Fələstİn İslam İnqilabının Böyük Rəhbəri həzrət Ayətullah Seyid Əli Xameneinin baxışında


Ümümdünya Qüds Gününü uca tutmağın təsiri



Yüklə 1,24 Mb.
səhifə47/81
tarix30.06.2018
ölçüsü1,24 Mb.
#55352
1   ...   43   44   45   46   47   48   49   50   ...   81

Ümümdünya Qüds Gününü uca tutmağın təsiri


İmam Xomeyni belə bir günü (Ümümdünya Qüds Gününü) elan etməklə Fələstin məsələsini bəşəri vicdanlarda canlı saxladı, bütün fəryadları sionizm əleyhinə yönəltdi və biz hər il müsəlmanların bu mərasimdə çoxlu və geniş iştirakının şahidi oluruq.

Qüds günündə xalqların vəzifəsi


İndi bu üç əsaslı və həssas məqama malik olan bu məsələdə (İsrailin bənzəri az olan cinayətləri, Fələstin xalqının fədakar müqaviməti, beynəlxalq təşkilatların və hökumətlərin sükutu) xalqlar nə edə bilərlər? Qüds günü küçələrə çıxıb şüar verə, yumruqlarını düyünləyə, o mübariz, mücahid və dözümlü xalqa göstərə bilərlər ki, biz sizin tərəfdarınızıq; bizim hökumətlərimiz sizə kömək etməyə qoymasa, yaxud edə bilməsələr də, bilin ki, ürəklərimiz sizinlədir. Bu onları həvəsləndirəcək. Bu böyük köməkdir.

Qüds günü - işğalçı düşmənin məğlubiyyət amili


Gələn cümə Qüds günüdür. Əgər inşallah İslam dünyası bu günü sözün həqiqi mənasında uca tutsa və işğalçı sionistlərə fəryad ucaltmaq üçün fürsət bilsə, düşməni böyük həddə məğlub və geri çəkilməyə vadar edəcək. Siz İran xalqı inşallah öz iştirakınızla göstərəcəksiniz ki, Qüds günündən və Fələstinə dair mövqe bildirmək imkanından istifadə nə deməkdir. İran xalqı Allahın lütfü ilə bu sahədə yaxşı çalışdı; hökumət də yaxşı çalışdı, Xarici İşlər Nazirliyi də yaxşı çalışdı. Yəni vaxtı tələf etmədilər və sözləri dedilər. Fələstinli məzlumlar dünyada onların hadisəsinə qarşı həssas olan şəxslərin olduğunu anladılar. Bu həssaslıq sübuta yetirilməli, İsrailə qarşı təzyiqlər artırılmalıdır. Gərək fələstinlilərin özləri Fələstin məsələsini canlatmaq məsuliyyətini ciddi şəkildə öhdələrinə götürüb çalışsınlar. Mücahidlik çətin olsa da, sionistlərin təzyiqləri altında yaşamaq mücahidlikdən daha ağır və daha çətindir. Əgər mücahidlik etsələr, gələcəkləri yaxşı olacaq. Lakin belə yaşamaq günbəgün çətinlikləri artıracaq. Əlbəttə, bu gün işğal olunmuş torpaqlarda və işğal olunmuş Fələstində müsəlman xalq oyanmışdır. Amma Fələstin daxilində mübarizələr ümumi, müntəzəm, xaricə və İslam ümmətinin dərinliklərinə bitişik olmalı və dünyanın müsəlman xalqları onlara kömək etməlidirlər.

Fələstin xalqı isə şübhəsiz, ondan lazımi ibrəti götürəcək. Bu gün o məzlum xalq üçün bir daha bu acı həqiqət aşkarlandı ki, öz evində yaşaya bilmək üçün orada mübarizə aparmağa məcburdur. Aşkar oldu ki, bəzi başçılarının nəzakətli sözlərinə rəğmən, sionistlər əlli il öncəki millətçi və təəssübkeş vəhşilərdirlər. Əgər azca fürsət və bəhanə tapsalar, ev sahibi olan müsəlmanlara ən qəddar zərbələr endirəcəklər. Ən gec inanan fələstinlilərə də sübut olundu ki, sionistlərin təhlükəsizliklərindən bu qədər dəm vuran hegemonçu rejimlər fələstinli müsəlmanların təhlükəsizliyinə ən az əhəmiyyət də vermirlər. Əks təqdirdə, İsrail ordusu namaz qılanların müqəddəs sıralarında belə qətliam törətməyə cürət göstərməzdi. Fələstinlilər yalnız silahlanmaqla və işğalçı dövlətin maraqlarına zərbə vurmaqla öz evlərində həyat haqqını əldə edə bilərlər. Əl-Xəlilin cümə səhərindəki hadisəsinin ibrəti budur.


Mübarizlərə dəstək nümayişinin təsiri


İşğal olunmuş torpaqlar daxilində məzlumcasına mübarizə aparan, əziyyət çəkən və altını çəkən şəxslər - Fələstinin azadlığı və işğalçı dövlətin məhvi üçün yeganə ümid daxili mübarizələrdir - hiss etməli və bilməlidirlər ki, bütün İslam dünyasında xalqlar onları xatırlayır və dəstəkləyirlər. Əgər öz evlərində qərib olan bu məzlum mübarizlərin bu hissi keçirməsini istəyiriksə, İslam dünyasında belə xalq nümayişləri yaranmalıdır. Bizim Böyük İmamımız və əzəmətli rəhbərimiz tərəfindən bu Qüds günü təşəbbüsü buna görə idi. Əks təqdirdə, bəllidir ki, Tehranın xiyabanlarında yeriyən xalq İsrailə qarşı silahla vuruşmur.

Bu gün İsrail və himayədarları, xüsusən də Amerika üçün sizin düyünlənən yumruq və verilən şüar silahınız hər bir silahdan daha kəsərlidir. Onların başqa silahlara qarşı alətləri var. Gördük ki, ərəb ölkələri bir neçə müharibə əsnasında İsrailə qarşı silahla vuruşub onu məğlub etməyə qadir olmadılar. Hər dəfə o ya tamamilə qalib oldu, ya da müharibənin birinci mərhələsində qalib olmasa da, nəticədə irəlilədi.

İsrailin ətrafında olan ərəb ölkələrinin bu ölkənin onların hədəfində olması üçün nə qədər silahları olsa da, bu vəzini İslam dünyasının ürəyində əkən qüvvələr onu iki qat, yaxud daha artıq silahlandıracaqlar; fikirləri budur. Cavabı olmayan, Amerikanın, SSRİ-nin və İsrailin digər himayədarlarının qarşısına bərabər və oxşar silah çıxara bilmədikləri silah xalqların iradə və istəyi silahıdır.

Dünya siyasətçiləri bilsinlər ki, İslam dünyası icazə verməyib və verməyəcək. Bilsinlər ki, biz işğalçı düşmənin öz evimizdəki varlığını unutmamışıq. Belə deyil ki, sionistlər İslam dünyasını daim bitmiş bir iş qarşısında qoya bilsinlər. Xeyr, xalqlar oyaqdır.


İsrailin himayədarlarının Qüds günü ilə mübarizəsi


İsrailin rəsmi himayədarları və onların müttəfiqləri - yəni qeyri-rəsmi himayədarları tərəfindən Qüds günü ilə aparılan mübarizə tamaşa etməli bir mübarizədir. Qüds günü üçün rəqib düzəldib bu günü xatirələrdən silməyə çalışdılar. Biz İslam dünyasının heç bir yerində görməmişik ki, beynəlxalq qüvvələr yerli hökumətlərin xalqı bu hərəkətə və yürüşə vadar etmələrinə icazə versinlər. Təəssüf ki, dünyanın yekəxana qüvvələrinin siyasəti bir çox İslam ölkələrində keçərlidir. Bu, müsəlmanların və İslam dünyasının bədəbəxtliklərindəndir. Nə üçün Qüds günündə İslam ölkələrinin hökumətləri xalqı küçələrdə yürüş keçirməyə həvəsləndirməməlidirlər? Məgər onlardan nə azalacaq? Əgər Fələstin amalı ilə birgə və müvafiqdirlərsə, nə üçün icazə vermirlər?

Qüds günü - İslam tarixinin bugünkü qədr gecəsi oyanışı


Qarşıdan mübarək ramazan ayının bizim mərhum və əzəmətli imamımız tərəfindən Qüds günü adlandırılan son cüməsi gəlir. Bu gün builki ramazan ayında qədr gecələri ilə qonşudur. Qədr gecəsində səhərə qədər oyaq qaldığımız, Allah dərgahına dua və münacatımızla bizim üçün yaxşı gələcəyin yazılmasını istədiyimiz kimi, Qüds gününü və İslam tarixinin qədr gecəsi olan bu həssas günləri ayıq-sayıq şəkildə keçirməliyik və müsəlman xalqların, xüsusən də şücaətli və məzlum Fələstin xalqının qurtuluş şəfəqinin doğuşuna qədər səyimizi dayandırmamalıyıq.

Mən ümidvaram ki, bizim böyük xalqımız həmişə olduğu kimi bu Qüds günündə də hamılıqla xiyabanlardakı iştirakı və cümə namazları qılınan yerə qədərki yürüşləri ilə uca fəryadlarını və şimşəyə bənzər səslərini bütün dünyanın qulağına çatdıracaq, əzəmətli İmam Xomeyni ümmətinin həmişə Fələstinin yanında və onun düşmənlərinə qarşı olduğunu təkrar edəcək.



Yüklə 1,24 Mb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   ...   81




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin