Sionizm və Amerika - İslam Respublikasının əsas düşmənləri
İslam Respublikasının əsas düşməni kimdir? Bu gün dünyada bizim əsas düşmənimiz sionizm və hegemonluqdur. İslamla, İslam Respublikası quruluşu və İran xalqı ilə düşmənlikdə əsas amil sionizm və Amerikadır.
Əgər hegemonluğu düzgün tərcümə etmək istəsək, bu gün təcavüzkar, hegemonçu, yağı və quldur Amerika dövləti ilə uyğun gəlir.
Əlbəttə, işğal olunmuş Fələstində Amerikadan da mənfur olan sionizm dövləti var. Nə üçün? Çünki hər halda Amerika dövləti bir dövlətdir və bir xalqa söykənir. Halbuki işğalçı sionizm dövləti ümumiyyətlə bir xalqa söykənmir. O regionun sakini olan xalq bu gün qaçqındır. İsrail əvvəldən zülmlə, qətllə, yalan və hiylə ilə vücuda gəlmişdir. O zaman bir qrup quldur və təcavüzkar insan İngiltərənin dəstəyi ilə Fələstin bölgəsinə gəldi. Oranın əhalisini qovdular, onların bir milyondan artıq olan övladları və yaxınları hələ də çadırlarda və düşərgə şəraitində yaşayırlar; çadırda, çadıra bənzər bir yerdə və daxmalarda yaşayırlar. Fələstin xalqı Fələstindən xaricdə daxmalarda və düşərgələrdə yaşayır. Onların evləri və vətənləri Avropadan, Avstraliyadan, Amerikadan, Asiyadan və Afrikadan oraya getmiş, qondarma və yalançı bir xalq vücuda gətirmiş, orada bir xalq adı ilə yaşayan və dövlət də quran şəxslərin əlindədir. Belə bir xalq isə əsla mövcud deyil və kimliyi yoxdur.
Deməli, bu gün bu xalqın xarici düşmənlərinin başında - bizim xarici siyasətimizin dünyada əsas mübarizəsi onunladır - işğal olunmuş Fələstinə hakim olan fəsadlı, işğalçı, xəbis sionizm rejimi və onun arxasında duran Amerika Birləşmiş Ştatları dayanır. Amerika Birləşmiş Ştatları bütün eninə-uzununa, elmi inkişaflarına, böyük bir ölkə və xalq olmasına rəğmən, sionistlərin əlində oyuncağa çevrilmişdir, sanki cilovu bir itin əlində olan bir div kimidir; it haraya istəyirsə, onu aparır. Bu Amerika dövləti dünyada siyasi, iqtisadi və hərbi baxımdan özü üçün tanıdığı sərvətinin, keçmişinin və əhəmiyyətinin böyüklüyünə rəğmən, sionistlərin və İsrail dövlətinin əlində oyuncaq olmuşdur. Amerika prezidenti İslam Respublikası əleyhinə bir qərar verəndə Amerika sionistlərinin mərkəzinə gedir, orada məruzə edir və bu, dünyada yayımlanır. Bu, Amerika xalqı üçün rüsvayçılıqdır.
Bunlar bizim əsas düşmənlərimizdirlər. Əlbəttə, dünyanın digər yerlərində də bizim əleyhimizə düşmənlik və xəbislik olur. Lakin bunların çox da əhəmiyyəti yoxdur və əsas məsələ deyillər.
İslam Respublikasının müqaviməti ilə Fələstində hərəkatın yenidən başlanması
Sionistlər öz xəyallarına əsasən rahat nəfəs aldılar. Amma sonra gördülər ki, dünyada İslam bayrağının, İslam hakimiyyətinin, xalqın Qurana, hökmlərə və onun ayələrinə imanının sayəsində, qorxmamalarına, şücaətlərinə, böyük güclərə və imperializmə etina etməmələrinə görə xalqın və hökumətin bir yerdə "işğalçı sionizm hökuməti Fələstindən çıxmalıdır" – deyə fəryad ucaldan bir yer var. İran xalqının, hökumətinin və İslam Respublikası quruluşunun bu müqaviməti Fələstin hərəkatının qurumuş damarlarında qanın axmasına və fələstinli gənclərin - yəni fələstinlilərin üçüncü nəslinin həqiqi oyanışa nail olub hərəkatı özünün İslam formasında davam etdirməsinə səbəb olmuşdur. Onlar bilirlər ki, əgər işğal olunmuş Fələstin sərhədləri daxilində və ətrafında fələstinli gənclərin hərəkatı davam etsə, bunların ərəblərlə bağladıqları bütün bu sülh və müzakirələri puç və mənasız edib işlərini korlayacaq.
İslam inqilabının Fələstin məsələsinə təsiri
Lakin İslam inqilabından sonra iki hadisə baş verdi: Biri budur ki, qeyri-dini hərəkat olan Fələstin hərəkatı bir İslam hərəkatına çevrildi, İslam müqaviməti vücuda gəldi və İslam rənginə boyandı. Bayırdan mübarizə aparan mübarizlər, Livandan, yaxud digər məntəqələrdən İsrailə hücum edib onlara zərbə vuran şəxslər çox güclü İslam hissi ilə meydana qoşuldular.
İkincisi isə budur ki, intifazə vücuda gəldi. İntifazə - işğal olunmuş torpaq və vətən daxilində qiyam deməkdir. Bu qiyamdan qorxurlar; çünki onlar üçün çox mühümdür. Əlbəttə, mətləbi əksinə göstərməyə çalışırlar. Lakin Fələstin xalqının Fələstin torpaqları daxilindəki mübarizələri sionizm rejimi üçün öldürücü və sarsıdıcıdır. Bu onların fəqərə sütunlarını qırır. Nə üçün? Çünki bunlar bütün dünyadan bu yerə cəm olmuş yəhudilərə təhlükəsizlik, rahatlıq və firavan həyat söz vermişdilər. Demişdilər ki, gəlin burada ağalıq edin. Lakin bunlar indi bu torpağın əsas sahibləri olan, oyanmış və ayağa qalxmış yeni nəsillə bacarmırlar. Sionizm quruluşunun təməlləri titrəmişdir.
İran xalqının mübarizəyə hazırlığı
Allahın lütfü ilə İslam İranında bundan əlavə xalqın səsi də Fələstinin xatirəsi ilə fəaldır, yumruqları da düyünlənmişdir, hazırlıqları da var. Lakin biz lazım və məsləhət görmürük ki, mübarizə aparmalı olan Fələstin xalqının özündən başqa kimsə ayrı yerdən oraya getsin. Bir xalqın görməli olduğu işi digəri onun üçün görə bilməz; o xalqın özü görməlidir.
İranlı gənclərin Fələstində canfəşanlığa hazırlığı
Bilin ki, əgər biz - yəni ölkə məmurları xalqın qarşısını almasaydıq, bizim çoxlu gənclərimiz öz cisimləri ilə Fələstin meydanında iştirak etmək üçün yola düşürdülər. Qəzzə hadisəsində bizim gənclərimiz hava limanına getdilər. Nə edirdilərsə, dönmürdülər, mənim müraciətimlə qayıtdılar. Əgər mən müraciət etməsəydim, hava limanından dönməyəcəkdilər. Deyirdilər ki, bizi Qəzzəyə aparın. Elə bilirdilər özlərini Qəzzəyə çatdıra bilərlər. Bu bizim gənclərimizin marağıdır. Qəzzə və Fələstin məsələsi bizim problemimizdir, bizim İslam məsələmizdir, bütün müsəlmanların məsələsi və bizim vəzifəmizdir. Etdiklərimiz də bizim vəzifəmizdir. Heç kəs üzərində minnətimiz yoxdur, borcumuzu yerinə yetirmişik. Allah-Taaladan da istəyirik ki, vəzifələrimizi yerinə yetirməyə yardım etsin. Lakin burada iştirak edən siz dostlar bu cənabların dediyi sözlərin – yəni əsas məsələnin mübarizədən ibarət olması, Fələstin məsələsində müqavimətdən başqa çıxış yolunun olmaması fikirləri üzərində dayanın. Bu sözləri açıq şəkildə deyin. Siyasi təbəssümlərlə və süni rəy yaratmaqla bu regionu ələ keçirmələrinə imkan verməyin. Fələstinlilərin hansı müqavimət yolundan kənara çıxdısa, zərər gördü.
Dostları ilə paylaş: |