir qətiyyətli qərar verməlisiniz. Tehrandakı bu toplantı faydalı bir toplantı ola bilər. İş sizin əlinizdədir, qərar verin. Parlamentlər oturub Fələstinin taleyi üçün qərar versinlər və onu hökumətlərdən istəsinlər. Ziyalılar və yazıçılar yazsınlar, ictimai rəy oyansın, tələbə və gənclər uca səslə xalqların istəyini elan etməyə hazır olsunlar.

İran xalqı hazırdır. Biz imkan və gücümüz həddində bu vəzifəni yerinə yetirməyə hazırıq. Hegemonçuluğun düşmənçiliyinə də dözərik. Bizi Fələstini, Fələstin intifazəsini və Fələstin xalqının qiyamını himayə etdiyimizə görə təhdid etməsinlər. Bu himayə bizim vəzifəmizdir. Biz bunu yerinə yetirəcəyik və heç bir təhdiddən də qorxmayacağıq. İnqilabdan dərhal sonra biz hegemonluğun təhdidlərinə məruz qalmışıq və Allahın lütfü ilə, Allahın güc və qüvvəsi ilə hegemonluq bir iş görə bilməyib. Biz yenə də öz vəzifəmizi yerinə yetirəcəyik.

Mən siz möhtərəm cənablardan və siz əziz qardaşlardan xahiş edirəm ki, bu toplantıya tam ciddi yanaşın və qərar verməyə çalışın. Yalnız toplaşmaq, yalnız oturmaq, danışmaq və durmaq kifayət etmir, qərar verməlisiniz. Qərarla qayıtmalı və o qərarı icraya çıxarmalısınız. O zaman görəcəksiniz ki, keçilməz görünən yollar açılacaq. Müsəlman xalqların iradəsi qarşısında heç bir bağlı yol yoxdur.



Bu gün müsəlman hökumətlər məsuliyyət hiss etməlidirlər. Müsəlman hökumətlərin gücü bir və yekdil olsa, Amerikanın gücündən artıqdır. Amerika bu regiona daha ehtiyaclıdır, nəinki bu region Amerikaya. Hökumətlər bilməlidirlər ki, müsəlman xalqların istəyi onların hamısının Amerika və İsrailin hegemonçu istəyinə yox cavabı vermələridir. Bu, hökumətlərin özünü və İslam ölkələrinin şərəf və izzətini qorumaq üçün ən güvənli addımdır. Amerikanın təhdidindən və tamahlandırmasından və sionist mətbuatının informasiya təzyiqindən qorxmasınlar. Özlərinin dini və milli vəzifələrinin səsinə səs versinlər.

Yüklə 1,24 Mb.

Dostları ilə paylaş:
1   ...   47   48   49   50   51   52   53   54   ...   81




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin