Əlbəttə, düşmən yalnız Amerika deyil, İsrail də əsas düşməndir. Onun da xüsusi dəlilləri var. Mənim dəfələrlə dediyim kimi, İsrail qondarma bir varlıq, qondarma və yalançı bir xalqdır. Rusiyadan, Şərqi Avropadan, Amerikadan, müsəlman ölkələrindən və bizim öz İranımızdan bir neçə milyon yəhudini aparıb bir yerdə yerləşdiriblər və adını bir xalq qoyublar. Onlar bir xalq deyillər, hər biri bir xalqdandırlar. Əgər Allahın köməyi ilə sionizm dövləti dağılsa, - o gün şübhəsiz, qarşıdadır; zamanını isə deyə bilmərəm, lakin əminəm ki, belə bir gün baş verəcək - o zaman siz gənclər inşallah bu gün İsraildə olan bu əhalinin əksəriyyətinin oradan öz bölgələrinə gedəcəklərini mütləq görəcəksiniz. Bizim isə görməyimiz də mümkündür, görməməyimiz də.
İsrail barəsində də məsələ daha aydındır. Baxın, mənim əzizlərim! Fələstinlilərin oyanış hərəkatı və işğalçı dövlətlə mübarizə bu gün elə bir hərəkət olub ki, onu bu asanlıqla məğlub etmək olmaz. Ərəfat kimi bir şəxsə bağlı məsələ deyil ki, gedib onu ya yorsunlar, ya alsınlar. Xeyr, Fələstin hərəkatı xalqın və mömin gənclərin əlinə keçmişdir; Livanın cənubunda məğlubiyyət, sonra Kemp Deyvid-2-də sülh müzakirələrinin məğlubiyyəti və fələstinli və livanlı gənclərin güclü və imanlı fəaliyyətinin təsirindən İsrail üçün məğlubiyyətlər gələcəkdə də davam edəcək.
Antisionist hərəkatın bu qarmağı Orta Şərqin bu köpək balığının ağzına düşdü, ilişdi və indi bir iş görə bilmirlər. Bu qarmaq balığın ağzının içərisinə düşdükdə, balıq necə hərəkət etsə, qarmaq ona daha artıq ilişəcək. Nə iş görsələr, vurulacaqlar: mülayimlik göstərsələr, bir cür vurulacaqlar; sərtlik və şiddət göstərsələr, bir cür vurulacaqlar; sülh müzakirələrini izləsələr, bir cür vurulacaqlar; saxlayıb dondursalar, başqa cür. Bu qarmaq ilişmişdir. Buna görə onlar təhlükə altında, İslam Respublikası isə möhkəmdir.
İsrailə sabitliyin əbədilik qayıtmaması
Bədbəxt sionistlərə sabitlik yaratmaq istəyirlər. Əlbəttə ki, bacarmayacaqlar. Əmin olsunlar ki, bacarmayacaqlar. Sionistlər əvvəlcə İngiltərənin, sonra isə Amerikanın və bir çox dünya ölkələrinin köməyi ilə və növbənöv xəyanətkar, terrorçu işlərlə, qorxu və vəhşət yaratmaqla bu sionizm hökumətini işğal olunmuş ərazilər daxilində vücuda gətirə bildilər. 40-50 il də idarə etsələr, yenə də əsas bir məsələ həll olunmamışdır. O da budur ki, işğalçı sionist bu işğal olunmuş evdə rahat yata bilmir, təhlükəsizliyi yoxdur. Bəli, bu həqiqətdir. Pulu var, modern və postmodern texnologiyası var, hegemonçu qüvvələrin siyasi dəstəyi var, silah var, işgəncə alətləri var, fələstinliləri hər yerdə, hətta yeniyetmələri məktəblərinin daxilində təqib edirlər. Bunların hamısı öz yerində, amma Allah-Taala o asayiş və rahatlıq istəyən qorxaq toplumdan asayişi və rahatlığı almışdır. Çünki Fələstin yaşayır, Fələstin xalqı yaşayır, Fələstinin gəncləri yaşayırlar. Onlar Fələstinin xəritəsini dünya xəritəsindən məhv etmək istədilər. Onlar Fələstinin adını unutdurmaq istədilər. Onlar Fələstin xalqını digər xalqların daxilində həll və həzm etdirmək və itirmək istədilər ki, Fələstin adlı bir şey qalmasın. Baş verən isə bunların tam əksidir.
Fələstin xalqı 1948-ci ildən indiyədək dəfələrlə daha güclü, daha iradəli və daha agah olmuşdur. Artan əhalisi var. Onların arasında dəyərli şəxsiyyətlər var. O zaman öz evləri daxilində o qədər zəif idilər ki, düşmən gəlib əllərini tuta və təhqirlə onları evdən bayıra çıxara bildi. Lakin bu gün Fələstin xalqı elədir ki, sionistlərin bir neçə milyonluq imkanlı cəmiyyətini öz saraylarının daxilində, özlərinin yəhudilər yaşayan qəsəbələri daxilində və öz tarlaları daxilində asayiş və təhlükəsizlikdən məhrum etmişdir. Hər şeyləri var, lakin yaşamaq imkanları yoxdur, aramlıqları və təhlükəsizlikləri yoxdur.
Fələstinin son qələbəsinin qətiliyi
Dünyanın müxtəlif yerlərindən cəm olub fələstinlilərin evinə sahib çıxanlar müsəlman xalqların iradəsi ilə bir gün bu evi sahiblərinə qaytarmağa məcbur olacaqlar. O günün tez, yaxud gec olması mümkündür, lakin qəti və qaçılmazdır.
Şübhə etmək lazım deyil ki, bu “yerdən qopardılmış, kökü olmayan pis bir ağac” olan xəbis ağacın heç bir təməli, bünövrəsi və davamı olmayacaq. Şübhəsiz, məhv olacaq. Şəkk etmək olmaz ki, xalq qələbə çalacaq və Fələstin İslama qayıdacaq. Amma onun gec, yaxud tez olması müsəlmanların iradəsindən və qeyrətindən asılıdır. Müsəlmanlar iradə göstərməlidirlər. Gənclər məsələləri buraxmamalıdırlar. Başıuca və qorxmaz İran xalqı kimi sözlərini desinlər, istəklərini tələb etsinlər. Şübhəsiz, Allah-Taala da onlara mərhəmət göstərəcək.
Rejimləri məhv edən xalqların müqavimət qüvvəsi, əzmkarlığı və mübarizəsidir. Bu əzmkarlıq və mübarizə Fələstində mövcuddur və Allahın lütfü ilə mütləq sionizm rejiminin devrilməsi ilə nəticələnəcək.
İndi azğın hegemonçular bilsinlər ki, qəddarlıq və yırtıcılıqla günbəgün artan İslam oyanışı işığını söndürə bilməyəcəklər. Fələstin xalqının qəhrəman müqaviməti və qaniçən sionistlər qarşısında onların kişi, qadın, qoca və gəncinin heyrətamiz şücaəti bu iddiaya canlı şahiddir. Bu qarşıdurmanın sonu haqqın batil üzərində qələbəsi olacaq. Necə ki, buyurub: "Biz günahkarlardan intiqam aldıq. Möminlərə kömək etmək Bizə vacibdir!"
İsrail və Amerikanın qəti məhvi
Fələstin məsələsinə dair bizim görüşümüz aydındır. Biz Fələstinin həllini İsrail rejiminin məhvində bilirik. Deməsinlər ki, olmaz; dünyada "olmaz" yoxdur, hər şey olar. İnsanların hərəkəti yolunda maneə olan bütün əzəmətli dağları götürmək olar. Qırx il ötmüşdür. Əgər daha qırx il də ötsə, İsrail dövlətinin aqibəti məhv olasıdır və məhv olmalıdır. Bir neçə gün öncəyə qədər heç kəs böyük Şərq qüdrətinin bu şəkildə dağılacağını güman etmirdi. Əgər iki il öncə kimsə böyük Şərq qüdrətinin dağılacağını desəydi, bəziləri filosofcasına saqqal tərpədərdilər ki, bəli, siz sadəlövhsünüz. İmam Qorbaçova yazdığı məktubda bundan sonra marksizmi muzeylərdə tapmağın lazım olacağını deyəndə bəziləri istehzalı təbəssüm etdilər. Lakin iki, yaxud üç il ötməmiş o proqnoz həyata keçdi, İmamın vəfatından bir il ötməmiş hər şey dəyişdi. Necə yəni olmaz?!
Amerika hegemonçu qüvvəsi də məhv olacaq, o da dağılacaq. Bu cəhənnəm qüdrət qalası deyil; İsrail də qalası deyil. Bu, İran hökumətinin, xalqının və İslam Respublikası quruluşunun sözüdür. Belə də olacaq. Bu, siz xalqın və müsəlman xalqların sayıqlığı sayəsində həyata keçəcək. Biz çalışmalıyıq. Bizim vəzifəmiz çalışmaqdır.
Dostları ilə paylaş: |