Fələstİn İslam İnqilabının Böyük Rəhbəri həzrət Ayətullah Seyid Əli Xameneinin baxışında


Fələstinin azadlığının müqavimətlə şərtlənməsi



Yüklə 1,24 Mb.
səhifə72/81
tarix30.06.2018
ölçüsü1,24 Mb.
#55352
1   ...   68   69   70   71   72   73   74   75   ...   81

Fələstinin azadlığının müqavimətlə şərtlənməsi


Mən sizə deyirəm: Fələstin xalqının öz hüquqları uğrunda qələbəsi İran xalqının İranda İslam Respublikası qurmaq qələbəsindən çətin deyil. Tağutun bu ölkədə hakim olduğu zaman əgər kimsə dünyanın və regionun vəziyyətinə baxsaydı, burada tağut rejiminin dəyişilməsinin və özü də bir İslam quruluşuna çevrilməsinin qətiyyən imkansız olduğunu deyərdi. Bu, qeyri-mümkün görünürdü, təbii meyarlara görə, adi meyarlara görə belə bir şey mümkün deyildi. Amerikanın bu regionda sözsüz qüdrəti vardı, qeyd-şərtsiz olaraq şah rejimini müdafiə edirdi. Burada mübarizlər üçün də heç bir imkan yox idi - yəni mübarizə zamanı bizim imkanlarımız bu gün sizin Qəzzə, yaxud qərb sahillərində olan imkanlarınızdan çox az idi. Amma eyni zamanda bu baş verdi. Bu qeyri-mümkün iş mümkün oldu və həyata keçdi; mübarizənin davamı sayəsində, Allaha təvəkkül sayəsində, Böyük İmamımızın iradəli və qətiyyətli rəhbərliyi sayəsində. Mən deyirəm ki, Fələstində də bunun baş verməsi mümkündür. Bəzi adamlar vəziyyətə baxırlar, Amerikanın gücünə baxırlar, Qərbin sionistlərə dəstəyinə baxırlar, sionistlərin Amerikada və dünyanın digər yerlərində maliyyə şəbəkələrinin gücünü, təbliğatlarının gücünü görürlər. Düşünürlər ki, Fələstini fələstinlilərə qaytarmaq imkansız bir işdir. Mən deyirəm ki, xeyr, bu imkansız iş müqavimət və dirəniş şərti ilə mümkün olacaq. Allah-Taala buyurur ki, buna dəvət et və əmr edildiyi kimi möhkəm dayan. Müqavimət lazımdır, dirəniş lazımdır, yolu davam etdirmək lazımdır. Yolu davam etdirməyə lazım olan işlərdən biri sizin bu toplantılarınızdır, sizin həmrəyliyinizdir, sizin beynəlxalq təbliğatınızdır. Bunlar dünyanın ümumi rəyini zəhərləyiblər.

Allahın dünyada mübarizlərə yardımı


Bir çox ərəb hökumətləri Qəzzə hadisəsində və ondan öncəki digər hadisələrdə çox pis imtahan verdilər. Nə zaman Fələstin məsləsindən söz düşdüsə, daim dedilər ki, Fələstin məsələsi ərəb məsələsidir. Əməl zamanı çatdıqda isə Fələstin məsələsi ümumiyyətlə kənara qoyuldu. Fələstinə kömək etmək əvəzinə, fələstinliyə kömək etmək və özlərinin ərəb qardaşlarına - əgər İslama etiqadları yoxdursa, ən azı özlərinin ərəb olmalarına sadiq olsunlar - kömək etmək əvəzinə hamısı meydandan geri çəkildilər; çox pis imtahan verdilər. Bunlar da tarixdə qalacaq. Bu cəzalar yalnız axirətə məxsus deyil, dünyada da belədir. Necə ki, Allahın mübarizə aparan sizlərə yardımı oraya məxsus deyil. Burada oxunan və cənab Xalid Məşəlin də təkrarladığı bu ayədə mələklər deyirlər: "Biz dünyada da, axirətdə də sizin dostlarınızıq". Buna əsasən, yalnız axirət üçün deyil, dünyada da Allahın mələkləri və Allahın mənəvi qüvvələri "Rəbbimiz Allahdır" - deyib sonra möhkəm dayanan şəxslərə kömək edirlər. İndi biz onların yardımını dünyada gözlə görməkdəyik; öz gözlərimizlə müşahidə etməkdə və görməkdəyik. Allahın mələkləri səkkizillik müdafiədə bizə də kömək etdi. Biz bu köməyi öz gözlərimizlə gördük. İndi maddiyyata qərq olmuş bir insan inanmırsa, inanmasın. Biz bu yardımı gördük. Bu gün Allahın mələkləri bizə kömək etməkdədirlər. Bu gün də biz Allahım yardımı ilə dayanmışıq. Bizim hərbi gücümüz Amerika ilə müqayisə olunası deyil. İqtisadi gücümüz, maliyyə imkanlarımız, təbliğat imkanlarımız, siyasi fəaliyyət dairəmiz Amerika ilə müqayisə olunası deyil. Amma eyni zamanda biz Amerikadan güclüyük. O daha pullu olsa da, daha silahlı olsa da, onun təbliğat imkanları daha çox olsa da, onun maliyyə və siyasi imkanları daha çox olsa da, eyni zamanda o daha zəifdir və biz daha güclüyük. Bizim güclü olmağımızın dəlili budur ki, Amerika ilə qarşılaşdığımız bütün bu sahələrdə o addım-addım geri çəkilir, biz isə geri çəkilmirik, biz irəliləyirik. Bu əlamətdir. Bu, İslamın sayəsindədir. Bu, ilahi yardımın və Allahın mələklərinin köməyinin sayəsindədir. Bizim bunlara etiqadımız var, bunlara inanırıq, bunları öz gözümüzlə görməkdəyik.

Həll yolu: birlik


Bu gün İslam ümmətinə hər şeydən çox birlik lazımdır; birlik əldə edək, sözümüzü bir edək, qəlbimizi bir edək. Bu, böyük müsəlman ümmətində təsir imkanı olan bütün şəxslərin hər birinin vəzifəsidir. İstər hökumətlər, istər ziyalılar, istər alimlər, istər müxtəlif siyasi və ictimai fəalların hər biri İslam ölkələrinin hər hansı birində olsalar, İslam ümmətini oyatmağa, bu həqiqətləri onlara deməyə, İslam düşmənlərinin yaratdığı bu acı vəziyyəti onlara aydınlaşdırmağa və izah etməyə, onları vəzifəni yerinə yetirməyə dəvət etməyə borcludurlar. Bu bizim hamımızın vəzifəmizdir.

İmam Hüseynin (ə) hərəkəti: Fələstin məsələsinin həllinə örnək


İmam Hüseyn (ə) bu hərəkəti etməli idi ki, belə bir şəraitdə müsəlman üçün iş formulunun nə olduğunu göstərsin. Nümunəni sonrakı əsrlərin bütün müsəlmanlarına göstərdi, bir proqram yazdı. Lakin Hüseyn ibn Əlinin (ə) proqramı boşboğazlıq və uzunçuluq proqramı, "əmr et və özün otur" proqramı deyildi, əməli proqram idi. Onun özü hərəkət etdi və göstərdi ki, yol budur. O, Peyğəmbərin (s) dilindən söyləyir ki, siz İslamın kənara qoyulduğunu, zalımların xalqa hakim olduğunu, Allahın dinini dəyişdiklərini, fasiqliklə və günahla xalqla rəftar etdiklərini gördüyünüzdə, bu vəziyyətin qarşısında dayanıb qiyam etməyən sakit və laqeyd şəxslə Allah-Taala onun haramlarını halal edən şəxs kimi rəftar edəcək. Bu proqramdır. İmam Hüseynin (ə) qiyamı budur. Bu qiyam yolunda dünyanın ən üstün canı olan İmam Hüseynin (ə) pak, mübarək və dəyərli canı qurban olsa da, İmam Hüseynə (ə) görə çox baha deyil; İmam Hüseynin (ə) sahəbələri olan ən yaxşı insanların canı da qurban olunsa, İmam Hüseynə (ə) görə ağır qiymət sayılmır. Allah ailəsi, Peyğəmbər (s) hərəmi və Zeynəb kimi bir şəxsiyyət əcnəbilərin əlində əsir olsa da - Hüseyn ibn Əli (ə) bilirdi ki, bu biyabanda öldürüldükdə onlar bu qadın və uşaqları əsir edəcəklər - bu əsirlik və ağır qiyməti ödəmək İmam Hüseynə (ə) görə bu məqsəd üçün ağır deyildi. Bizim ödədiyimiz qiymət bu ödənişlə İslam üçün, müsəlmanlar üçün, İslam ümməti və cəmiyyət üçün əldə olunanla ölçülməlidir. Bəzən insan yüz tümən xərcləyir, amma israf etmiş olur. Bəzən isə yüz milyard xərcləsə də, israf etmiş olmur. Baxmaq lazımdır ki, qarşılığında nə alırıq.

İslam inqilabı bu proqrama əməl etmək idi. Bizim Böyük İmamımız bu proqrama əməl etdi. Bir qrup yaxıngörən və dayaz düşüncəli insan - sözsüz ki, onlar yaxşı insanlar idilər, pis adamlar deyildilər, biz bunları tanıyırdıq - o zaman deyirdilər ki, o bu gəncləri meydana gətirdi, bizim ən yaxşı gənclərimiz ölümə verilirlər, qanları tökülür. Elə bilirdilər ki, imam bu gənclərin canının təhlükəyə düşdüyünü bilmir. Ona ürəkləri yanırdı. Bu, hesabın düzgün olmamasından irəli gəlirdi. Bəli, məcburi müharibədə biz bu qədər şəhid verdik, bu qədər əlil verdik, bu qədər ailələr dağlandılar. Bu böyük qiymətdir; amma qarşılığında nə oldu? Qarşılığında ölkənin müstəqilliyini, İslam bayrağını, İslam İranının kimliyini o əzəmətli tufan qarşısında qoruduq. Yaratdıqları o tufan Səddamın tufanı deyildi. Səddam düşmən cəbhəsinin önündəki əsgər idi. Səddamın arxasında bütün küfr və imperializm dünyası dayanmışdı. Əgər əvvəldən bu təxribata qoşulmadıqlarını fərz etsək də, davamda aşkar və aydın idi. Hamılıqla Səddamın arxasında durdular. Amerika gəldi, ozamankı sovetlər gəldi, NATO gəldi, mürtəce və imperializmə bağlı ölkələr gəldilər; pul verdilər, informasiya verdilər, plan verdilər, təbliğat apardılar. Bu əzəmətli cəbhə böyük İranı, rəşadətli, şücaətli və mömin İranı bütünlüklə məhv etməyə gəlmişdi. Hegemonluq üçün əlaltı bir məntəqəni birinci növbədə Səddam kimi əskik və kiçik bir ünsürə məğlub etsin və sonrakı mərhələdə də Amerikanın əlində və caynağında saxlasın. İki yüz il boyunca bizim ölkəmizin başına gətirdikləri və bu xalq üçün bütün bu problemləri düzəldən müsibəti daha yüz il, iki yüz il davam etdirsinlər. Bizim xalqımız dayandı, Böyük İmam dayandı. Əlbəttə, əziz canlar verdik, böyük şəhidlər verdik, sevimli gəncləri fəda etdik. Amma bu, o nailiyyətin qarşısında baha qiymət deyildi.

Bu gün Fələstin məsələsi də elədir. Sizin müşahidə etdiyiniz Qəzzə hadisəsi məsələnin zahiri tərəfinin bir hissəsidir, kökü isə bundan ibarətdir ki, heç bir insani prinsipə inanmayan imperialist qurum bu Orta Şərq regionunu - müxtəlif coğrafi və iqtisadi sərvətlə dolu olan bu həssas regionu əlinə almaq istəyir; vasitəsi də işğalçı İsraildir - işğal olunmuş Fələstinə hakim olan sionistlər. Məsələ bundan ibarətdir. Bu bir neçə ildə bu regionda baş verən bütün bu hərəkətlər - Livan hadisələrindən tutmuş İraq və Fələstin hadisələrinə qədər hamısı bu baxışla izah və dərk olunasıdır. Məsələ bundan ibarətdir ki, bu region Amerika da daxil olmaqla imperializmin əlində olsun; sözsüz ki, onun əsas təzahürü böyük şeytan olan Amerika dövlətidir. İmperializm bu regionu əlinə keçirmək istəyir. Bu region ona lazımdır və bu işdə amili də İsraildir. Bu bir neçə ildəki bütün bu dastanlar və hadisələr bu baxışla təhlil olunur. Gördünüz ki, otuz üç günlük müharibədə Amerikanın Xarici İşlər Naziri dedi: "Bu, yeni Orta Şərq regionunun doğuş ağrısıdır". Yəni bu hadisədən Amerikanın istədiyi Orta Şərqdən ibarət olan yeni bir məxluq doğulacaq. Əlbəttə, bu pərişan yuxunun təbiri başlarına gələn idi. Livanda mömin gənclərin cəsurluğu, ayıqlığı, fədakarlığı və cihadı yalnız İsrailə yox, hətta Amerikaya, onların himayədarlarına və ardıcıllarına da zərbə vurdu. Qəzzə hadisəsi də bu qəbildəndir.


Yüklə 1,24 Mb.

Dostları ilə paylaş:
1   ...   68   69   70   71   72   73   74   75   ...   81




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin