Fələstİn İslam İnqilabının Böyük Rəhbəri həzrət Ayətullah Seyid Əli Xameneinin baxışında



Yüklə 1,24 Mb.
səhifə68/81
tarix30.06.2018
ölçüsü1,24 Mb.
#55352
1   ...   64   65   66   67   68   69   70   71   ...   81

Bizim həll yolumuz


Fələstin məsələsinə dair bizim sözümüz məntiqli və məqbul bir sözdür. Onillər öncə ərəbin sevimli şəxsiyyəti sayılan Camal Əbdünnasir öz şüarlarında deyirdi ki, biz Fələstini işğal edən yəhudiləri dənizə tökəcəyik. Ondan illər sonra ərəbin ən mənfur şəxsiyyəti sayılan və sayılmaqda olan Səddam Hüseyn elan edirdi ki, biz Fələstin torpağının yarısını odlayacağıq. Biz bu iki sözün heç birini qəbul etmirik. Bizim İslam prinsipimizlə nə yəhudiləri dənizə tökmək, nə də Fələstin torpağını odlamaq məntiqlidir. Bizim sözümüz budur ki, Fələstin xalqı öz haqqını əldə etməlidir. Bu ölkə Fələstin xalqına məxsusdur. Fələstin fələstinlilərə məxsusdur və Fələstinin taleyini də fələstinlilər müəyyən etməlidirlər. Bu, demokratiya və insan hüquqlarının iddiaçılarının iddiasının doğruluğu üçün bir sınaq meydanıdır. Xalqların və ölkələrin demokratiyasının tərəfdarı olduqlarını iddia edən şəxslər üçün Fələstin sınaq meydanıdır. Fələstin xalqı - Fələstinin məxsus olduğu müsəlmanlar, məsihilər və yəhudilər, tarixin və coğrafiyanın şəhadətinə əsasən, Fələstinin tarixi torpaqları olduğu şəxslər səs verməlidirlər. Onlar dünya əhalisinin gözü qarşısında keçirilən bir sorğuda, bir referendumda Fələstin dövlətinin taleyini müəyyən etməlidirlər. O dövlət qanuni dövlət olacaq. Fələstində cinayət törədən cinayətkarlar o dövlətdə cəzalandırılmalıdırlar; misal üçün, bu Şaron və digər fələstinli cinayətkarlar. Dünyanın müxtəlif yerlərindən bu torpağa mühacirət edən insanlar barəsində də o dövlət qərar verməlidir ki, nə etsinlər. Bu, məntiqli sözdür. Bu gün milyonlarla fələstinli digər ölkələrdə qaçqındırlar, milyonlarla fələstinli də düşərgələrdə ən pis vəziyyətdə yaşayırlar. Lakin onların torpağı digər insanların əlindədir. Bu, məntqli deyil. Üstündən əlli, yaxud əlli beş ilin ötməsi cinayəti ortadan götürmür, cinayəti yüngülləşdirmir.

İslam Respublikası bir neçə il öncədən həll yolunu elan etmişdir. Fələstin məsələsinin həll yolu bu Amerikanın və digərlərinin həll yolu deyil. Bunlar nəticəsiz qalacaq. Həll yolu budur ki, Fələstin xalqı arasında bir referendum keçirilsin. Referendumda onlar hansı rejimə səs versələr, o rejim bütün Fələstinə hakim olsun. Sonra onların özləri qərar verəcəklər ki, xaricdən Fələstinə daxil olan bu sionistlərlə nə etsinlər. Bu, Fələstin xalqının iradəsindən yaranan o rejimin qərarına bağlıdır.


Xalqların imanının atomdan güclü olması


Onlar bilmirlər ki, onların silahlarından daha güclü bir qüvvə var və o, xalqların qüvvəsidir, insanların qüvvəsidir. Hər hansı bir xalqın bir başlanğıca, bir məntiqə və bir düşüncə əsasına etiqadı olsa və möhkəm iradə ilə o məntiqin arxasında dayansa, heç bir qüvvə - nə atom, nə atomdan yüksək və ya aşağı bir qüvvə onu məğlub edə bilməz. Bunlar xalqın qüvvəsini, xalqların iradəsinin, əzmkarlığının və hərəkətinin arxasında dayanan Qadir və Uca Allahın qüvvəsini əhəmiyyətsiz saymışlar: "Onların və bunların hər birinə Rəbbinin nemətindən verərik". Hər hansı bir qrup iman bəslədiyi məqsədlər üçün çalışsa, Allah-Taala ona yardım edəcək. Əgər bir qrup Allaha imanlı olsa, o zaman onunla vuruşmaq və onu məğlub etmək on qat çətin olacaq. Məgər asandır?! Kim bu qüvvə ilə - xalqların və insanların qüvvəsi ilə dartışsa, əziləcək. Amerika da əziləcək. Bunlar Fələstin xalqının müqavimət qüvvəsini məhv etmək istəyirlər, amma bacarmırlar. Yaxşı, bəs indi nə olacaq? Bu gün baş verən bu hadisənin zahiri və batini tərəfləri var. Zahiri tərəfi dediyimizdir: bir qrup zorla, süngü ilə, tüfənglə, tankla və Amerikanın siyasi dəstəyi ilə qadının, kişinin, qoca qarının, uşağın və digərlərinin canına düşmüşdür; onları öldürür, evlərini dağıdır, qollarını bağlayır, onları təhqir edir, təhqirlə ev və həyatlarından uzaqlaşdırır, ailələri didərgin salır. Bu, məsələnin zahiri tərəfidir. Amma məsələnin məğzi budur ki, zahirən iqtidarlı olan həmin qüvvə öz daxilində əriyir, su olur. Fələstin xalqı qərar vermişdir. Fələstinin mübariz təşkilatları - istər Fəth təşkilatı, istər Həmas təşkilatı, Xalq cəbhəsi, Cihad, Hizbullah və digərləri əl-ələ verib qərar vermişlər. Hamısı bir nəticəyə çatmış və fədakarlıq yolunu seçmişlər; anlamışlar ki, Fələstinin qurtuluşu yolu fədakarlığa hazır olmaqdır. Şəhadəti təcrübə edib anlamışlar ki, düşmən şəhadət istəyinin və ölümdən qorxmamağın qarşısında gücsüzdür. Yasir Ərəfat da bəyanat verib ki, mən şəhadətə hazıram. Bu yaxşı qərardır. Ümidvarıq ki, o bu qərardan daşınmasın və bu sözünün arxasında dayansın. Allah yolunda şəhid olan şəxs qalır; onun fikri və şəxsiyyəti qalır. Öz ixtiyarı ilə amalı üçün fədakarlığa sarı getməyən şəxsin isə cisminin bir neçə gün qalması mümkündür, lakin şəxsiyyəti və kimliyi məhv olacaq. Şəhadət! Bunu Fələstin xalqı tapmışdır. Ümidvarıq ki, muxtar hökumətin məsul şəxsləri də dedikləri kimi bu sözün arxasında dayansınlar və bu yolda öz xalqları ilə bir olsunlar, təslim olmasınlar. Düşmən də günbəgün zəifləməkdədir.

Fələstinlilərin bugünkü mübarizəsinin iki xüsusiyyəti


Bugünkü mübarizənin iki xüsusiyyəti var. Heç zaman bu iki xüsusiyyət fələstinlilərin mübarizələrində və Fələstin üçün mübarizələrdə bir yerdə mövcud olmamışdır: biri bu mübarizənin İslam mübarizəsi olması, ikinci xüsusiyyət isə xalq mübarizəsi və ümumi olmasıdır. Bu iki xüsusiyyətin bir yerdə cəm olması sionizm rejimini lərzəyə gətirmişdir. Bütün sionizm varlığında təhlükə hissi mövcuddur. Anlayır və düzgün təyin edirlər ki, ümdə və əsas təhlükə bu gün vücuda gəlmişdir. Bu gün sionizm varlığı qarşısında dayanan bir qrup deyil, siyasi şəxsiyyətlər deyillər ki, onları müzakirə stolu arxasında qane etmək mümkün olsun. Siz bilirsiniz ki, müzakirə stolu arxasında müxtəlif üsullarla insanları qane etmək olar; təhdidlə, tamahlandırmaqla və yalançı vədlərlə, lakin mübarizə xalqın içinə keçdikdə, xalqın arasında özünüdərk yarandıqda, onlar vəziyyət qarşısında dayanmaq vəzifələrini bütün vücudları ilə hiss etdikdə, əks təqdirdə bütövlüklə məhv olacaqlarını bildikdə, digər tərəfdən də mübarizə tədbiri İslam inancından qaynaqlanıb qəlblərə və canlara söykəndikdə, bu zaman bu mübarizə düşmən üçün çox təhlükəli olur. Bu gün belə bir vəziyyət yaranmışdır.

...Amerikanın dəstəklədiyi sionizm rejimi - mənəviyyatdan, həqiqətdən, ədalətdən və insaniyyətdən tam uzaq olan bu iki ünsür Fələstin xalqını diz çökdürmək, onu öz haqq sözünü dilinə gətirməməyə və geri götürməyə vadar etmək fikrindədir. Sözsüz ki, bacarmayacaqlar. Bugünkü mübarizənin və Fələstin intifazəsinin xüsusiyyəti budur ki, Fələstin xalqı sözün həqiqi mənasında ayağa qalxmışdır.



Yüklə 1,24 Mb.

Dostları ilə paylaş:
1   ...   64   65   66   67   68   69   70   71   ...   81




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin