FəLSƏFƏ kafedrasi doktoranturaya qəbul proqrami üZRƏ TƏBİƏTİn fəLSƏFƏSİ ixtisas fənnindən proqram baki – 2013



Yüklə 134 Kb.
səhifə1/12
tarix10.01.2022
ölçüsü134 Kb.
#106271
  1   2   3   4   5   6   7   8   9   ...   12

Azərbaycan Respublikası Təhsil Nazirliyi

Bakı Dövlət Universiteti
FƏLSƏFƏ KAFEDRASI

DOKTORANTURAYA QƏBUL PROQRAMI ÜZRƏ


TƏBİƏTİN FƏLSƏFƏSİ
ixtisas fənnindən
PROQRAM

BAKI – 2013
Tərtib edən: dos. H.Q.Məmmədov
Elmi redaktor: prof. Z.C.Hacıyev
Rəyçi: prof. Ə.B.Məmmədov

Təbiətin fəlsəfəsi.
1-ci Mövzu. Fəlsəfə dünyagörüşüdür

Fəlsəfəni öyrənməyin əhəmiyyəti. İnsanların həyatında və fəaliyyətində dün­yagörüşünün rolu. Fəlsəfə dünya və insanın buradakı yeri haqqında düşü­nül­müş, sistemli və mötəbər bi­liklər sistemidir. Fəlsəfənin nəzəri elm kimi həll et­diyi əsas məsələlər. Dünyanın nəzəri mənzərəsinin anlaşılma­sında fəlsəfənin yeri.



Dünyagörüşünün əsas səviyyələri: dünyaduyumu (dünyanı hiss etmə), dün­­­­yanı qavrama və dünyanı anlama. Fəlsəfə elmi dünyagörüşüdür. Fəlsəfi dün­ya­gö­rüşünün əsas xüsusiyyətləri. Fəlsəfənin, mifologiya və dini dünyagörüşü ilə ümumi və fərqli cəhətləri.

Fəlsəfə «dün­ya-insan» münasibətləri sisteminin ən ümumi tərəfləri, varlığın və idrakın ümumi prinsipləri və qanunauyğunluq­la­rı haqqında elmdir.

«Dünya-insan» münasibətləri sisteminin əsas tərəfləri. Bu sistemin on­to­lo­ji, qnoseoloji, aksioloji və mənəvi-praktiki səp­kiləri. Maddi ilə mənəvinin, ob­yek­tiv ilə subyektivin, materiya ilə şüurun münasibətlərinin fəlsəfədə mərkəzi yeri. Əsas fəlsəfi məsələlərin anlaşılmasında materializm və idealizmin möv­qe­yi.


Yüklə 134 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin