İkinci intifazədə İsrailin məğlubiyyəti
Radikal sionistlərin bütün ümidi bu gün qondarma və yalançı dövlətin və hökumətin başında duran yırtıcıya bağlanmışdı. Ümidvar idilər ki, o, dəmir çəkmələrlə gəlib polad yumruqla və süngü ilə ayağa qalxmış Fələstin xalqını diz çökürdə və intifazəni söndürə bilər. Lakin bunun gəldiyi gündən intifazə günbəgün daha da alovlanmışdır. Bu son ümidləri idi. İndi öz daxillərində ixtilaf yaranmışdır. Uzaq yerlərdən gəlib bu torpaqda və işğal olunmuş ölkədə təhlükəsiz yaşamaq istəyənlər bu gün qayıtmaq barədə düşünürlər. Onların bir çoxu qayıtmaq halındadırlar və daha heç kim gəlməyə cürət etmir; ruhdan düşüblər, zəiflik hiss edirlər və öz aralarında ixtilaf yaranmışdır; öz gələcəklərinə ümidsiz olublar və gələcəkdə aydın üfüq görmürlər. Bu işğalçı sionistlər təşvişdə və iztirabdadırlar; işləri və sözləri bunu göstərir. Əgər bu hadisələr Fələstin xalqı üçün acı və qəmlidirsə, onların düşməni üçün də çox acıdır. Quranın bu şərafətli ayəsi necə də səlisdir: "Əgər siz əziyyət çəkirsinizsə, onlar da sizin kimi əziyyət çəkirlər. Halbuki siz onların ummadıqlarını Allahdan umursunuz". Əgər siz bu mübarizədə əzaba və əziyyətə düşürsünüzsə, düşmən də əzab-əziyyətə düçar olur, o da yaralanır, həm də sizdən çox. Fərq bundadır ki, Fələstin xalqının qarşıda işıqlı üfüq var, lakin sionist işğalçı üçün bu işıqlı üfüq yoxdur. Fələstin xalqının işıqlı üfüqü var, özünü oraya çatdıra bilər; hamının edəcəyi səylə, çalışmaqla və fəaliyyətlə.
İkinci intifazənin təsiri - fələstinlilərin birliyi
Saziş prosesi və konkret olaraq Oslo layihəsi fələstinlilərin parçalanmasına səbəb oldu. Amma bu mübarək intifazə Fələstinə milli birliyi qaytara bildi. Görürsünüz ki, xalqın müxtəlif təbəqələri bu mübarizədə iştirak edirlər. İslam cərəyanları və milli cərəyanlar bir-birinin yanındadırlar. Hətta könlü hələ də başqa yerdə olan şəxslər də məcbur qalıb bu əzəmətli hərəkətlə yoldaşlıq edirlər.
Payız konfransının təsirsiz olması
Ötən il mən Fitr bayramı namazında müsəlman xalqa dedim ki, bunların təşkil etmək istədikləri, payız konfransı adlandırdıqları və regiona daha artıq hökmranlıq üçün proqram və planları nəzərdə tutan bu konfrans məğlubiyyətə uğrayacaq. Bu gün görürsünüz ki, oturub danışdıqları və durduqları o konfransdan Fələstin, Livan və Orta Şərqin əsas regionunda heç bir əsər-əlaməti yoxdur. Bu onu göstərir ki, İslamla qarşılaşan, İslam ümməti ilə vuruşan və məqsədi bu həssas regiona daha artıq hökmranlıqdan ibarət olan qurum daha irəliləyə bilmədiyini hiss edir. Əlbəttə, biz özümüzü ifratçı nikbinliklərlə arxayın etmək istəmirik. Hamının gözü önündə çətin, ağır və acı həqiqətlər var. Hamı onları görür. Amma söhbət bundan gedir ki, hegemonçu qüvvə xalqların iradəsi qarşısında bir iş görə bilməmişdir və bundan sonra da bir iş görə bilməyəcək.
Mübarizənin dərs və ibrətlərinin onun dərd və müsibətlərindən böyük olması
Aylardır Fələstinin işğalçı rejimi tərəfindən zorakılıq, qəddarlıq, qan tökmək və insan öldürmək dalğası bütün bu torpağı bürüyüb. Məzlum və qaçqın müsəlmanları - qocaları, gəncləri, azyaşlıları və xəstələri şəhadətə yetirirlər. Zərərçəkənlər və yaralılar seli müalicə üçün İslam ölkələrinin xəstəxanalarına köçürülür. Bu mübarək ramazan ayında sionistlər oruc tutan müsəlmanlara qarşı hər gün yeni cinayətlər törədirlər. Lakin bu mübarizənin dərs və ibrətləri onun dərd və müsibətlərindən olduqca böyükdür; qəlblərdə ümid işığı yandırır və gələvək üfüqləri daha işıqlandırır. Bu gün Fələstində yeni nəsil müxtəlif müsibətlərə dözür, qalib və əmin-amanlı gələcəyə çatmaq üçün dözüm və müqavimət yolunu rəhbər tutur: "Əlbəttə, Biz sizi bir az qorxu, bir az aclıq, bir az da mal, can və məhsul qıtlığı ilə imtahan edərik. (Ey Rəsulum! Belə imtahanlara) dözən şəxslərə müjdə ver!"
Əqsa məscidi intifazəsi Fələstin xalqının mübarizələrində böyük yeniliyin başlanğıcıdır. Fələstin müqaviməti enişli-yoxuşlu yolları sınayıb, müxtəlif hiylələrdən keçib, çətin əngəlləri arxada qoyub, müxtəlif silahların çaqqıltısını, düşmən qırıcılarının və topxanalarının gurultusunu eşidib, bu gün cinayətkarların və onların himayədarlarının caynağından qurtuluş üçün yeganə yolun davamlı cihad və müqavimətdən ibarət olduğunu yaxşı bilir. Müsəlmanların ictimai rəyi də bu strategiyanı təsdiqləmişdir. Böyük xalq yardımları və İslam ölkələrinin cümə namazlarında intifazəni müdafiə və ona dəstək məqsədilə edilən fədakarlıq və qəhrəmanlıq bunun əlmətləridir.
İsrailin məğlubiyyəti və Livanın cənubundan qovulması Əqsa məscicidi intifazəsinin qəhrəmanlarına böyük bir dərs verdi, fələstinli mübarizlər bu məğlubiyyətdə düşmənin işğal olunmuş torpaqlardakı məhvinin və məğlubiyyətinin əlamətlərini ağıl və fərasətlə dərk etdilər, dinin, mənəviyyatın və İslamın həyatverici təlimlərinin tükənməz mənbəyinə arxalanmaqla əsl İslam yoluna qayıdıb mübarizə bayrağını daha da ucaltdılar.
Sionistlər hakimiyyət bölgüsünü Fələstin xalqının təhqiri və xarlığı əsasında aparmışdılar. Lakin fələstinlilər sionizm rejiminin, Amerikanın istismarçı quruluşunun və məğlub olmuş sülh tərəfdarlarının bu bölgüsünün və bu rəzil müqavilələrinin əksinə olaraq ayağa qalxdılar, şərəf və izzət yolunu seçdilər, cinayətkar İsrail rejimini daxildə böhranla, sərhədlərdə intifazə və müqavimətlə üz-üzə qoydular. Bu il mübarək ramazan ayının bütün cümə günləri Fələstin xalqını müdafiə və işğalçı sionistlərə nifrət bildirmək səhnəsidir. Dünyanın hər yerində müsəlmanlar və cümə namazı qılanlar Ümumdünya Qüds Gününün möhtəşəm mərasimini keçirmək üçün özlərini hazırlayırlar. Onlar bir daha məzlum Fələstin xalqına öz himayələrini əsirgəmədiklərini göstərəcəklər.
Dırnaqarası sülh müzakirələrinin məqsədi - Fələstin məsələsini unutdurmaq
Bu gün Fələstin məsələsini unutdurmaq və onun İslam ümmətinin ümumi rəyində ortaya qoyulmasının qarşısını almaq üçün görülən işlərdən biri fələstinlilərin bir qrupu - yəni Ərəfat və onun dəm-dəsgahı ilə israillilər arasında cərəyanda olan dırnaqarası sülh müzakirələridir; yəni barışıq məsələsi, dırnaqarası Fələstin Muxtar Hökuməti və bu kimi məsələlər. Bu da israillilərin ən çirkin hiylə və kələklərindən biridir. Təəssüf ki, bəzi müsəlmanların və fələstinlilərin bəziləri onun tələsinə düşmüşlər.
Dostları ilə paylaş: |