Fələstİn İslam İnqilabının Böyük Rəhbəri həzrət Ayətullah Seyid Əli Xameneinin baxışında



Yüklə 1,24 Mb.
səhifə58/81
tarix30.06.2018
ölçüsü1,24 Mb.
#55352
1   ...   54   55   56   57   58   59   60   61   ...   81

İdmançıların vəzifəsi


Əzizimiz olan bu cənab Araşın işi çox dəyərli olan həmin işlərdən idi; olduqca dəyərli iş idi. O əgər yarışını keçirsəydi və qələbə də çalsaydı, işinin dəyəri bu qədər olmazdı. Düzdür, dünyada bu işin başından vurmağa çalışdılar, amma bacarmadılar. Hamısı əlbir oldular ki, olimpiyanı korladınız, siyasiləşdirdiniz. Onların özləri hər şeydən öz müstəmləkəçi siyasətlərinin xeyrinə bəhrələnir və istifadə edirlər. Amma müsəlman və mömin bir gənc bir dəyəri müdafiə edəndə, məzlum bir xalqı müdafiə edəndə, nərə çəkən güclü bir beynəlxalq quldurla bu dillə və bu yolla vuruşanda onun əleyhinə belə ajiotaj yaradırlar. Əlbəttə ki, qələt edirlər. Onlar görülmüş bir iş qarşısında qaldılar və texniki zərbə aldılar. Bu işlə vuruldular. İndi bundan sonra nə qədər ajiotaj yaratmaq istəyirlər yaratsınlar. O, öz işini gördü.

Dördüncü bölmə: Cinayətlər

Qəddarlıq - fələstinlilərin artan qəzəbinin səbəbkarı


Sionistlərin rəftarı o qədər vəhşicəsinə, insani mürüvvət və mərhəmət meyarlarından uzaqdır ki, Fələstində iş başına gəlmiş bu gənc nəsli təbii şəkildə təngə gətirmişdir; daha taqətləri bitmişdir və dözə bilmirlər. Sionistlər elə bilirlər ki, əgər qəddarlıq etsələr, tank gətirsələr, top atsalar və kimyəvi silahlardan istifadə etsələr, xalqı sakitləşdirəcəklər. Bəli, təzyiqi artırıb bir dövrdə xalqı sakitləşdirmələri mümkündür, lakin boğazlarda düyünlənmiş nifrətləri məhv edə bilməzlər. Onlar məhv ediləsi deyil. Onlar elə gurultu qoparacaqlar ki, bütün sarayları uçacaq. Və bu hərəkətin kökünü kəsə bilməyəcəklər.

Cinayətlərin məqsədi: Sülh müzakirəçilərinə qanunsuz istəklərin qəbul etdirilməsi


Bu xoşagəlməz və çirkin faciə sionist hakimlərin qanunsuz istəklərinin sülh müzakirəçilərinə qəbul etdirilməsi məqsədi ilə həyata keçsə də, qorxmaz Fələstin xalqı bu müzakirələri məhkum edəcək, onları daha da sıxışdıracaq, onun zillətli taleyini dəyişdirəcək. Bu mücahidliklər ilahi yardım vədləri ilə bir gün səmərəyə çatacaq, tutulmuş torpaqlar azad ediləcək və tarac olunmuş sərvətlər əsl sahiblərinə qayıdacaq.

İsrailin misli az olan cinayətləri


Fələstin məsələsində üç qabarıq cəhət var. Bu üç qabarıq cəhət tarixin yadında qalacaq:

Birinci cəhət bu gün siosnitlərin Fələstin xalqına qarşı etdiyi misli az olan zülm və cinayətdir. Bu, tarixdə qalasıdır. Bir gənc bu qədər əzab çəkdikdən və müsibət gördükdən sonra öz canını fəda edir ki, evini işğal edənə bir zərbə vursun; özü də şəhid olur. Onlar gəlib bu gəncin evini, onun ata və anasının evini dağıdırlar, ailəsinə işgəncə və əziyyət verirlər. Tankla düşərgələrə və şəhərlərə girirlər, evlərə hücum edirlər, evləri və tarlaları dağıdırlar, insan öldürürlər. Silahsız fələstinli gənci, uşağı, qocanı və qarını öldürmək indi gündəlik bir iş olub. Bu qəribə haldır. Bu doğrudan da tarixi bir hadisədir. Bu, tarixdə qalacaq.


Beynəlxalq təşkilatların və dövlətlərin sükutu


Üçüncü cəhət beynəlxalq təşkilatların və dövlətlərin sükutudur. Bu hadisələr insan hüquqlarına bu qədər aşiq olan, ürəkləri insan hüquqları üçün bu qədər yanan bu avropalı cənabların gözləri qarşısında baş verir, lakin çox yerdə sükut edirlər, çox yerdə zalım tərəfə kömək edirlər. Doğrudan da təəccüblüdür. Amerika heç, Amerikanın özü cinayətin şərikidir. Amerika hökumətlərinin qolu dirsəyə qədər fələstinlilərin qanına batmışdır. Əgər bir məhkəmə fələstinlilər barəsində hökm çıxarmalı olsa, bu məhkəmənin müttəhimi təkcə Şaron və sionistlər olmayacaq, həm də Amerika, Buş, Buşun dəstəsi və Amerika hökumətləri olacaq. Bunlar da ittihamın birinci sırasındadırlar. Amma onlar heç, söhbət beynəlxalq təşkilatlardan gedir, Birləşmiş Millətlər Təşkilatından gedir, insan hüquqlarından bu qədər dəm vuran, lakin insan hüquqlarını həqiqətən tanımayan və onlara əsla hörmət etməyən Avropa dövlətlərindən gedir. Əlbəttə, bu məsələ digər dövlətlərin də məsələsidir; müsəlman dövlətlərin. Bunların sükutu doğrudan da təəccübləndiricidir.

Fələstin məsələsi - iyirminci əsrin böyük ləkəsi


Əvvəldə deməliyik ki, Fələstin məsələsi bitməkdə olan bu əsrin böyük ləkələrindən biridir. Əlbəttə, bu əsrin rüsvayçılıq ləkələri bunlardan artıqdır: bu əsrdə iki böyük müharibə baş vermişdir. Bu əsrdə dünyada dünənki müstəmləkəçilərin əli ilə nə qədər hökumətlər vücuda gəldi; o cümlədən bizim ölkəmiz. Kobud, qəddar, qeyri-insani, fəsadlı və asılı Pəhləvi hökuməti bu əsrdə vücuda gəldi. Lakin bu əsrdə bizim üçün qarşıya çıxan pisliklər arasında - əlbəttə, bunların yanında bu əsrdə yaxşı işlər də baş vermişdir; indi mövzu bunlar deyil - onların ən çirkinlərindən biri, bəlkə də demək olar ki, ən çirkini Fələstin məsələsi idi. Nə üçün? Çünki bu məsələdə bir xalqı öz ölkəsindən qovdular. Mən xahiş edirəm ki, Fələstin məsələsi ilə çox tanış olmayan gənclər bu sözlər üzərində diqqətlə düşünsünlər. Bir xalqı öz evindən və ölkəsindən qovub onların yerinə dünyanın müxtəlif yerlərindən bir qrup insan gətirdilər. Nə üçün? Çünki dünyanın müxtəlif yerlərindən toplanılan həmin insanlar bir irqdəndirlər: İsrail irqindən, yəhudi irqindən; yəni çirkin irqçi bir hərəkət! Dünyanın harasında və kimin vasitəsi ilə çox kiçik miqyasda belə bir hal baş versəydi, eyib və rüsvayçılıq səbəbi olardı, amma bunu bir ölkə səviyyəsində vücuda gətirdilər. Kim vücuda gətirdi? Əslində İngiltərə və sonra da Amerika.

Qəzzə cinayətləri


Digər tərəfdən tarixi Qəzzə hadisəsində sionist cinayətkarların törətdiyi cinayətlər - mülki əhalinin kütləvi qırğını, müdafiəsiz evləri dağıtmaq, südəmər körpələrin sinəsini deşmək, ibtidai məktəbi və məscidi bombalamaq, fosfor bombaları və digər qadağan olunmuş silahları işlətmək, yeməyin, dərmanın, yanacağın və xalqın digər zəruri ehtiyaclarının yolunu iki ilə yaxın bir müddətdə bağlamaq və digər çoxlu cinayətlər sübut etdi ki, qondarma sionizm dövlətinin başçılarında olan vəhşilik və cinayət hissi Fələstin faciəsinin ilk onillikləri ilə əsla fərqlənməmişdir. Deyr-Yasin, Səbra və Şətila faciələrini yaradan həmin yırtıcılıq və rəhmsizlik xisləti və həmin siyasət bu gün də eynilə dövrün bu tağutlarının zülmət zehninə və qəlbinə hakimdir və əlbəttə, bu gün texnologiyanın inkişafı sayəsində cinayət dairəsi çox genişlənmiş və daha faciəli olmuşdur.

Yüklə 1,24 Mb.

Dostları ilə paylaş:
1   ...   54   55   56   57   58   59   60   61   ...   81




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin