Fələstİn İslam İnqilabının Böyük Rəhbəri həzrət Ayətullah Seyid Əli Xameneinin baxışında


Əl-Xəlil məscidində cinayət və beynəlxalq orqanların səhlənkarlığı



Yüklə 1,24 Mb.
səhifə61/81
tarix30.06.2018
ölçüsü1,24 Mb.
#55352
1   ...   57   58   59   60   61   62   63   64   ...   81

Əl-Xəlil məscidində cinayət və beynəlxalq orqanların səhlənkarlığı


İkinci hadisə İbrahim hərəminin qanlı faciəsidir. Bu macərada İsrail kəskin şəkildə məhkum edilməli idi. O mühakimə edilməli və cəzasını çəkməyə məcbur edilməli idi. Bu işləri Birləşmiş Millətlər Təşkilatı görməli idi, amma görmədi. Təhlükəsizlik Şurası da bu hadisədə öz vəzifəsinə əsla əməl etməmişdir.

Səbəbi nədə görürük? Böyük qüdrətlərin və ilk növbədə Amerikanın Təhlükəsizlik Şurasına və baş katibin özünə təsirində. Bu, İslam Respublikası quruluşunun və İran xalqının fikridir. Bizim heç kimlə xüsusi düşmənliyimiz yoxdur. Biz beynəlxalq rəsmilərə məqam və mövqelərinə görə hörmət edirik. Birləşmiş Millətlər Təşkilatının qabaqkı baş katibi dəfələrlə İrana gəldi. O zaman prezident, parlamentin sədri və Xarici İşlər Nazirliyinin məsul şəxsləri ona hörmət etdilər. Əgər baş katib öz vəzifələrinə əməl etsə, biz ona hörmət edərik. Amma bizim və İran xalqının fikrinə görə Birləşmiş Millətlər Təşkilatının indiki baş katibi öz vəzifəsinə əməl etməmişdir. Birləşmiş Millət Təşkilatının dırnaqarası İnsan Hüquqları Komitəsinin etdiyi bu son çirkin hərəkət və rüsvayçılıqla İslam Respublikasını ittiham etməsi bu qəbildəndir. Gözlərinin önündə israillilər yüzlərlə namaz qılan müsəlmanı qana boyayır, yetmiş nəfərdən artıq insan öldürür, amma onları məhkum etmirlər.


Müsəlman hökumətlərin və xalqların əl-Xəlil cinayətlərinə dair vəzifəsi


Müsəlman hökumətlərin və xalqların üzərinə də böyük məsuliyyət düşür. Müsəlman hökumətlərin bacardığı ən az iş budur ki, qatilləri və onların sionist ordusundakı həmkarlarını şəriət qisasının icrası üçün müsəlman fələstinlilərə təhvil verilməsini və o ordunun komandanlarının işdən çıxarılmasını tələb etsinlər. Əlbəttə, yeganə son çarə işğalçı sionistlərdən əl çəkib Fələstini hər hansı bir məzhəbdən və hər hansı bir xalqdan olan fələstinlilərə təhvil verməkdir? Mən məzlum Fələstin xalqına, xüsusən də bu hadisənin şəhidlərinin yaxınlarına başsağlığı verir və Allah-Taaladan ölənlərə bağış, oruc yaralılara şəfa, müsəlmanların halının islahını, Fələstin məsələsinin ədalətli həllini diləyirəm və hamıdan istəyirəm ki, bu məsələni özlərinin bütün gücləri ilə izləsinlər.

Fələstin xalqına qarşı zülm və cinayət


Ümümdünya Qüds Günü məzlum Fələstin xalqını dəstəkləməkdən və müdafiə etməkdən ibarət olan ciddi vəzifəni növbəti dəfə və həmişəkindən artıq təkidlə dünyanın qeyrətli müsəlmanlarına xatırladır. İndi Avropada xalqlar İkinci Dünya Müharibəsindən irəli gələn əsarətli razılaşmaları pozduğu və özlərinin bugünkü milli iradəsini və hakimiyyət haqqını dünənki qalib qüvvələrin istəyindən öndə saydığı halda, Fələstin xalqı günbəgün işğalçılar və həm də onların rəsmi və qeyri-rəsmi himayədarları tərəfindən daha artıq təzyiqə, zülmə və təcavüzə məruz qalır. Mübarək ramazan ayının bu günlərində Fələstinin oruc əhalisi öz evində işğalçı düşmən tərəfindən müxtəlif çətinliklər çəkirlər. İşğal olunmuş ərazidə xiyabanlar fələstinli gənclərin qanına boyanıb, zindanlar onlarla dolmuşdur və Qərb dövlətləri - demokratiya və insan hüquqlarının bu yalançı iddiaçıları nəinki ən az etiraz belə etmirlər, hətta bəzən təcavüzkar işğalçını himayə edir və həvəsləndirirlər də.

Çox əhəmiyyətli və dəhşətli olan son hadisə - yəni Sovet yəhudilərinin Fələstinə kütləvi və ardıcıl köçürülməsi Fələstin məsələsinə yeni cəhətlər verir, Amerika və SSRİ-nin gizli razılaşmalarında bu məsələnin əhəmiyyətini göstərir.


Əqsa məscidində namaz qılanlara hücum cinayəti


Fələstini işğal edən cinayətkar rejim növbəti dəfə öz rəhmsizliyinə və heyvanlığına müqəddəslərə təcavüzlə, Əqsa məscidinin pak mühitini bulaşdırmaqla və müsəlmanları öldürməklə başladı; namaz qılanları qana boyadı, azyaşlı övladı atanın qucağında, qolları üzərində atəşə tutdu və şəhid etdi; əlliillik vəhşilik və quldurluq səhnələrini yenidən təkrarladı. Onun xam xəyalı azadlıq cihadı şöləsini, haqlı və yorulmaz mübarizələr şöləsini söndürmək, rüsvayçı sülh prosesini intensivləşdirmək, sazişçiləri özünün məqsəd və tamahlarına daha artıq məcbur etməkdir. Lakin keçmişdə olduğu kimi, bu dəfə də bu dəhşətli cinayətdən faydalanmayacaq, onun mənfur planları və şeytani xəyalları puça çıxacaq.

Bu antibəşəri və ədavətli quldurluğun ardınca təlatümlü etiraz dalğaları Fələstin xalqını, müsəlmanları və mübarizləri əhatə etmiş, İslam ölkələrinin hər bir yerində xalq və tələbələr nümayişlər keçirmiş, intifazə yenidən canlanmış və İslam cihadının yolu daha qələbəlik olmuşdur. Bu gün ayıq-sayıq müsəlmanlar geniş və izdihamlı nümayişlərdə haqlı şüarlar verib İslam ölkələrinin məsul şəxslərindən istəyirlər ki, cihad yolunu açsınlar, müsəlmanların yeganə çıxış yolu kimi bu mühüm vəzifəyə əməl etməsinə, işğalçıları işğal olunmuş torpaqlardan qovmasına icazə versinlər və fələstinlilər öz torpaqlarına və evlərinə qayıtsınlar.

Bu gün işğalçı hakimlərin məhkum edilməsi dalğası daha da genişlənmiş, sülh prosesi rövnəqdən düşmüşdür; onun nəticəsiz olması hər gün hamıya daha da aydınlaşır.

Fələstinlilərin öz evlərində təhqir olunması


Bu gün İslam dünyasında böyük problemlər mövcuddur. Bütün dünya müsəlmanları məsuliyyət daşıyırlar. Bütün İslam dünyasında hökumətlər, alimlər, ziyalılar, universitet mənsubları, sənət adamları və bütün nüfuzlu şəxslər daha artıq məsuliyyət daşıyırlar. Bu gün bəzi böyük dövlətlər beynəlxalq quldur kimi öz hədlərini aşır, öz siyasətlərini icra etmək üçün heç bir zorakılıqdan çəkinmirlər. Azad yaşamaq və istismarçıların əlini öz milli maraqlarının geniş süfrəsindən kəsmək istəyən xalqların əleyhinə hərbi, siyasi və informasiya təzyiqi göstərirlər. Bu gün Fələstin faciəsi çirkinliyin və dəhşətin zirvəsindədir. Bu gün məzlum Fələstin xalqı heç bir cinayət törətmədən, yalnız öz evində və vətənində azad yaşamaq və təhqir olunmamaq istədiyinə görə terrorçu adlandırılır. Bu, böyük tarixi zülmlərdən biridir. Fələstin xalqı öz evində işğalçıları müşahidə edir; onun həyatı talanmışdır, evi ondan alınmışdır, sərvət qaynaqları düşmənlərinin ixtiyarındadır. Bunlardan əlavə, öz evində, şəhərində və yurdunda onu təhqir edirlər. Əgər Fələstində müsəlman gənc cümə namazına getmək istəsə, onu başdan-ayağa yoxlayırlar, təhqir edirlər, ona hörmətsizlik göstərirlər və cümə namazına getməyə qoymurlar. Əgər xiyabanda müsəlman bir gəncdən, kişidən və qadından azca şübhələnsələr, onu evində təhqir edirlər. Əgər bir söz desələr, yaxud bir tərəfdən onların qəzəb şöləsi ucalsa, heç bir maneəsiz döyüş sursatlarını küçə və xiyabanlara gətirir və tankla evlərini dağıdırlar.


Yüklə 1,24 Mb.

Dostları ilə paylaş:
1   ...   57   58   59   60   61   62   63   64   ...   81




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin