Fələstİn İslam İnqilabının Böyük Rəhbəri həzrət Ayətullah Seyid Əli Xameneinin baxışında


Düşmənin təbliğat müharibəsi ilə mübarizədə ziyalıların vəzifəsi



Yüklə 1,24 Mb.
səhifə56/81
tarix30.06.2018
ölçüsü1,24 Mb.
#55352
1   ...   52   53   54   55   56   57   58   59   ...   81

Düşmənin təbliğat müharibəsi ilə mübarizədə ziyalıların vəzifəsi


Məyis etmək, kimliyin təhqiri, özünün qüdrətini və maddi imkanlarını gözə soxmaq... Müsəlmanları parlaq gələcəyə ümidsiz etmək, yaxud onları özlərinin çirkin niyyətlərinə uyğun gələcəyə həvəsləndirmək üçün bu gün və gələcəkdə minlərlə təbliğat vasitəsi işə salınıb və salınacaq.

Bu mədəni və psixoloji müharibə müstəmləkəçilik dövrünün başlanmasından indiyədək Qərbin İslam ölkələrini istismar etməkdə ən işlək vasitəsi olmuşdur. Bu zəhərli oxun hədəfi əvvəlcə görkəmli şəxsiyyətlər və ziyalılar, sonra isə adi kütlələr olmuşdur. Bu hiyləyə qarşı mübarizə yalnız Qərbin amiranə və məcburi mədəniyyətindən üz çevirməklə mümkündür. Qərb mədəniyyəti görkəmli şəxsiyyətlər və ziyalılar vasitəsi ilə ələkdən keçirilməlidir; onun faydalı tərəfləri cəlb olunmalı, ziyanlı, dağıdıcı və fəsadlı hissələri İslam cəmiyyətlərinin zehnindən və əməlindən çıxarılmalıdır. Bu böyük seçimdə meyar İslam mədəniyyətinin, Quran və sünnənin səmərəli, yol açan və hidayət edən düşüncələrinin hakimliyidir. Bu, bütün İslam dünyasında din alimlərinin, ziyalıların və siyasi şəxsiyyətlərin öhdəsinə düşən hərtərəfli və xoş sonuclu mübarizənin əsas bir fəslidir. Ümidvaram ki, bu il həcc, bu faydalı və fəxrli yolu getməkdə hamının iradəsini möhkəm və güclü etsin.


Siyasətçilərin, mütəfəkkirlərin və ziyalıların birliyi qorumağa dair vəzifəsi


İslam ümməti oyanıb bunların qarşısında dayanmalıdır. Birinci dərəcəli vəzifə də siyasətçilərin öhdəsinə düşür. İslam ölkələrinin rəhbərləri və məsul şəxsləri sayıq olmalıdırlar. Bu fəryadın bəzi doğma siyasətçilərin ağzından çıxması mümkündür. Lakin biz səhv etmirik. Biz əsas amili tanımaqda səhvə yol vermirik. Bunların ağzındandır, amma bunlarınkı deyil. Fəryad digərlərinin fəryadıdır, dünyanın hegemonçu qüvvələrinə aiddir. İslam ümmətinin birliyinə qarşı olanlar onlardırlar. Əgər İslam ümməti daxilində bəzi şəxslərin ağzından çıxsa da, bunlar aldanmışlar. Bu səs bunların səsi deyil. Bu, onların səsidir. Bu səsi tanıyırıq. Birinci dərəcədə siyasətçilər və məsul şəxslər və yenə də mühüm və yüksək dərəcədə mütəfəkkirlər - xalqın beyni və qəlbi ilə işləyən şəxslər, İslam dünyasının din alimləri, ziyalılar, yazıçılar, jurnalistlər, şairlər və ədəbiyyatçılar bu birliyi pozmaq və bu möhkəm ilahi ipi müsəlmanların əlindən almaq istəyən əlləri xalqa tanıtdırmaqdan ibarət olan böyük vəzifəyə məsuliyyət daşıyırlar.

Quran bizə açıq şəkildə deyir: "Hamılıqla Allahın ipinə möhkəm sarılın". Allahın ipinə sarılmaq işini tək-tək də görmək olar. Amma Quran deyir ki, hamılıqla Allahın ipinə möhkəm sarılın, birgə olun "və ayrılmayın". Hətta Allah ipinə sarılmaqda da təfriqəyə düşməyin, nəinki bəziləri Allah ipinə, bəziləri isə şeytan ipinə sarılmaq istəsinlər. Hətta hamı Allah ipinə sarılmaq istədikdə də bu, birlikdə olmalıdır, bu işi yekdil şəkildə görülməlidir. Bu, İslam dünyasının böyük problemidir.

Ümidvarıq Allah-Taala bütün İslam ümmətinə, bütün İslam xalqlarına və bütün İslam hökumətlərinə bu mühüm məsələni öz çəkisi və əhəmiyyəti ilə qəbul və icra etmək səadətini nəsib etsin. Və Allahın razılığı və rəhməti olsun bizim dövrümüzdə vəhdət nidasını ucaldıb müsəlmanları bu birliyə dəvət edən Böyük İmamımızın ruhuna! Ümidvarıq ki, Allah-Taala bizim qəlblərimizi öz dəvəti ilə daha artıq tanış etsin və İslam ümmətinin gələcəyi keçmişdəkindən dəfələrlə yaxşı olsun.

Fələstinə ürək yandıranların ağır vəzifəsi


İndi bir dini vəzifə olaraq intifazəni müdafiə üçün toplaşmış siz əzizlərin üzərinə çox ağır vəzifələr düşür. Hər şeydən öncə İslam dünyasının İslam oyanışı sayəsində möhtəşəm İslam tarixinin gözəl ənənələrinə qayıtmaqda israrlı olduğunu göstərməlisiniz. Həmin ənənələr və ilk növbədə müsəlmanların birliyi keçmişdə onların xac işğalçıları əleyhinə taleyüklü döyüşlərdə qələbəsinə bais oldu. O əzəmətli tarixi hadisədə bütün İslam dünyasından olan mücahidlər küfr və imanın taleyüklü və uzun döyüş cəbhəsinə qoşulmaq üçün yollandılar.

1991-ci ildə keçirilən Tehran konfransı - saziş əleyhdarları üçün ümid mərkəzi


Bundan öncə Tehranda təşkil olunan Fələstin konfransı əsaslı və müsbət bir rol ifa etdi. Belə ki, sülh prosesinin müxalifləri üçün bir ümid mərkəzi yaratdı və eyni zamanda Fələstin xalqına ruh yüksəkliyi və ümid bəxş etdi. İslam İranının mövqeyi və onun İslam hökumətləri arasında özünəməxsus müqaviməti bu qəhrəman xalqa ümid verə bildi.

2001-ci ildə keçirilən Tehran konfransının gözəl nəticəsi - müqavimətə mənəvi dəstək


İndi də Fələstin xalqının hər şeydən çox mənəvi dəstəyə və mövqe möhkəmliyinə ehtiyacı var. Düzdür, maddi ehtiyacları da var və onun üçün də ciddi addımlar atmaq lazımdır. Lakin onların özləri müxtəlif müsahibələrində deyirlər ki, bizim hər şeydən çox güclü ərəb-İslam mövqeyinə ehtiyacımız var.

Sizin konfransınız bu işin həyata keçməsinə şərait yaratmalı və Fələstin xalqını İslam ümmətinin əsirgənməyən və geniş dəstəklərinə ümidvar etməlidir. Müxtəlif İslam ölkələrinin nümayəndələri olan sizlər bu yolda çalışmaqla öz xalqlarınızın imkanlarını Fələstinin azadlığı üçün səfərbər edin, Fələstin xalqını müqaviməti davam etdirməyə ümidləndirin. Fələstin xalqı yaxşı bilir ki, İsrailin Livandakı dağıdıcı hərəkətlərini cilovlayan amil İsrailə cavab verən İslam müqavimətinin gücü və ona ağır zərbələr endirməkdir, onun-bunun sülh və vasitəlik fəaliyyətlərinə güvənmək yox.


Fələstin xalqının ən konkret və ən təcili tələbləri


Fələstin xalqının ən konkret və ən təcili tələbi budur ki, bu üç həftədə Fələstin qırğınlarını törədənlər bir İslam, yaxud ərəb məhkəməsində mühakimə olunub cəzalansınlar. Əqsa məscidinə getməsi ilə müsəlman xalqın hisslərini yaralayan o çirkin məxluq cəzalandırılmalıdır. Şərafətli Qüds və Beytülmüqəddəs şəhəri sionistlərdən bütünlüklə təmizlənməlidir. Fələstin xalqının azad şəkildə öz gələcəyi və taleyi barədə qərar çıxarmasına imkan yaradılmalıdır. Bunlar ərəb ölkə başçılarının irəli sürə biləcəyi konkret tələblərdir.

Konfranslarda əməli istəklərin lazım olması


Hamının üzərinə vəzifə düşür. Birinci növbədə İslam hökumətləri və hamıdan öncə ərəb hökumətləri məsuliyyət daşıyırlar. Deyəsən bir neçə gündən sonra Ərəb Liqası konfransının keçirilməsi nəzərdə tutulub. Biz bu konfransların keçirilməsini dəstəkləyirik. Həm İslam Konfransı Təşkilatı, həm Ərəb Liqası oturub bu məsələlər üçün fikirləşməlidirlər. Mübarizə yolu budur ki, Fələstin xalqını müdafiə üçün İslam dünyasının qüvvəsindən, sərvətindən, əzəmətli cəmiyyətindən və imkanlarından, eləcə də beynəlxalq toplantılarda onun səs qüvvəsindən istifadə etməlidirlər. Yalnız bir qətnamə və iki kəlmə sözlə kifayətlənməməlidirlər, müxtəlif münasibətləri kəsməklə və qətiyyətli mövqe seçməklə Amerikanı təhdid etməlidirlər, Avropa rejimlərindən işə qoşulmalarını istəməlidirlər.

Yüklə 1,24 Mb.

Dostları ilə paylaş:
1   ...   52   53   54   55   56   57   58   59   ...   81




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin