Fələstİn İslam İnqilabının Böyük Rəhbəri həzrət Ayətullah Seyid Əli Xameneinin baxışında


İsrailin cinayəti və Qəzzədə Fələstin xalqının fədakar müqaviməti



Yüklə 1,24 Mb.
səhifə63/81
tarix30.06.2018
ölçüsü1,24 Mb.
#55352
1   ...   59   60   61   62   63   64   65   66   ...   81

İsrailin cinayəti və Qəzzədə Fələstin xalqının fədakar müqaviməti


Ötən il dünyanın və regionun mühüm məsələlərindən biri də sionizm rejiminin Qəzzəyə qarşı bütün dünyanın diqqətini cəlb edən hücumu idi. Bəziləri məsələyə İslam müqavimətinə və Fələstin məsələsinə qarşı köhnədən qalmış ədavətli və kinli baxışla yanaşdılar. Əsasən bir çox Qərb ölkələrinin siyasətçiləri bu qəbildən idilər. Bəziləri də məzlum Fələstin xalqına və Qəzzə əhalisinə tərəfdarlıq baxışı ilə məsələyə baxdılar. Lakin bu namərdcəsinə və zalım hücumun ardınca gələn nəticələr bütün dünya üçün heyrətləndirici idi. Müdafiəsiz Qəzzə əhalisi iyirmi iki gün müqavimət göstərdi və sionizm rejimi iyirmi iki gün bütün qüvvəsi ilə bu xalqa hücum etdi. Amma bu hadisənin sonu sionizm rejiminin uğursuzluğu ilə nəticələndi. Bu, dünya xalqı üçün zalım və hegemonçuların hegemonçuluğu və zülmü qarşısında xalqların müqavimət imkanına dair çox əhəmiyyətli bir təcrübədir.

Qəzzənin mühasirə olunmasında Hüsni Mübarəkin günahı


Misir xalqı ölkələrinin başında duran şəxsin İsrailin nümayəndəsi kimi ən çirkin işləri və cinayətləri törətdiyini müşahidə edirdiər. Qəzzənin blokadaya alınmasında Hüsni Mübarək İsraillə həmkarlıq etməsəydi, İsrail Qəzzəni bu şəkildə təzyiq altında saxlayıb o cinayətləri törədə bilməzdi. Hüsni Mübarək meydana atıldı, kömək etdi, Qəzzənin Misirə giriş və çıxış yolunu bağladı. Sonra xəbər aldılar ki, Qəzzə əhalisi yerin altından kanal çəkib yeraltı hərəkət edirlər. Məzlum Qəzzə əhalisinin daha bu işi görə bilməməsi üçün otuz metr hündürlüyündə polad divarlar düzəldib yerə vurdular ki, bu kanalların yolunu bağlasınlar. Bu işləri Hüsni Mübarək gördü. Bəli, Misir xalqı bunu görür. Odur ki, xalqın qüruru yaralandı. Bunun oxşarı digər ölkələrdə də mövcuddur.

Qəzzə hadisəsində Hüsni Mübarək israillilərə kömək etməsəydi, Qəzzəni blokadaya sala bilməzdilər. Fələstinlilər Qəzzədə blokadada idilər. İndi dörd ildir blokadadadırlar. İyirmi iki günlük müharibədə bu xalqın kişisi, qadını və uşağı İsrailin atəşi ilə yandı, məhv oldu, evləri dağıdıldı, amma yardım karvanlarının bu xalqa kömək etməsinə qoymadılar. Misirin özündən yox, digər ölkələr də Misirdən keçmək istəyirdilər, bizim xalqımız gedib bunlara kömək etmək istəyirdi, amma Hüsni Mübarək qoymadı. Misirə belə bir vəziyyət hakim idi. Bəli, bu, xalqı təngə gətirdi. Misir xalqı Misirin indiki rejiminin İsraili müdafiə etdiyinə görə, Amerikaya mütləq itaətinə görə rəzillik hiss edirlər, təhqir hiss edirlər. Hərəkətin əsas amili budur. Bunlar müsəlman insanlardırlar.

Misirin vassal quruluşunun vəziyyəti elə bir həddə çatdı ki, Misir xalqı tarixdə ilk dəfə Qəzzədəki qardaşlarına qarşı müharibədə hökumətlərinin İsrail cəbhəsində dayandığını gördülər. Gördülər ki, o nəinki kömək etmir, hətta düşmən cəbhəsində çox fəaldır. Tarix heç zaman unutmayacaq ki, Hüsni Mübarək Qəzzə xalqının qorxunc blokadasında, Qəzzənin qadın, kişi və uşaqlarının iyirmi iki günlük qırğınında İsrail və Amerikanın həmkarı, şəriki və güvəndiyi şəxs oldu. Misir xalqı o günlərdə nə çəkdi! Televiziya Misir xalqının güclü hisslərindən səhnələr göstərdi. Onlar öz vəziyyətlərindən və öz fələstinli qardaşlarına kömək etməyə icazələrinin olmamasından danışırdılar. Müsəlman Misir xalqı daha nə qədər dözə bilərdi?! Bu gün Qahirədə və Misirin digər şəhərlərində müşahidə olunan vəziyyət uzun illər qeyri-müsəlman, xain və asılı rejimin öz rəftarı ilə Misirin azad kişilərinin və qadınlarının qəlbində qalaqladığı nifrətlərin fəvvarəsi və müqəddəs qəzəbin partlayışıdır.

İslam dünyasının ikinci dərəcəli məsələlərlə məşğul olmasının sayəsində Fələstində törədilən faciələr


İslam dünyasının başını qatmağa çalışırlar. Bu gün bu Fələstin hadisələri İslam dünyasının ikinci dərəcəli məsələlərlə məşğul olmasının sayəsində baş verir. Bu gün Fələstində həqiqətən faciələr vaş verir, Qəzzədə faciələr baş verir, qərb sahillərində faciələr baş verir. İbrahim hərəmi hadisələrinə əhəmiyyətsiz yanaşmaq olmaz. Bunlar çox mühümdür. Namaz qılmağa görə müsəlmanları mərkəzlərindən və evlərindən qovub, buraxmırlar. İslam abidələrindən İslamı silmək çox təhlükəli işlərdən biridir. Bu, dünya müsəlmanlarının gözü qarşısında baş verir. Hamı ikinci dərəcəli və xırda işlərlə məşğul olduğundan İslam dünyasında nə baş verdiyini anlamırlar. İslam dünyası əleyhinə təxribat budur.

Azadlıq karvanına hücum cinayəti və Qərbin müdafiəsi


Sionizm rejiminin yardım və humanist dəniz karvanına cinayətkar və rəhmsiz hücumu o quldur və xəbis hökumətin öz mənfur həyatının yeddinci onilliyini bürüyən böyük cinayətlər silsiləsinin başqa bir halqasıdır. Bu, müsəlmanların onillərdir bu regionda, xüsusən də məzlum Fələstin torpaqlarında əlbəyaxa olduqları həyasız və rəhmsiz rəftarından bir nümunədir. Bu dəfə bu karvan İslam, yaxud ərəb karvanı deyildi, bütün dünyanın ümumi rəyinin və bəşəri vicdanların nümayəndəsi idi. Bu cinayətkar hücum hamı üçün sübut etməlidir ki, sionizm faşizmin yeni və daha qəddar formasıdır və bu dəfə azadlıq və insan hüquqlarını iddia edən dövlətlər, hamısından da çox Amerika Birləşmiş Ştatları tərəfindən müdafiə olunur və yardım alır.

Bu instinktiv caniləri siyasi, media, hərbi və iqtisadi cəhətdən himayə edib həmişə onların törətdikləri faciələrin arxasında dayanan Amerika, İngiltərə, Fransa və digər Avropa ölkələri ciddi şəkildə cavab verməlidirlər. Bütün dünyada olan vicdanlı şəxslər ciddi şəkildə düşünməlidirlər ki, bu gün bəşəriyyət həssas Orta Şərq regionunda təhlükəli bir fenomenlə üz-üzə qalmışdır. Necə qaniçən, həyasız və dəli bir rejim bu gün işğal olunmuş Fələstin ölkəsinə və onun məzlum və müsibət görmüş xalqına hökm edir! Qəzzədə bir milyon yarım qadının, kişinin və uşağın ərzaq, dərman və həyat blokadası nə deməkdir? Qəzzədə və qərb sahillərində gənclərin gündəlik qətli, həbsi və işgəncəsi necə başadüşüləndir?


Beşinci bölmə: Çıxış yolları

Birinci fəsil: Səhv çıxış yolu


Fələstin son əlli ildə dünyanın və Orta Şərqin mühüm məsələsi olmuşdur. Bu mühüm məsələnin və bu dolaşıq problemin həlli üçün iki yol təklif olunur: bir səhv yol və bir düzgün yol.

Səhv çıxış yolu budur ki, nə insani dəyərlərə boyun əyən, nə beynəlxalq qanunlara və beynəlxalq təşkilatların qətnamələrinə tabe olan işğalçı ilə müzakirə aparıb razılığa gəlsinlər. Bu həll yolu səhv həll yoludur. Bu hər hansı bir formada görünsə, səhvdir. İsrail özünün heç bir imzasına sadiq olmadığını göstərmişdir; əgər razılaşsalar da, imzalasalar da, əməl etməyəcək. Buna ən böyük və ən güclü dəlil də Ramallahın bugünkü vəziyyətidir. Bəli, özləri oturub Osloda imzaladılar. Muxtar hökuməti rəsmən tanıdılar. İndi buyurun, bu, muxtar hökumətlə və müzakirə tərəfi ilə - yəni Yasir Ərəfatla etdikləri rəftardır. Bunlar öz imzalarına sadiq qalmırlar. Qarşı tərəfin bunlara verdiyi hər bir imzanın üstünə ayaqlarını qoyur və bir addım irəliləyirlər. Xislətləri belədir. Bu həll yolu düzgün həll yolu deyil. Əlbəttə, bu sözdə mənim müraciətim nəyin bahasına olursa olsun bu xərçəng vəzisini qorumaq istəyən şəxslərə deyil. Onlar bu sözü qəbul etmirlər, biz bunu bilirik. Mənim sözüm ərəb hökumətlərinə, İslam hökumətlərinə, müsəlman xalqlara və dünyanın hər bir yerində olan ayıq vicdanlaradır. Mən onlarla danışıram. Təcavüzkarın ağzına yem atıb onu daha da kökəldən və sonrakı addıma qadir edən bu həll yolu - həll yolu deyil. Bu, Fələstinin əlliillik təcrübəsidir. Birləşmiş Millətlər Təşkilatında qətnamə qəbul edildi. Sionistlərin müdafiəçisi olan Amerika da formal olaraq o qətnamələri imzalasa da, bu işğalçı bu qətnamələrə əməl etməyib. Heç kim də deməyib ki, gözünün üstə qaşın var. İnsan belə bir hökumətlə və belə bir tərəflə necə müzakirə aparsın? Bu həll yolu səhv həll yoludur. Bu, düzgün deyil.



Yüklə 1,24 Mb.

Dostları ilə paylaş:
1   ...   59   60   61   62   63   64   65   66   ...   81




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin