Fələstİn İslam İnqilabının Böyük Rəhbəri həzrət Ayətullah Seyid Əli Xameneinin baxışında


Fələstin konfranslarında əməli nəticələrə çatmağın lazımlığı



Yüklə 1,24 Mb.
səhifə70/81
tarix30.06.2018
ölçüsü1,24 Mb.
#55352
1   ...   66   67   68   69   70   71   72   73   ...   81

Fələstin konfranslarında əməli nəticələrə çatmağın lazımlığı


Ümidvaram ki, Allah-Taala İslamı müdafiə etməkdə bizim hamımıza uğur versin, sizin bu toplantınız inşallah mübarək toplantı olsun. Fələstin məsələsi barəsində müzakirə üçün oturduğunuz saatlarda və günlərdə əməli yollar axtarın və onlarla məşğul olun. Hər kəs öz vəzifəsini həqiqətən tanısın və ona uyğun əməl etsin. Əməlin müqəddiməsi olmayan təkcə söz bizim üçün yaxşı təcrübə deyil. Yalnız vədlərə və sözlərə əməl etməyin sayəsində inşallah nəticələrə çata biləcəyik.

Fələstinin azadlığı üçün iclas keçirməyin səmərəsi


Belə bir iclas keçirmək qərarı mübarək bir işdir və inşallah müsəlman Fələstin xalqının qiyamını müdafiə etmək üçün İslam cəmiyyətlərinin səfərbərliyində müsbət və qurucu təsirlərə malik olacaq. Bu növ toplantılar praktiki olaraq sübut edir ki, Fələstin bütün İslam dünyasına məxsus olan bir İslam mövzusudur. Onun işğalı beynəlxalq istismarçıların - keçmişdə İngiltərənin və indi də Amerikanın İslam dünyasını zəiflətmək və onda təfriqə yaratmaq üçün şeytani təxribatlarının əsas sahələrindən biri olmuşdur.

İslamın düşmənləri müsəlmanları istismar etmək üçün həmişə milli bölgülərlə söz birliyinə mane olmağa çalışmışlar.


Fələstin məsələsinin həll yolu: müqavimət və mübarizə


Mənim sözüm budur ki, bu müqaviməti, bu ruhiyyəni xalqda bacardığınız qədər möhkəmlətməlisiniz. Siz haqlı olaraq dediniz ki, Fələstin məsələsinin yeganə həll yolu müqavimət və mübarizədir. Bu düzgündür, lakin bu müqavimət və mübarizə bu xalqın əhval-ruhiyyəsini qorumağa, bu xalqın ümidini qorumağa, xalqı səhnədə saxlamağa bağlıdır. Mənim fikrimcə bu, fələstinli qurpların, Fələstin təşkilatlarının və Fələstin mübarizlərinin görməli olduğu ən böyük işdir. Bu gün hər iki tərəfdən - istər sionist düşmən tərəfindən, istər o biri tərəfdən Qəzzəyə edilən bu hücumlar xalqı müqavimətdən daşındırmaq məqsədi güdür. Qərb sahillərində xalqa göstərilən təzyiqlər - istər qəsəbə salmaqda, istər Qüds məsələsində... istər o qəribə şiddətlərdə, istər sədd çəkməkdə və bu kimi işlərdə edilən təzyiqlər xalqı müqavimətdən uzaqlaşdırmaq və təslimçilik seçiminə sarı sövq etmək üçündür. Buna imkan verməməliyik. Bunun baş verməsinə imkan verməməlisiniz. Fələstin xalqını, Qəzzə xalqını, bu müqavimətli və polad xalqı ümidvar saxlamalısınız. Bilməlidirlər ki, onların bu əzəmətli hərəkəti nəticəyə çatacaq. Bu bir məqamdır və mənim fikrimcə çox mühümdür.

İsrail sübut etmişdir ki, güc dilindən başqa bir şey anlamır. Onunla bir xalqın və bütün dünyadakı İslam ümətinin qüdrəti dilindən başqa bir yolla danışmaq olmaz. Siz İslam xaqlarının nümayəndələrisiniz. Siz Fələstin xalqının nümayəndələri, parlamentlərin nümayəndələri, xalqların nümayəndələri buraya toplaşmısınız ki, Fələstinə dair qərar qəbul edəsiniz. Qərar Fələstinin xilası olmalıdır, başqa bir şey yox. Bunun da yalnız bir yolu var; o da Fələstinin müqəddəs intifazə qüvvələrinin tanıdığı və izlədiyi yoldur; Fələstin torpaqları daxilində mübarizə yolu. Çarə yalnız budur.


Müsəlmanlarda sülh yerinə mübarizə təfəkkürünün qoyulması


Bu gün dünyanın bütün müsəlmanları Fələstin xalqının bu taleyüklü mübarizələrinə göz dikmiş və ona birinci intifazədən daha artıq könül vermişlər. Çünki o zaman - yəni on il öncə regionda sülh şəraiti tədricən yayılmışdı; bəziləri Amerikaya könül vermişdilər, bəziləri beynəlxalq ajiotaj və siyasi təzyiq qarşısında durmağın mümkün olmadığına inanıb Amerika və İsrailin şərtləri ilə sülhü qəbul etməkdən başqa bir yolun olmadığını düşünürdülər. O zaman regionda baş verən dəyişikliklərdən sonra bu nəzəriyyənin möhkəmlənməsinə daha artıq şərait yarandı. Lakin bu il bu konfrans elə bir şəraitdə keçirilir ki, regionda sülh həlli yolu çıxılmaz vəziyyətdə qalmışdır. Hətta Amerikaya könül verənlər və verməkdə olanlar da bu çıxılmaz vəziyyəti etiraf edirlər.

1991-ci ildə ərəblər və müsəlmanlar Fars körfəzi müharibəsi hadisəsində ardıcıl məğlubiyyətlər silsiləsinin ardınca məyus oldular. Onların daxili birliyi də ciddi sarsıntıya məruz qaldı və onlara təfriqə hakim oldu. Lakin indiki şəraitdə, xüsusən də Livanın cənubunda İslam müqavimətinin tarixi və əzəmətli qələbəsinin şüasında müsəlmanların qəlbində yeni və həyatverici ümidlər peyda olmuşdur.

O zaman İsraillə rəftar tərzinə dair həmişə iki yol irəli sürülürdü: Ərəb ordularının İsraillə hərbi qarşıdurması - deylirdi ki, onda bütün təcrübələr məğlubiyyətə uğramışdır - və sülh yolu. Sülh yolu dinc şəkildə İsrailin istəklərinin həyata keçməsinə səbəb olurdu və bəzi işğal olunmuş ərazilərdən geri çəkilməyin qarşısında ərəb ölkələrinin hərbi gücünün inkişaf etməməsini təzmin edirdi. Biz bunun bənzərinə Kemp Deyviddə şahid olduq. O günlərdə müqavimət örnəyi irəli sürülmürdü və deyilirdi ki, ümumi şəkildə qəbul olunmur. Lakin indi bizim qarşımızda olan uğurlu bir örnəkdir. O, ilk dəfə olaraq işğal olunmuş torpaqları İsrailə heç bir imtiyaz vermədən azad edə və sionizm rejiminin bu ərəb ölkəsinin – yəni Livanın paytaxtında öz bayrağını ucaltmaq istəyinin həyata keçməsinə mane ola bildi. Kemp Deyviddə İsrailin geri çəkilməsinin şərti Misir ordusunun Sinayın şimalına ezam olunmaması idi, lakin Livanın cənubunda həmin İsrail İslam müqavimətinin qüvvəsindən nigaran halda yalvararaq Livan ordusunun Fələstin və Livan sərhədinə ezam olunmasını istəyir. Yəni müqavimət hakimiyyəti kamil şəkildə Livanın cənubuna və digər işğal olunmuş bölgələrə qaytarmağı bacardı.

İşğalçı rejimlə mübarizənin ümumi xətti


İşğalçı rejimlə mübarizənin ümumi xətti bu olmalıdır:

a) İşğalçı rejimi işğal olunmuş torpaqların sərhədləri daxilində həbs etmək, onun iqtisadi və siyasi tənəffüs şəraitini daraltmaq və onun ətraf mühitlə əlaqələrini qırmaq;

b) Fələstin xalqının ölkə daxilində müqavimət və mübarizəsini davam etdirmək və son qələbəyə qədər onlara lazım olan hər növ köməyi göstərmək.

Problemlərin həllinin açarının güclülərin yox, xalqların əlində olması


Son qırx ildə işğalçı rejim tərəfindən Fələstin ölkəsinə və xalqına qarşı edilənlər təcrübə üçün kifayətdir. Bu, dünyanın hakim qüvvələrinə və onların regiondakı əlatılarına üz tutmaq yolunun Fələstinin xilasına heç bir ümid verməyəcəyini sübut etmək üçün kifayətdir.

Bizim böyük İslam inqilabımız göstərdi ki, böyük problemlərin həllinin açarı xalqların öz əlində və insanların iradəsindədir. Onlar Allaha güvənmək və ilahi vədə inanmaqla hakim qüvvələrin planlarına və istəklərinə qalib olacaqlar. Bu gün dünyanın müxtəlif yerlərində baş verən hadisələr göstərir ki, xalqların rolu öncəkindən artıq sübuta yetmişdir. Fələstini işğal edən sionizm rejiminin yırtıcılığı qarşısında dayana bilən və özünün mərd müqaviməti ilə düşməni geri çəkilməyə və məğlubiyyəti qəbul etməyə vadar edə bilən yeganə qüvvə Fələstin xalqının iradəsidir.



Yüklə 1,24 Mb.

Dostları ilə paylaş:
1   ...   66   67   68   69   70   71   72   73   ...   81




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin