Fələstİn İslam İnqilabının Böyük Rəhbəri həzrət Ayətullah Seyid Əli Xameneinin baxışında



Yüklə 1,24 Mb.
səhifə71/81
tarix30.06.2018
ölçüsü1,24 Mb.
#55352
1   ...   67   68   69   70   71   72   73   74   ...   81

Fələstin səfərbərliyi


Bu gün bu hərbi-mədəni ekskursiya elə bir halda təşkil olunmuşdur ki, İslam ümmətinin çoxlu gəncləri Fələstinin və şərafətli Qüdsün özündə cihad bayrağını ucaltmış, öz canları, bədənləri və həyat sərvətləri ilə öz izzətlərini, heysiyyətlərini və varlıqlarını müdafiə edirlər, cihad edirlər və əziz Fələstin ölkəsindən xaricdə - digər İslam ölkələrində onların adı və xatirəsi ilə və onlarla həmrəylik olaraq şüar verirlər, öz mövqelərini elan edirlər. Sizin böyük ekskursiyanız burada belə bir şəraitdə təşkil olunmuşdur.

Mənim əzizlərim! Fələstində də Bəsic var. Fələstin Bəsici bu gün dünyanın diqqətini özünə yönəltmişdir. Fələstin məsələsinin taleyi bir neçə siyasətçinin əlində olanda, onda xalqın rolu olmayanda, gənclərin sözü keçməyəndə tale gördüyünüz olur: rəzillik ardınca rəzillik, geri çəkilməyin ardınca geri çəkilmək, düşmənə meydan vermək, biri o birindən sonra səngərləri hegemonçu, təcavüzkar, üzlü və həyasız düşmənin xeyrinə boşaltmaq. Bu o zamandır ki, xalq səhnədə deyil; xalqı kənara qoydular, xalqı cəlb edən həqiqi maraqları - yəni iman maraqlarını unutdular və Fələstin məsələsini on illərlə geriyə saldılar.


Fələstin xalqının müqaviməti: İsrailin yolunun səddi


Fələstin xalqı güclü və qüvvətlidir; bunu göstərmişdir. Fələstin xalqı göstərdi ki, müqavimət qüvvəsi var, onda maraqlar dərindir və şübhəsiz, qaniçən və qəddar hücumçuların dişlərini qıracaq. Bu günə qədər də öz müqaviməti və möhkəmliyi ilə qondarma və işğalçı sionizm dövləti üçün son əlli il ərzində görünməyən əzəmətli və həlledilməz problem vücuda gətirmişdir. Sionistlərin və onların himayədarlarının Fələstin xalqına - bu məzlum və təngə gəlmiş xalqa göstərdiyi təzyiq ona görədir ki, bunların hərəkəti və qiyamı hegemonluğun və müstəmləkəçiliyin maşınına bütün hesabları pozan çay daşı atmışdır.

Əlbəttə, İslam dünyası bu məsələyə ciddi gözlə baxmalı, onu nəzərdən qaçırmamalı, qarşısında öz vəzifəsini tanımalı və ona əməl etməlidir. O zaman iş düzgün üsulla gedəcək və inşallah üfüq aydınlaşacaq.


Müqavimət sionistlərin geri çəkilməsinin amili kimi


Sonrakı məsələ Fələstin məsələsidir. Sionistlərin otuz səkkiz illik işğaldan sonra Qəzzədən geri çəkilmələri çox mühüm hadisədir. Bilməniz maraqlıdır ki, bu geriçəkilmə sionizm rejiminin etidiyi bir seçim deyildi. Bu bir məğlubiyyət və məcburiyyət idi, çarəsizlikdən baş verdi. İndi bu məğlubiyyətin psixoloji təzyiqi sionist xalqın və dövlətin bütün sütunları üzərinə təsir qoymuşdur və onları tərpətməkdədir. Onların bəzisi küsür, bəzisi etiraz edir. Bir neçə gün öncə Tel-Əvivdə iki yüz min nəfərlik bir mitinq keçirildi. Onlar təlatümdədirlər. Lakin çarələri yoxdur. Bəziləri bu geriçəkilmənin müzakirə səbəbindən baş verdiyini inandırmaq istəyirlər. Bu çox uşaqcasına sözdür. Fələstinin işğalının yetmişillik işğalı boyunca sionistlər müzakirə ilə işğal olunmuş bir metr torpaqdan da geri çəkilməyiblər. Nə müzakirəsi?! Bu geriçəkilmə fələstinlilərin müqavimətinə görə idi. Birinci hadisə Livanın cənubundan gerikəkilmə və qaçma idi. Bu da müqavimətin təsirindən yaranan ikinci hadisədir. Fələstin xalqı bilsin, Fələstinin cihad qrupları bilsinlər və bu tələyə düşməsinlər ki, guya müzakirə Qəzzəni azad etdi. Xeyr, müzakirə Qəzzəni azad etmədi. Heç bir başqa yeri də azad etmədi. Heç zaman da heç bir yeri azad etməyəcək. Qəzzəni azad edən Fələstin xalqının müqavimət təzyiqi olmuşdur. Onlar çarəsiz qaldılar.

Müqavimət - qələbə amili


Müsəlmanlar həmkarlıqla, Quran və sünnənin söylədiyi müştərək əsaslar üzərində dayanmaqla bu neçəbaşlı şeytan qarşısında dayanıb onu öz iradə və imanlarına məğlub etməyə qadir olacaqlar. İslam İranı Böyük İmam Xomeyninin dərslərini örnək götürməklə bu uğurlu müqavimətin bariz nümunəsi olmuşdur. Onlar İslam İranında məğlub olmuşlar. Otuz il hiylə, təxribat, düşmənçilik, çevriliş və digər bütün işlər düşmənin məğlubiyyətinin, zəifləməsinin və sərgərdanlığının səhnələrinə çevrildi və "həqiqətən şeytanın hiyləsi zəifdir" ayəsi iranlıların gözü qarşısında növbəti dəfə canlandı. Başqa hər hansı bir yerdə də iradə və imandan qaynaqlanan müqavimət xalqı iddialı hegemonçularla qarşılaşmaya çəkdisə, qələbə möminlərin, məğlubiyyət və rüsvayçılıq isə zalımların qəti taleyi oldu. Livanda otuz üç günlük aşkar zəfər və Qəzzənin son üç ildə fəxrli və qalib cihadı bu həqiqətin canlı şahididir.

Fələstinin xilası üçün çəkilən zəhmətlərin uğursuz olmasının səbəbi: İslama arxalanmamaq


Bu müddətdə bu xalqın qurtuluşu üçün çoxlu insanlar və qruplar mübarizə aparmış, yaxud bunu iddia etmişlər, amma heç zaman bir düyün açılmamışdır; düyünlər hətta daha bərkimişdir.

Əsas səbəb bu olub ki, Fələstin xalqı özünü müdafiə edə bilməyib, yaxud İslam dünyası Amerikanın və Qərbin işğalçı dövləti müdafiə etmək təxribatını zərərsizləşdirməyə aciz olmuşdur. Uğursuzluqların əsas səbəbi əvvəla Fələstin xalqının İslam kimliyini unutması və ötən onillər boyunca İslama və İslam cihadına arxalanmaması, ikincisi isə bəzi ərəb ölkələrinin başçılarının və hətta fələstinlilərdən olan başçıların və şəxsiyyətlərin xəyanəti olmuşdur. Bu gün Allaha həmd olsun ki, Fələstin xalqının işğal olunmuş vətən daxilindəki mübarizələrində İslam inancı və cihadı ünsürü dirçəlmişdir və bu üzdən də Fələstində qüdrət çəkisi keçmişə nisbətən fələstinlilərin xeyrinə dəyişmişdir.


Fələstinin dərdinin dərmanı: İslam və söz birliyi


Əfqan mücahidlər İslamın və söz birliyinin sayəsində əcnəbi ordunu qova bildilər. Əgər yenə də bu iki amilə arxalansalar, o ölkədə özlərinin istədikləri ləyaqətli hökuməti təşkil edib indiki asılı rejimi devirə bilərlər. Bu iki amil eynilə Fələstin və Livanın da bütün dərdlərinin və problemlərinin əlacıdır.

İmanın sayəsində günbəgün artan iqtidar


Növbəti məqam budur ki, bizim Fələstin məsələsində müşahidə etdiyimiz bu inkarolunmaz nailiyyətlər hegemonçu və küfr cəbhəsi qarşısında müqavimət cəbhəsinin günbəgün artan iqtidarını göstərir. Bu, aydın bir məsələdir. Bu sahədə görünənlər Allaha imandan, Allaha təvəkküldən və mübarizəyə mənəviyyat ünsürünü daxil etməkdən irəli gəlir. Əgər bir mübarizə iman ünsürü ilə yanaşı olmasa, təhlükəyə uğrayar. Mübarizə o zaman müvəffəqiyyət qazanacaq ki, onda Allaha iman, Allaha təvəkkül mövcud olsun. Siz xalqda din ruhiyyəsini, ilahi vədlərə həqiqi imanı və Allah-Taalaya təvəkkülü gücləndirməlisiniz. Allah-Taalaya və ilahi vədə qarşı nikbinliyi xalqda gücləndirin. Bizim özümüz də Allah-Taalaya nikbin olmalıyıq. Allah-Taala ən doğru danışandır. O bizə deyir: "Allah Ona yardım edənlərə, şübhəsiz ki, yardım edər". O bizə buyurur ki, kim Allah üçün olsa, Allah da onun üçün olar. O deyir ki, düşməndən qorxmayın, şeytanın hiyləsi həqiqətən zəifdir. O bizə bunu təlqin edir, bəyan edir. Allah-Taala doğruçudur. Biz əgər bu yolda öz vəzifəmizə əməl etsək, Allah üçün hərəkət etsək, Allah üçün mübarizə aparsaq, məqsədi Allahın razılığı seçsək, şübhəsiz, qələbə bizə nəsib olacaq.

Yüklə 1,24 Mb.

Dostları ilə paylaş:
1   ...   67   68   69   70   71   72   73   74   ...   81




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin