Fələstİn İslam İnqilabının Böyük Rəhbəri həzrət Ayətullah Seyid Əli Xameneinin baxışında



Yüklə 1.24 Mb.
səhifə8/81
tarix30.06.2018
ölçüsü1.24 Mb.
1   ...   4   5   6   7   8   9   10   11   ...   81

İranın fələstinlilərə örnək olması


Bizim əziz İranımız, müqəddəs İslam Respublikası quruluşu və bu iftixarlı bölgədə yaşayan böyük xalq dünyaya örnək ola bilərlər. Necə ki, inqilabdan sonra bu günə qədər müxtəlif sahələrdə örnək olmuşlar. Bunda əsla şübhəniz olmasın ki, bu gün tam şücaətlə mübarizə vəziyyətində olan Fələstin xalqı İran xalqını və İranın dərsini özünün unudulmaz dərsi və unudulmaz örnəyi hesab edir. Bunu həm sizin dünya boyunca çoxlu olan dostlarınız, həm də hegemonçu qüdrətin mərkəzləri olan düşmənləriniz yaxşı bilirlər. Fələstin bu gün Allahın adı ilə özünün səmərəli və əzəmətli mübarizəsini davam etdirir. Qəlbləri Allaha imanla və özünəinamla dolu olan insanların iradəsinin bütün maddi qüdrətlər üzərindəki qələbəsi növbəti dəfə aşkar olacaq. Dünya görəcək ki, Fələstin xalqı müqavimətin sayəsində addım-addım öz məqsədlərinə sarı irəliləyir. Fələstin torpağı Fələstin xalqına məxsusdur. Bu gün bu xalq meydandadır. İslam dünyasında da bu xalqın özünün şücaətli müqaviməti ilə beynəlxalq mühitdə yaratdığı həyəcandan tufan qopmuşdur.

Əlbəttə, müsəlman xalqların üzərinə daha ağır vəzifə düşür. Müsəlman hökumətlərin də vəzifələri böyükdür. İslam İranı - xalqı və hökuməti çiyin-çiyinə Fələstin xalqının səsinə səs verib, onunla həmdərdlik və yoldaşlıq edir; müxtəlif sahələrdə bu xalqı müdafiə edir.


İran - xalqların müqavimət örnəyi


Biz fəxr edirik ki, bizim xalqımız, bizim hökumətimiz, bizim məmurlarımız, bizim gənclərimiz və bizim alimlərimiz bütün bu illərdə bu məsələlərə qarşı laqeyd olmayıblar, mövqe bildiriblər, nifrət bildiriblər. İran xalqı bu ruhiyyəni əldən verməməlidir. Xüsusən siz gənclər bu ruhiyyəni əldən verməyin. Bir dəstə adam məsələni tərsinə göstərmək istəyirlər, etiraz edib deyirlər ki, cənab, nə qədər deyəcəksiniz ki, filankəsə ölüm, filankəsə ölüm. Etiraz edirlər ki, nə üçün Amerikanın, yaxud sionistlərin, yaxud onların müttəfiqlərinin cinayətlərini beynəlxalq tribunalarda aşkarlayırsınız. Bunu aşkarlamaq və demək lazımdır. Xalqlar dərs alırlar.

Xalqlar ilham alırlar, hökumətlər öyrənirlər və milli rəhbərlər bir xalqın bu şəkildə müqavimət göstərdiyini gördükdə cəsarətlənirlər. Biz nə üçün xəcalət çəkək?! ...Bu gün - İslamın əzəməti dövründə, İslam quruluşunun və İran xalqının başucalığı dövründə onun antiimperialist mövqelərinə görə kimsə beynəlxalq tribunalarda Amerika, İsrail, sionizm və onların müttəfiqlərinin qarşısında dayanıb açıq-aşkar danışdıqda burada bir dəstə adam xəcalət çəkir deyir ki, vay, rüsvay olduq. Bu, tağut dövründə birinin namaz qıldığına görə çəkdiyi xəcalətə bənzəyir. Nə üçün xəcalət çəkməliyik?! İran xalqının, xüsusən də gənclərin beynəlxalq zülmlər qarşısındakı açıq mövqeyi heç zaman səngiməməlidir.


Fələstini müdafiədə İslam Respublikası hökumətinin qabaqcıl olması


Bizim əziz xalqımız Fələstin məsələsini bütün varlığı ilə dərk etmiş, İslam dünyasına olunan zülmü duymuş, bu sahədə üzərinə düşən vəzifəni anlamışdır. İslam Respublikası hökuməti həmişə bu sahədə qabaqcıl olmuş, üzərində vəzifə duymuş və bacardığını etmişdir. Şübhəsiz, bunun böyük nəticələri olacaq. Biz ümidvarıq və əlamətlərini də görürük ki, tədricən İslam dövlətləri bəzi həqiqətləri daha artıq dərk edir. Bəziləri məsələnin mahiyyətinə yaxınlaşır və yollarını İslam ümmətinin vəzifəsinə sarı yaxınlaşdırırlar.

İmam Xomeyninin hərəkatı vasitəsi ilə Fələstinə yeni ruhun üfürülməsi


İmam Xomeyni hərəkatı Fələstin məsələsinə yeni ruh üfürdü və həmişə fədakar cihadla birgə olan İslam inancı dayağını onun üçün yenidən yaratdı. Kemp Deyvid müqaviləsindən sonra Amerikanın Orta Şərq siyasətləri Fələstin məsələsinə və Fələstin xalqına zərərli tale yazmışdı. Bu, axırda Oslo müqaviləsi və onun acı nəticələri ilə sonuclanan siyasət idi. Bu siyasətlərdə cihad və müqavimət ruhiyyəsinin məhvi və Fələstin xalqının tədricən regionun bütün qaydalarından silinməsi və o xalqın özünün iradəsinə və zati qüvvəsinə arxalanmasının yerinə puç ümidlərə güvənməsi nəzərdə tutulmuşdu. Yenidən Fələstin xalqının mübarizələrinə qarışan İslam imanı və Allah yolunda cihad ruhiyyəsi hegemonçu siyasətlərin və xain maraqların inkişafı qarşısında ən böyük maneəni vücuda gətirdi. Bu gün Fələstin xalqı həmin ruhiyyənin və marağın sayəsində bütün varlığı ilə səhnədədir, özünün iradəsi, əzmkarlığı və fədakarlığı ilə Fələstinin düşmənləri və hətta dostları üçün təsəvvür olunmayan gələcəyin əsasını qoyur.

İran xalqı - Fələstin xalqının dayağı


Mən İran xalqına - Məhəmməd (s) yolunun davamçılarına deyirəm ki, yol müqavimət yoludur. İslam Respublikası quruluşu Böyük İmamının ardınca gedərək bu müqaviməti seçmişdir. Biz bu müqavimətdən xeyir gördük, zərər görmədik. İmperializmin bütün səsucaldanları toplaşıb müxtəlif növlü əsaslandırmalarla İran xalqını, İran hökumətini və İslam Respublikası quruluşunu fələstinliləri müdafiədən çəkindirməyə çalışdılar, lakin İran xalqı qəbul etmədi, bundan sonra da qəbul etməyəcəyik. Biz Fələstin xalqını müdafiə edəcəyik.

Mərhum imamın vasitəsi ilə İslam bayrağının ucaldılması - Fələstin xalqının oyanış amili


Əslində bizim Böyük İmamımız ölkəmizdə və İslam dünyasında vücuda gətirdiyi bu əzəmətli hərəkatda iki bayrağı ucaltdı və yüksəkdə saxladı: Biri İslamın dirçəldilməsi, bu əzəmətli və bu tükənməz qüvvənin səhnəyə gətirilməsi bayrağından ibarətdir.

Bu, dünyanın hər bir yerində müsəlmanların kimlik və şəxsiyyət hiss etmələrinə bais oldu. Uzun illər boyunca İslam kimliyinin əzilməsinə çalışıldıqdan sonra bu inqilab vücuda gəldikdə bizim Böyük İmamımızın uca qaməti dünyanın müsəlman xalqı önündə göründükdə hamı bir kimlik, bir şəxsiyyət və bir əsillik əldə etdiyini duydu. Bu, İslam dünyasının Şərqində və Qərbində müsəlmanların oyanış əlamətlərinin yaranmasına səbəb oldu: Fələstin xalqı on illərlə uğursuzluqdan sonra cana gəldi. Ərəb ölkələrinin gəncləri hökumətlərinin sionizm rejimi ilə üç müharibədə məğlubiyyətindən sonra məyus olmuşdular; onlar ruhlandılar. Bunlar İslam dünyasına məxsusdur, təkcə bizim ölkəmizin məsələləri deyil. İslam ölkələrinin qəlbində bir xərçəng vəzisi olan sionizm rejimi o zamana qədər özünü məğlubedilməz bir sima kimi göstərmişdi və İslam dünyasında çoxları onun məğlubedilməz olduğuna inanmışdılar. Lakin o, müsəlman gənclər tərəfindən zərbə gördü. Fələstin intifazəsi başlandı, işğalçı rejimə ardıcıl zərbələr vuruldu; istər birinci intifazədə, istər Əqsa intifazəsində, istər 9 il öncəki məğlubiyyətdə və Livandan geri çəkilməkdə, istər 33 günlük müharibədə, istər ötən il məzlum Qəzzə xalqı ilə 22 günlük müharibədə. Bütün bunlar sionizm rejiminə zərbələr vurdu. Halbuki İslam inqilabı qələbə çalanda sionizm rejimi müsəlman hökumətlərin və müsəlman xalqların, xüsusən də ərəb xalqların nəzərində məğlubedilməz bir rejim sayılırdı. Bu, sionizm rejiminin hələlik Nildən Fərata qədər şüarını kənara qoymasına və unutmasına səbəb oldu. Afrikadan Şərqi Asiyaya qədər müsəlman xalqlar İslam quruluşu və İslam hökuməti yaratmaq fikrinə düşdülər; mütləq bizim İslam Respublikası quruluşumuz formasında yox, müxtəlif formalarda. Lakin ölkələrində İslam hakimiyyətini qurmaq fikrinə düşdülər. Bəzi ölkələr uğur da qazandılar, bəziləri də İslam hərəkətləri üçün ümidverici gələcək gözləyir.

İslam dünyasında ziyalılar yeni ümidlə meydana atıldılar. Ümidsiz danışan, məğlubiyyət hiss edən şairlərin, sənət adamlarının və yazıçıların İslam inqilabının qələbəsindən, Böyük İmamın əzəmətli hərəkətindən və bu xalqın müqavimətlərindən sonra ruhiyyələri dəyişildi, sözlərinin, şeirlərinin və qələmlərinin tonu dəyişildi, ümid rənginə boyandı.



Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   81


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2017
rəhbərliyinə müraciət

    Ana səhifə