Fələstİn İslam İnqilabının Böyük Rəhbəri həzrət Ayətullah Seyid Əli Xameneinin baxışında


Ədalətli həll yolu və qeyri-ədalətli mübarizə?!



Yüklə 1,24 Mb.
səhifə65/81
tarix30.06.2018
ölçüsü1,24 Mb.
#55352
1   ...   61   62   63   64   65   66   67   68   ...   81

Ədalətli həll yolu və qeyri-ədalətli mübarizə?!


Fələstinə ürək yandıranlar insani haqlarından məhrum olmuş yüz minlərlə və milyonlarla insana ürək yandırırlar. Fələstin vətənindəki işğalçı sionizm dövlətinə qarşı çıxan şəxslər bəşəriyyətə, müsibət görmüş analara və mömin gənclərə ürək yandırırlar; "Evimizi bizim özümüzə verin! Bizim vətənimizi bizdən almayın! Evimizin daxilində bizə bu qədər zülm etməyin!" – deyən insanlara ürək yandırırlar. Bu söz səhvdir?! Bu söz hegemonluq və kobudluqdur?! Əgər kimsə bu dünyada özünün milliyyət haqqının bərpası üçün mübarizə aparsa, qeyri-ədalətli mübarizə aparmışdır?! Biz bu gün "fələstin məsələsində ədalətli həll yolu tapmaq isətyirik" deyən şəxslərdən soruşuruq ki, bu həll yolu nədir? Fələstin kimə məxsusdur? Məgər fələstinliyə məxsus deyil?!

Siz ad dəyişməklə bir xalqı ən ilkin hüququndan - yəni öz torpağına malik olmaq hüququndan məhrum edə bilərsiniz?! Təbliğatla İsrail adlı yalançı bir milliyyət vücuda gətirə bilərsiniz?! Belə bir şey məqbuldur?! Belə bir iş insafa uyğundur?! Belə bir iş ədalətlidir?! Məsələ bu deyil. Məsələ odur ki, hegemonçu dünya İslamı əzmək, İslam xalqlarını təzyiq altda saxlamaq və İslamın hərəkətinə mane olmaq üçün İslam dünyasının coğrafi ürəyi olan Fələstin torpağına ehtiyaclıdır.

İsrail dövləti bu nöqtədə imperializmin maraqlarını təmin etmək üçün onun canişinidir. Əsas məsələ budur. Sağlam və qərəzsiz insanlar imperializmin Fələstinə qarşı yalançı və xəbis təbliğatına aldanmağa hazırdırlar. Bu gün hegemonçu düşərgə Fələstin xalqının və İslam xalqlarının böyük haqqını tapdamaq üçün ayağa qalxmışdır. İslam xalqlarının oturub müsəlman bir xalqın haqqının və öz hüquqlarının tapdanmasına tamaşa etmələrinə haqları var?!

Fələstin məsələsinin həll yolu aydın həll yoludur. Gedib düşmənlə - yəni işğalın səbəbkarı ilə müzakirə aparmağa aldanan şəxslər özlərini aldadırlar. Onlar xalqları aldatmaq istəyirlər, amma xalqlar aldanmırlar. Fələstin məsələsinin həlli yolu bu deyil ki, gedib Fələstini işğal edən İsraillə otursunlar və danışsınlar.


Qeyrətli Fələstin gəncləri ölmüşlər?!


Qeyrətli Fələstin gəncləri ölmüşlərmi?! Fələstinə qonşu olan İslam ölkələrinin və digər İslam ölkələrinin gəncləri ölmüşlərmi düşmənlər İslam dünyasının ən böyük məsələsini bu şəkildə rahatlıqla öz xeyirlərinə və İslam ümmətinin ziyanına həll etmək istəsinlər?! Bu gün İslam dünyasında mövcud olan bu sükut nədir? Bir neçə il öncəyə qədər məgər İslam dünyasında kimsə işğalçı İsrail dövləti ilə söhbət sözünü dilinə gətirə bilərdi?! Bir xain - o misirli tağut cürət etdi, addım atdı və qısa müddətdən sonra öz əməlinin cəzasını da gördü.

Bu gün məsələni sadə bir məsələ formasında irəli sürürlər. Məsələnin o tərəfi Amerikadır. Deyir ki, gəlin sionistlərlə - bu oğrularla, bu qatillərlə, qırx ildir Fələstin xalqına işgəncə verən, bütün İslam dünyasını zəhərləyən, xəyanət edən, arxadan xəncər vuran, İslam dünyasının bütün, yaxud əksər problemlərinin səbəbkarı olan şəxslərlə oturub müzakirə aparın, Beytülmüqəddəsin, Fələstin və Cəvəlan torpaqlarının sionsitlərə məxsus olduğunu imzalayın.


Döyüş meydanında məğlubiyyətdən sonra fələstinli tərəfi müzakirəyə çəkmək hiyləsi


Çox güman ki, sionizm rejiminin və onun cinayətinin şəriki olan Amerikanın son bir neçə aydakı əməliyyatda uğursuzluğu onları bu bataqlıqdan xilas olmaq üçün yeni hiylə irəli sürməyə vadar edəcək. Fələstinli tərəfi müzakirə stolu arxasına çəkmək hiyləsinin Fələstinə yeganə təsiri fələstinli mübarizlərin sıralarında ixtilaf yaratmaq və intifazə şöləsini söndürmək olacaq. Bu hiylənin qarşısında təlsim olmaq lazım deyil. İşğalçı rejim sübut etmişdir ki, heç bir qərara boyun əymir, heç bir haqlı məntiq onu qane etmir, hegemonluqdan və ekspansiyadan başqa heç bir məntiqə inanmır. Şübhəsiz, mömin və doğruçu mübarizlər və Fələstin məsələsinə inamı olan hökumətlər bu hiyləyə aldanmayacaqlar.

Muxtar təşkilatın xəyanəti: Fələstinin dörd faizinə hakim olmaq bahasına Fələstini unutdurmaq


Bu günün özündə siz baxın, görün Fələstin xalqı adlı bir şeyin ümumiyyətlə unutdurulmasına necə çalışırlar. Sanki Fələstin adlı heç bir torpaq və bu torpağın sahibi olan heç bir xalq mövcud olmamışdır. İşə belə hazırlıq gördülər və insan çox təəccüblə, təəssüflə və heyrətlə görür ki, bəziləri də təslim olurlar. Bu gün dünyada təslim olan o toplum üçün belə zalım, qəribə və axmaqcasına məsələyə təslim olan bir şəxs var. Bu gün bu baş verir: bir dırnaqarası fələstinli toplumu böyük Fələstin topağının bir hissəsinə gətirirlər, orada - Fələstin ölkəsinin dörd faizində onlara yarımçıq, yalançı, səthi və qeyri-həqiqi bir hakimiyyət verirlər. Qarşılığında onlardan istədikləri budur ki, Fələstin hadisəsi, torpaq və millət məsələsi ümumiyyətlə unudulub kənara qoyulsun, bu ziyanlı bazarlığı edənlər Fələstin xalqının, Fələstin ölkəsinin və tarixinin adını çəkən hər bir kəsi əzməyə məmur olsun.

Bu çox məntiqsiz və axmaq bir bazarlıqdır. Belə bir bazarlığı kim qəbul edər?! Əgər bu iş görülməzdən öncə məsələnin təfərrüatını dünya xalqlarının, xüsusən də müsəlman xalqların önünə qoysaydılar və "biz Fələstin torpağının bir küncündə - bu bir qarış yerdə bir neçə fələstinliyə xəyali və yalançı bir hakimiyyət verib qarşısında bütün Fələstin məsələsini, Fələstin xalqını, Fələstin ölkəsini, Fələstinin keçmişini və Fələstinin indiki qaçqınlarını unutdurmaq istəyirik" - desəydilər, İslam dünyasında bəlkə də belə bir işin baş verməsinin mümkünlüyünə inanan çox az olardı. Amma bu gün bu hadisə baş vermişdir. Yəni həqiqətən nəinki Fələstin xalqının nümayəndəsi, hətta fələstinli adlandırmağa layiq olmayan əskik və dəyərsiz bir qrup bu işi görür. Qarşı tərəflər - işğalçı dövlət və onun arxasında duran Amerika da sadəlövhlükə Fələstin məsələsinin bitdiyini güman edirlər. Bilmirlər ki, Fələstin xalqı öz yerindədir. Bir xalqı tarixdən silmək olmaz. Xoşbəxtlikdən insan bu gün bu xalqın arasında rəşadətli insanların, şücaətli, ağıllı, qeyrətli və İslama söykənən insanların mövcud olduğunu və belə bir bazarlığın baş tutmayacağını hiss edir.


İsraillə müzakirənin nəticəsi: Qəzzəyə zalımcasına hücum


Siz görün indi Fələstində nə baş verməkdədir. Hər gün fələstinlilər qətliam olunurlar. Əlli il ərzində əldə olunmuş hərbi əzəmətini Livanın otuz üç günlük müharibəsində itirən sionistlər (onlar İsraili məğlubedilməz göstərmək üçün əlli il çalışdılar. Lakin bu əlliillik əzəmət otuz üç gündə buxar olub havaya uçdu. Mütərəqqi aviasiya texnikası və digər silahlardan məhrum olan mücahid və mömin bir qrup o məğrur və hegemonçu ordunu xar edə bildi, ona zərbələr endirdi, onu dünya səviyyəsində gülünc vəziyyətə saldı) sanki o məğlubiyyətin və rüsvayçılığın intiqamını yazıq fələstinlilərdən almaq istəyirlər. İndi bir neçə gün və bəlkə də bir neçə həftədir ki, Qəzzə sionsitlərin daimi hücumuna məruz qalır. Qəzzəyə bu amansız və zülmkar hücumun özü - zahiri bir müqavilə əsasında oranı fələstinlilərə qaytardılar və indi onlarla bu şəkildə rəftar edirlər - işğalçı İsraillə və sionistlərlə müzakirənin aqibətini göstərməlidir. Bəziləri deyirlər ki, müzakirə ilə sionistlərlə olan problemlərimizi həll edək. Buyurun, bu da müzakirə! Bu gün bu böyük zülm baş verir. İnsan hüquqları tərəfdarları, insan hüquqları iddiaçıları, dünyanın hər hansı bir nöqtəsində onlara itaətkar olmayan dövlətləri xırda bir şey üstündə insan hüquqlarını pozmaqda ittiham edən cənablar Avropada və Qərbdə əllərini əllərinin üstünə qoyub oturublar, asudə şəkildə və laqeydliklə bu gündəlik qırğına baxırlar. Əgər bir nəfər Avropanın bir paytaxtının küçələrində bir qoyunun başını kəssə, bu qədər asudəlik yaranmaz. Onlarla və yüzlərlə insanın öldürülməsi, müdafiəsiz uşaqların, qadınların, kişilərin və heç bir silahlı işdə iştirak etməyən şəxslərin məhv olması və eləcə gözübağlı qətlə yetirilməsi üçün bir qoyunun qanını tökmək qədər dəyər tanımırlar. Bu gün dünyada ədalət belə vəziyyətdədir. Bəzi adamlar bu vəziyyətə baxanda deyirlər ki, siz ictimai ədalətin adını çəkirsiniz, məgər bu mümkündür?!

Yüklə 1,24 Mb.

Dostları ilə paylaş:
1   ...   61   62   63   64   65   66   67   68   ...   81




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin