Hacıların siyasi agahlığı yüksəltmək vəzifəsi
Dünyanın dörd tərəfindən Kəbənin təvafı və əzəmətli Peyğəmbərin (s) məqbərəsinin ziyarətinin şövqü ilə buraya toplaşmış müsəlmanlar öz aralarında İslam ümmətinin bir çox böyük dərdlərinin dərmanı olan qardaşlıq bağlarını möhkəmlətmək üçün bu fürsətdən istifadə etməlidirlər. Bu gün aşkar şəkildə görürük ki, İslam dünyasının bədxahlarının əli əvvəllər olduğundan daha çox müsəlmanlar arasında təfriqə yaratmaqla məşğuldur. Halbuki İslam ümməti bu gün birlik və həmrəyliyə keçmişdəkindən daha ehtiyaclıdır. Bu gün düşmənlərin qanlı pəncəsi İslam torpaqlarının hər bir yerində aşkar şəkildə faciə törətməkdədir; Fələstin sionistlərin mənfur hökmranlığı altında günbəgün daha artıq əzab və əziyyətdədir, Əqsa məscidi ciddi təhlükəyə məruz qalır, məzlum Qəzzə əhalisi o bənzərsiz soyqırımdan sonra hələ də ən ağır şəraitdədir.
İşğalçılar bir tərəfdən Fələstin, Livan və digər yerlərdə olan xalq müqavimət hərəkatlarını terrorçu adlandırır və digər tərəfdən bu regionun xalqları arasında vəhşicəsinə dini və milli terrorçuluğu idarə edir və yönəldirlər.
Hacıların Fələstin məsələsinə qarşı vəzifəsi
Allah evinin hacıları və bu il bütün dünyadan Allahın evinə toplaşan qardaş və bacılar çalışıb müsəlmanların problemini irəli sürməklə, onların arasında birlik və həmrəylik yaratmağa çalışmaqla, - bu, müsəlmanların qızıl və güc imperatorluğunun caynağından və beynəlxalq istismarçılıqdan xilası üçün əsas şərtdir - İslamın əsaslı təlimlərini yaymaqla və müasir dövrdə müsəlmanların böyük vəzifələrinə dair fikir mübadiləsi aparmaqla həcci İbrahim və Məhəmməd (s) həccinə çevirsinlər.
Əzəmətli imam və İslamın böyük rəhbəri olan İmam Xomeyni tərəfindən irəli sürülən İsrailin xərçəng vəzisinin məhvi şüarı siyasətbaz sülh tərəfdarlarının istəyinə rəğmən, güclü və möhkəm şəkildə ortaya qoyulmalı və həcdə müsəlmanların ümumi səsinə çevrilməlidir.
Həcdə İslam dünyasının problemləri araşdırılmalıdır. İslamı və müsəlmanların ümumi heysiyyətini qorumağa hazırlıqdan sonra müsəlmanların ən böyük ümumi məsələsi məzlum və mübariz xalqların məsələsidir. Azğınlığın, küfrün və hegemonluğun əli onları məzlum və ən çətin həyat şəraitinə məcbur etmişdir. Məzlum Fələstin xalqı belə xalqlara bariz bir nümunədir. Bu xalq qırx ildir öz yurd-yuvasından qovulmuşdur, yaxud öz vətənində qərib şəkildə yaşayır. Bu, İslam ümmətinin bədəninə vurulan qanlı və ağrılı yaradır; bu yara müstəmləkəçi və İslam əleyhdarı olan hökumətlərin təxribatı və sionistlərin cinayətkar əli ilə qırx il öncə vurulmuş və üzərinə hər gün duz səpilmişdir.
Bu da beynəlxalq təşkilatların və bəzi Avropa ölkələrinin, İngiltərənin və digərlərinin rəftarı! Yaxşı, orada bir qrup müsəlman məzlum olmuşdur və nə vaxt qətliam ediləcəyini gözləyir. Müsəlmanlar bu barədə nə etsinlər? Həcdən başqa bir yol varmı?! Hegemonçu qüvvələri qorxudan amil xalqdır. Dünyanın filan küncündə keçirilən filan konfransda bir neçə ölkənin oturub bir qətnamə qəbul etməsinə əhəmiyyət vermirlər. Yüz qətnamə də qəbul etsələr, nəticəsizdir. Məgər işğalçı sionistlər əleyhinə indiyədək bir neçə qətnamə qəbul olunmayıb?! Yəni heç nə; yəni hava! Qətnamənin faydası yoxdur. Hegemonçu qüvvələri həqiqi mənada qorxudan və durduran amil xalqların fəallığıdır. Bu iş üçün həcdən yaxşı yer varmı?! Bütün İslam ölkələrindən oraya iki milyon müsəlman toplaşır. Onların hər hansı birindən "Sizin Qorajde barəsində fikriniz nədir?" - deyə soruşsan, cavab verəcək ki, Qorajdeyə gedib oranın məzlum müsəlmanlarını müdafiə etmək istəyirəm. Heyf deyil ki, biz bu camaatı əldən verək?! Heyf deyil ki, bu qədər faydalı olan və bu qədər müsəlmanın canını xilas edə bilən belə yaxşı bir toplantı əldən çıxsın?! Bu, həcci siyasiləşdirməkdir?!
Qeyri-müsəlman ölkələrdən gözlənti
Qeyri-müsəlman və əsasən Avropa ölkələrindən gözlənti budur ki, bir xalqın - kişilərin, qocaların, qadınların, yeniyetmələrin, bir neçə aylıq südəmər körpələrin əleyhinə törədilən cinayətlər qarşısında sükut etməsinlər. Nə üçün sükut edirlər? Bu qədər cinayətlə yanaşı o işğalçı dövləti necə himayə edirlər? Məgər insan haqlarının tərəfdarı olduqlarını iddia etmirlər?! Əgər bu söz yalan, hiylə, siyasi oyun və xalqları talamaq üçün bir vasitə deyilsə, bura onun sınaq meydanıdır. Burada insan hüquqları tapdanır; mövqe bildirsinlər, danışsınlar, İsrailin işlərini pisləsinlər və ona təzyiq göstərsinlər. Necə ki, dünyanın filan yerində casusluq cinayətinə görə mühakimə olunan bir neçə yəhudi cinayətkardan ötrü səfərbər olurlar və müdaxilə edib danışmağı öz vəzifələri bilirlər. Halbuki orada cinayətkar cəzalandırılır və qanuni bir iş baş verir, burada isə bir xalq məzlum olur. Müdaxilə etsinlər. Nə üçün müdaxilə etmirlər? Sionistlərin, onlara bağlı kompaniyaların və sionist milyarderlərin təsiri altında olmaq Avropa dövlətləri və digərləri üçün rüsvayçılıqdır. Biz Amerikaya bir söz demirik və ondan bir şey gözləmirik. O nə bir iş görəcək, nə də görə bilər. Çünki Amerikanın hakim heyəti sionistlərin əlindədir.
Fələstin - Avropa dövlətlərinin imtahan yeri
Bu gün avropalılar və qərblilər üçün də böyük bir imtahan günüdür. Onlar bu qədər iddia etdikləri insan hüquqlarını və azadlığı müdafiə barəsində imtahanlarını verməlidirlər. Məzlumiyyətin bu həddində olan bir xalqı necə müdafiə etmək olmaz?! Düzdür, bəzi Avropa dövlətləri bir neçə söz demişlər, amma bunlar kifayət etmir. İslam Konfransı Təşkilatının və İslam ölkələrinin üzərinə vəzifə düşür.
İkinci yol himayələrdir. Bütün dünya bunları himayə etməlidir. Əlbəttə, xalqlar himayə etdilər, Avropada da xalqlar himayə etdilər, yürüşə çıxdılar və müxtəlif yol və üsullarla öz ürəklərinin istəyini göstərdilər. Bu dəstəklər hətta Amerika Birləşmiş Ştatları daxilində də göründü. Bundan sonra da bu işlər davam etdiriləcək. Lakin hökumətlər öz vəzifələrinə əməl etməlidirlər. Hamıdan vacib İslam hökumətləri və xüsusən də ərəb hökumətləridir.
İslam Konfransı Təşkilatının Fələstini müdafiə vəzifəsi
Bu gün vəzifəsinin və varlığının əsas fəlsəfəsinin ümumiyyətlə Fələstini müdafiə və Fələstin məsələsindən ibarət olduğu İslam Konfransı Təşkilatı həqiqətən müqavimət göstərməyə, İslam dünyasını sionistlərin və onların himayədarlarının - Qərbin əksər hegemonçu dövlətləri bəzi ixtilaflarına rəğmən, bu himayədə müştərəkdirlər - bu əziyyətverici hərəkəti qarşısında səfərbər etməyə borcludur.
Dostları ilə paylaş: |