Fələstİn İslam İnqilabının Böyük Rəhbəri həzrət Ayətullah Seyid Əli Xameneinin baxışında


İlahi hidayət - Qəzzə xalqının müqavimət amili



Yüklə 1,24 Mb.
səhifə59/81
tarix30.06.2018
ölçüsü1,24 Mb.
#55352
1   ...   55   56   57   58   59   60   61   62   ...   81

İlahi hidayət - Qəzzə xalqının müqavimət amili


Əgər Fələstin xalqının bu əzəmətli müqaviməti olmasaydı, son illərdə Fələstinin mövqeyinin güclənməsi və müqavimətin inkişafı mümkün olmazdı. Doğrudan da Fələstin xalqı, Qəzzə xalqı tarixdə öz adlarını ən müqavimətli xalq kimi əbədiləşdirdilər.

İntifazələrin başlandığı və həqiqi müqavimətin formalaşdığı son bir neçə il ərzində Fələstin xalqının gördüyü iş möhtəşəm olmuşdur. Bu, ilahi hidayətdən və Allahın yardımından başqa bir şey deyil. İnsan Qəzzədə bu qədər müsibəti, bu qədər acılığı, bu qədət təzyiqi - istər müharibənin olduğu iyirmi iki gün ərzində, istərsə də ondan sonra bu günə qədər xalqın bir-birinin ardınca gələn fəlakətlərlə üzləşdiyini görür, amma bu xalq dağ kimi dayanmışdır. Bu çox əzəmətli bir həqiqətdir. Bunu görməzdən gəlmək olmaz.


Qəzzənin yenidən qurulması - Fələstinin ən təcili məsələlərindən biri


İndi Qəzzənin yenidən qurulması məsələsi Fələstinin ən təcili işlərindən biridir. Fələstinlilərin böyük əksəriyyəti tərəfindən seçilən və sionizm rejimini nakam qoymaqda müqavimət qəhrəmanlığı Fələstinin son yüzillik tarixində ən parlaq nöqtə olan Həmas hökuməti yenidənqurmaya dair bütün fəaliyyətlərin mərkəzi olmalıdır. Yaxşı olar ki, misirli qardaşlar yardım yolunu açıb müsəlman ölkələrin və xalqların bu mühüm məsələ qarşısındakı vəzifələrinə əməl etmələrinə imkan yaratsınlar.

Hizbullaha məğlub olmanın intiqamı: Fələstinə hücum və təfriqə yaratmaq


(İsrailin otuz üç günlük müharibədə Hizbullahın qələbəsindən sonra) gördüyü işlərdən biri Fələstin məsələləridir. Fələstində baş verənlər bir qədər də İsrailin Livan hadisəsində rüsvayçılığını düzəltməkdən ötrüdür. Bu təzyiqlərin mühüm bir hissəsi - Fələstində xalqın bu gündəlik qırğını, istər şərq sahillərdə, istər Qəzzədə müxtəlif bölgələrə bu hücum o rüsvayçılığı düzəltməyə görədir. Onlar Həmas hökumətini devirmək istəyirlər. Mənim burada fələstinli qardaşların diqqətini yönəltmək istədiyim və ərəbcə çıxışda da qeyd olunan məqam budur ki, biz, Fələstin xalqı və bütün müsəlman xalqlar diqqətli olmalıyıq ki, "işğalçı əleyhinə xalq" reallığını "xalq əleyhinə xalq"a çevirməsinlər. Düşmən buna çalışır: fələstinlilər qarşısında fələstinlilər, İraqda da iraqlılar qarşısında iraqlılar. Hamı bundan ehtiyatlı olmalıdır. Bu gün birlik Fələstin xalqının ən mühüm ehtiyacıdır; dünyanın digər bölgələri kimi.

İsrailin cinayəti və diktatorluğu


Xarici sahədə bizim ən mühüm məsələmiz Fələstindir. Fələstin məsələsi təkcə bir xalqın məsələsi deyil, beynəlxalq diktatura hakimiyyəti və güc hakimiyyəti məsələsidir. Siz görün bu gün Fələstin ərazilərində nə baş verir. Bu gün biz Fələstində ən qanlı hadisələrin şahidi oluruq. İşğalçı və qondarma İsrail dövləti özünün hərbi qüvvəsi ilə, tank, təyyarə, özünün rəhmsizlik alovu və zülmü ilə Fələstin şəhərlərini mühasirəyə almışdır. Bir-bir bu şəhərlərə daxil olur, xalqı qətliam edir, evləri uçurur; bir gün Ramallah, bir gün Nablos, bir gün Cənin, bu gün də əl-Xəlil və digər şəhərlər. Bu şəhərlərdə vücuda gələn faciələr vəsfəgəlməzdir; hərbi qüvvə bir şəhərə daxil olub qadını, kişini və uşağı tutur, öldürür, yaxud yaralayır. Bu gün bu şəhərlərdə on min yaralı və minlərlə şəhid vardır. Minlərlə gənci evlərindən oğurlayıb naməlum yerlərə aparmışlar və saysız-hesabsız evləri uçurmuşlar. Eşitdim ki, Cənin şəhərində evlərin yetmiş faizi dağıdılmışdır. Tanklar gəlib bir şəhərin yetmiş faiz evlərini dağıdırlar. Bu cinayətlər bəşəriyyətin gözü qarşısında baş verir.

Bu işlərin mənası nədir? Bu işlərin mənası odur ki, heç bir bəşəri, insani, dini və ilahi qanunu saymayan zalım bir dövlət tamahlara və özünün bir neç onillik zülmünü davam etdirməyə görə bu faciələri törədir. Amerika kimi bir dövlət də tam və yüzfaizli şəkildə onu himayə edir, bütün insan hüquqları şüarlarını, xalqları, demokratiyanı, azadlığı və hər bir şeyi müdafiə şüarlarını unudur. Dünyanın vicdanı hərəkətə gəldi, amma Amerikanın və Ağ evin başçılarının vicdanı azca da tərpənmədi.


Cinayətlərdə İsrailin məqsədi


Bunlar dünya üçün iki şey müəyyən etmək istəyirlər: biri budur ki, bu xərçəng vəzisi nəyin bahasına olursa olsun, qalmalıdır; ikincisi isə, dünyaya demək və başa salmaq istəyirlər ki, siz bu gün hegemonluqla üz-üzəsiniz. Biz hegemonluq etmək istəyirik, kim nə demək istəyirsə, desin. Yəni dünya xalqını qane etmək istəyirlər ki, Amerikanın süngü və hərbi gücü qarşısında heç bir söz və heç bir hərəkət heç bir işə qadir deyil.

Əlbəttə, indiyədək məğlub olmuşlar və bütün bu qüdrətli çıxışlara rəğmən, öz məqsədlərinə çatmamışlar. Nə üçün? Çünki Fələstin təslim olmamışdır. Onlar təzyiqlə, qırğınla, rəhmsizliklə və bütün insani əlamətləri tapdamaqla Fələstin xalqını təslimə vadar etmək, bu xalqın qolubağlı şəkildə onların boyunduruğu altına girməsini və özünün haqlı istəklərindən əl çəkməsini istəyirlər. Amma indiyədək bacarmayıblar. Amerika və İsrailin təsəvvürünün əksinə olaraq, təsirli olan bu güc və zorakılıq deyil, insanların bütün məsələlərdə son sözü deyən iradə və imanlarının qüvvəsidir. Bu məsələdə də belə olacaq.


Fələstin cinayəti - bənzəri az olan insani faciə


Bu gün Fələstin ölkəsinin fələstinlilər yaşayan torpaqlarında baş verən hadisə misli az olan bir insani faciədir. Fələstin tarixi boyunca da biz bunun belə şiddətli, belə qəddar və belə daşürəkli bənzərini görməmişik. Fələstində baş verən cinayətlər həqiqətən dəhşətlidir. Qondarma sionizm dövləti hərbi imkanlarla, tankla, əsgərlə - eşitmişəm ki, təxminən otuz min qüvvə və yüzlərlə tank yeritmişlər - şəhərlərə və xiyabanlara girir və faciə törədirlər. Ramallah, Nablos, Qəzzə, Xan Yunis, Beytülləhm, Rəfəh şəhərləri və fələstinlilər yaşayan digər bölgələr bu müsibətə düçar olmuşlar. Elə bir iş görürlər ki, biz özümüzə yaxın dövrlərdə bu işin belə şiddətli və qəddarlı bənzərini heç bir yerdə görməmişik; istər bu şəhərlərdə, istər düşərgələrdə evləri dağıdırlar, tank və buldozerlə fələstinlilərin kiçik evlərinin canına düşürlər, ailələri didərgin salırlar. Qarşılarına çıxan kişi və qadını öldürür və heç nədən çəkinmirlər. Eşitmişəm ki, on üç yaşdan əlli yaşa qədər gəncləri və kişiləri tuturlar. Bu ailələrin kişilərinin çoxunu, xüsusən də gənc və yeniyetmələri tutub yeri bəlli olmayan bölgələrə aparmışlar. Bu dustaqxanaların daxilindən bayıra sızan və dünya mətbuatında dərc olunan xəbərlər göstərir ki, bunlara işgəncə də verirlər, hətta bu zindanların içində də qollarını bağlayırlar. Beytülləhmdə məscid və kilsələrə hücum edir, yaralılara təcili tibbi yardım, ərzaq və dərman çatdırmağa mane olurlar. Söylənilənlərə əsasən, hətta təcili yardım maşınlarını da atəşə tuturlar və bu hadisələrin yaralılarının çoxu qanaxma və dərmansızlıq səbəbindən həlak olub şəhadətə qovuşmuşlar. Hətta xəstəxanalara və apteklərə də hücum edirlər. Qida məhsullarının olduğu mərkəzləri və mağazaları qarət edirlər. Ramallahda və bəzi şəhərlərdə əhali öz evlərindən bayıra çıxmağa cürət etmir. Qadınlar, uşaqlar, didərgin düşmüş bu ailələr və evləri söküldüyündən qohumlarının və digərlərinin evinə getməyə məcbur olanlar Allah bilir ki, hansı müsibət və çətinlikdə yaşayırlar. Bu şəhərlərin bəzilərində suyu və elektrik enerjisini kəsiblər. Həyasızlığı elə bir həddə çatdırıblar ki, Ramallah şəhərində muxtar hökumətinin rəisinin iqamətgahına hücum edib, oranı da tutmuşlar; yəni özlərinin rəsmən tanıdıqları, müqavilə bağladıqları və imza etdikləri hökuməti. Qısası, qəribə vəziyyət yaratmış və dünyanın səsini çıxartmışlar.

Yüklə 1,24 Mb.

Dostları ilə paylaş:
1   ...   55   56   57   58   59   60   61   62   ...   81




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin