Fələstİn İslam İnqilabının Böyük Rəhbəri həzrət Ayətullah Seyid Əli Xameneinin baxışında


Dünya miqyasında iki bəla: terrorizm bəlası və insanlara başçılıq edən iddiaçıların haqsızlıq bəlası



Yüklə 1,24 Mb.
səhifə14/81
tarix30.06.2018
ölçüsü1,24 Mb.
#55352
1   ...   10   11   12   13   14   15   16   17   ...   81

Dünya miqyasında iki bəla: terrorizm bəlası və insanlara başçılıq edən iddiaçıların haqsızlıq bəlası


Baxın, bu gün dünya miqyasında iki bəla mövcuddur: Biri terrorizm bəlasıdır. Dövlət baxımından bunun birinci nümunəsi işğalçı sionistlərin hökumətidir, partiya baxımından münafiqlər və onlar kimilərdir. Onlar zibillikdə inkişaf edib çoxalan bir mikrob kimi böyük dövlətlərin qanadı altında inkişaf etdilər. İkinci bəla bəlkə də birinci bəladan da böyükdür. Bu, insanlara başçılıq edən iddiaçıların haqsızlığıdır. Bunlar terroru görürlər, terrorçunu tanıyırlar, dövlət terrorizmini də ayırd edirlər, amma haqqı gizlədir və inkar edirlər. Bunların işi həqiqətən bəşəriyyət üçün böyük bəladır.

İsrailin hiyləgərliyi: ərəblərin vasitəsi ilə rəsmi tanınmağa çalışmaq


Bu gün onların hiyləgərliyi Fələstin konfransını - yəni İsrailin tanınması üçün konfrans təşkil etməkdir. Bu Cenevrə konfransı və Amerikanın rejissorluq etdiyi digər beynəlxalq toplantılar bunların hiyləsidir. Ərəblər bunları rəsmən tanıyan kimi və bu mühüm maneə sionistlərin qarşısından götürülən kimi yenə növbə onların zorakılığına, qəddarlığına və xəbisliyinə çatacaq. İndinin özündə də Livanda xəbisliklə və qəddarlıqla məşğul olurlar.

Bu gün növbəti taleyüklü anlardan və ümumi imtahanlardan biri qarşıdadır. Məsələ bundan ibarətdir ki, Amerika soyuq müharibənin bitməsindən sonrakı qələbələrin qızğın çağında, bu regionun bəzi ölkələrinə hakim olan qorxunc sükutun sayəsində və Fars körfəzində işğalçı hərbi müdaxiləsinə arxalanaraq özünün və işğalçı sionistlərin problemini həll etmək fikrindədir; İsrail ərəblər tərəfindən rəsmən tanınsın və Fələstin iddiası birdəfəlik bitsin.


İsrailə güzəştə getməklə onun qəddarlığının daha artması


İran xalqı bu məsələdən agahdır, digər xalqlar da başa düşməlidirlər. Allaha həmd olsun ki, bir çox müsəlman xalqlar və dünyanın azad xaqları bu məsələlərdən az-çox xəbərdardırlar. Bizim nəticə almaq istədiyimiz budur ki, Fələstin torpağının işğalından 45 il ötür. Ərəb ölkələri və Fələstin təşkilatları nə qədər güzəştə getdilərsə, düşmən daha həyasızlaşdı və onun qəddarlığı daha da artdı. Nəticə budur ki, Fələstin xalqının öz qurtuluşu üçün yalnız bir yolu var: o da işğal olunmuş torpaqların daxilində və xaricində aparılmalı olan sərt və fədakar mübarizədir. Bu İslam mübarizəsinə kömək etmək də bütün müsəlmanların vəzifəsidir.

İmperialist qüvvənin xüsusiyyəti - digərlərinin hüququna diqqətsizlik


İmperialist qüvvənin xüsusiyyəti budur ki, bütün dünyaya özünə aid, yaxud istifadə etməyə haqqı çatan bölgə kimi baxır. Əgər bir nöqtəni gücləndirmək lazımdırsa, onun xeyrinə olduğundan heç nəyi nəzərə almadan gücləndirir. Siz görün bu gün İsrail Amerika tərəfindən nə qədər müdafiə olunur! O İsrail ki, Fələstin xalqının hüquqlarını tapdamaqdan əlavə, öz qonşu xalqları üçün də heç bir haqq tanımır; nə vaxt imkan tapsa, təcavüz edir. Bu gün bacardığından Livana təcavüz edir. Nə zamansa lazım bilsə, İordaniyaya, yaxud Suriyaya da hücum edəcək. Ona nə mane olacaq?

İsrail elə bir rejimdir ki, işğal olunmuş Fələstin torpaqları daxilində bu torpaqların əhalisi üçün ən az həyat haqqı və yaşayış heysiyyəti tanımır. Onlara öz evlərində yaşamaq icazəsi də vermir. Sionist qüvvələrin təzyiqi qarşısında fəryad ucaldan şəxsləri elə qəddarlıqla yatırdır, beynəlxalq dövlətlərdə qəbul olunmuş beynəlxalq müqavilərlərin heç birinə, əgər istəməsə, əməl etmir. Onun üçün azacıq problem yaradan hər hansı bir müqaviləni asanlıqla kənara qoyur. Amerika belə bir vəhşi, həyasız, insani qanunlara və beynəlxalq qərarlara etinasız rejimi müdafiə edir.



Bu gün İsrailin gördüyü bu işlərin azını Amerika maraqlarının xidmətində durmayan bir dövlət görsəydi, bilirsiniz o dövlətə qarşı Amerika təbliğatı nə edərdi?! Livan Hizbullahının baş katibi Seyid Abbas Musəvinin - bu şəhid və ixlaslı mücahidin şəhadət hadisəsində sionist helikopterləri başqa bir ölkənin havasına daxil olurlar, azad şəkildə orada get-gəl edirlər, bir nöqtəni seçib mülki avtomobil karvanını raketlə vururlar; kişini öldürürlər, qadını öldürürlər, azyaşlı övladı öldürürlər. Amma siz görün bu aşkar cinayətin - heç kəs bu rəftarın cinayət olmasına ən az şübhə belə edə bilməz - qarşısında imperializm dünyası hansı mövqeni seçir! Məgər terrorizmin mənası nədir?! Məgər terrorizm bundan başqa bir şeydir?! Silahsıza hücum edir, xalqın arvadına-uşağına hücum edir, xalqın evinə hücum edir, evin daxilindən ev sahibini oğurlayır, işgəncə verir və öldürür. Məgər terrorizm nədir?! Amerika Birləşmiş Ştatları, insan hüquqlarının müdafiəçisi və terrorizmlə düşmən olmaqdan dəm vuran təşkilatlar terrorizmin bundan ibarət olduğunu anlamırlar?! Bilmirlər ki, dövlət terrorizmi 40 ildən artıqdır işğalçı sionizm rejiminin gördüyü işdir?! Yoxsa anlayırlar, amma üz vurmurlar?! Bir xalq bu sözlərin Amerika hegemonluğunun sözlüyündə səhv və yanlış işləndiyini gördükdə Amerikanın ona terrorçu deməsini inkar etməsinə lüzum varmı?! Amerikalılar bir qrupu terrorçu siyahısına salmışlar; qələt eləmişlər! Əgər kimlərsə terroristlər siyahısında olmalıdırsa, digərlərindən daha terrorçu olan və dünyanın ən xəbis rejimini, yəni sionizm rejimini himayə edən Amerikanın özü birinci olmalıdır.

Ərəb ölkələri tərəfindən rəsmən tanınmaqda İsrailin məqsədləri


İsrailin ərəb ölkələrinin müxalifətinə dair nigaranlığından xilas olması Amerikanın təlimatlandırdığı o rejimi əvvəla özünün əsas vəzifəsi - yəni bu regionda Amerika üçün ən böyük ciddi təhlükə olan İslam hərəkətləri ilə mübarizəyə hazırlayır. İkincisi, Amerikanın bu həyati bölgənin ölkələrinə nüfuzunu qətiləşdirib məntəqəni amerikalıların təhlükəsiz evi formasına salır və böyük şeytan Orta Şərqin başağrısız ixtiyar sahibi olur. Üçüncüsü isə İsrail işğal olunmuş torpaqları artırmaq və “Nildən Fərata” arzusunu həyata keçirmək yolunda başqa bir mühüm səngəri fəth edir.

İsrailin qüdrətlənməsinin səbəbi: İslam hökumətlərinin xalqlarından ayrı olması


Nə üçün bu gün işğalçı sionizm rejimi Amerikanın və dünya sionistlərinin pul dəstəyi ilə ərəb xalqlarına belə aşkar şəkildə zorakılıq edə bilir? Nə üçün müsəlmanların və ərəblərin regionda qondarma, köksüz və məcburi işğalçı rejim olan İsraillə müzakirəni boykot etməsindən və onu pis saymasından on illər ötdükdən sonra bu gün təəssüf ki, müzakirə fikri ərəblərin siyasi ünsürləri və bir çox dövlətlər arasında qəbul olunmuş sayılır? Çünki xalq iştirak etmir. Çünki xalqın əli o ölkələrin fəal əlləri ilə birgə deyil. Çünki rejimlər bir yolla gedirlər, xalqlar başqa yolla. Nəticə isə zəiflikdir. Əgər bu gün İsraillə müzakirəni qəbul edən ərəb rejimləri öz xalqlarına arxalansaydılar, nə üçün ev düşməni və öz torpaqlarının işğalçıları ilə oturub işğal olunmuş torpaqlar barəsində danışmağa məcbur olduqlarını hiss etməli idilər?! Əgər xalqları səhnəyə buraxsaydılar, əgər xalqların hisslərinə, fikirlərinə, iradələrinə və qüvvələrinə hörmətlə yanaşsaydılar, xalqlar ərəb ölkələrini və rejimlərini bu şəkildə zəifləməyə qoymazdılar.

Yüklə 1,24 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   81




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin