Amerikanın nəzərində fələstinlilərin terrorçuya, İsrailin isə müdafiəçiyə çevrilməsi
Amerikanın bu prezidenti işğalçı İsrail hökumətinin hərəkətlərini dəstəkləyib deyir ki, İsrail özünü müdafiə edir. İsrail bu qırğınları törədir, o isə deyir ki, özünü müdafiə edir; onun işini terrorçuluqla mübarizə sayır. Qadını, uşağı və gənci öldürmək, fələstinlilərin palçıq evlərini buldozerlə uçurmaq özünü müdafiədir?! Özünü müdafiə edən Fələstin xalqıdır, işğalçıların zülmündən cana doyan şəxs, daha dözümü qalmayan və çarəni səhnəyə gəlməkdə bilən bu fələstinli qadın və kişidir. Kim razı olar ki, gənc övladı bir qanlı hadisəyə qoşulub bir saatdan sonra qətlə yetirilsin. Bir ana öz gəncini qucaqlayır, öpür, amma ağlamır, deyir ki, mən bunu göndərirəm. Görün siz bu ananın başına nə bəla gətirmisiniz! Siz görün bu xalqın başına nə bəla açmısınız ki, bu şəkildə gəncini meydana göndərib "əgər yüz övladım olsaydı, hamısını bu şəkildə öldürülmək üçün göndərərdim" - deyir. Siz bu xalqa nə etmisiniz ki, 17-18 yaşlı bir qız özünə bomba bağlayıb sionist düşmənlərin arasına girməyə və onları öldürmək üçün özünü də öldürməyə razı olur? Siz bunların qarşısındakı bütün yolları bağlamısınız. Sonra deyir ki, İsrail özünü müdafiə edir. Müdafiə budur?! Bu söz məntiqlidir?! Bu söz bir prezidentə yaraşar?! Bu söz o dövlətə yaraşar ki, özünü dünyanın rəhbəri bilir və bütün dünyanın ona tabe olmasını istəyir?! Dünya xalqı gəlib bu zəif dəlili və bu zəif məntiqi dəstəkləsinlər və ona itaət göstərsinlər?! Bir xalqı təhqir etmisiniz, hiylə və zorla evini ondan almısınız, həyatını qaraltmısınız. Hər gün onu təhqir edirsiniz. Bu şəhərdən o şəhərə getdikdə öz evində və öz ölkəsində əcnəbilər tərəfindən yoxlanılmalıdır. Əgər nə vaxtsa hücum edib birini öldürsələr, dövlət şuraları oturub qərar çıxarır ki, bu adamları harada görsəniz terror edin. Dünya belə bir şeyi sionistlərdən başqa harada görüb?! Belə olan halda bu xalqa terrorçu deyir. Bu həyasız, yırtıcı və rüsvayçı terrorçuları müdafiə edərək deyir ki, özlərini müdafiə edirlər. Amerika hökuməti bundan da pis mövqe seçə bilərdimi?! İsrailin hərəkəti də Amerikanın bu təsdiqləri ilə başlandı. Əgər Amerika təsdiq etməsəydi, əgər yaşıl işıq göstərməsəydi, əgər müdafiə sözü verməsəydi, bunlar bu şəkildə daxil olmağa cürət etməzdilər. Onlar Amerikanın məntiqsiz himayələrinə arxalanıb bütün bu cinayətləri törədirlər. Buna əsasən, Amerika bu gün Fələstində baş verən bütün cinayətlərə şərikdir.
Diqqət yetirin, Fələstin xalqının intifazəsi bir xalqın qiyamıdır. Fələstin xalqı öz əlini qaldırmışdır, bunu onun-bunun boynuna atmayın. Bir xalq qiyam edib; şərəfi, izzəti, kimliyi və agahlığı onu meydana çəkib. İndi bunlara deyirsiniz terrorçu? Bunlar terrorçudurlar?! Əgər İsrail dövləti kiçik bir qrupla qarşılaşdığını iddia edirsə, bəs nə üçün xalqın evinə soxulurlar? Nə üçün evləri dağıdırlar? Nə üçün küçə və bazarda bu qədər cinayətlər törədirlər? Gedin həmin kiçik qrupla vuruşun. Xalqın arvad-uşağı nə günah etmişlər?! Başdan-ayağa səhv məntiq; müqəddimələri səhv, nəticə səhv. Belə olan halda bir prezident dünya xalqının gözü qarşısında o sözləri dilinə gətirir və ərizənin boş olmaması üçün də bu hökuməti, o hökuməti - İslam Respublikasını, İraqı, Suriyanı və digərlərini müttəhim edir. Bu iddialar Amerikanı dünya xalqının gözündə mənfur edir. Bunlarsa diqqət yetirmirlər.
Amerika məmurlarının terrorizm məfhumunu yanlış anlamaları
Sonrakı mətləb budur ki, Amerika məmurlarının zehnində olan terrorizm məfhumu yanlış məfhumdur. Onlar terrorizmi pis izah edirlər. Elə izah edirlər ki, iki fələstinli düşərgə olan Səbra və Şətila əhalisinin bu gün işğalçı sionizm hökumətinin başında duran şəxsin əmri ilə bir gecədə kütləvi qırğını və qətliamı terrorizm sayılmır.
Bir neçə il bundan öncə Livanın Qana əhalisinin çoxu şikayət üçün Birləşmiş Millətlər Təşkilatının bu ölkədəki nümayəndəliyi qarşısına toplaşmışdılar. Amma İsrail helikopterləri gəlib qadının, kişinin, uşağın, acın və susuzun olduğu bir neçə yüz nəfər insanı atəşə tutdu və hamısını öldürdü. Amerikalılar bunu terrorizm bilmirlər. Dəfələrlə Livana gəlib insanları oğurlayıblar, yaxud öldürüblər. Amma bunların heç biri terrorizmin nümunəsi deyil. İşğalçı sionizm dövləti bir-iki ay öncə rəsmən qərar çıxardı ki, bəzi fələstinlilər terror olunmalıdırlar. Hətta terror sozünü də işlətdilər, terror da etdilər, maşınlarını partlatdılar, çoxlu insanlar öldürdülər. Amma bunların heç biri terrorizmin nümunəsi deyil. Lakin öz torpaqlarını və tapdanmış hüquqlarını müdafiə etmək üçün qiyam edən, fəryad ucaldan, silahı da olmayıb əlində daş tutan Fələstin xalqı terrorçudur. Amerikalıların məntiqi budur. Bu səhv məntiqdir və dünya bunu qəbul etmir.
Amerikanın İsrailin dövlət terrorizminə dəstəyi
Digər tərəfdən, son bir neçə gündə Amerikanın müttəfiqi, yəni işğalçı sionizm dövləti Fələstin şəhərlərində bu torpaqların müsəlman əhalisinə qarşı belə bir hücum həyata keçirdi; tankla, təyyarə ilə, helikopterlə və hərbi gəmilərlə xalqın müdafiəsiz evlərinə, qeyri-hərbçilərə, uşaqlara, məktəblərə və xəstəxanalara hücum etdi. Vəziyyət dəhşətlidir. İslam ümməti çox tez nəticə almalı və bu qafillikdən çıxmalıdır. İslam dünyasının hər bir tərəfi hücuma məruz qalır. Cənablar müjdə də verirlər ki, bura ilə kifayətlənməyəcəyik, başqa ölkələrə də hücum edəcəyik. İraqın və Somalinin adını çəkirlər. İslam dünyasının terrorizmlə mübarizə adı altında müxtəlif meydanlara daxil olub öz maraqlarını təmin etməyə çalışan və dünyanın ən böyük terrorçu qurumu, yəni sionizm hökuməti ilə nəinki mübarizə aparmayan, hətta onu dəstəkləyən şəxslərin hücumuna məruz qalması planlaşdırılır. Əgər tankla xalqın evlərin hücum etmək terorizm deyilsə, bəs terrorizm nədir? Əgər ev F-16 təyyarələri və döyüş helikopterləri vasitəsi ilə xalqın evlərini raket atəşinə tutmaq terrorizm deyilsə, bəs terrorizm nədir? Hər halda, bu iki məsələ çox mühüm məsələlərdir və mən hər biri barəsində bir neçə cümlə deyəcəyəm.
Terrorizmlə mübarizədə Amerikanın ikili standartı
Heç kəs Amerika hökumətinin bu cinayətlərdəki məsuliyyətini inkar edə bilməz. Amerikalılar terrorizmlə mübarizə şüarı ilə Əfqanıstan xalqına hücum etdilər. Əfqanıstanda bir neçə nəfəri terrorçu kimi elan etdilər. Amma Fələstin xalqının terroru və onların əleyhinə vəhşicəsinə hücumlara nəinki qarşı çıxmadılar, hətta onu dəstəklədilər də. Həqiqətən dünyanın xalqı və ümumi rəyi üçün çox ibrətli məsələdir. Bunlar nə deyirlər? İnsan hüquqlarından, azadlıqdan və xalqların hüquqlarından dəm vurmağa necə üzləri gəlir? Bir xalqla öz evində bu şəkildə qəddar, vəhşicəsinə və rəhmsiz rəftar olunsun, amma nəinki qarşı çıxmasınlar, hətta dəstəkləsinlər də. Təəssüf ki, həm Amerika hökuməti, həm İngiltərə hökuməti ümumi rəy qarşısında çox pis imtahan verdilər. Mənim fikrimcə, Amerikanın məmurları Amerika xalqını tarixdə xəcalətli etdilər; İngiltərə məmurları İngiltərə xalqını tarixdə başıaşağı və xəcalətli etdilər. Bunlar hökumətlərin və xalqların başında dururlar və bütün bu iddialarla bu böyük insani cinayət qarşısında hətta laqeyd də qalmır, onu müdafiə də edirlər.
Dostları ilə paylaş: |