Fələstİn İslam İnqilabının Böyük Rəhbəri həzrət Ayətullah Seyid Əli Xameneinin baxışında


Oslo müzakirələri - birinci intifazənin məğlubiyyət amili



Yüklə 1,24 Mb.
səhifə35/81
tarix30.06.2018
ölçüsü1,24 Mb.
#55352
1   ...   31   32   33   34   35   36   37   38   ...   81

Oslo müzakirələri - birinci intifazənin məğlubiyyət amili


Bu intifazə bütün sülh yollarından ümidini üzüb, qələbənin yalnız özlərinin müqavimətində olduğunu dərk edən xalqın qiyamıdır. Fələstin xalqı özünün qabaqkı intifazəsində çoxlu ziyanlara uğradı, İslam yolunda və İslam torpağının azadlığı yolunda çoxlu şəhid və əlillər təqdim etdi. Amma nəhayət Oslo müzakirələri onu dayandırdı. Oslonun nəticəsi nə idi? Bu gün hətta Oslonun fələstinli tərəfləri və müdafiəçiləri də onu müdafiə etmirlər. Çünki əməli cəhətdən anladılar ki, İsrail yalnız öz problemini həll etmək istəyirdi. Yəni əlidaşlı mübarizlərlə qarşılaşmaqdan xilas olsun və özünə yönələn zərbələri azaltsın. Əgər fələstinli tərəfə azca nəsə verdisə və adını imtiyaz vermək qoydusa, yalnız intifazə alovunu söndürmək və özünün təhlükələrini azaltmaq üçün idi. Öz probleminin həll olunduğunu görən kimi və yanlış olaraq Fələstin xalqının daha intifazə, müqavimət və onlarla qarşılaşmaq işini yenidən başlamağa qadir olmadığını duyan kimi həmin az imtiyazları da dayandırdı və özünün zati istismarçılığını aşkara çıxardı. Oslo sazişinin və layihəsinin gediş prosesi Fələstin xalqını elə vəziyyətə saldı ki, qiyamdan başqa bir yolun olmadığını anladılar.

Sionistlərin murdar və mənfur ünsürü - ikinci intifazənin başlanmasının səbəbkarı


Ötən üç həftədə murdar və mənfur sionist ünsürünün Əqsa məscidindəki fəaliyyəti xalqı dözümsüz etdi. Əgər həmin gün Fələstin məsələsinə iddialı rəhbərlər, yaxud ərəb ölkələrinin başçıları etiraz etsəydilər, xalq onların sözünü deyən bir kəsin olduğunu hiss edərdi və bəlkə də işlər belə olmazdı. Amma xalq gördü ki, özü meydana gəlməlidir və meydana gəldi. İndi üç həftədir Fələstin torpağında müqavimət şöləsi alovlanmışdır. Mən bu fələstinli gənclərə dedim ki, siz bilin, bir nəsil oyanmış, bir nəsil meydana atılmışdır; məgər onu bu sözlərlə söndürə bilərlər?! Bəziləri cinayət və terror törətməklə gənclərdən və məzlumlardan bir qədərini qətlə yetirirlər. Amma bunların qanı Fələstin hərəkatının və Fələstin inqilabının ağacını suvarır. Məsələ elə deyil ki, Amerika hegemonluğu, yaxud onun muzduru olan sionist hökuməti ona əlac edə bilsinlər. Bunun əlacı yoxdur. Bir xalqı öz evindən, öz vətənindən, öz ölkəsindən qovublar. Qalanlar da oraya çəkilmiş əcnəbilərin hökmranlığı altındadırlar. Məgər bu xalqı sakitləşdirmək olar?! İmperialist qüvvələr İslam İranından gileylənirlər ki, siz sülh prosesinə qarşı çıxırsınız. Biz əlbəttə, buna qarşıyıq, amma siz bilin, əgər İslam İranı qarşı çıxmasaydı, əgər dünya xalqlarının və hökumətlərinin heç biri kömək etməsəydi də, bir xalqı tarixin səhifəsindən silib onun yerinə qondarma bir xalq vücuda gətirməyi güman etməniz xam xəyaldır. Fələstin xalqının mədəniyyəti var, tarixi var, keçmişi var, sivilizasiyası var. Bu xalq minillərlə bu ölkədə yaşamışdır. Amma siz gəlib bu xalqı öz evindən, öz şəhərindən, öz tarixindən ayırırsınız, qovursunuz və sonra bir dəstə mühaciri, tüfeylini, cürbəcür adamları, xeyrini güdənləri dünya ölkələrindən toplayıb qondarma bir xalq vücuda gətirirsiniz. Məgər bu mümkündür?! Bir neçə gün zorla və zülmlə bir iş görə bilərsiniz. Məgər bu işlərin davam etməsi mümkündür?! Bu davam etməyəcək və bu gün onun əlamətləri aşkara çıxmışdır.

İsrail legitimlik böhranında


İndi Fələstinin işğalından altmış il ötür. Bütün bu müddətdə maddi qüdrətin bütün vasitələri işğalçıların xidmətində durmuşdur; puldan, silahdan və texnologiyadan tutmuş siyasi və diplomatik fəaliyyətlərə, xəbər və informasiya imperatorluğunun əzəmətli şəbəkəsinə qədər.

Bu geniş və heyrətamiz şeytani fəaliyyətlərə rəğmən, işğalçılar və onların himayədarları sionizm rejiminin legitimlik məsələsini nəinki həll edə bilməyiblər, hətta bu məsələ zaman ötdükcə daha mürəkkəbləşmişdir.

Qərb və sionist mediasının və sionizmi himayə edən dövlətlərin Fələstin işğalına bəhanə olan holokast barəsində hətta sual və tədqiqata da dözümsüzlüyü bu zəifliyin və çaşqınlığın əlamətlərindən biridir. Bu gün sionizm rejiminin dünyanın ümumi rəyindəki vəziyyəti özünün bütün qara tarixindən daha pis və onun yaranmasının dəlili haqda sual daha ciddidir. Şərqi Asiyadan Latın Amerikasına qədər hər yerdə o rejimin əleyhinə misli görünməyən və özfəaliyyət formasında olan beynəlxalq etiraz, dünyanın 120 ölkəsində - o cümlədən bu xəbis ağacın vətəni olan Avropada və İngiltərədə xalq yürüşləri, onların Qəzzə İslam Müqavimətini və otuz üç günlük müharibədə Livan İslam Müqavimətini müdafiə etmələri göstərir ki, sionizmin əleyhinə son altmış ildə heç zaman bu qədər ciddi və genişmiqyaslı olmayan beynəlxalq bir müqavimət yaranmışdır. Belə demək olar ki, Livan və Fələstinin İslam Müqavimətləri dünyanın vicdanını oyada bilmişdir.

Bu, həm İslam ümmətinin, zorakılıqla qondarma və sifarişli bir dövlət və xalq yaratmaq, zaman ötdükcə onu danılmaz reallığa çevirmək və belə zalımcasına boyunduruğu İslam dünyasında adiləşdirmək istəyən düşmənləri üçün, həm də İslam ümməti, xüsusən də onun qeyrətli gəncləri və vicdanlı şəxsləri üçün böyük bir dərsdir. Onlar bilsinlər ki, tapdanmış haqqı qaytarmaq yolunda mücahidlik heç zaman hədər getmir və Allahın bu vədəsi haqdır: "Zülmə məruz qaldıqlarına görə vuruşanlara (kafirlərə qarşı Allah yolunda döyüşməyə) izin verilmişdir. Allah onlara kömək etməyə, əlbəttə, qadirdir! O kəslər ki, haqsız yerə, ancaq “Rəbbimiz Allahdır” - dediklərinə görə yurdlarından (Məkkədən) çıxarıldılar. Əgər Allah insanların bir qismini digər qismi ilə dəf etməsəydi, sözsüz ki, içərisində Allahın adı çox zikr olunan soməələr (rahiblərin yaşadığı monastırlar), kilsələr, məbədlər (yəhudi məbədləri) və məscidlər dağılıb gedərdi. Allah Ona yardım edənlərə, şübhəsiz ki, yardım edər. Həqiqətən, Allah yenilməz qüvvət, qüdrət sahibidir!"

"Allah Öz vədəsindən əsla dönməz!"

"Allah Öz vədinə əsla xilaf çıxmaz!"

"Allah vəd etdi. Allah Öz vədinə xilaf çıxmaz. Lakin insanların çoxu bilməzlər!"

"Allahın peyğəmbərlərə verdiyi vədə xilaf çıxacağını sanma! Həqiqətən, Allah yenilməz qüvvət sahibi, intiqam sahibidir!"



Və hansı vəd Allahın bu vədindən açıqdır: "Allah aranızdan iman gətirib yaxşı işlər görənlərə - yalnız Mənə ibadət edərlər, heç nəyi Mənə şərik qoşmazlar deyə - onları özlərindən əvvəlkilər kimi yer üzünün varisləri edəcəyini, onlar (möminlər) üçün onların Allahın Özü bəyəndiyi dinini möhkəmləndirəcəyini və onların qorxusunu sonra əmin-amanlıqla əvəz edəcəyini vəd buyurmuşdur. Bundan sonra küfr edənlər, şübhəsiz ki, əsl fasiqlərdir!"

Yüklə 1,24 Mb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   81




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin