Fələstİn İslam İnqilabının Böyük Rəhbəri həzrət Ayətullah Seyid Əli Xameneinin baxışında


İran İslam İnqilabı - bütün İslam inqilablarının örnəyi



Yüklə 1,24 Mb.
səhifə3/81
tarix30.06.2018
ölçüsü1,24 Mb.
#55352
1   2   3   4   5   6   7   8   9   ...   81

İran İslam İnqilabı - bütün İslam inqilablarının örnəyi


İran inqilabı bütün bu regionda bütün İslam inqilablarının anası olmuşdur və olacaq. Sizin inqilabınızın qələbəsindən sonra bütün bu bölgədə İslam və iman duyğuları coşmuşdur. Bu gün regionun müxtəlif yerlərində İslam ideologiyasına əsaslanan azadlıq hərəkatları vücuda gəlmiş və alovlar şölələnmişdir. Amma siz davam etməlisiniz. İran xalqı bilməlidir ki, bu övladlar ona kömək edəcəklər. Ey ərəb və İslam dünyasının İslam inqilablarının anası! Ey İran İslam İnqilabı! Ey İranın böyük müsəlman xalqı! Ey Böyük Rəhbər! Şübhəsiz, bu inqilabın törəmələri - yəni müsəlmanlar yaşayan bütün ölkələrdə baş verən və baş verəcək digər inqilablar İran İslam İnqilabına kömək edəcəklər. Amma İran İslam İnqilabı da öz yolunu davam etdirməlidir. Biz Amerikanı məyus etməliyik və gördük ki, məyus edə bilirik.

Amerika imperializmi və məzlum ərəb xalqları qarşısında vəzifəmiz


Bu gün bizim qarşımızda üz-üzə dayanmış iki amil mövcuddur. Bir amil regionda işğalçı İsrail dövləti formasında təcəssüm edən Amerika və imperializmdir. Biz Amerika istismarçılığının və təcavüzünün təzahürü olan bu işğalçı dövləti təzyiq altda saxlamağı və onu məhv etməyi məqsəd seçməliyik. Digər amil onun qarşı tərəfində dayanan məzlum ərəb xalqlarıdır. Biz bu məzlum xalqları öz qardaşlarımız və cəbhə yoldaşlarımız bilməli, bunları ümumi qiyama dəvət etməliyik.

Qum və su vedrəsi məsəli


Mən bu gün siz Tehran əhalisinin və İran xalqının adından bu möhtəşəm milyonluq tribunadan, Qüds gününün bu böyük milyonluq toplantısından Qüds günündə bu cəmiyyətə qoşulmuş, bu ölkəyə və öz evlərinə - İslam evlərinə gəlmiş əziz qonaqlarımıza elan edirəm: Gedin İranın inqilabçı müsəlmanlarının salamını öz ölkənizin xalqına çatdırın, bizim təcrübəmizi və Allahın bizim barəmizdəki möcüzəsini onlara deyin, onları hərəkət etməyə vadar edin. Ümmət imamının buyurduğu kimi bir milyard müsəlman, bir milyard insan bugünkü dünya üçün əzəmətli və möhtəşəm bir qüvvədir. Əgər hər adam bir qum dənəsi, ümmət imamının buyurduğu kimi bir vedrə su və ötən il bu gündə mərhum Ayətullah Taliqaninin dediyi kimi bizim hər birimiz İsrail dövlətinə sarı bir qum dənəsi atsaq, şübhəsiz, bu şeytanı qum təpəsi altında dəfn edərik.

Ey müsəlman xalq! Ey İranın böyük və qəhrəman xalqı! Qüds günü bizim və sizin İslam inqilabımızın böyük şüar günüdür və biz özümüzü hazırlamalıyıq. Mən bu gün sizə elan edirəm ki, özünüzün hərbi hazırlığınızı, döyüş və silah-sursat hazırlığınızı hər gün artırın və keyfiyyətini yüksəldin. Bizim qarşımızda Fələstin məsələsi var, Amerika imperializmi məsələsi var, təcavüzlər və təxribatlar var.


Birinci bölmə: Ümumi hissə




Birinci fəsil: Fələstin məsələsinin əhəmiyyəti

Fələstin məsələsi - İslam dünyasının ən mühüm məsələsi


Fələstin məsələsi İslam dünyasının ən mühüm məsələsidir. İslam dünyasında heç bir beynəlxalq məsələ bundan üstün deyil. Çünki Fələstin və Qüds torpaqlarını işğal edənlərin İslam ümmətinin bu hissəsinə hökmranlığı İslam dünyasında bir çox nöqsan və problemlərin mənşəyi olmuşdur.

Peyğəmbərin (s) müqəddəs ruhunun uca aləmlərdə Fələstin məsələsinə görə qəmgin olması


Bu gün İslam cəmiyyətinin bədənində dərdli və dərin bir yara var. Burada oxunan ayə İslamın əziz Peyğəmbəri (s) barəsindədir: “O sizdən (sizin iman gətirməyinizdən) ötrü təşnədir, möminlərlə şəfqətli, mərhəmətlidir!“ Bu gün İslam dünyasının, ən böyük hissəsi Fələstin məsələsindən ibarət olan dərdi Peyğəmbərin (s) müqəddəs qəlbini incidir. Bu gün Fələstin xalqının düşdüyü vəziyyətə görə Peyğəmbərin (s) müqəddəs ruhu ilahi yaradılışın uca aləmlərində qəm içindədir. Bunun əlacı nədir? Çalışmaq və mücahidlikdir.

Görün hegemonluq necə dişlə, caynaqla, qaniçənliklə və insaniyyətdən uzaq rəhmsizliklə dayanmışdır. Əgər bacarsa, özünün imperialist istəkləri üçün İslam xalqlarını və onların arzularını tapdayacaq. Bu gün bu Fələstin məsələsi İslam dünyasının ən böyük problemlərindən biridir və gələcəkdə də olacaq. Bir xalqı öz evindən, yaşayışından, ölkəsindən və torpağından didərgin salıb yerində muzdur və xəbis işğalçını oturtmaq məgər zarafatdır?! Ona hər növ kömək edirlər, bütün cinayətlərinə don geyindirirlər, qolları da dirsəyə qədər bölgə xalqının qanına batır. Bunlarla qane olmayıb müsəlmanlardan və ev sahiblərindən imza almaq istəyirlər ki, bu ev o işğalçıya məxsusdur və ev sahibinin burada heç bir hüququ yoxdur. Bu işi görmək istəyirlər.


Fələstin - İslam dünyasının ən təcili problemi


Bütün İslam dünyasında olan əziz qardaşlar və bacılar! Təcrübələrdən dərs alaq. Bizim böyük ümmətimiz bu gün İslam oyanışı sayəsində əzəmətli qüdrətə malikdir. İslam ölkələrinin çoxlu problemlərinin həllinin açarı bu möhtəşəm toplumun iradəsində və birliyindədir. İslam dünyasının ən təcili problemi isə Fələstin problemidir.

Fələstin məsələsi - bəşəriyyət dünyasının böyük müsibəti


Fələstin məsələsi indiki bəşəriyyət dünyasının böyük müsibətlərindən biridir. İnsana və insan haqlarına dair duyğusu olan və məzlum insanları müdafiədən dəm vuran hər kəs bu məsələ qarşısında iddia sahibi olmalı, bunu öz problemi bilməlidir. Bəlkə də demək olar ki, Fələstin hadisəsi və müsibəti tarixdə bənzəri az olan hadisələrdəndir. Bizim bildiyimiz qədərincə, bir xalqa qarşı bu şəkildə əzəmətli hadisə tarix boyu az olmuşdur.

Siz insani faciələrdən hansını təsəvvür etsəniz, Fələstin faciəsində mövcuddur: günahsız insanlar öldürməkdən, insanları didərgin salmaqdan, evsiz-eşiksiz etməkdən, işgəncədən, əzabdan, həbsdən, sürgündən və bu qəbil işlərdən, insan məqamına hörmətsizlikdən, bir qrup insanın bəşəri sərvətlərini məhv etməkdən, bir qrup insana qarşı təzyiqdən, zülmdən, qorxu və şiddətdən və fəaliyyət icazəsi verməməkdən (ibarət olan hər şey). Əgər dünyanın bir tərəfində xalqın bir hissəsinə qarşı baş versə, bəşəriyyəti yaralayan və matəmə salan bütün bu müsibətlər son 45 ildə Fələstində baş vermişdir.

İnsan hüquqlarını müdafiədən dəm vuran şəxslər əgər doğru deyirlərsə, gərək Fələstin xalqının hüquqlarından danışsınlar. Siz bu son 45 ildə Fələstin xalqı qədər işgəncə görən, əzab çəkən, əzizlərini əldən verən, hüquqları tapdanan hansı xalqı tanıyırsınız? Necə olur ki, bu faciələrin biri dünyanın bir tərəfində bir qrup insana qarşı baş verdikdə insan hüquqlarının qayğıkeşi və həmdərdi olduqlarını iddia edən şəxslər sinələrini sipər edir, danışır və addım atırlar, lakin Fələstin xalqına qarşı edilən bütün bu faciələrin məcmusunu görməzliyə vururlar?


Yüklə 1,24 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   81




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin