Fələstİn İslam İnqilabının Böyük Rəhbəri həzrət Ayətullah Seyid Əli Xameneinin baxışında


İsrailin Fələstin əleyhinə cinayətləri



Yüklə 1,24 Mb.
səhifə62/81
tarix30.06.2018
ölçüsü1,24 Mb.
#55352
1   ...   58   59   60   61   62   63   64   65   ...   81

İsrailin Fələstin əleyhinə cinayətləri


Fələstin xalqı çətinlikdə yaşayır; xalqın evlərini dağıdırlar, xalqın tarla və bağlarını məhv edirlər, gənclərdən iş imkanını alırlar. Onların işgüzar kişilərini həbs, cəmiyyətlərini qətliam edirlər, hətta uşaqlarını da öz zülm xəncərlərindən keçirirlər. Bu gün Fələstin xalqına qarşı öz torpağında tarixdə misli az olan işlər görülür.

Məzlum, adamsız və blokadada qalmış Fələstin xalqı bütün qüvvəsi ilə İslamın adı və ucalmış bayrağı sayəsində özünü müdafiə edir, zalım və işğalçıların qarşısında dayanır və dayanmışdır. Biz Tehranın bu möhtəşəm Fitr bayramı namazından və bütün İran xalqı tərəfindən Fələstin xalqını, gənclərini, yeniyetmələrini, qadınlarını, analarını, o şücaətli və mömin qəlbləri salamlayırıq. Onlar bu bölgədə - İslam dünyasının ön sırasında düşmənlər və təcavüzkarlar qarşısında canları, əzizləri və bütün vücudları ilə dayanmışlar.


Qəzzə cinayətlərində sionistlərin rəhmsizliyi və daşürəkliliyi


Böyük İslam ümməti! Əziz İran xalqı!

Bu günlərdə baş verən qanlı Qəzzə hadisələri elə faciəli və dərdlidir ki, ondan irəli gələn ağır qəmi dil və qələmlə bəyan etmək mümkün deyil. Günahsız uşaqlar, məzlum qadın və kişilər aylarla tam blokadadan sonra indi öz elvərində və yuvalarında rəhmsiz və daşürəkli sionistlər tərəfindən qana boyanırlar. Növrəs qönçələr ata və ananın gözü qarşısında, ata və analar məsum uşaqların qarşısında işğalçı cəlladların ədavət alovunda yanırlar. Mədəniyyət və humanizm iddiaçıları çox həyasız şəkildə soyuqqanlılıqla və laqeydliklə bu əzəmətli insan faciəsinə tamaşa edirlər. Hətta bəziləri utanmadan buna razılıq bildirirlər. İslam dünyasının bənzəri az olan bu təcavüz qarşısında sükutu əsla qəbuledilməzdir.

Mən Qəzzə əhalisini, məzlum və müqavimətli kişi və qadınları, məsum körpələri və ləçək-ləçək olmuş qönçələri salamlayıram. Onlara Allahdan dözüm, qurtuluş və qələbə istəyirəm.

"Biz Allahınıq və Ona tərəf qayıdacağıq!"


Sionizm rejiminin Qəzzədə dəhşətli cinayəti və yüzlərlə məzlum kişinin, qadının və uşağın qətliam edilməsi sionist canavarların qaniçən simasını son illərin hiylə pərdəsi arxasından yenidən çıxartdı və bu hərbi kafirin İslam ümmətinin torpaqlarının qəlbindəki təhlükəsini qafil və biganə insanların yadına saldı.

Bu dəhşətli hadisənin faciəsi hər bir müsəlman və hətta dünyanın hər hansı bir nöqtəsində olan hər bir vicdanlı və şərəfli insan üçün çox ağır və üzücüdür. Lakin daha böyük faciə bəzi ərəb və müsəlmanlıq iddiasında olan hökumətlərin həvəsləndirici sükutudur. İşğalçı, kafir və müharibə edən rejim qarşısında məzlum Qəzzə xalqını müadifə etməli olan müsəlman hökumətlərin, cinayətkar sionist rəsmilərinin onları həyasızcasına bu böyük faciələrə razı və müvafiq adlandırmalarına səbəb olan rəftar göstərmələrindən daha böyük müsibət ola bilərmi?!

Bu ölkələrin başçılarının Allah rəsulu (s) qarşısında cavabları nə olacaq? Mütləq bu faciəyə əza saxlayan öz xalqlarına cavabları nə olacaq? Şübhəsiz, bu gün Misir, İordaniya və digər İslam ölkələrinin xalqlarının qəlbi bu uzunmüddətli ərzaq və dərman blokadasından sonra bu qırğına görə qanla dolmuşdur.

Cinayətkar Buş hökuməti özünün mənfur hökmranlığının son günlərində bu böyük cinayətdə əlbir olmaqla Amerika rejimini əvvəlkindən daha üzüqara etdi və müharibə cinayətkarı kimi özünün cinayətlər qovluğunu daha da qalınlaşdırdı. Avropa hökumətləri laqeydliklə və bəlkə də bu böyük faciəyə öz razılıqları ilə bir daha insan hüquqlarını müdafiə iddialarının yalan olduğunu sübut etdilər və özlərinin İslam və müsəlmanlarla düşmən cəbhədə iştirakını göstərdilər. İndi mənim ərəb dünyasının alim və ruhanilərinə və Misirin əl-Əzhər başçılarına sualım budur ki, İslam və müsəlmanlar üçün təhlükə hiss etmənizin vaxtı çatmayıbmı?! Hələ zamanı çatmayıbmı, pis işlərdən çəkindirməkdən ibarət olan vacib əmələ və zalım rəhbər yanında haqq sözü demək vəzifəsinə əməl edəsiniz?!

Hərbi kafirlərin müsəlmanları əzmək üçün ümmətin münafiqləri ilə əlbir olmasına dair Qəzzə və Fələstində baş verənlərdən daha çılpaq bir nümunə lazımdır ki, siz məsuliyyət hiss edəsiniz?!

Mənim İslam dünyasının, xüsusən də ərəb dünyasının media qurumlarına, ziyalılarına sualım budur ki, nə vaxta qədər özünüzün media və ziyalılıq məsuliyyətinizə laqeyd qalacaqsınız? Qərbin rüsvay olmuş insan hüquqları təşkilatları və Birləşmiş Millətlər Təşkilatının dırnaqarası Təhlükəsizlik Şurasının bundan da artıq rüsvay olmaları mümkündürmü?!

Bütün Fələstin mücahidləri və İslam dünyasının bütün möminləri hər bir mümkün yolla müdafiəsiz Qəzzə qadınlarını, uşaqlarını və əhalisini müdafiə etməyə borcludurlar. Bu qanuni və müqəddəs müdafiədə kim öldürülsə, şəhiddir və ümidvarıq ki, qiyamətə Allah rəsulunun yanında, Bədr və Ühüd şəhidləri sırasında gəlsin.

İslam Konfransı Təşkilatı bu həssas şəraitdə özünün tarixi vəzifəsinə əməl etməli, sionizm rejimi qarşısında çəkinmələrdən və təsirlənmələrdən uzaq olan vahid cəbhə təşkil etməlidir. Sionizm rejimi müsəlman hökumətlərin vasitəsi ilə cəzalandırılmalıdır. O işğalçı rejimin başçıları bu cinayətə və həmçinin uzunmüddətli blokadaya görə şəxsən mühakimə edilməli və cəzalandırılmalıdırlar.

Müsəlman xalqlar özlərinin güclü iradələri ilə bu tələbləri həyata keçirə bilərlər. Bu dönəmdə siyasətçilərin, alimlərin və ziyalıların vəzifəsi digərlərindən olduqca ağırdır.

Mən Qəzzə faciəsi münasibəti ilə bazar ertəsi gününü ümumi matəm elan edirəm və ölkə məmurlarını bu qəmli hadisə qarşısında öz vəzifələrini yerinə yetirməyə çağırıram.



"Zülm edənlər isə hansı dönüşə dönəcəklərini mütləq biləcəklər!"

Fələstin cinayətlərinin pərdəarxası


Bu gün Fələstin məsələsi də elədir. Sizin müşahidə etdiyiniz Qəzzə hadisəsi məsələnin zahiri tərəfinin bir hissəsidir, kökü isə bundan ibarətdir ki, heç bir insani prinsipə inanmayan imperialist qurum bu Orta Şərq regionunu - müxtəlif coğrafi və iqtisadi sərvətlə dolu olan bu həssas regionu əlinə almaq istəyir; vasitəsi də işğalçı İsraildir - işğal olunmuş Fələstinə hakim olan sionistlər. Məsələ bundan ibarətdir. Bu bir neçə ildə bu regionda baş verən bütün bu hərəkətlər - Livan hadisələrindən tutmuş İraq və Fələstin hadisələrinə qədər hamısı bu baxışla izah və dərk olunasıdır. Məsələ bundan ibarətdir ki, bu region Amerika da daxil olmaqla imperializmin əlində olsun; sözsüz ki, onun əsas təzahürü böyük şeytan olan Amerika dövlətidir. İmperializm bu regionu əlinə keçirmək istəyir. Bu region ona lazımdır və bu işdə amili də İsraildir. Bu bir neçə ildəki bütün bu dastanlar və hadisələr bu baxışla təhlil olunur. Gördünüz ki, otuz üç günlük müharibədə Amerikanın Xarici İşlər Naziri dedi: "Bu, yeni Orta Şərq regionunun doğuş ağrısıdır". Yəni bu hadisədən Amerikanın istədiyi Orta Şərqdən ibarət olan yeni bir məxluq doğulacaq. Əlbəttə, bu pərişan yuxunun təbiri başlarına gələn idi. Livanda mömin gənclərin cəsurluğu, ayıqlığı, fədakarlığı və cihadı yalnız İsrailə yox, hətta Amerikaya, onların himayədarlarına və ardıcıllarına da zərbə vurdu. Qəzzə hadisəsi də bu qəbildəndir.

Yüklə 1,24 Mb.

Dostları ilə paylaş:
1   ...   58   59   60   61   62   63   64   65   ...   81




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin