Fələstİn İslam İnqilabının Böyük Rəhbəri həzrət Ayətullah Seyid Əli Xameneinin baxışında


Yeni nəsillərin vasitəsi ilə Fələstini müdafiə qəhrəmanlığı



Yüklə 1,24 Mb.
səhifə79/81
tarix30.06.2018
ölçüsü1,24 Mb.
#55352
1   ...   73   74   75   76   77   78   79   80   81

Yeni nəsillərin vasitəsi ilə Fələstini müdafiə qəhrəmanlığı


Bu qəhrəmanlıq Fələstin xalqının haqlı mübarizələrinin davamında, inqilab və cihad yolunun yeni və təlim görmüş nəsilləri vasitəsi ilə və onun dəyərli təcrübələrinə güvənməklə həyata keçmişdir. Bu onu göstərir ki, bugünkü nəsil düzgün qələbə üçün düzgün yolu tapmışdır, iradə və qərarla onu qət edəcək.

Mən bütün məzlum Fələstin xalqını, xüsusən də mücahidləri və intifazə yolunun davamçılarını salamlayıram və müjdə verirəm ki, sizin hərəkatınız hər gün müsəlmanların və inqilabçıların daha artıq rəğbəti ilə qarşılaşacaq və işğalçıları öz yerlərində oturdacaq inşallah.

İran İslam Respublikası da belə fəxrlə bu müqəddəs hərəkətə öz himayəsini və dəstəyini davam etdirəcək və özünün doğruçu övladlarının xeyir-duası ilə sizi yola salacaq.

"Əgər Allaha yardım etsəniz, Allah da sizə yardım edər və qədəmlərinizi möhkəmlədər".


Həm təzyiqlər, həm də fədakarlıq və mübarizələr baxımından Fələstinin müstəsna mövqeyi


Şübhə etməməliyik ki, bu günlər Fələstin üçün taleyüklü günlərdir. Əlbəttə, Fələstin bizim tariximiz boyunca İslamın və düşmənlərinin vuruş səhnəsi olmuşdur. Son yüz ildə - xüsusən də son əlli ildə bu yer İslam düşmənləri ilə mübarizənin ön xətti olmuşdur. Fələstini həqiqətən mütəmadi əsrlərdə İslam tarixinin mühüm hadisələrinin tablosu bilmək olar. Lakin bu gün Fələstində baş verənlər hadisənin cəhətlərinə görə təxminən müstəsnadır. Əvvəla bu gün Fələstin xalqına edilən təzyiqlər bənzərsizdir. İkincisi isə bu gün Fələstin xalqının etdiyi fədakarlıqlar və mübarizələr bənzərsizdir. Biz heç zaman Fələstin xalqını belə ciddi şəkildə cismi, canı, malı, övladı və əzizləri ilə səhnədə müşahidə etməmişik. Bu xüsusiyyət bu mübarək intifazəyə məxsusdur.

Fələstin xalqının əfsanəvi dözümü və müqaviməti


Fələstin məsələsində üç dəyərli məqam var. Bu üç dəyərli məqam tarixin yadında qalacaq:

...Tarixdə qalacaq ikinci məqam Fələstin xalqının əfsanəvi dözümü və müqavimətidir. Bir xalq mühasirə olunub, yalqızdır, bütün ətrafını düşmən sarıyıb. Lakin bu şəkildə dayanıb, aclığa dözür, övladlarının qəminə və gənclərinin müsibətinə dözür, evlərinin uçulmasına və tarlalarının dağılmasına dözür, işsizliyə dözür. İndi bir neçə milyon fələstinli - bunların hamısı partiya və qrupların üzvləri deyillər - bir xalq olan qadın, kişi, kiçik, böyük və qoca var qüvvələri ilə dayanmışlar. Afərin! Afərin! Çox müqavimətli xalqdır! Bu da tarixdə qalacaq. Bu məsələdə olan bu nöqtə parlayır və tarixdə gözləri özünə cəlb edəcək.


Mübarizələrin Quran əsasında nəticəyə çatması


Mənim əzizlərim! İran xalqı Qurana yaxınlaşdığı qədər izzətə də yaxınlaşmışdır, xilasa da yaxınlaşmışdır, qurtuluşa da yaxınlaşmışdır, qələbəyə də yaxınlaşmışdır. Dünyanın bütün xalqlarının xilas yolu İslama və Qurana yaxınlaşmaqdır. Fələstinin xilas yolu da budur. Siz baxın, əlli ildir Fələstin ölkəsində işğalçı bir hökumət təşkil olunmuşdur. Bu müddət ərzində mübarizələr baş verdi, lakin sona çatmadı. Nə üçün? Çünki bu mübarizələrdə Allahın dini, İslam inancı və Quran hökmü meyar deyildi. Bu gün Fələstin xalqı İslam adı ilə düşmən əleyhinə mübarizə aparır və bu mübarizə düşmənin sütunlarını sarsıdacaq.

Fələstinin adını məhv etməkdə İsrailin məğlubiyyəti


Başqa bir nümunə işğal olunmuş Fələstin məsələləridir. Amerika rejimi son əlli ildə - xüsusən də son onilliklərdə işğalçı sionizm rejiminin Fələstin torpaqlarında qalması və təhlükəsiz yaşaması üçün nə qədər xərc çəkdi; həm pul xərci, həm siyasi xərc və həm hörmət xərci. Bu gün siz baxın, bu böyük xərclər çox əsas bir maneə ilə üzləşmişdir. O maneə nədir? O maneə Fələstin xalqıdır; bunların inkar etmək istədikləri xalq; daha Fələstin xalq adlı bir şeyin mövcud olmadığını demək istədikləri xalq. Əlli ildir sionistlər var qüvvələri ilə Fələstin xalqının daha mövcud olmamasına çalışdılar. Bir qrup ərəb ölkələrində qaçqın kimi, bir qrup ərəb də dırnaqarası İsraildə - qondarma və yalançı bir məmləkətdə ikinci dərəcəli vətəndaş kimi yaşayır. Bütün lazımi işləri görmüşlər; təbliğat işi aparmışlar, siyasi iş aparmışlar, çox güclü və qeyri-insani təzyiq göstərmişlər. Lakin görürsünüz ki, uzun müddət ötdükdən sonra həqiqət özünü göstərir. Yəni Fələstin xalqı qiyam edir.

Allahın sadiq mücahidlərə qəti vədəsi


Fələstinin bugünkü vəziyyəti Allahın sadiq və möhkəm mücahidlərə vəd etdiyi qəti gələcəyin müjdəçisidir. Bu vəd qaçılmazdır. Zalım və daşürəkli sionizm rejimi, onun arxasında Amerikanın, beynəlxalq sionizmin və mürtəce səliblilərin siyasəti özlərinin cinayətli və faciəli rəftarı ilə Fələstin xalqına qalib olacaqlarını güman edirlər. Elə bilirlər onu təslimçiliyə vadar edə biləcəklər. Bu kobud səhvdir. Bu səhvi edənlər gələcəkdə ağır qulaqburması görəcəklər. Tel-Əviv cəlladları öz rəftarları ilə yalnız günahsızları qətlə yetirməyi, şəhərləri dağıtmağı bacarmışlar, fələstinli mücahidlərin güclü iradələrini sarsıtmağı isə bacarmamışlar. Əqsa məscidi intifazəsi Allahın nişanələrindən biridir və bədbəxt cinayətkarları sərt cəzalandıracaq.

Vahid İslam kimliyinin formalaşmasına müjdələr


"Sionizm işğalından azadlıq" prinsipinə sadiq olan bir hökumətin iş başına gəldiyi bugünkü Fələstinə baxmaq, onu Fələstin xalqının keçmişdəki qürbəti, təcridi və gücsüzlüyü ilə müqayisə etmək... və nəhayət İslam ölkələrində gənc cəmiyyətə, İslam dəyərlərinə təmayüllə, Amerika və Qərbə çoxlu nifrətlə yetişməkdə, çiçəklənməkdə və artmaqda olan nəslə baxmaq...

Bütün bunlara baxış Qərb hegemonçularının və hamısından öncə Amerikanın devrilmiş bəxtini və məğlub olmuş siyasətlərini düzgün təsvir edə və vahid İslam kimliyinin formalaşmasını müjdələyə bilər.


İşğalçıların qəlbində məyusluq və Fələstin xalqının üzündə ümid


İslam dünyası üçün qəmli bir məsələ olan Fələstin məsələsində, bu gün sionistlərin fələstinlilərə qarşı vəhşiliyi bir neçə dəfə artsa da, eyni zamanda siz Fələstin xalqının üzündə ümidi müşahidə edirsiniz.

Bu gün Fələstinin işğalçılarının özləri öz yollarını davam etdirməyə məyus olduqlarını duyur və bildirirlər. Özləri etiraf edirlər ki, çıxılmaz vəziyyətdə qalmışlar. Keçmiş SSRİ-nin dövrünün bitməsindən və dağılmasından sonra siz dünyanın kəndxudası və rəqibsiz ağası olan Amerika Birləşmiş Ştatları rejiminin müxtəlif regionlarda çıxılmaz vəziyyətdə qaldığını, əsaslı problemlərə və açılmaz düyünlərə düçar olduğunu müşahidə edirsiniz. Terrorçuluqla mübarizə bəhanəsi ilə bu həssas regiona daxil oldu; Əfqanıstana, İraqa, Livana və Fələstinə. Sizin gördüyünüz bütün bu bölgələrdə Amerikanın planları biri o birindən sonra puç olmuş və bu planların irəliləyəcəyinə heç bir ümid qalmamışdır. Özlərinin də ümidləri yoxdur; bunu söyləyir və deyirlər də.



Yüklə 1,24 Mb.

Dostları ilə paylaş:
1   ...   73   74   75   76   77   78   79   80   81




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin