Fələstİn İslam İnqilabının Böyük Rəhbəri həzrət Ayətullah Seyid Əli Xameneinin baxışında


Qəzzə məsələsinin lokal olması şübhəsi



Yüklə 1,24 Mb.
səhifə75/81
tarix30.06.2018
ölçüsü1,24 Mb.
#55352
1   ...   71   72   73   74   75   76   77   78   ...   81

Qəzzə məsələsinin lokal olması şübhəsi


Bu gün İslam dünyasında Qəzzə məsələsini regional, şəxsi və lokal bir məsələ hesab edən hər kəs indiyə qədər xalqların evini yıxan dovşan yuxusuna düçar olmuşdur. Xeyr, Qəzzə məsələsi təkcə Qəzzəyə aid deyil, regionun məsələsidir. Hələlik orada zəif nöqtə olduğunda hücumu oradan başlayıblar. Əgər uğur qazansalar, regiondan əl çəkməyəcəklər. Həmin regionun ətrafında olan, etməli olduqları və edə bildikləri köməyi etməyən müsəlman ölkələrinin hökumətləri səhv etməkdədirlər; səhv edirlər. İsrailin mismarı bu regionda nə qədər dərinə batsa, hegemonluğun hökmranlığı nə qədər çox olsa, bu hökumətlərin bədbəxtliyi, zəifliyi və xarlığı da bir o qədər artıq olacaq. Nə üçün diqqət yetirmirlər və hökumətlər xalqları da öz arxalarınca xarlığa sürükləyirlər? Xar, itaətkar və asılı bir hökumət bir xalqı itaətkar, xar və asılı edir. Buna görə xalqlar özlərinə gəlməlidirlər.

Evə yollanan çıraq şübhəsi


Tarixi sənədlərə görə orada sionizm hökuməti təşkil etmək yəhudi xalqının arzusundan çox İngiltərə dövlətinin müstəmləkəçi istəyi idi. Bəzi sübutlar var ki, o zaman bir çox yəhudilər bu dövlətə ehtiyaclı olmadıqlarını və bu dövlətin onların xeyrinə olmadığını düşünürdülər, odur ki, bundan uzaqlaşmışdılar. Odur ki, bu bir yəhudi arzusu və ideyası deyildi, daha çox müstəmləkə ideyası və bir ingilis ideyası idi. Əlbəttə, sonralar dünya siyasətinin və imperializmin (idarəsi) amerikalıların vasitəsi ilə İngiltərədən alındıqda, bu da müstəmləkə mirasının tərkib hissəsi idi və Amerikaya çatdı. Amerikalılar da maksimum istifadə etdilər və indi də edirlər. Buna görə Fələstinin xilası və işğalçı sionizm dövlətinin məhvi bu regionun xalqlarının, o cümlədən bizim əziz İran ölkəmizin maraqları ilə əlaqədardır. İnqilabın ilk günündən proqramlarının birini sionistlərin nüfuzu və iqtidarı ilə mübarizə edənlər bu hesabla bu işi gördülər. Bu proqram ölkənin maraqlarına, İslam Respublikasının və İran xalqının ümumi maraqlarına uyğun seçilmişdir. Digər ölkələrdə də belədir. İslam ölkələrinin bütün aydın insanları, bütün azad düşüncəli siyasətçiləri, əlləri Amerika hegemonluğunun hənası ilə rənglənməyən bütün şəxslər İsraillə mübarizə aparmalı olduqlarını düşünürlər; yəni bunu ölkələrinin maraqlarından sayırlar.

Bu gün Fələstin məsələsi İslam dünyasının məsələsidir; istər İslam ölkələrinin biz müsəlmanları bilək, istər bilməyək; istər anlayaq, istər anlamayaq. Fələstinin taleyi bizim hamımızın taleyidir. Əgər Fələstin bu gün özü üçün vücuda gətirdiyi bu şücaətli mübarizə səhnəsində uğur qazansa, bütün İslam dünyası uğur qazanacaq. Amma o xalqın əzabları nə qədər davam etsə, İslam dünyasının artan rəzilliyinə səbəb olacaq. İslam dünyası sözün həqiqi mənasında bu məsələni öz məsələsi bilməlidir. Düzdür, bizim hamımızın şəriət vəzifəmiz var və İslam Fələstin xalqına kömək etməyi bizə vacib etmişdir, lakin mənim sözüm bu gün şəriət vəzifəsindən daha genişdir. Deyirəm ki, bu gün Fələstində hansı hadisə baş versə və bu məsələ haraya sonuclansa, birbaşa istər yaxın, istər uzaq İslam ölkələrinin taleyinə aid olacaq və onlara da təsir göstərəcək. Bu gün bütün müsəlman xalqlar Fələstin üçün nə etəsələr, özləri üçün və öz xeyirlərinə etmişlər. Britaniya müstəmləkəsinin planı və hegemonçu dünyanın köməyi ilə bu qanlı hissə İslam dünyasının bədənindən ayrılanda fikirləri təkcə həmin hissəni tutmaq deyildi. O zaman da müstəmləkəçilərin məqsədi bütün regiona - İslam dünyasının qəlbinə hakim olmaq idi. Buna əsasən, bu gün bizim hamımızın üzərinə vəzifə düşür.

...Bizim Böyük İmamımız məsələnin həqiqətini yaxşı tanımış və görmüşdü. 1962-ci ildə bu hərəkat başlayan zamandan, Fələstin məsələsinin İranda hələ elita arasında da yayılmadığı bir vaxtda imamın sözü bu idi ki, İsrailin hökmranlığı qarşısında hamı təhlükə hiss etsin, hamı dayansın və mübarizə aparsın. Sonra da həmin yolu davam etdirdi və bu, o ilahi və səmavi kişinin böyük şüarlarından biri idi.

"Biz fələstinlilərdən daha fələstinli deyilik!"


Mənim özümün prezidentlik dövrümdən ərəb ölkələrinin bəziləri ilə bu problemim olub. Bir söz deyirdim, amma bu ölkələrin hökumətləri deyirdilər ki, biz fələstinlilərdən daha fələstinli deyilik; onların özləri nə istəsələr, o da olmalıdır. Əlbəttə, o zaman sülh müzakirələri bu formada deyildi, lakin əlamətləri görünürdü.

Əvvəla Fələstin məsələsi İslam dünyasına aid olan bir məsələdir, siyasi, təhlükəsizlik və iqtisadi cəhətlərdən əlavə, ilahi və islami vəzifə məsələsidir. Hamısından üstünü budur ki, bir ilahi məsələdir. Amma əgər kiminsə Allaha etiqadı da olmasa və yalnız Fələstin xalqı üçün iş görmək istəsə, Fələstin xalqının nə dediyinə baxmalıdır. Bu gün Fələstin xalqı - həbs olunanları işğalçı dövlətin zindanlarında olan və on dəfələrlə çoxu xiyabanlarda, Əqsa məscidində, bazarlarda və bütün işğal olunmuş torpaqlarda şüar verib əməliyyat keçirənlərdir. Tamahlanaraq gedib sülh bağlayan kiçik bir azlıq Fələstin xalqı deyil ki, biz fələstinlilərdən daha fələstinli olmadığımızı deyək. Mənim yadımdadır, 13-14 il öncə ərəb hökumətlərindən biri - mən indi adını çəkmək istəmirəm - o zaman fəsada doğru gedən bir hökumət olduğunu göstərmirdi; çünki inqilabçı keçmişi vardı. O bu sözü dedi. Mən o zaman bunların xətdən yayındığını duydum. Sonra da yayınmaları daha da aşkarlandı. İndi daha bəzi xüsusiyyətlərini qeyd etmək istəmirik.


İslamın sülh dini olması şübhəsi


Fələstin məsələsində hadisənin həqiqəti uzun illərdir İslam Respublikasının aşkar şəkildə və dəlil əsasında bəyan etdiyi mətləbdir. Beynəlxalq qüvvələrə bağlı və onların muzduru olan bir banda və qrup həmin bağlılıqlarına güvənərək gəlib Fələstin torpağını işğal etdilər. Bunu kimsə inkar edə bilərmi?! Bu gün Fələstində bizim işğal olunmuş torpaqlarımızda yaşayan bu bir neçə milyon sionistin neçə nəfəri fələstinlidir? Ataları Fələstində olub, yaxud özləri Fələstində doğulublar?! Mənfur məqsədlərlə müxtəlif yerlərdən buraya gəlmiş və regionda imperialist qüvvələrin nüfuzunun asanlıqla genişlənməsi üçün buranı baza edən əcnəbilərdirlər. Bu, işğal deyil?! Bu zülm deyil?! Bu qınanmalı deyil?! Əgər bir qrup gedib başqasının evini, başqasının şəhərini tutsa, bu, hər hansı bir din və məzhəbin ardıcılı olan azadlıqsevərlərə, adi və insaflı insanlara görə rədd ediləsi deyil?! Əgər biz "sionistlər işğalçıdırlar, zalımdırlar" dediksə, səhv söz demişik. Torpaqları işğal olunan və məzlum edilən bir xalq uzun illər boyunca mübarizə aparıb. Öz torpaqlarını müdafiə etmək üçün mübarizə aparan şəxs terrorçudur, yoxsa qəhrəman?! İmperialist dünyanın hər tərəfindən rəsmi qurumlar sionistlərin özlərinə məxsus olan və yaxud sionizmə bağlı kapitalistlərin əlində olan təbliğatla uzun illər dayanmadan təkrarlayıblar ki, bunlar terrorçudurlar, nə üçün vuruşurlar. Nəhayət bir-iki il öncədən indiyə qədərki bu işləri hazırlayıb adını sülh qoyublar. Bu sülhdür?! O kişi də orada bizim üçün islamşünas olub deyir ki, Quran "sülh edin" demişdir. Bu sülhdür?! Bu sülhü İslam və Quran demişdir?! Biri digərinə zülm etsin və sonra məzlumu vadar etsinlər ki, onun zülmünü qəbul et. Halbuki zalım tərəfdən azca hərəkət də görünməsin, öz zülmünü azaltmasın. Bu sülhdür, yoxsa rəzillik?! Bu zülmə təslim olmaqdır. Bu müqəddəs İslam şəriətində haram və bəyənilməz buyurulan zülmü qəbul etməkdir.

Yüklə 1,24 Mb.

Dostları ilə paylaş:
1   ...   71   72   73   74   75   76   77   78   ...   81




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin