Fələstİn İslam İnqilabının Böyük Rəhbəri həzrət Ayətullah Seyid Əli Xameneinin baxışında



Yüklə 1,24 Mb.
səhifə52/81
tarix30.06.2018
ölçüsü1,24 Mb.
#55352
1   ...   48   49   50   51   52   53   54   55   ...   81

Hökumətlərin vəzifəsi


Bütün İslam ölkələrinə və müsəlman xalqlara da deyirik ki, bu gün o mömin topluma və məzlum xalqa kömək etmək, onları meydanda yalqız buraxmamaq bütün xalqların və hökumətlərin şəriət vəzifəsidir. Əlbəttə, yardımlar da olunur, ümidvarıq ki, bu yardımlar öz yerinə çatsın və inşallah Fələstin xalqının dərdlərini azaltmaqda faydalı və təsirli ola bilsin. Allah-Taaladan istəyirik ki, İslam və müsəlmanların problemlərini və Fələstin xalqının problemlərini aradan qaldırsın.

Müsəlman hökumətlərin əlaqələri kəsmək vəzifəsi


Bu bütün hökumətlərin vəzifəsidir. Bu gün Fələstin xalqının İslam ümmətindən haqlı gözləntiləri var. İslam hökumətlərindən də gözləntiləri var. Bu gün böyük İslam ümməti də İslam hökumətlərindən, xüsusən də ərəb hökumətlərindən gözləyir ki, işğalçı, zalım və həyasız sionizmlə rabitələrini kəssinlər. Sionizm özünün həqiqi simasını bir daha aşkara çıxardı; bir daha göstərdi ki, ona güc dilindən, güc məntiqindən, güc və zorakılıq düşüncəsindən başqa bir şey hakim deyil.

Fələstini sistemli himayə üçün İslam ölkə başçılarının məsuliyyəti


Mən burada deyim ki, bütün dünyada yaşayan müsəlman xalqlar bu gün işğal olunmuş məzlum Fələstin torpağında baş verən çox mühüm hadisəni könüldən sevirlər. İslam konfransının qətnaməsində nisbətən yaxşı sözlər deyilsə də - əlbəttə, onun mühüm bir hissəsi İran İslam Respublikasının bu məsələlərdə tamamilə açıq və qətiyyətli fikir bildirdiyinə və bəzi müsəlman ölkələrinin də İslam Respublikası şüarlarının ardınca hərəkət etdiyinə görədir - lakin bu sözlərin ardınca mütləq əməl olmalıdır. Müsəlman hökumətlər fələstinli mübarizlərə, Fələstin xalqına və Fələstin xiyabanlarında sionistlərin təzyiqinə məruz qalan şəxslərə qarşı məsuliyyət hissi keçirməli, onlara bacardıqları köməyi göstərməlidirlər. İran İslam Respublikası bu sahədə öz sözünü demişdir. Lakin o məzlum xalqa kömək etmək üçün müxtəlif İslam və ərəb ölkələri tərəfindən sistemli əməl lazımdır. Fələstinin bugünkü hadisələri hegemonluğun - yəni İran xalqının düşməninin zəifliyinin əlamətlərindən biridir.

Siyasi, maliyyə və informasiya yardımı


Bu gün Fələstin xalqı qiyam etmişdir. Fələstin xalqı yuxuda olduğu zaman taleyi və müqəddəratı baş verənlər oldu. Lakin bu gün Fələstin xalqı oyandığından onun taleyi və müqəddəratı qələbədir. Bu cihadın uzun çəkməsi mümkündür, lakin qələbə şübhəsizdir. Əgər biz etməsək, Allah-Taala digər bəndələrini işə vadar edəcək. Bu bizim bugünkü vəzifəmizdir. Ümidvarıq ki, bu vəzifəyə əməl edək. Bu gün İslam hökumətləri onlara kömək etməyə - siyasi, maliyyə və informasiya yardımları etməyə borcludurlar. Builki Qüds günü Allahın lütfü ilə göstərdi ki, bütün İslam dünyasının xalqları bacardıqları qədər bu vəzifəyə sadiqdirlər.

İsrailin cinayətləri qarşısında müsəlman hökumətlərin vəzifəsi


Müsəlman hökumətlərdən gözlənilir ki, o xalqa müdafiə üçün lazımi imkanları versinlər. Həmçinin müsəlman hökumətlərindən gözlənilir ki, dünyada sionistlərin maraqlarını dəstəkləyən şəxslərə qarşı siyasi təzyiq göstərsinlər. Bu işi ikitərəfli münasibətlərində, beynəlxalq təşkilatlarda, ümumi və xüsusi müzakirələrdə görə bilərlər. Bundan əlavə, qeyd olunduğu kimi, hücumçu və işğalçı öz cinayətindən əl çəkmək istəmirsə, ən azı Fələstin xalqı öz hüququnu müdafiə edə bilsin. O haqlıdır və öz hüququnu müdafiə edir.

Hökumətlərin məsuliyyət hissi


Mən Qüds günündə izdihamlı və iqtidarlı iştiraklarına görə əziz xalqımıza səmimi-qəlbdən təşəkkür edirəm. Dünya xalqları bacardıqları və onlara icazə verilən həddə nifrət bildirirlər. Lakin bu, hökumətlərin qərarında əmələ çevrilməlidir. Müsəlman hökumətlər bu məsələnin qarşısında məsuliyyət daşıdıqlarını hiss etməlidirlər.

İslam hökumətlərinin sayıqlığının lazımlığı


İslam dünyası miqyasında da belədir; hökumətlər bir-birinə yaxınlaşmalıdırlar və İslam qüdrəti hissi vücuda gəlməlidir. Əgər hegemonluq İslam hökumətlərinin və dövlətlərinin hər birini cüzi məsələlərlə və yalançı vədlərlə İslam dünyası toplumundan ayıra bilsə, vəziyyət gördüyünüz olacaq.

Müsəlmanların maddi və mənəvi sərvətlərindən istifadə etməməsi - düşmənlərin istismarçılığının səbəbkarı


Əgər İslam ümməti öz neftindən, öz insani resurslarından, öz bazarlarından, öz elmindən, özünün müxtəlif maddi və mənəvi ehtiyatlarından yaxşı istifadə etsə, dünya güclüləri və istismarçılar bu şəkildə ona hegemonluq edə bilməzlər. Siz görün Fələstin xalqı barəsində hegemonluq dünyasının zorakılığı nə qədər rüsvayçı və aydındır!

Bir xalq öz torpağında işğalçılara məğlub olub; özü də onların vasitəsi ilə törədilən bu faciələrlə: insan hüquqları tapdanır, insanların canı məhv olur, insanlardan bu torpaqda yaşamaq imkanı alınır, evləri uçurulur, tarlaları məhv edilir, ticarətləri bağlanır, istedadları boğulur, onlara inkişaf və tərəqqi imkanı yaradılmır, bunların gənclərini, kişilərini və qadınlarını daim qətlə yetirirlər və hegemonluq dünyasının bəziləri açıq şəkildə bunları dəstəkləyir, bəziləri həvəsləndirir də. İslam dünyası da tamaşaçı olub; guya bitərəf tamaşaçı. Bu, İslam dünyası üçün böyük dərddir. Səbəb İslam dünyasının bu zəifliyi və təfriqəsidir. İnanmalıyıq ki, bizim qüdrətimiz müsəlmanların bu əzəmətli cəmiyyətinə və bu böyük İslam ümmətinin qəlbinə qədər uzanır. Buna inanmalıyıq. Bizi bir-birimizin canına salıb müxtəlif adlarla başımızı qarışdırırlar. Bizi bir-birimizə bədbin edirlər, məzhəb davası salırlar, milli qarşıdurma yaradırlar, ərazi iddiası yaradırlar. Bizi bir-birimizlə məşğul edirlər. Bizim parçalanmağımızdan sui-istifadə edirlər. Bu gün bizim ən böyük müsibətmiz və ən böyük bəlamız budur.


Müsəlman hökumətlərinin tarixi məsuliyyəti - Fələstin xalqını açıq müdafiə


Müsəlman hökumətləri özlərinin milli maraqlarını qorumaq, öz xalqlarının hisslərini cəlb etmək və özlərinin tarixi məsuliyyətini yerinə yetirmək üçün İslam ümmətinin heysiyyətinin əsas nöqtələri üzərində dayanmalıdırlar; Fələstin xalqını açıq şəkildə müdafiə etməlidirlər; İraqın tam müstəqilliyini və işləri İraq xalqına tapşırmağı müdafiə etməlidirlər; Fələstin xalqını müdafiə etməlidirlər; Avropada, Asiyada və Afrikada yaşayan müsəlman xalqları müdafiə etməlidirlər; ölkələrindəki Quran heysiyyətini və Quran hökmlərini müdafiə etməlidirlər; bir-biri ilə əlaqələri yaxınlaşdırmalı və səmimiləşdirməlidirlər; bir-birinə qarşı səmimi olmalıdırlar; bir-birinə yardım etməli və əl tutmalıdırlar. O zaman İslam ümməti özünü hegemonluğun boyunduruğundan xilas edib, bu gün hegemonçu dünyanın İslam dünyasına qarşı yönələn təhdidlərini dəf edə biləcək.

Yüklə 1,24 Mb.

Dostları ilə paylaş:
1   ...   48   49   50   51   52   53   54   55   ...   81




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin