Fələstİn İslam İnqilabının Böyük Rəhbəri həzrət Ayətullah Seyid Əli Xameneinin baxışında


Fələstinlilərin zəifliyi, hakimiyyət istəyi, rahatçılığı və sayıq olmaması; işğalın səbəbləri



Yüklə 1,24 Mb.
səhifə34/81
tarix30.06.2018
ölçüsü1,24 Mb.
#55352
1   ...   30   31   32   33   34   35   36   37   ...   81

Fələstinlilərin zəifliyi, hakimiyyət istəyi, rahatçılığı və sayıq olmaması; işğalın səbəbləri


"Bismillahir-Rəhmanir-Rəhim. Zülmə məruz qaldıqlarına görə vuruşanlara (kafirlərə qarşı Allah yolunda döyüşməyə) izin verilmişdir. Allah onlara kömək etməyə, əlbəttə, qadirdir! O kəslər ki, haqsız yerə, ancaq “Rəbbimiz Allahdır” - dediklərinə görə yurdlarından (Məkkədən) çıxarıldılar. Əgər Allah insanların bir qismini digər qismi ilə dəf etməsəydi, sözsüz ki, içərisində Allahın adı çox zikr olunan soməələr (rahiblərin yaşadığı monastırlar), kilsələr, məbədlər (yəhudi məbədləri) və məscidlər dağılıb gedərdi. Allah Ona yardım edənlərə, şübhəsiz ki, yardım edər. Həqiqətən, Allah yenilməz qüvvət, qüdrət sahibidir!"

Xalqların tarixində elə anlar olur ki, onda qərar vermək o xalqın ömrünün uzun bir dövrünə təsir qoyur, nəsillərə əzab, əziyyət, xarlıq və əsarət, yaxud azadlıq, izzət və səadət ərməğan edir.

Əgər sionistlərin müsəlmanlara məxsus torpaqlarda Fələstin milliyyətinin yerinə yalançı, qondarma və köksüz milliyyəti qoymaq üçün onun dərin kökünə ilk dəhrələri vurduğu gün müsəlman dövlət başçıları, təsirli qüvvələr və onların ardınca xalq kütlələri fəallıq, ciddi müqavimət və sayıqlıq göstərsəydilər, bu gün bu regionda sionizm dövlətinin xəbis ağacının zəhərli meyvələri olan bütün bu müsibət və bəlalardan xəbər-ətər olmazdı, bəlkə də region xalqları, xüsusən də məzlum Fələstin xalqı bu qırx beş ildə çəkdiklərindən uzaq qalardı.

O zaman bəzilərinin zəifliyi, bəzilərinin hakimiyyət istəyində olması, bəzilərinin rahatçılığı, bəzilərinin sayıq olmaması əl-ələ verib ümumi xəyanəti formalaşdırdı və nəticəsi qarşıya çıxdı: minlərlə günahsız insan qanı axıdıldı, minlərlə namus təhqir olundu, minlərlə ev dağıdıldı, minlərlə sərvət hədər getdi, minlərlə arzu dəfn olundu, minlərlə acı və müsibətli gecə-gündüz bir xalqın İordaniya və Livanın qaçqın düşərgələrində aclıqla, didərginliklə, evsizliklə, göz yaşı və ah-nalə ilə ötdü. Yaxud işğal olunmuş vətəndə düşmənin çəkməsi və süngüsü altında yaşayan minlərlə insan heç bir günahı olmadan dövrün ən çətin cəzalarına məruz qaldı və özlərinin işğal olunmuş evlərinin qonşuluğundakı qaçqın düşərgəsində, yaxud əcnəbinin qəyyumluğu altında olan evlərində tədrici can vermək təcrübəsini yaşayanlardan başqa heç kəsin dərk etməyə qadir olmadığı minlərlə digər deyilməyən qəm-qüssə. Bütün bunların hamısı o böyük xəyanətdən yarandı. O xəyanət ardınca digər xəyanətləri də gətirdi. Bu xəyanət dalğaları nə qədər fəzilətləri qurutdu, nə qədər ruhiyyələri öldürdü və nə qədər şölələri söndürdü...

O zaman bu böyük zülmü uzaqlaşdırmaq üçün kim bir iş görə və bir addım ata bilərdisə, amma görməyibsə və atmayıbsa, bu iki fələstinli nəslin lənətinə və nifrininə məhkumdur. Müasir və gələcək tarixin qətiyyətli və ağır mühakiməsinə, eləcə də cəza günündə Allahın əzabına və qisasına məruz qalacaq. Bunda siyasət adamları, iqtisadiyyat adamları, mədəniyyət və ədəbiyyat adamları, yaxud müharibə və hərb adamları arasında fərq yoxdur.

Rüsvayçı Kemp Deyvid müqaviləsinin dağıdıcı təsiri


Misir xalqının qabaqkı rejiminin Fələstin, Qəzzə və Rəfəh keçidinə dair mövqeyinə etiraz edən bu əzəmətli hərəkəti çox dəyərli hərəkət idi. Bu davam etdirilməlidir. Misir ərəb dünyasında təsirli ölkədir. Məhz buna görə də ərəb ölkələrini işğalçı sionizm rejimi önündə diz çökdürmək istəyən şəxslər Misirə getdilər, rüsvayçı Kemp Deyvid müqaviləsini Misirdə başlatdırdılar. Bundan sonra tədricən digər ərəb ölkələri də təslim olub Amerikanın qarşısında əyildilər və Fələstin məsələsi ərəb ölkələrinin qərar səhnəsindən bütünlüklə xaric oldu. Gərək ehtiyatlı olsunlar; Misirin üzərində həssasdırlar. Qərblilərin və imperializmin qovulduğu Camal Əbdünnasirin dövründən bir gün sonra yenidən qayıtdılar. Bu təcrübə Misirdə təkrarlanmamalıdır. Misir xalqı oyaqdır, sayıqdır. Ümidvarıq Allah bu sahədə onlara kömək edəcək.

Region xalqları əvvəldən öz mövqelərini aydın göstərmişlər. Odur ki, bir hökumət Fələstini müdafiə etdikdə öz xalqının, ərəb və müsəlman xalqların himayəsini qazanır. Bunu Misir 60-70-ci illərdə sınamışdır. Amma özünü digər cəbhəyə saldıqda xalq ondan üz çevirir. Misirdə rüsvayçı Kemp Deyvid müqaviləsindən sonra Misir hökuməti ilə xalqı arasında bu ayrılıq yarandı. 67 və 73-cü illərdə öz canı və malı ilə Fələstinin köməyinə getmiş Misir xalqı tədricən gördü ki, hakimlər Amerikaya itaətdə çox ifrata varıblar və Misir sionist və işğalçı düşmənin vəfalı müttəfiqinə çevrilmişdir. Amerikanın Misir başçılarına hakim olması onların Fələstini müdafiədə çəkdikləri keçmiş zəhmətlərinin hamısını bada verdi və Misir Fələstinin ən böyük düşməninə, sionistlərin ən böyük himayədarına çevrildi.


Sayks-Peyko müqaviləsi


Osmanlı məğlub oldu. Müharibənin qalibləri arasında Orta Şərqin İslam ölkələrinin bölünməsi üçün gizli şəkildə Sayks-Peyko müqaviləsi imzalandı. Millətlər Cəmiyyəti Fələstinin qəyyumluğunu İngiltərəyə tapşırdı. Onlar da sionistlərə kömək sözü verdilər, dəqiq layihələrlə yəhudiləri Fələstinə gətirdilər, müsəlmanları öz ev və yurdlarından didərgin saldılar.

Birinci intifazənin məğlubiyyətinin səbəbləri


Birinci intifazə sionistlərin və himayədarlarının təlqinlərinin təsiri altında, sülh vasitəsi ilə fələstinlilərin imtiyazlar əldə etməsi vədi ilə, təslimçilərin nüfuzu, Amerika və Qərbin təzyiqi ilə dayandı. Amma o tarixdən ötən on il göstərdi ki, sionizmin dünyadakı himayədarlarının bütün səyləri İsrail rejimini müsəlmanların mübarizələrindən irəli gələn təzyiqlərdən xilas etmək olmuşdur. Fələstinin müzakirə edənlərinə verdikləri söz isə ilğımdan başqa bir şey olmamışdır.

Bu gün İsrailin törətdiyi işğalçılıq, ekspansiya və yırtıcılıq əvvəldən İslam cəmiyyətlərinin agah və qayğıkeş insanları tərəfindən proqnoz olunurdu.



İsrailin formalaşmasının əvvəlindən bu işğalçı və yalançı rejim həmişə fələstinlilərin danılmaz hüquqlarına təcavüz etmiş, bəzi Qərb hökumətləri, xüsusən də Amerika onu ört-basdır və müdafiə etmişlər. Beynəlxalq qurumlar da bu rejimin hərəkətlərini ört-basdır etməklə onun kimliyinə və təcavüzlərinə qanuni don geyindirməyə çalışmışlar.

Yüklə 1,24 Mb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   81




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin