Fələstİn İslam İnqilabının Böyük Rəhbəri həzrət Ayətullah Seyid Əli Xameneinin baxışında


Müsəlmanların vəzifəsi: Fələstinə yardım üçün hökumətlərə təzyiq göstərmək



Yüklə 1,24 Mb.
səhifə46/81
tarix30.06.2018
ölçüsü1,24 Mb.
#55352
1   ...   42   43   44   45   46   47   48   49   ...   81

Müsəlmanların vəzifəsi: Fələstinə yardım üçün hökumətlərə təzyiq göstərmək


Müsəlman xalqlar bilsinlər ki, Allah yanında və tarix yanında onlar da hökumətlər qədər məsuliyyət daşıyırlar. Siz hökumətləri hegemonluğun təzyiqləri qarşısında müqavimət göstərməyə vadar və bu işdə onlara kömək edə bilərsiniz. Və siz bu zəruri vəzifəni ayaq altına atan hökumətlər üçün böyük təhlükə yarada bilərsiniz.

Ürəkdən və dini imana arxalanan canlı, yorulmaz və kollektiv bir beynəlxalq kimlik – qüvvələrə əngəl törətməyin amili


İqtisadi qüvvələr böhran yarada bilirlər. Böhran yaratmaq, müharibə yaratmaq, İsrail kimi kobud və daşürəkli quruluşlar yaratmaq bunların işidir. Bunlara mane olmaq lazımdır. Kim bacarar? Canlı və yorulmayan beynəlxalq toplumun ürəkdən gələn imana söykənən heysiyyəti. İnsanı yorulmağa qoymayan budur. Dini təravətli imandan başqa hər bir şey yorulasıdır. Bu həmin qüvvələrə əngəl törədib onları zərərsizləşdirə və nəhayət ortadan götürə bilər. İnşallah İmam Mehdinin (ə) ədalətli hökumətində bu işlər baş verəcək. Lakin biz də onun üçün hazırlıq görə bilərik; əgər iradəmiz, əzmkarlığımız, müqavimətimiz və siyasətimiz olsa. Bu işlər üçün həm müqavimət, şücaət və qüvvə lazımdır, həm də ağıl və siyasət. Bunlar əl altında olan və bitirilməsi asan işlərdən deyil, amma mümkündür. İndiyə qədər də mümkün olmuşdur.

Fələstinlilərin qiyamı nemətinin şükrü


Əgər biz müsəlmanlar bu nemətə görə şükür etsək, qalacaq: “Əgər (Mənə) şükür etsəniz, sizə (olan nemətimi) artıracağam”. Əgər bu nemətə küfr etsək, əldən çıxacaq. Bu nemətin şükrü odur ki, dünyanın hər bir yerində olan bütün müsəlmanlar bu gün İslam adı ilə mübarizə aparan bu mübarizləri dəstəkləməyi özlərinin şəriət vəzifələri bilsinlər. Bu gün bundan başqa çıxış yolu yoxdur.

Bu dəstək geniş və hərtərəfli olmalıdır; həm siyasi dəstək, həm informasiya dəstəyi, həm əxlaqi dəstək, həm də hərbi dəstək lazımdır. Mümkün olan hər bir şey lazım və vacibdir. Dünya müsəlmanları görsünlər bu dəstəklərin hansını edə bilirlər. Hansını bacarsalar, onların şəriət vəzifəsidir və ondan boyun qaçırmamalıdırlar.


Üçüncü fəsil: İran İslam Respublikasının və İran xalqının məsuliyyəti

Bizim şəriət vəzifəmiz: məzlum xalqları müdafiə


İran xalqı işıqlı yol açdı. Siz xalq dünya hegemonluğunun və istibdadının xalqları istismardan ibarət olan bağlı yolunu açdınız. Bunu siz sındırdınız. Xalqlar sizin ardınızca hərəkət edirlər. Hərəkət edən xalqları müdafiə etmək bizim vəzifəmizdir və müdafiə edəcəyik. Mən Bosniya-Herseqovina xalqını müdafiə etməyi öz şəriət vəzifəm bilirəm və müdafiə edəcəyəm. Bacardığımız qədər bu məzlum xalqı dəstəkləyəcəyik. Onlar ön xətdədirlər və düşmən özünün bütün güc və qüvvəsini onların başına endirmişdir, komplimentlərlə və dil dəstəkləri ilə məsələni bitirmək istəyirlər. Əlbəttə, bizim yolumuz təəssüf ki, bağlıdır, tam şəkildə yardım çatdırmaq mümkün deyil. Amma dünyanın bu qərarını qəbul etmirik ki, onların düşmənləri günbəgün müxtəlif yollarla daha artıq təchiz olunsunlar. Bəziləri deyiblər ki, onların düşmənləri işğalçı İsrail tərəfindən himayə olunurlar. İran xalqı o məzlum xalqı dəstəkləməyi İslam yolu və bu vəzifəni bir İslam vəzifəsi bilir.

İran xalqının maddi dəstək vəzifəsi


Öz əziz xalqımıza da deyirəm: Əziz fələstinli qardaşlara qarşı bu dəstək və fədakarlıq rəşadətinin - siz Allaha həmd olsun ki, İslam dünyasında fələstinli qardaşlarınızı aşkar şəkildə və hərtərəfli himayə etməklə başıuca və dəyərlisiniz - qədrini bilin. Bu çox dəyərlidir. Bütün dünya bilir ki, bizim əziz İslam İranımız - xalq, hökumət, fərdlər, qadın və kişi Fələstin məsələsi ilə maraqlanırlar, həssas, iradəli və əzmlidirlər; əgər bacarsalar, kömək edərlər. Çox yaxşı olar ki, imkanlı insanların maddi köməkləri toplansın və imkanı olanlar maliyyə yardımı göstərsinlər. Əgər silah cəhətindən kömək edə bilmiriksə, əgər insani resurs baxımından xalqın və gənclərin getməsinə imkan yoxdursa, maliyyə cəhətindən onlara kömək etmək olar, bəzi dərdlərinə dərman etmək olar, bəzi yaralarına məlhəm qoymaq, analarının qəlbini və atalarının iradəsini bu sevgilərin təsiri altına salmaq olar. Atasının qucağında qətlə yetirilən yeniyetməni gördünüz. Bu yeganə nümunə deyildi, digər nümunələr də olmuşdur. Bu hərəkətin əzəməti o qədər böyükdür ki, belə fədakarlıqlar onların özlərinin gözündə böyük görünmür. Məcburi müharibə dövründə də siz o qədər fədakarlıq etdiniz ki, öz gözünüzə görünmürdü, amma sizin fədakarlıqlarınız dünyanı heyrətə saldı. Bu gün də Fələstin xalqı elədir; öz gözlərinə gəlmir, amma dünyanı valeh edir. Bir şəhadət - o yeniyetmənin atasının qucağında şəhid olması dünya xalqlarının qəlbində tufan oyadır. Bunlar çox dəyərlidir.

Bizim xalqımızın və hökumətimizin ən böyük vəzifəsi


Fələstin məsələsi İslamın brinci qlobal məsələsidir. Bu gün Fələstin xalqının İslam bayrağı altındakı mübarizələri işğalçı sionizm dövlətinin və himayədarlarının yuxusunu qaçırdığından, bizim xalqımızın və hökumətimizin, bütün müsəlman xalqların və hökumətlərin ən böyük vəzifəsi bu mübarizələri himayə etməkdir. İsrailin xərçəng vəzisinin kökünü yalnız bu mübarizələrlə kəsmək və İslam dünyasını onun məhvedici təhlükələrindən xilas etmək olar.

Dördüncü fəsil: Qüds günü

İsrailin cinayətlərinə qarşı xalq etirazlarının faydası


Bizim əziz xalqımız həmişə öz mövqeyini elan etmişdir. Kimsə deməsin ki, bunun nə faydası var. Bu mövqe bildirmək dünyanın hansı nöqtəsində olsa, işğalçıya ən mühüm zərbəni endirir. Əgər xalqlar öz ölkələrində belə bir hadisə qarşısında qiyam etəsələr, yürüş etsələr və yumruqlarını düyünləsələr, cinayətkarların vəziyyətini ağırlaşdıracaqlar. Bütün hadisələrdə belədir. Amerika əleyhinə də belədir. Xalqlar öz varlıqlarını elan etməlidirlər. Xalqların varlıq elanının beynəlxalq vəziyyətə və dünya siyasətinə çox təsiri var.

Qüds gününü uca tutmaq


Bu gün İran xalqının görə biləcəyi və bütün işlərdən əhəmiyyətli olan məsələ bugünkü kimi yürüşlər keçirməkdir. Bu iş çox mühümdür. Bunların məqsədlərindən biri Fələstinin adını unutdurmaqdır. Elə bir iş görmək istəyirlər ki, ümumiyyətlə belə bir şeyin mövcud olduğu unudulsun. Amma siz qoymursunuz, Qüds günü qoymur. Bizim Böyük İmamımız özünün siyasəti ilə qoymadı. Bu böyük iş idi. İnsani baxımdan da fələstinli ailələrin məzlumluğu hər bir insan üçün məsuliyyət yaradır. Fələstinin daxilində olan xalqın məzlumluğuna dair bəzi filmləri və kasetləri bu günlərdə gördünüz. Bunlar Fələstin xalqına qarşı nə qədər zalım rəftar edirlər və maraqlı budur ki, bu insan hüquqları təşkilatları da ölmüşlər. Bu amerikalılar, bəzi qərblilər və dünyada demokratiyanı inkişaf etdirmək missiyasını öhdələrinə götürdüklərini iddia edənlər bu məsələdə özlərini rüsvay etdilər. Çünki indi elə bir xalq mövcuddur ki, öz ölkəsinin və vətəninin heç bir işinə təsir göstərmək qüvvəsi yoxdur, sözləri heç bir yerdə deyilmir və o, Fələstin xalqıdır; insani baxımdan məzlum bir xalq. Digər tərəfdən, onun qarşısında o qədər zalım olan millətçi bir hökumət durur. Və bu da Amerikanın, beynəlxalq təşkilatların və necə deyərlər, qərbli mütəfəkkirlərin demokratiya iddiasına dair dediklərinin böyük yalanı.

Yüklə 1,24 Mb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   ...   81




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin